Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə62/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   55   56   57   58   59   60   61   62   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
230
kompleks  və  sistemli  şəkildə  tədqiqata  cəlb  edilməyib. 
Bu  mənada  A.Qur banov  bir  qafqazşünas  kimi  Qafqazın 
irqi  (avropoid  irqin  tərkibinə  daxil  olan  Qafqaz  irqi  tipi 
və mon qoloid irqi) və dini (islam, xristian, yəhudi) tərki-
bin dən,  xüsusilə  Qafqazdakı  dillə rin  dörd  dil  ailəsinə 
(Hind-Avropa dilləri ailəsi, Altay dilləri ailəsi, Sami-Hami 
dilləri ailəsi, Qafqaz dilləri ailəsi) mənsub olmasından ge-
niş şə kil də bəhs etmiş, Qafqazdakı abxaz, abazin, gürcü, 
qara çay, qumuq, noqay, kürd, erməni, osetin, talış, tat, la-
hıc və s. kimi dillərin fonetik sistemi, leksik tərkibi, qram-
matik qu ruluşu, tədqiqi tarixini izah etmiş, Azərbaycan di-
linin (türk dilinin) Qafqazdakı aparıcı mövqeyini faktlarla 
bir da ha təsdiqləmiş, “Qafqaz dil ittifaqı” probleminin tür-
koloji və Qaf qaz dilçiliyinin qarşısında duran başlıca mə-
sə lələrdən biri oldu ğunu xüsusi olaraq göstərmişdir.
“Bədii mətnin dil problemi” adlanan V bölmədə bə-
dii mət nin linqvistik təhlilinin nəzəri məsələləri, linqvistik 
təh lilin tarixilik, ardıcıllıq, dəqiqlik kimi prinsipləri, linq-
vis tik  təhlilin  üsul  və  metodları,  linqvistik  təhlilin  tex ni-
kası, bədii mətnin lin qvistik təhlili təcrübəsi və s. məsə lə lər 
nəzəri və praktik cə hətdən geniş şəkildə təhlil edil mişdir 
ki, bu da istənilən bədii mətnin tam şəkildə qav ra nıl masına 
yaxından kömək edə bilər.
Əsərdə  insan  övladının  danışmağa  alışmasında  nitq 
mü hi tinin rolu, nitq və irs məsələləri, nitqi mənimsəmək-
də şə rait və mühitin həllediciliyi, nitq inkişafının ləngimə 
səbəbləri də işıqlandırılmışdır.
Professor  Afad  Qurbanovun  “Azərbaycan  dilçiliyi 
prob lemləri” kitabı Azərbaycan elminə və mədəniyyətinə 
böyük töhfə kimi dəyərləndirilməlidir.
2004


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
231
AZƏRBAYCAN ŞƏXS ADLARI
ENSİKLOPEDİYASI
Türk  xalqları  antroponimlərini  tarixi-linqvistik  priz-
ma dan  ge niş  və  sistemli  şəkildə  araşdırmış  V.V.Radlov, 
V.A.Qord  levs  ki, T.Canuzakov, Q.Sattarov kimi tədqiqat çı-
lar sırasında AMEA-nın üzvü, “Azərbaycan Onomastikası” 
elmi məktəbi nin yaradıcısı, filologiya elmləri dok toru, pro-
fessor Afad  Qurbanovun  adı  xüsusi  olaraq  qeyd  olu nur. 
Azərbaycan şəxs adlarına dair onlarca sanballı məqalə və 
monoqrafiyanın müəllifi olan Afad Qurbanovun bu yaxın-
larda işıq üzü görmüş “Azərbaycanlı şəxs adları ensiklope-
diyası” (Bakı, 2004) kitabı da həmin tədqi qat ların məntiqi 
nəticəsi kimi görünür. Geniş oxucu kütləsi üçün nəzərdə 
tutulan “Azərbaycanlı şəxs adları ensiklo pe diyası” forma 
baxımından  nəinki  Azərbaycan,  hətta  türko lo giyada  ilk 
kitab kimi dəyərləndirilə bilər. Çünki əsərdə fəsil və böl-
mələrin  bir-birini  tamamlaması,  məntiqi  ardıcıl lı ğın  göz-
lənilməsi ilə yanaşı, piktoqrafik (şəkli) və  ide o  q rafik (fikri) 
yazının  prinsiplərindən  ustalıqla  istifadəyə  rast  gəlinir. 
Deməli,  müəllif  antroponimikaya  dair  elmi-nəzəri  fikir-
lərini  müxtəlif  vasitələrlə  çatdırmağı  bacaran  tədqi qat-
çılardan biri və bəlkə də, birincisidir.
Prof. A.Qurbanov şəxs adları, ad və insan anlayışı, elə-
cə də onların sistemini ümumi dilçilik baxımından təhlil et-
dikdən sonra azərbaycanlı adlarının, daha dəqiqi, əsl şəxs 
adlarının ya ran ma səbəbini, onların leksik-semantik qrup-
larını müəy yən ləş dirir. Müəllifə görə, müasir Azər bay can 
antroponimləri siste min dəki əsl şəxs adlarının 22 ya ranma 
səbəbi var. Məsələn, xalq, nəsil adları ilə bağlı əmə lə gələn 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
232
şəxs  adları  (Qacar,  Əfşar,  Mu ğan,  Özbək...),  qo hum luq, 
əqrəbalıq  anlayışları  ilə  bağlı  şəxs  adları  (Də də xan,  Xan-
baba, Ataxan,  Nənəqız, Anaxanım,  Xan bacı...),  yer  adları 
ilə bağlı şəxs adları (Altay, Qafqaz, Qoşqar, Təb riz...), bit-
ki adları ilə bağlı şəxs adları (Bənövşə, Nər giz, Çiçək...) və 
s. Təqdirəlayiq haldır ki, Afad Qurbanov əsl şəxs adlarını 
leksik-semantik baxımdan qruplaş dı rar kən ən kiçik detalı 
belə unutmur, onların hər birinin lin qvistik şərhini dəqiq 
şəkildə verir. Burada təkcə onu qeyd etmək kifayətdir ki, 
müəllif “Ailənin istək və münasibəti ilə bağlı şəxs adları”nı 
izah edərkən onun 7 əsas tipini də qiqləşdirib.
“Kitabi-Dədə  Qorqud”dakı  antroponimik  vahidlərin 
(100-ə yaxın antroponim işlənib) əksəriyyətinin türk mən-
şə li olması və ümumiyyətlə, qədim dövr Azərbaycan an-
tro ponimləri siste mində türk mənşəli vahidlərin daha üs-
tün, daha fəal mövqedə çıxış etməsi mövcud tədqiqatlarda 
dönə-dönə  vurğulanıb.  Tu tarlı  faktlarla  əsaslandırılıb  ki, 
türk  mənşəli  Azərbaycan  şəxs  ad la rının  semantik  tutu-
mun da türkün tarixi, etnoqrafiyası və psixologiyası yaşa-
yır.  Bu  tip  vahidlərin  həm  də  müasir  antro po nimikamız 
baxı mın dan  səciyyəvi  olması  müəllif  tərəfindən  xü su si 
olaraq qa bar dılır, onların hər biri sosiolinqvistik müstəvi-
də təhlil süzgəcindən keçirilir. A.Qurbanovun “Xalis azər-
baycanlı (türk – Ə.T.) adları” başlığı altında təqdim etdiyi 
Dönməz,  Sön məz,  Yaşar  və  s.  kişi  adları,  eləcə  də  Sevil, 
Sevinc,  Gülüş  və  s.  qadın  adları,  müəllifin  özünün  qeyd 
etdiyi  kimi,  “xal qımızın  estetik  zövqü,  ictimai  vəziyyəti, 
mədəni səviy yə si ilə bağlı təşəkkül tapmışdır”.
“Azərbaycanlı şəxs adları ensiklopediyası”nda Azər-
bay  can dilindəki əcnəbi şəxs adları mənşəyinə görə bir ne-
çə istiqa mətdə qruplaşdırılıb: ərəb, fars, Avropa, slavyan və 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə