Afaq Yusifli İshaqlı


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   2   3   4   5   6   7   8   9   ...   15

M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

19 



Heydər  bəy  bu  sözünə  sadiq  qalır  və  on  nəfərdən  ibarət 

erməni dəstəsini təkbaşına qovur. 

– Heydər bəy fərasətlidir, istənilən çətinlikdən çıxış 

yolu tapır. Hacı Qaranı Arazda xilas edir, malları salamat 

lazımi yerə çatdırır. 

–  Nişanlısının  təəssübünü  çəkir,  onu  qaçırmaqla 

utandırmaq,  ailəsinin  yanında  xəcalətli  olmaq  istəmir. 

Evləndikdən sonra ailəsini dolandırmaq yolları haqqında 

düşünür və kimsəyə möhtac olmaq istəmir. 

–  Naçalnik  Kərəməlini  tutub  gətirəndə  və  başqa 

situasiyalarda Heydər bəy bir an belə tərəddüd və zəiflik 

göstərmir,  mövqeyindən  geri  çəkilmir,  sözün  düzünü 

deyir, qaçaq mala getdiyini boynuna alır. 

–  Günahlarının  bağışlanması  üçün  yalvarmır.  O 

dövrdə  tətbiq  olunan  bir  üsulla,  yəni  döyüşən  orduda 

xidmət  etməklə  "günahlarını  yumağa"  hazır  olduğunu 

deyir. 

–  Həm  Arazı  keçəndə,  həm  də  sonra  naçalnikin 



qarşısında Ohan yüzbaşı ilə cəsarətlə, əsl bəylik qüruru ilə 

danışır.  Bu  səhnələr  vasitəsilə  Axundzadə  sübut  edir  ki, 

azərbaycanlı bəy erməni yasavulu ilə heç bir vəchlə müqa-

yisə edilə bilməz. Bunu hətta "tatarları yalançı və qaçaq-

malçı"  adlandıran  naçalnik  də  etiraf  edir.  Lakin  çox 

təəccüblüdür  ki,  dövlət  qulluğuna  irəli  çəkilmir,  əgər 

Heydər  bəy  sərhədləri  qorusa  idi,  bütün  əməliyyatlar 

daha böyük uğurlarla həyata keçirilərdi. Deməli, "ruslar" 

və  onların  nümayəndələri  olan  naçalniklər  torpaqlarını 

işğal  etdikləri  "tatarlara"  inanmırlar,  onlardan  döyüşçü 

kimi  istifadə  etmək  istəyəndə  də  qanlı  döyüşlərə, 

Dağıstana göndərirlər ki, bu yolla daha çox azərbaycanlı 

zadəganın  ölümünə  bais  olsunlar.  Halbuki  Heydər  bəy 

kimiləri  sərhəd  qoşunlarında  qulluq  etsələr,  onların  iş 

problemi də həll olunardı. 



Afaq Yusifli İshaqlı 

 

 

20 



Əsərin əsas ideya daşıyıcılarından olan Heydər bəy 

surəti müsbət keyfiyyətləri ilə yanaşı mənfi xüsusiyyətlərə 

də  malikdir.  Əsərin  başlanğıcında  söylədiyi  monoloqda 

Heydər bəy öz həyatı haqqında düşündüklərini ifadə edir: 

– yaşadığı zamanda qəhrəmanlığa qiymət verilmir; 

– keçmişdə ata-babaları döyüş və çapqınlarda əldə 

etdikləri  var-dövlətlə  dolanıblar,  Heydər  bəy  də  başqa 

dolanışıq yolu görmür; 

–  Heydər  bəy  əkinçilik  və  maldarlıqla  məşğul 

olaraq yaşayış üçün vəsait əldə etmək fikrində deyildir; 

–  Heydər  bəy  üçün  at,  mal-qara  oğurluğu  daha 

məqbuldur. 

M.F.Axundzadə  Heydər  bəy  surəti  vasitəsilə 

böhran  keçirən,  dilemma  qarşısında  qalan  Azərbaycan 

mülkədarlarının  ümumiləşdirilmiş  obrazını  yaratmışdır. 

Heydər bəy seçim qarşısındadır. O, çox yaxşı başa düşür 

ki, ya quldurluq etməli, ya da naçalnikin təklif etdiyi kimi 

"əkinçi"  olmalıdır.  Naçalniklər  tərəfindən  idarə  olunan 

vətənində  ona  başqa  seçim  imkanı  qalmamışdır.  Suallar 

qarşısında  qalmış,  özünün  dediyi  kimi  "alaçıqda 

oturmaqdan  bezmiş"  Heydər  bəy  əslində  gələcək 

Fərhadların,  Fəxrəddinlərin  sələfidir.  Heydər  bəy  sadəcə 

suallar  verir,  öz  vəziyyətindən  narazıdır,  köhnə  çap-

qınçılıq  qanunları  ilə  yaşamaq,  ömür  sürmək,  ailə  saxla-

maq çətindir. Həm də Heydər bəyin əcdadları həmişə bu 

cür yaşamayıb. Onları da belə əməllərə Azərbaycanı hərb 

meydanına  çevirmiş  Qızılbaş  və  Osmanlı  döyüşlərinin, 

müharibələrinin  sərt  qanunları  məcbur  etmişdi.  Heydər 

bəy  də  oğurluqdan,  qaçaqçılıqdan  bezib,  ona  düzgün 

yaşamağı  təklif  edən  naçalnikə  "bizim  kimi  nəcib 

kimsənələrə  bir  çörək  yolu  göstərəsiniz"  sözləri  sovet 

dövründə yazılmış dərsliklərdə deyildiyi kimi heç də gülüş 

doğurmur.  Axı  nəyə  görə  adını  "nüfuz  dəftəri"nə 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

21 



saldırmağa  çalışan,  bəylik  üçün  şəhadətnamələr  almağa 

cəhd edən Ohan yüzbaşı gülünc deyil, Cavanşir nəslindən, 

nəcabətli ailədən olan Heydər bəy bundan utanmalıdır və 

gülüş  obyektinə  çevrilməlidir.  Komediyanın  sonunda 

yenə də Heydər bəyin nə işlə məşğul olacağı məsələsi açıq 

qalır.  Onun  taleyində  hər  cür  metamorfozlar  ola  bilər, 

Heydər  bəy  Şahbaz  bəy  kimi  təhsil  almağa  çalışar  və  ya 

"Müsibəti-Fəxrəddin"dəki  Rüstəm  bəyə,  ya  da  inanmaq 

çətin olsa da, Fəxrəddin bəyə çevrilə bilər. Öz həyatı haq-

qında  suallar  verən  və  vəziyyətindən  çıxış  yolu  axtaran 

hər bir şəxs müxtəlif dəyişmələrə məruz qala bilər. 

Əsərdə diqqəti çəkən surətlər sırasında Tükəzin və 

Sona  xanımın  xüsusi  yeri  var.  Onların  yaş,  ictimai 

vəziyyət  baxımından  fərqləri  olsa  da,  ümumi  cəhətləri 

çoxdur: 

–  onların  hər  ikisi  müəyyən  narazılıqlara 

baxmayaraq seçdikləri həyat yoluna sədaqətlidirlər; 

–  Sona  xanım  Heydər  bəyin  hərəkətlərində  ilk 

öncə  təhlükə  mənbələrini  görür,  bu  səbəbdən  də  Heydər 

bəyin  müxtəlif  fantastik  planlarına  şübhə  ilə  yanaşaraq 

onu bu yollardan çəkindirməyə çalışır; 

–  Tükəz  Hacı  Qaranın  üzünə  qarğış  töküb 

xəsisliyini pisləsə də, onun təəssübünü çəkir, təhlükələrdən 

qorumağa çalışır. 

Süjetin  müəyyən  bir  hissəsi  Sona  xanım  surəti  ilə 

bağlıdır.  Xarakterlərin  işıqlandırılmasında  da  onun  rolu 

böyükdür.  Sona  xanım  obada,  alaçıqda,  təbiətin 

qoynunda  böyümüş  təmiz  ürəkli,  ağıllı  və  diribaş  bir 

kəndli qızıdır. Azad və xoşbəxt həyat həsrəti ilə çırpınan 

bu gənc qız tezliklə atası evindəki cansıxıcı şəraitdən xilas 

olub,  Heydər  bəylə  birlikdə  gözəl  ailə  həyatı  qurmaq 

arzusu ilə yaşayır. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə