Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 84 -
nazirliyi belə bir bəyanat verir ki, Rusiya SSRİ-nin yeganə varisi olduğu
üçün, İranla bağlanmış 1921 və 1940-cı illər müqaviləsinə uyğun olaraq
“Xəzər dənizində həyata keçirilən hər hansı fəaliyyətə görə mütləq şəkildə
onun və İranın razılığı alınmalıdır”. Varislik məsələsində ruslar 21 dekabr
1991-ci ildə “MDB-nin yaranması” və “SSRİ-nin öhdəliklərinin yerinə yeti-
rilməsi haqqında” MDB dövlət başçılarının imzaladığı sazişə istinad edirdi-
lər. Bu sənəddə o vaxt Rusiya belə bir maddə yerləşdirmişdi ki, Rusiya
SSRİ-nin yeganə varisdir və onun bütün beynəlxalq öhdəliklərinin yerinə
yetirilməsini öz üzərinə götürür.
Azərbaycanın mövqeyi: Rusiyanın bu dövrdəki Xəzərin statusu ilə
bağlı bütün qeyri-konstruktiv cəhdlərinə ardıcıl və davamlı şəkildə sinə
gərən yeganə ölkə Azərbaycan Respublikası olmuşdur. Bu məsələ ətrafında
ümumiyyətlə əsas mövqe toqquşması da bu iki ölkə arasında yaşanmışdır.
Azərbaycan Rusiyanın bəzi bəlli dairələrini qeyri-konstruktiv və im-
periya düşüncəli hərəkətlərinə öz konstruktiv təklifləri və beynəlxalq hüqu-
qa söykənən mövqeyi ilə cavab verməyə, Xəzər dənizində həyata keçirdiyi
fəaliyyətin istər beynəlxalq hüquqa, istərsə də Xəzər hövzəsi ölkələrinin
söykəndiyi dövlətlərarası hüquqa və praktikaya tam uyğunluğunu sübuta ye-
tirməyə çalışırdı. O israrla sübut edirdi ki, bəzi iddiaların əksinə olaraq bü-
tün hallarda – istər Xəzər “qapalı su hövzəsi” hesab edilsin, istər beş ölkənin
sərhədində yerləşən “qapalı dəniz” olsun, Azərbaycanı reallaşdırmaq istədi-
yi layihələri və həyata keçirdiyi fəaliyyəti qətiyyən inkar etmir. Əgər BMT-
nin ”Beynəlxalq dəniz hüquqları haqqındakı” Konvensiyasına əsaslanılarsa,
o zaman “ortaq dənizdə” hər sahil dövlətinin öz “iqitsadi zonasına” malik
olmaq və bu zonada ayrıca, yaxud başqa dövlətlərlə birgə sərbəst fəaliyyət
göstərmək hüququ mövcuddur.
Azərbaycan həm də bəyan edirdi ki, əlbəttə o bütün bu işləri reallaşdı-
rarkən ilk növbədə öz milli maraqlarını təmin etmək məqsədi daşıyır. Lakin
Xəzərdə enerji layihələri reallaşdırarkən, Azərbaycan hər zaman region öl-
kələrinin ortaq milli maraqlarını və beynəlxalq hüququ əsas tutmuşdur. Bu-
na görə də Azərbaycanın fəaliyyəti heç bir Xəzərətrafı ölkənin iqtisadi-siya-
si maraqlarını pozmur, əksinə bölgədə hamı üçün bərabər, rəqabətə əsasla-
nan əməkdaşlıq şəraiti yaradaraq, bu layihələrdə iştirak etmək və onlardan
Siyasi elmlər
- 85 -
öz xalqının maraqları üçün istifadə etmək, iqtisadi dividentlər qazanmaq im-
kanı təmin etmişdir.
Azərbaycan Rusiyanı istinad etdiyi və beynəlxalq hüquqi əsası olma-
yan heç bir “öhdəliyi” və “dövlətüstün hüququ” qəbul etmirdi və bundan
sonra da etməyəcəyini birmənalı şəkildə bəyan edirdi. O qeyd edirdi ki, “is-
tər keçimş SSRi-İran sazişləri, istər SSRİ-nin varisi olan Rusiyanın indiki
hərəkətləri, bunlar hamısı keçmişdə qalmışdır və bütün bunlar Azərbaycanın
müstəqil dövlət olaraq öz ərazisinin bir parçası hesab olunan və 1995-ci il-
dən onun Konstitusiyasına salınmış, Xəzər dənizinin ona məxsus milli sek-
toru üzərindəki fəaliyyət azadlığını məhdudlaşdıra bilməz. Azərbaycanın
beynəlxalq hüquqla qorunan milli ərazisi və onun üzərindəki suveren haqları
heç bir beynəlxalq müqavilə və dövlətlərarası sazişlərin, birgə və ayrıca fəa-
liyyətlərin predmetinə çevrilə bilməz.” Mütəxəssislərin fikrinə görə, əslində
Azərbaycanın bu mövqeyi, yanaşması və müvafiq tələbləri sonrakı illərdə
Xəzərin statusu ilə bağlı imzalanmış Rusiya- Qazaxıstan birgə sazişinin əsas
qayəsini təşkil etmişdir [9, s.36].
Bundan başqa, Azərbaycan yuxarıda istinad olunan SSRİ-İran sazişinə
o dövrkü bəzi Rusiya rəsmi dairələrinin yanaşmasını da birmənalı şəkildə
pisləyərək, bəyan edirdi ki, “1921-1940-cı illərdə bağlanmış SSRİ-İran mü-
qaviləsi Xəzərin statusunu bu gün bəzilərinin təqdim etdiyi və şərh etdiyi ki-
mi heç də mürəkkəbləşdirmir, əksinə onu daha aydın vəziyyətə gətirir. Bu
da ondan ibarətdir ki, SSRİ zamanında İran Xəzərdəki öz 14%-lik payını
alır və beləliklə də ona aid dəniz sərhədlərini təsdiqləyir. O ki, qaldı SSRİ-
nin tərkibindən çıxan digər 4 xəzərətrafı ölkənin milli sektoru və dəniz sər-
hədlərinə, bununla bağlı da hələ 1970-i ildə SSRİ zamanında birgə müqavilə
imzalanmış və Xəzərin bu məkanda qalan 86%-lik su hövzəsi dörd hissəyə -
sektorlara bölünmüşdür. Deməli, SSR-nin varisi olan Rusiya da bu ölkənin
öhdəliyini və qərarlarını təmin etməyə borcludur. Məhz bu hüquqi
vəziyyətdən çıxış edən Azərbaycan, öz milli haqqı kimi Xəzərin ona məxsus
sektorunda istənilən fəaliyyətlə məşğul ola bilər. Bu fəaliyyət nə beynəlxalq,
nə də ki, hər hansı Xəzərətrafı ölkənin hüququnu pozmur”.
Ruslar, əlbəttə o dövrdə öz mövqelərinin əsassız olduğunu bilirdilər,
lakin Azərbaycanın bu sahədə nümayiş etdirəcəyi ciddi, əsaslandırılmış
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 86 -
mövqeni və möhkəm milli iradəni, o cümlədən də beynəlxalq aləmin bu işdə
ona verəcəyi dəstəyi gözləmirdilər. Bəzi dairələr Azərbaycanın bu təzyiqlər
qarşısında sona qədər davam gətirə bilməyəcəyinə ümid bəsləyərək, ondan
öz xeyirlərinə “yeni-yeni güzəştlər” qoparmaq haqqında düşünürdülər. Odur
ki, 1997-ci ildə həmin dairələr İranın 1992-ci ilədə irəli sürdüyü və o zaman
nədənsə diqqətdən kənarda qalan “Xəzərdə birgə razılaşdırılmış regional
əməkdaşılq” ideyasını yenidən ortaya atır və bütün xəzərətrafı ölkələri buna
qoşmağa cəhd göstərməyə başlayırlar. Əlbəttə, Azərbaycan Xəzər hövzəsi
ölkələrinin enerji sahəsində regional əməkdaşlığının əleyhinə deyildi və re-
allaşdırmaq istədiyi bütün layihələrdə onların hər birinin yüksək səviyyədə
iştirakını arzu edirdi. Lakin o öz milli hüququnu və maraqlarını hansısa təz-
yiq yolu ilə kiməsə güzəştə getmək fikrindən də uzaq idi. Ona görə də Azər-
baycan bəyan edirdi ki, biz regional əməkdaşlığın əleyhinə deyilik. Lakin,
regional əməkdaşlıq heç bir ölkəyə öz milli sektorunda ayrıca və başqaları
ilə birlikdə sərbəst fəaliyyət göstərmək imkanını məhdudlaşdırmamalıdır.
Istənilən ölkə ona məxsus sektorda, iqtisadi səmərəliliyindən asılı olaraq
həm Xəzərətrafı ölkələrlə, həm də digər beynəlxalq qurumlarla sərbəst iş
aparmaq, birgə fəaliyyət göstərmək hüququna malik olmalıdır.
Azərbaycan öz geosiyasi və geoiqtisadi mövqeyini həm də onunla
əsaslandırırdı ki, SSRİ-nin dağılması və onun yerində dörd yeni müstəqil öl-
kənin yaranması ilə Xəzərin hüquqi statusu hövzəətrafı beş ölkənin qarşılıqlı
və birgə məsələsi olmaqla yanaşı, həm də BMT-nin 1982-ci ildə qəbul edil-
miş və bütün üzv dövlətlər üçün məcburi hüquqi öhdəlik yaradan “Dəniz
hüquqları Konvensiyasına” əsaslanmalıdır və deməli həm də beynəlxalq
məsələdir. Bəhs olunan Konvensiyada dənizlər və su hövzələri- açıq, yarım
qapalı, qapalı olmaqla üç qrupa bölünür. Su hövzəsinin dəniz kimi qəbul
olunmasının meyarı onun Okeanla, yaxud başqa su hövzələri ilə birbaşa, bo-
ğazlar və çaylar vasitəsilə birləşməsi hesab olunur. Konvensiya sahildən 12
millik su hövzəsini dövlətin tam “suveren ərazisi”, 200 millik hövzəni onun
“iqtisadi suveren zonası”, ölkələrarası milli sərhədlərini isə qarşı dövlətlə
dənizin ortaq xətti üzrə müəyyən edir. “İqtisadi suveren zonada” hər bir
dövlət müstəqil şəkildə elmi tədqiqat işləri aparmaq, iqtisadi fəaliyyətlə
məşğul olmaq, mövcud ərazinin təbii sərvətlərini mənimsəmək və Konven-
Dostları ilə paylaş: |