Elm fəlsəfəsi
- 63 -
qaynaqlarına aid edilmir. Əlbəttə, M.Şelerin bölgüsü ilə razılaşmamaq da
olar. Xüsusilə, dinin biliklər üzərində deyil, inam üzərində qərar tutduğunu
nəzərə alsaq, ayrıca “ xilaskar bilik” termininə də ehtiyac qalmaz. Lakin Şe-
lerin mövqeyi heç də məhz xristianlıqdan gələn xilaskarlıq missiyasını də-
bərtmək məqsədi daşımır. O bütün şeylərdə mütləq reallığı ifadə edən də-
yərləri fərqləndirir və başqa kontekstdə bunu “ metafizik biliklər” adlandırır
(20, s. 46). Əgər nəzərə alsaq ki, bir çox tədqiqatçılar fəlsəfi bilikləri elmi
biliklərdən fərqləndirməyin tərəfdarıdırlar, onda Şelerin bölgüsü daha çox
həmfikir tapa bilər.
Beləliklə, bilik daha geniş anlayış olduğundan, biz elmin tərkib hissəsi
olaraq məhz elmi biliklərdən bəhs edəcəyik.
İndi isə “elm” anlayışının özünə qayıdaq. Bilik haqqında dediklərimiz
hamısı “elmi biliyə” də aiddir. Yəni onun daxili məzmunu ilə yanaşı, ümumi
əlamətləri də tədqiqat obyektinə çevrilir. Hər bir elm – fənn daxili məzmunu
əhatə etsə də, elmşünaslıqda daha çox dərəcədə “elmi biliyin” ümumi səciy-
yəsi və sərhəd şərtləri (demarkasiya) tədqiq olunur. Bundan əlavə, elm bir
sosial sistem kimi də öyrənilir və bu baxımdan, biliyə nisbətən daha mürək-
kəb bir sistemdir.
Beləliklə, elm sistemi əslində üç fərqli rakursda və ya struktur səviy-
yəsində nəzərdən keçirilir. Elmə biliklər sistemi kimi baxanlar onun daxili
məzmunundan çıxış edirlər. Bu məzmununun fövqündə “elm” anlayışından
mahiyyət səviyyəsində söhbət gedir. Elmə tərif verilməsi cəhdləri ən çox el-
milik meyarları ilə əlaqələndirilir. Daha doğrusu, söhbət yenə də məhz “el-
mi bilik”dən gedir, amma bu dəfə konkret məzmundan abstraksiya olun-
maqla! Elmin inkişaf qanunauyğunluğundan, elmi nəticələrin həqiqiliyi və
ya elmiliyindən bəhs edən tədqiqatlar da elmşünaslığa daxil edilir. Üçüncü
struktur səviyyəsində söhbət elmin ictimai bir hadisə kimi təşkilatlanmasın-
dan, elm ilə digər ictimai həyat hadisələri arasındakı münasibətlərdən gedir.
Bu məsələni biz “Bilik və fəaliyyət” bölməsində daha ətraflı şərh et-
mişik. Öncə isə biliyin genezisi və epistemoloji əsaslarını daha ətraflı araş-
dırmaq tələb olunur.
Aristoteldə elm hikmətlə əlaqələndirildiyindən, fəlsəfə ilə elm arasın-
da elə bir ciddi fərq görünmür.
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 64 -
Aristotel elm üçün əlamətdar olan ən mühüm cəhəti ön plana çəkir ki,
bu da ümumilərin öyrənilməsi məsələsidir. Təcrübə təkcələrin mənimsə-
nilməsinə aid olduğu halda, ümumilər haqqında bilik elmə aid edilir. Elmin
ikinci əsas əlaməti kimi səbəblərin ortaya çıxarılması göstərilir. Konkret
cisim və hadisələrdən, hissi obyektlərdən fərqli olaraq, ümumilərin dərki
üçün duyğu və qavrayış deyil, başqa bir keyfiyyət: səbəblərin və əsasların
üzə çıxarılması tələb olunur. Elmlər içərisində ilk səbəbləri və ilk əsasları
öyrənən isə ən yüksək elm – fəlsəfə hesab olunur (5, s. 69).
Burada Aristotel təliminin çox mühüm və spesifik bir məqamı ortaya
çıxır. İlk baxışda belə görünə bilərdi ki, Aristotel hissi təcrübədən bir addım
ataraq sənətə keçdiyi kimi, daha bir addım atıb elmə keçəcəkdir. Necə ki,
marksizm fəlsəfəsində və Yeni Dövrün bir sıra materialist idrak təlimlərində
təkcələrdən ümumiyə və ümumilərdən ən ümumilərə, yaxud hissi idrakdan
mücərrəd təfəkkürə keçiddən bəhs olunur. Yəni induktiv idrak metodu əsas
götürülür. Amma yox. Aristotel hissi təcrübədən və təkcələrin öyrənilmə-
sindən başlasa da, elmə, elmi idraka bunun davamı kimi gedib çıxmır. O,
idrakın sanki yuxarıdan aşağı enən, ən ümumidən ümumilərə və xüsusilərə,
ilk səbəbdən səbəblərə, ilk əsasdan əsaslara doğru yönəlmiş fərqli bir yolunu
göstərir. Elmə fəlsəfədən gəlməyə çalışır.
Marksizmin və bir çox fəlsəfi təlimlərin təsəvvür etdiyi kimi, idraka
bir inikas prosesi kimi baxılarsa, müasir elmlərin yaranması tarixi də hissi
təcrübədən sənətkarlığa, praktik biliklərə və oradan da nəzəri təlimlərə, uni-
versal elmi prinsiplərə doğru davam edərdi. Lakin elm tarixindən bəllidir ki,
əvvəlcə sinkretik düşüncə sistemi kimi fəlsəfə yaranmış və bütün digər elm-
lər rüşeym halında onun tərkibində mövcud olmuşlar. Zaman-zaman elmlər
yetişərək fəlsəfənin bətnindən azad olmuş və nisbi müstəqil surətdə inkişaf
etmişlər. Bu proses müasir fənlərin formalaşmasına gətirib çıxarmışdır. Hət-
ta induktiv düşüncə və empirik elmi idrak tərəfdarı kimi tanınan Frensis
Bekon da hissi təcrübə – empirik bilik – elm – fəlsəfə modelindən çıxış et-
mir və belə hesab edir ki, təcrübi bilik (experientia) tarixə, elm isə fəlsəfəyə
uyğundur (6, s. 157). Əslində Bekonun təsnifatında elm ilə fəlsəfə tamamilə
eyniləşdirilir ki, bu da yolverilməz haldır. Biz bu barədə arqumentlərimizi
bir az aşağıda qeyd edəcəyik. Amma indi məhz tarixlə elmin, yaxud tarixlə
Elm fəlsəfəsi
- 65 -
fəlsəfənin belə kəskin şəkildə fərqləndirilməsinin səbəbləri üzərində
dayanaq.
Hissi təcrübə ilə tarixi yaxınlaşdıran odur ki, hər ikisi təkcələri, fərdi
hadisələri əks etdirir. Amma bunu elm və fəlsəfə haqqında demək olmaz.
Çünki elmdə ümumilər arasındakı münasibət ifadə olunduğundan, burada
hər hansı bir zaman-məkan müəyyənliyi olmur. Yəqin bu cəhətə görədir ki,
bəzi tədqiqatçılar fəlsəfəni “ümumi elm” adlandırırlar (9, s. 14). Bu cür ya-
naşmada tarix, elm və fəlsəfənin nisbəti təkcə, ümumi və ən ümuminin nis-
bəti kimi başa düşülür. Halbuki, fəlsəfəni elmdən fərqləndirən yalnız ümu-
milik dərəcəsi olmayıb, həm də düşüncə tərzindəki fərqdir. “Ümumi elmlər”
isə əslində mahiyyəti üzrə elm anlayışına daxil olub, əhatə dairəsinə görə
daha ümumi nəzəriyyələr üzərində qurulur. Belə elmlərə daha çox dərəcədə
fənlərarası elmlər aid edilir ki, onlar da xüsusi elmlərdən daha əhatəli olsa-
lar da, hələ fəlsəfi ümumiləşmə səviyyəsinə qalxmırlar. Kibernetika, siner-
getika və s. təlimlər belə ümumnəzəri və əlaqələndirici keyfiyyətə malikdir-
lər. M.Mesaroviçin yazdığı kimi, “ümumi nəzəriyyə o dərəcədə ümumi ol-
malıdır ki, artıq mövcud olan bütün konkret nəzəriyyələri əhatə edə bilsin”
(10, s. 18). Beləliklə, tarix ilə fəlsəfə arasında, bir tərəfdən, xüsusi və ümü-
mi – fənlərarası elmlər, digər tərəfdən də, bədii idrak, poetik təfəkkür
dayanır.
Biliyin genezisi ilə bağlı fikirlər nə qədər fərqli olsa da, o artıq müstə-
qil bir dəyər kimi qəbul olunur və ictimai tərəqqinin zəruri əsası kimi gö-
türülürdü.
Hələ XVII əsrdə Avropa Yeni Dövrə qədəm qoyduğu vaxtlarda biliyin
xüsusi rolu önə çəkilirdi. Bekonun “Bilik – qüvvətdir” kəlamı az qala Yeni
Dövrün devizi kimi qəbul olunurdu. Lakin hansı bilik? Yeni Dövrdə söhbət
məhz elmi bilikdən gedirdi; elmi biliyin ictimai həyata tətbiqindən, təbiətin
ram edilməsindən, biliklə silahlanmış insanın yeni statusundan gedirdi. Bir
tərəfdən, təbiət haqqındakı biliklərin strukturlaşması, təşkilatlanması və bu-
nunla da “elmi bilik” meyarına yiyələnməsi, digər tərəfdən, cəmiyyətin öz
strukturunda elmi fəaliyyət üçün halqalar açılması, insanın təbiətlə qarşılıqlı
münasibətinin elm və texnika ilə vasitələnməsi və s. bu kimi hadisələr
Dostları ilə paylaş: |