Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə20/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 60 -
bilik” mənasında (13, s. 320). Burada biz bilik anlayışının daxili məzmun və 
forma-mahiyyət kimi iki təzahürünün fərqləndirilməsinin şahidi oluruq. Bu 
ikiləşmə  əslində  məhz bilik anlayışı üçün mümkündür. Əksər anlayışlar, 
məsələn, “alma” üçün məzmun və mahiyyət üst-üstə düşür. “Kitab”, “film”, 
“şeir” anlayışları kimi “bilik” də spesifik anlayışdır. Çünki onların hər biri-
nin mahiyyət-məzmundan əlavə bir daxili məzmunu da vardır. Satıcının ki-
tabın  daxili məzmunundan xəbərdar olmasına ehtiyac yoxdur. Kitabın qiy-
məti əsasən onun çapına sərf olunan vəsaitlə, yəni onun poliqrafik keyfiyyə-
tinə görə müəyyən edilir. Kitabın daxili məzmunu daha çox, oxucunu ma-
raqlandırır. Kitab bir predmet kimi və kitab hansı isə bir məzmunun simvo-
lik ifadəsi, açıqlanması kimi. Onu digər cisimlərdən fərqləndirən forma və 
cismani məzmundursa, digər kitablardan fərqləndirən daxili məzmunudur. 
“Bilik” anlayışı da məhz bu cür ikiləşir. Düzdür, onun cismani mövcudluğu 
yoxdur, amma onu digər ruhi-intellektual hadisələrdən fərqləndirən zahiri 
cəhətlər vardır. Yəni bilik xatirə ilə, hisslə, təəssüratla, sevgi ilə, hətta həqi-
qətlə müqayisə oluna bilər. Belə müqayisə zamanı onun daxili məzmunu nə-
zərə alınmır. Bu, tibbə aid bilikdirmi, yoxsa fizikaya və ya fəlsəfəyə, – fərqi 
yoxdur. Platon da məhz bu cəhəti nəzərdə tutur. Biliyin özü ruhi-mənəvi 
aləmə aid digər hadisələrdən fərqlənir. Hissdən, sevgidən fərqli olaraq, bilik 
anlayışlarla birmənalı ifadə olunur, insanın hissi yaşantıları, subyektiv amil-
lər xaricində olub obyektiv, rasional xarakter daşıyır. Ancaq məzmun xari-
cində, mücərrəd bilikdən, – ümumiyyətlə bilikdən danışarkən biliyin həqiqi-
liyi, obyektivliyi, rasionallığı  və s. bu kimi ümumi əlamətlər önə  çəkilir. 
Başqa rakursda isə söhbət nəyi bilməkdən, yəni onun predmetindən, daxili 
məzmunundan gedir. Bu halda isə bilik anlayışının özü məlum bir şey kimi 
götürülür və onun əlamətləri dartışılmır.  
Təsadüfi deyil ki, riyaziyyatçılar riyaziyyatın, fiziklər – fizikanın, ta-
rixçilər – tarixin nə olduğunu izah etməkdə çox vaxt çətinlik çəkirlər. Çünki 
riyaziyyatçı riyaziyyatın  daxili məzmununu bilir, o, riyaziyyat dünyasının 
içərisindədir və onu kənardan seyr edib, digər yaxın hadisələrlə müqayisə 
etməkdə aciz qala bilər.  
Con Bernal elmi fəaliyyətin spesifikasını müəyyənləşdirməyin çətin-
liklərindən bəhs edərək yazır ki, elm adamının fərqləndirilməsi elmin nə ol-


Elm fəlsəfəsi 
 
 
- 61 -
duğunu müəyyənləşdirməkdən daha rahatdır. Ona görə də, ən asan yol elmi 
alimlərin gördüyü iş kimi səciyyələndirməkdir (7, s. 19). Bir dəfə  məşhur 
fizik R.Feynmandan soruşurlar ki, “fizika” nədir? O isə “fizika fiziklərin ge-
cə yarıdan sonra məşğul olduqları işdir”, – deyə cavab verir. Feynman belə 
hesab edirdi ki, ayrı-ayrı fiziki problemləri öyrənməklə fizikanın nə oldu-
ğunu təsəvvür etmək mümkün deyil. Fizikanı  nə isə bir tam olaraq “duy-
maq” üçün onun digər elmlərlə müqayisədə  və ümumiyyətlə elmlərin də 
digər fəaliyyət sahələri ilə müqayisədə spesifikasını müəyyənləşdirmək la-
zımdır (17, s. 21). Əslində bu da vəziyyətdən bir çıxışdır. Görünür, tanınmış 
fizik öz ixtisasının mahiyyətini izah etməkdə çətinlik çəkdiyini büruzə ver-
mək istəməmişdir. Ciddi yanaşıldıqda isə, onun cavabı belə olmalı idi: 
“Bunu filosoflardan soruşun”. M. Haydegger də diqqəti məsələnin bu tərəfi-
nə yönəldərək yazır: «Bir fizik məhz fizik olaraq fizika haqqında heç bir 
açıqlama verə bilməz. Fizikin bütün mülahizələri fizikanın öz predmeti da-
xilindədir. Fizikanın özü isə  hər hansı bir fizika təcrübəsinin predmeti de-
yildir» (2, s. 38).  
Eləcə də riyaziyyat, biologiya və s. sahələrdə çalışan adamlar bu sahə-
nin mahiyyətini və infrastrukturunu deyil, hansı isə konkret riyazi və ya 
bioloji məsələləri araşdırırlar. Yaxud mühəndis mühəndisliyin, dilçi dilin, 
şair  şeirin nə olduğunu bilməyə  də bilər. Bunları bilmək artıq filosofluq 
məqamıdır.  Əlbəttə,  şair  şeir yazmağın qaydalarını da bilir, şeirin özünü 
yazarkən isə heç bu qaydalara ehtiyacı da olmur. Çünki hər şey bədahətən 
baş verir. Lakin şeirin mahiyyəti bu qaydalarda ifadə olunmur. Ayrıca götü-
rülmüş bir şeirin ideyasını açmaq, izah etmək üçün isə ədəbi tənqid vardır. 
Amma ümumiyyətlə “şeir” anlayışını izah etmək, onun mahiyyətini açmaq 
üçün öncə  bədii təfəkkürün, obrazın, emosional yaşantının epistemoloji 
təhlili verilməlidir. Eləcə də bilik, eləcə də elm.  
C.Hokins diqqəti buna yönəldir ki, kompüter şahmat oynasa da, əslin-
də şahmatın nə olduğunu bilmir və ya kalkulyator hesab əməliyyatları apar-
sa da, riyaziyyatın nə olması barədə təsəvvürü yoxdur (19). Əslində burada 
söhbət dərk olunmuş  fəaliyyətdən fərqli olaraq, dərk olunmamış, kortəbii 
icradan gedir. Biz zehni sahədə şüurlu və qeyri-şüuri fəaliyyəti də fərqlən-
dirsək, elmi yaradıcılığın özü iki yarusda nəzərdən keçirilə bilər. Elm sa-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 62 -
həsində çalışan, elmi rəhbər tərəfindən təyin edilmiş eksperimentdən müəy-
yən nəticələr alan, amma hansı  nəticənin  əvvəlcədən məlum, hansının isə 
yeni olduğunu bilməyən köməkçi heyətdən fərqli olaraq, tədqiqatın ideya 
rəhbəri nə axtardığını öncədən bilir və eksperimentləri də buna uyğun 
istiqamətdə qoyur.  
Hissi təcrübədən alınan məlumatların bir ideya ətrafında birləşdirilmə-
si ancaq elmi proqnostika sayəsində mümkün olur. Belə ki, fəlsəfi və ya 
ümumelmi ideya empirik materialdan hasil ola bilməz. O ancaq yüksək zə-
kanın məhsulu ola bilərdi. Bu düşüncə antik dövr üçün səciyyəvi idi. 
M.Haydeggerin qeyd etdiyi kimi, yunanlar üçün həqiqət ilahi mahiyyət 
daşıyırdı (18, s. 348).  
Lakin orta əsrlərdə elmi düşüncənin yeni paradiqması formalaşmışdır. 
B.Rassel İbn Sinaya istinadən yazır: «Avisenna yeni bir formul kəşf etmişdi; 
onu sonradan Averroes və Böyük Albert təkrar etmişdilər: «Təfəkkür ümu-
mini ayrıca  şeylərdən hasil edir»… Avisenna göstərir ki, general, başqa 
sözlə, universalilər eyni zamanda şeylərə qədər, şeylərdə və şeylərdən sonra 
mövcuddurlar» (14, s. 398). 
 
Müasir elmin təməlində biliklərin dayanması heç kimdə şübhə doğur-
mur. Lakin hansı biliklərin? Məsələ burasındadır ki, heç də bütün biliklər 
elmə xidmət etmir. Çünki insan yalnız obyektiv gerçəkliyi öyrənmir; o, həm 
də öz mənəvi dünyasını  və onun vasitəsilə bütövlükdə ruhani dünyanı  və 
Allah ideyasını dərk etməyə çalışır ki, bu sahədəki biliklər elmə yox, dinə 
aiddir. M.Şeler biliyi özlüyündə  dəyər kimi qəbul etməyin və “bilik bilik 
üçündür” prinsipinin əleyhinə  çıxaraq, onu ontik-metafizik mənasına və 
dəyər müstəvisində  fərqinə görə üç növə ayırır.  Əvvəla,  şəxsiyyətin yetiş-
məsinə və tam inkişafına xidmət edən bilikləri – oluşdurucu bilik; ikincisi, 
bu oluşmanın, biliklərlə zənginləşərək yetkinləşməyin daha yüksək mənası, 
məqsədi olan ilahi biliklər;  nəhayət, təbiəti mənimsəmək, dünya üzərində 
ağalıq etmək üçün olan əməli biliklər və ya pozitiv elmlərə aid biliklər (20, 
s. 41-43). Bu bölgüdən belə çıxır ki, pozitiv elmlərə aid olan ancaq üçüncü 
növ biliklərdir. İnsanın bir insan kimi formalaşmasına xidmət edən biliklər, 
habelə insanın bir ruhani varlıq kimi mahiyyətini ifadə edən biliklər elmin 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə