Afaq Yusifli İshaqlı



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   2   3   4   5   6   7   8   9   ...   15

Afaq Yusifli İshaqlı 

 

 

10 



bağlı məlumatlar şagirdlərin yaş səviyyəsini nəzərə almaq 

şərtilə aşağıdakı plan üzrə çatdırıla bilər: 

 



 



M.F.Axundzadənin ailəsi haqqında 

 



gələcək yazıçının uşaqlığı 

 



M.F.Axundzadənin təhsil illəri və arzuları 

 



M.F.Axundzadənin şeirləri 

 



Komediyalarının 

xronologiyası 

və 

qısa 


məzmunu 

 



“Aldanmış 

kəvakib” 

povesti 

haqqında 

məlumat. 

2-ci  dərsdə  “Hacı  Qara”  komediyasının  oxusunu 

təşkil  etməzdən  öncə  müəllim  əsərin  ümumi  məzmunu 

haqqında qısaca məlumat verməlidir. 

1852-ci  ildə  M.F.Axundzadə  “Sərgüzəşti-mərdi-

xəsis və ya Hacı Qara “ adı ilə məşhur olan komediyasını 

yazaraq  qaçaq  mal  alverçiləri  ilə  əlaqədar  olan  maraqlı 

bir  hadisədən  istifadə  etmişdir.  F.Qasımzadə  yazır:  “Bir 

rəvayətə  görə,  “Sərgüzəşti-mərdi-xəsis”  komediyasının 

mövzusunu  və  süjetini  Axundzadəyə  onun  yaxın  dostu 

Qasım bəy Zakir vermişdir”(1.305) 

Əsərin məzmunu ilə əlaqədar qısa söhbətdən sonra 

əsərin oxusu təşkil edilir. Şagirdlər əvvəlcə əsərin iştirak-

çıları ilə tanış olurlar. Sonra  1-ci məclisdə Heydər bəyin 

monoloqu,  onun  Sona  ilə  söhbəti  hissəsi  şagirdlərə 

oxudulur.  1-ci  məclisin  oxusu  bitdikdən  sonra  şagirdlərə 

tövsiyə  olunur  ki,  Heydər  bəyin  dilindən  səslənən 

aşağıdakı ifadələri dəftərlərinə qeyd etsinlər: 

 

Naçalnik,  sizə  lazımdır  ki,  bizim  kimi  nəcib 



kimsənələrə bir çörək yolu göstərəsiniz. 

 



Rus  firəng çitini qadağan edibdir; heç kəs qor-

xudan gedib gətirə bilmir. 




M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

11 



 

Naçalnikin  arvadı  da  deyirlər,  ərindən  xəlvət 



həmişə firəng çiti alır, geyir. 

 



Hacı Qara tacir kişidir, nəkarədir ki, Arazın o 

tayına ayaq basa bilə? Kazaklar onu didərlər. 

Bu  qeydlərdən    sonra,  Heydər  bəy  surətinin 

səciyyələndirilməsi 

zamanı 

istifadə 



olunmalıdır, 

ümumiyyətlə,  müəllim  çalışmalıdır  ki,  təhlil  zamanı 

şagirdlər  hazır  mətnlərdən  istifadə  etməsinlər,  əsərin 

məzmunu  əsasında  müstəqil  nəticələr  çıxartsınlar.  2-ci 

məclisin  oxusu  zamanı  Hacı  Qaranın  xarakterini 

müəyyənləşdirmək məqsədilə şagirdlərin dəftərində və ya 

yazı 

lövhəsində 



sxematik 

qeydiyyat 

aparılması 

məqsədəuyğundur (Sxem I). Bu zaman hər bir xarakterik 

hissənin oxusunu suallarla yekunlaşdırmaq olar: 

 



Hacı  Qara  2-ci  məclisin  əvvəlindəki  monolo-

qunda nədən şikayətlənirdi? 

 

Müəzzin  Xudaverdi  Hacı  Qara  ilə  nə  üstündə 



mübahisə edir? 

 



Nə  zaman  Hacı  Qara  Heydər  bəy  və  dostları 

Əsgər  bəylə  Səfər  bəyi  dükanından  çıxartmaq 

istəyir? 

 



Hacı  Qara  nəyi  eşidəndə  Heydər  bəyi  dostları 

ilə birgə geri qaytarır? 

 

Hacı Qara Tükəz ilə nə üstündə mübahisə edir? 



 

Hacı Qara qoçaqlıq və qorxaqlıq haqqında nə 



danışır? 

 



Kərəməli nədən şikayət edir? 

 



Tükəzin 2-ci məclisin sonunda heyfsilənməsi nə 

ilə əlaqədardır? 

2-ci  məclisin  oxusu  başa  çatdıqdan  sonra 

şagirdlərin  qurduğu  sxem  gələcək  dərsdə  Hacı  Qara 

surətinin  səciyyəsi  zamanı  onun  xarakterik  cəhətlərini 

müəyyənləşdirməyə,  xəsisliyi  ilə  yanaşı  digər  milli 




Afaq Yusifli İshaqlı 

 

 

12 



xüsusiyyətlərini  də  ortaya  çıxarmağa  kömək  edəcəkdir. 

Müəllim  dərsi  yekunlaşdırır  və  1,  2  və  3-cü  məclislərin 

məzmununu öyrənməyi tapşırır. 

3-cü dərsdə oxunan məclislərin məzmununun necə 

mənimsədildiyini 

yoxlamaq 

məqsədilə 

müəllimin 

müxtəsər  sual-cavab  aparması  məsləhət  görülür.  Bundan 

sonra şagirdlərin biliyini yazılı şəkildə yoxlamaq, qruplar 

və  ya  cütlər  üzrə  tapşırıqlar  hazırlayaraq  məzmunun 

qavranılması  və  yadda  saxlanılması  istiqamətində  işin 

nəticələrini yekunlaşdırmaq olar. 

Mətn  üzərində  iş  davam  etdirilir.  Oxu  zamanı 

müəllim  lazımi  izahat  verməli,  oxunan  mətnin  necə 

qavrandığına nəzarət etməlidir. Çalışmalıdır ki, mətn həm 

oxunsun,  həm  də  hər  bir  şəkildə  söhbətin  nədən  getdiyi, 

obrazların  bir-birilə  qarşılıqlı  münasibəti  və  əsərdəki 

mövqeyi  haqqında  şagirdlərdə  aydın  təsəvvür  oyansın. 

Oxu başa çatdıqdan sonra müəllim tapşırır ki, evdə əsərin 

məzmununu tam şəkildə öyrənib aşağıdakı suallara cavab 

hazırlasınlar, cavablarını təsdiqləmək üçün komediyadan 

müvafiq 

nümunələr 

seçib 

göstərsinlər. 



Əsərin 

məzmununun  hərtərəfli  qavranılmasına  xidmət  etmək 

məqsədilə  suallar  düşündürücü  olmalı,  şagirdin  fəallığını 

təmin etməlidir. Suallar aşağıdakı kimi qurula bilər: 

 

1.  Heydər  dostları  ilə  Araz  çayını  keçərkən  hansı 

taktikanı yeridir? 

2.  Bəylər  suya  düşmüş  Hacı  Qaranı  necə  xilas 

edirlər? 

3.  Ohanla  Sərkisin  söhbətində  nədən  bəhs  olunur? 

Onların təsvirində Heydər bəy necə görünür? 

4. Heydər bəy erməniləri necə qovur? 

5. Hacı Qaranın ermənilər haqqında dediyi “Oların 

sözünə necə inanmaq olar?” replikasını izah edin. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə