Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

Siyasi elmlər 
 
 
- 81 -
Xəzərin hüquqi statusu ilə bağlı 1921-ci il Rusiya-İran müqaviləsi 
SSRİ yaradılandan sonra da, 1931-ci ilə qədər öz hüquqi qüvvəsini olduğu 
kimi saxlamış və müvafiq olaraq SSRİ – İran razılaşması kimi fəaliyyət gös-
tərmişdir. 27 oktyabr 1931-ci ildə iki xəzəryanı ölkə olan SSRİ və İran ara-
sında  “Xəzər dənizinə daxil olma, ticarət və  gəmiçilik” haqqında yeni bir 
sənəd – Konvensiya imzalanmışdır. Konvensiyanın 16-cı maddəsində qeyd 
edilir ki, Xəzər dənizi yalnız onun sahillərində yerləşən SSRİ və İrana məx-
sus olduğuna görə, onun sularına da yalnız bu ölkələrə məxsus, yaxud onla-
rın bayrağı altında üzən gəmilər daxil ola bilər. Konvensiyanın  şərtlərinə 
görə hər iki ölkə onun sahil sərhədlərindən dənizin içinə doğru 10 dəniz mili 
məsafəsində balıqçılıqla sərbəst məşğul olmaq hüququna malik idi [4, s.84]. 
Təxminən eyni məzmunlu hüquqi müqavilə 1935 və 1940-cı illərdə 
iki ölkə  rəsmilərinin imzaladığı iki hökumətlərarası müqavilədə öz əksini 
tapmışdır. 1940-cı ildə  İkinci dünya müharibəsi təhlükəsi hər iki ölkənin 
astanasında dayanan zaman, SSRİ-nin təşəbbüsü ilə İranla Xəzər hövzəsinin 
hüquqi statusu və iki ölkə arasındakı münasibətlərlə bağlı müqaviləyə 
yenidən baxılmışdır. Bu müqavilələrdə qeyd olunmasa da, SSRİ  və  İran 
arasında öz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə  Xəzər 
dənizi faktiki olaraq iki hissəyə (milli sektorlara) bölünmüşdü. İranın sahil 
sərhədlətindən dənizin orta xəttinə qədər olan hissə (təxminən bütün dəniz 
səthinin 14 faizi İrana, 86 faizi isə Sovet İttifaqına düşmüşdü) İranın, qalan 
hissə isə SSRİ-nin  ərazisi hesab olunurdu. Yuxarıda qeyd olunduğu kimi
sahildən 10 dəniz mili məsafəsində  hər ölkə  sərbəst balıqçılıqla, qalan 
ərazilərdə isə qarşılıqlı razılaşma əsasında gəmiçilik və s. iqtisadi fəaliyyətlə 
məşğul olmaq olardı [2, s.324].
 
İki ölkə arasında 1954, 1956 və 1957-ci illərdə həyata keçirilmiş sər-
həd demarkasiyası zamanı da yuxarıda göstərilən bölgü əsas götürülmüş və 
İranın Xəzər sərhədlərinin başlanğıcı Azərbaycanın Astara - Türkmənistanın 
Həsənqulu yaşayış məntəqələrindən – dənizin orta xəttinə qədər – düz xətt 
üzrə müəyyən edilmişdir. O dövrün bütün siyasi xəritələrində bu bölgü prin-
sipial olaraq sərhəd hüdudu olaraq göstərilmişdir. SSRİ isə öz daxili qayda-
larına müvafiq olaraq ( eyni orta xətt prinsipi üzrə) Xəzər dənizinin ona aid 
olan 86%-lik ərazisini milli təsərrüfat işləri aparmaq və s. məqsədlərlə 1970-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 82 -
ci ildə dörd xəzərətrafı respublika arasında – Rusiya (19%), Qazaxıstan 
(29%), Azərbaycan (21%) və Türkmənistan (16%) olmaqla milli sektorlara 
bölmüş, hər bir müttəfiq respublikanın dəniz  ərazilərini (sektorlarını) 
müəyyən etmişdir. 
1992-ci ildə SSRİ dağılır və Xəzər ətrafında SSRİ-nin tərkibindən çıx-
mış 4 yeni müstəqil dövlət meydana gəlir. Xəzər hövzəsi öz geosiyasi və 
geoiqtisadi xarakteristikasına görə  nəinki təkcə bölgə ölkələri üçün həyati 
əhəmiyyətli məkana, eyni zamanda mühüm planetar bir faktora çevrilir. Xə-
zər dənizinin yeni geosiyasi statusu onun karbohidrogen yataqlarının mən-
subiyyətini, su hövzəsində  iş aparmaq hüququnu və üstün mövqe haqqını, 
dənizin xəzərətrafı ölkələr arasında bölüşdürülməsini və bu bölüşdürmənin 
metodikasını və s. kimi çoxsaylı dövlətlərarası geosiyasi məsələlərin həllini 
də gündəmə gətirdi. Əlbəttə, Xəzərin zəngin mineral və bioresurslarının ef-
fektiv istifadəsi, unikal təbii balansının saxlanması, dənizin bölgə ölkələrinə 
sülh və təhlükəsiz həyat, burada yaşayan insanlara rifah gətirməsini planlaş-
dırmaq və həyata keçirmək həm bölgə ölkələrinin, həm də regionda marağı 
olan kənar güclərin maraq dairələrinin müxtəlifliyi ucbatından o qədər də 
asan məsələ deyildi. Odur ki, həm keçmişdə  dənizdə hökmran mövqedə 
olan Rusiya və daim bunu arzu edən İran, həm bölgənin digər böyük və ki-
çik ölkələri, həm də beynəlxalq güclər qısa müddətdə Xəzər hövzəsində öz-
lərinin geosiyasi strategiyasını formalaşdırmağa başlayırlar. 
Bundan başqa, Xəzər hövzəsinin gələcək dünya siyasətindəki geosiya-
si yeri və mövqeyi, dənizin təbii enerji qaynaqlarının, bioresurslarının istifa-
dəsi, hovzədə dövlətlərarası münasibətlərin qurulması və idarə olunması və 
bu kimi digər mühüm geostrateji məsələlərdə bölgə ölkələrinin fərqli təklif 
və mülahizələri ortaya çıxmağa başlayır. Əsas fikir ayrılığı İran, Rusiya və 
Azərbaycan arasında müşahidə olunduğuna görə, ilkin fərqli təkliflər və bir-
birini təkzib edən mövqelər də  də  məhz bu üç ölkə  rəsmilərindən gəlirdi. 
Məsələn, həmin 1992-ci ildə  İran Tehranda keçirilən Xəzərətrafı ölkələrin 
birgə konfransında belə bir təşəbbüslə çıxış edir ki, xəzərətrafı ölkələr arala-
rında birgə  əməkdaşlıq haqqında yeni müqavilə hazırlansın və hövzədəki 
hər hansı iqtisadi fəaliyyətlə bağlı bütün ətraf ölkələr ümumi razılığa gəlsin-
lər. Bu təklif o dövrdə Xəzərdə ən aparıcı ölkə hesab olunan Rusiya tərəfin-


Siyasi elmlər 
 
 
- 83 -
dən dəstəklənmədiyinə görə, digər dövlətlər də ona ciddi maraq göstərmə-
dilər.  Əslində, Azərbaycan istisna olmaqla həmin dövrdə  Xəzərdə heç bir 
ölkə hər hansı bir ciddi layihə reallaşdırmaq gücündə və imkanında deyildi 
və belə bir fəaliyyətlə də məşğul olmurdu. 
Xəzər hövzəsində transmilli enerji layihələri ilə bağlı ilk təklif Azər-
baycandan gəlmişdir. 1992-1993-cü illərdə Azərbaycanın Xəzər dənizində 
xarici transmilli şirkətlərlə birgə enerji layihələri həyata keçimək istəyini bə-
yan edir və dərhal da bəzi bölgə ölkələrinin etirazı ilə qarşılanır. Azərbayca-
nın Xəzərlə bağlı gələcək geoiqtisadi niyyətləri açıqlanar-açıqlanmaz Rusi-
ya və İran buna etiraz etməyə və öz etirazlarını müxtəlif amillərlə əsaslan-
dırmağa cəhd göstərdilər. Onlar özlərinin milli geoiqtisadi və geosiyasi 
“maraqlarının” pozulması  bəhanəsilə  və Azərbaycanı “bu işdən çəkindir-
mək” məqsədilə  Xəzərdən istifadə qaydalarına dair müxtəlif  əsassız və zi-
yanlı təkliflər irəli sürməyə başlayırlar. Həmin ziyanlı və perspektivsiz tək-
liflərdən biri və ən mühümü məhz “Xəzərin hüquqi statusu”, daha doğrusu 
bu statusa yenidən baxılması məsələsi idi. 
Əslində bu məsələnın “mühümlüyünü” şərtləndirən  əsas amil, bütün 
qüvvəsi ilə Azərbaycanın öz xarici tərəfdaşlarıyla dənizdə reallaşdırdığı və 
həyata keçirmək istədiyi nəhəng enerji layihələrinə mane olmaq, xüsusən də 
bu işə qoşulmaq istəyən ABŞ  və  Qərb ölkələrinin Xəzər hövzəsinə daxil 
olmasının qarşısını almaq istəyən Rusiya və İranın bəzi dairələrinin bu prob-
lemi süni şəkildə  şişirtmələri və  təkidlə gündəmə  gətirmələri idi. Xəzərin 
statusu və onun ətrafında cərəyan edən adi və gündəlik məsələlər həmin dai-
rələr tərəfindən  əsassız olaraq bölgənin gələcək geosiyasi taleyi və region 
ölkələrinin fərqli inkişaf meylləri, fərqli inteqrasiya istiqamətləri ilə əlaqə-
ləndirilərək, beynəlxalq statuslu milli maraq mübarizələri hədəfinə çev-
rilmiş və regional münasibətləri gərginləşdirmişdir
 
Xəzərin hüququ statusuna dair hövzə ölkələrinin müasir geosiyasi 
yanaşmaları və beynəlxalq hüququn tələbləri 
Xəzərin statusunun ciddi şəkildə ortaya atılması və onun ətrafında re-
gional və beynəlxalq münaqişə yaratmaq cəhdini ilk dəfə 1993-cü ildə Rusi-
yanın bəzi diplomatik dairələri göstərmişlər. Həmin vaxt Rusiya Xarici işlər 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə