Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 38 -
д.ф.н. Кенуль Буньядзаде 
 
Феномен человека  
в истории философии XVIII-XIX вв. 
(резюме) 
 
XVIII-XIX века – особая страница в истории философии, отмечавшаяся 
как  широким  распространением  в  Европе  идей  Возрождения,  зарождением 
национального самосознания, развитием науки, так и поляризацией восточно-
западного  мышления.  Данная  статья  и  посвящена  как  раз  анализу  этого 
периода  с  точки  зрения  его  влияния  на  развитие  человека. XVIII-XIX века 
знаменательны  еще  и  тем,  что  они  заложили  начало  господству  западного 
мышления и его серьезному влиянию на другие регионы. С этой точки зрения 
автор  обосновывает  идею  о  том,  что  для  того,  чтобы  знать  человека XVIII-
XIX  веков  как  на  Востоке,  так  и  на  Западе,  надо  прежде  всего  изучить 
человека западного. 
 
Ключевые слова: 
восточное мышление, западное мышление, схолас-
тика, феномен человека, суфизм, вера, разум. 
 
 
Prof.Dr. Könül Bünyadzade 
 
XVIII.- XIX. Yüzyıl Felsefe Tarihinde İnsan Fenomeni 
(özet) 
 
XVIII.-XIX. Yüzyıllar felsefe tarihinde oldukça önemli bir dönemdir. Nite-
kim, rönesans döneminde ortaya çıkan düşüncelerin yayılması, milli kimliklerin 
biçimlenmeye başlaması, Avrupa’da bilimin gelişmesi, ve Doğu-Batı düşünceleri 
arasında kutuplaşmanın ortaya çıkması söz konusu döneme rastlamaktadır.  
Makalede söz konusu zengin ve tezatlı dönemin insan fenomeninin gelişimi-
ne etkileri ele alınmış ve onun gelişim çizgisinin dönemin şartları dogrultusunda 
nasıl değiştiği analız edilmiştir.  
XVIII.-XIX. Yüzyıllar aynı zamanda Batı düşüncesinin kısa sürede egemen 
bir duruma gelerek diğer bölgeleri de ciddi şekilde etkilemeye başladığı bir dönem-
dir. Bu bağlamda yazar, ister Doğu’da, isterse de Batı’da XVIII.- XIX. Yüzyılın 
insanını tanıyabilmek için önce Batı insanını tanımak gerektiğini ifade etmektedir.  
 
Anahtar kelimeler:
  Doğu düşüncesi, Batı düşüncesi, skolastik, insan 
fenomeni, sufilik, inanç, akıl. 


Fəlsəfə tarixi 
 
 
 
 
 
 
Dünyanın dərkində  
ezoterik biliklərin rolu
 
 
 
 
Mətanət Abdullayeva

 
 
 
Giriş  
Bəşər tarixinin bütün dövrlərində ezoterik biliklərə böyük maraq olub. 
Belə ki, onlar – ezoterik biliklər insanları düşündürən və onlara sirli görünən 
problemlərə, suallara bu və ya digər dərəcədə açıqlıq gətirir. Ezoterik bilik-
lər insanın ağlı ilə ruhunun harmonik fəaliyyətində əldə olunur. Buna fəlsə-
fədə rasionalla irrasionalın vəhdəti deyilir. Həm Şərq, həm də Qərb ezoterik 
təlimlərinin əsasında insanın və kainatın dərki problemi durur. 
 
Şərq və Qərb ezoterik təlimlərinin aparıcı ideyası nədir? 
Sivilizasiyaların dialoqunun bərqərar olduğu indiki şəraitdə  Qərblə 
Şərqin harmonik bir axına daxil olması özündə  həm də keçmişlə müasirin 
açar pozisiyalarda qovuşmasını ehtiva edir. Keçmişlə indinin qovuşduğu 
açar pozisiyalar insan təfəkküründə rasionalla irrasionalın birləşməsi ilə əldə 
olunur. Bu, elmdə  də belədir, söz sənətində  də, incəsənətin müxtəlif 
sahələrində də. Yüksək (supramental) təfəkkürün məhsulu olan sənət nümu-
nələrinin dili metafora dilidir, fərqi yoxdur, rənglərin «metaforası», notların 
«metaforası», rəqəmlərin «metaforası», ya da sözlərin. Fəlsəfi poeziyanın 
əsas metaforası bütün Uzaq Şərq,  İslam  Şərqi və  Qərb ezoterik təlimlərin 
aparıcı ideyası kimi mistik reallığın – Mütləq Həqiqətin barəsindəki sözlər-
dir. Mütləq, zaman koordinatlarının fövqündə olduğu kimi, onun barəsində-
 
- 39 -
                                                 

 Dos. Dr., Bakı Dövlət Universiteti.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 40 -
ki hər bir qiymətli söz də keçmiş-indiki-gələcək anlamlarından kənardır, 
daha doğrusu, yüksəkdir. Bu baxımdan fəlsəfi poeziyada, daha dəqiq desək, 
onun batini – ezoterik müstəvisində keçmiş-indiki-gələcək zaman qovuşaraq 
bir nöqtədə sıxılır. Bu vaxt damla-damla əldə edilən sakral – ezoterik bilik-
lərin insanlar üçün nə qədər zəruri olduğu problemi kəskinliklə özünü hiss 
etdirir.  
 
Ezoterik bilik haqqında 
Ezoterik bilik aşkar və gizli qanunların vahidliyinin sirrini daşıyan və 
həyatın, kainatın həqiqi mahiyyətini özündə  əks etdirən bilikdir. Ezoterik 
biliklərin toplusu, sistemi ezoterizm adlanır. Ezoterizm (yunanca ezoterikos-
daxili, batini) dini, fəlsəfi, yaxud da hər hansı digər təlimlərin batini doktri-
nalarını özündə təcəssüm etdirən ümumiləşdirici addır, o, həmçinin kosmo-
sun gizli qüvvələri ilə təması və kosmik inkişafı özündə ehtiva edən biliklər 
toplusudur. «Ezoterizmi insanın təfəkkürünün və dünyaya baxışının alterna-
tiv formalarından biri kimi də müəyyən etmək olar. Ezoterik reallıq ruhi və 
vital reallıqdır. Ezoterik həqiqət, hər şeydən əvvəl, insanın özünə ünvanla-
nıb, yalnız özündən keçirəndən sonra o, zahiri aləmə yönəlir.» (11). Fəlsəfi 
aspektdə ezoterizm dərk olunan və olunmasının mümkünlüyü qəbul edilmiş 
konsepsiyaya hörmət edildiyi kimi (burada maddi dünyanın qanunlarına 
elmi münasibətdən söhbət gedir), rasional təfəkkürlə  dərk olunmayan və 
dərk olunması qeyri-mümkün sayılan konsepsiyaya da hörməti və ona ciddi 
elmi münasibəti nəzərdə tutan dünyagörüşü ifadə edir.  
Praktik aspektdə ezoterizm görünən və görünməyənlərin, ağılla dərk 
olunan və  dərk olunmayanların tabe olduqları vahid qanunların təcəssüm 
üsulları ilə məşğuldur. Görünən və görünməyənlər, dərk olunan və olunma-
yanlar uyğun olaraq, rasional və irrasional idrak məsələlərini özündə ehtiva 
edir. Xarici forma və  məzmun rasional bilikdə  təcəssüm olunursa, batini 
mahiyyət irrasionalda təcəssüm olunur. Bunların vəhdət şəklində dərki var-
lıq haqqında bütöv mənzərəni yaradır ki, bu da idrak nəzəriyyəsinin təməlini 
təşkil edir. Rasional bilik intellekt, mühakimə, analiz və s. kimi ağıl kateqo-
riyaları ilə öyrənilən subyekt-obyekt münasibətlərinin özünə və onların za-
hiri tərəfinə aiddir. İrrasional bilik varlığın subyekt və obyekt haçalanma-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə