Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə21/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

Elm fəlsəfəsi 
 
 
- 63 -
qaynaqlarına aid edilmir. Əlbəttə, M.Şelerin bölgüsü ilə razılaşmamaq da 
olar. Xüsusilə, dinin biliklər üzərində deyil, inam üzərində qərar tutduğunu 
nəzərə alsaq, ayrıca “xilaskar bilik” termininə də ehtiyac qalmaz. Lakin Şe-
lerin mövqeyi heç də məhz xristianlıqdan gələn xilaskarlıq missiyasını də-
bərtmək məqsədi daşımır. O bütün şeylərdə mütləq reallığı ifadə edən də-
yərləri fərqləndirir və başqa kontekstdə bunu “metafizik biliklər” adlandırır 
(20, s. 46). Əgər nəzərə alsaq ki, bir çox tədqiqatçılar fəlsəfi bilikləri elmi 
biliklərdən fərqləndirməyin tərəfdarıdırlar, onda Şelerin bölgüsü daha çox 
həmfikir tapa bilər.  
Beləliklə, bilik daha geniş anlayış olduğundan, biz elmin tərkib hissəsi 
olaraq məhz elmi biliklərdən bəhs edəcəyik.  
İndi isə “elm” anlayışının özünə qayıdaq. Bilik haqqında dediklərimiz 
hamısı “elmi biliyə” də aiddir. Yəni onun daxili məzmunu ilə yanaşı, ümumi 
əlamətləri də tədqiqat obyektinə çevrilir. Hər bir elm – fənn daxili məzmunu 
əhatə etsə də, elmşünaslıqda daha çox dərəcədə “elmi biliyin” ümumi səciy-
yəsi və sərhəd şərtləri (demarkasiya) tədqiq olunur. Bundan əlavə, elm bir 
sosial sistem kimi də öyrənilir və bu baxımdan, biliyə nisbətən daha mürək-
kəb bir sistemdir.  
Beləliklə, elm sistemi əslində üç fərqli rakursda və ya struktur səviy-
yəsində nəzərdən keçirilir. Elmə biliklər sistemi kimi baxanlar onun daxili 
məzmunundan çıxış edirlər. Bu məzmununun fövqündə “elm” anlayışından 
mahiyyət səviyyəsində söhbət gedir. Elmə tərif verilməsi cəhdləri ən çox el-
milik meyarları ilə əlaqələndirilir. Daha doğrusu, söhbət yenə də məhz “el-
mi bilik”dən gedir, amma bu dəfə konkret məzmundan abstraksiya olun-
maqla! Elmin inkişaf qanunauyğunluğundan, elmi nəticələrin həqiqiliyi və 
ya elmiliyindən bəhs edən tədqiqatlar da elmşünaslığa daxil edilir. Üçüncü 
struktur səviyyəsində söhbət elmin ictimai bir hadisə kimi təşkilatlanmasın-
dan, elm ilə digər ictimai həyat hadisələri arasındakı münasibətlərdən gedir.  
Bu məsələni biz “Bilik və fəaliyyət” bölməsində daha ətraflı şərh et-
mişik. Öncə isə biliyin genezisi və epistemoloji əsaslarını daha ətraflı araş-
dırmaq tələb olunur.  
Aristoteldə elm hikmətlə əlaqələndirildiyindən, fəlsəfə ilə elm arasın-
da elə bir ciddi fərq görünmür.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 64 -
Aristotel elm üçün əlamətdar olan ən mühüm cəhəti ön plana çəkir ki, 
bu da ümumilərin öyrənilməsi məsələsidir. Təcrübə  təkcələrin mənimsə-
nilməsinə aid olduğu halda, ümumilər haqqında bilik elmə aid edilir. Elmin 
ikinci  əsas  əlaməti kimi səbəblərin ortaya çıxarılması göstərilir. Konkret 
cisim və hadisələrdən, hissi obyektlərdən fərqli olaraq, ümumilərin dərki 
üçün duyğu və qavrayış deyil, başqa bir keyfiyyət: səbəblərin və  əsasların 
üzə  çıxarılması  tələb olunur. Elmlər içərisində ilk səbəbləri və ilk əsasları 
öyrənən isə ən yüksək elm – fəlsəfə hesab olunur (5, s. 69).  
Burada Aristotel təliminin çox mühüm və spesifik bir məqamı ortaya 
çıxır. İlk baxışda belə görünə bilərdi ki, Aristotel hissi təcrübədən bir addım 
ataraq sənətə keçdiyi kimi, daha bir addım atıb elmə keçəcəkdir. Necə ki, 
marksizm fəlsəfəsində və Yeni Dövrün bir sıra materialist idrak təlimlərində 
təkcələrdən ümumiyə və ümumilərdən ən ümumilərə, yaxud hissi idrakdan 
mücərrəd təfəkkürə keçiddən bəhs olunur. Yəni induktiv idrak metodu əsas 
götürülür. Amma yox. Aristotel hissi təcrübədən və  təkcələrin öyrənilmə-
sindən başlasa da, elmə, elmi idraka bunun davamı kimi gedib çıxmır. O, 
idrakın sanki yuxarıdan aşağı enən, ən ümumidən ümumilərə və xüsusilərə, 
ilk səbəbdən səbəblərə, ilk əsasdan əsaslara doğru yönəlmiş fərqli bir yolunu 
göstərir. Elmə fəlsəfədən gəlməyə çalışır.  
Marksizmin və bir çox fəlsəfi təlimlərin təsəvvür etdiyi kimi, idraka 
bir inikas prosesi kimi baxılarsa, müasir elmlərin yaranması tarixi də hissi 
təcrübədən sənətkarlığa, praktik biliklərə və oradan da nəzəri təlimlərə, uni-
versal elmi prinsiplərə doğru davam edərdi. Lakin elm tarixindən bəllidir ki, 
əvvəlcə sinkretik düşüncə sistemi kimi fəlsəfə yaranmış və bütün digər elm-
lər rüşeym halında onun tərkibində mövcud olmuşlar. Zaman-zaman elmlər 
yetişərək fəlsəfənin bətnindən azad olmuş və nisbi müstəqil surətdə inkişaf 
etmişlər. Bu proses müasir fənlərin formalaşmasına gətirib çıxarmışdır. Hət-
ta induktiv düşüncə  və empirik elmi idrak tərəfdarı kimi tanınan Frensis 
Bekon da hissi təcrübə – empirik bilik – elm – fəlsəfə modelindən çıxış et-
mir və belə hesab edir ki, təcrübi bilik (experientia) tarixə, elm isə fəlsəfəyə 
uyğundur (6, s. 157). Əslində Bekonun təsnifatında elm ilə fəlsəfə tamamilə 
eyniləşdirilir ki, bu da yolverilməz haldır. Biz bu barədə arqumentlərimizi 
bir az aşağıda qeyd edəcəyik. Amma indi məhz tarixlə elmin, yaxud tarixlə 


Elm fəlsəfəsi 
 
 
- 65 -
fəlsəfənin belə  kəskin  şəkildə  fərqləndirilməsinin səbəbləri üzərində 
dayanaq.  
Hissi təcrübə ilə tarixi yaxınlaşdıran odur ki, hər ikisi təkcələri, fərdi 
hadisələri  əks etdirir. Amma bunu elm və  fəlsəfə haqqında demək olmaz. 
Çünki elmdə ümumilər arasındakı münasibət ifadə olunduğundan, burada 
hər hansı bir zaman-məkan müəyyənliyi olmur. Yəqin bu cəhətə görədir ki, 
bəzi tədqiqatçılar fəlsəfəni “ümumi elm” adlandırırlar (9, s. 14). Bu cür ya-
naşmada tarix, elm və fəlsəfənin nisbəti təkcə, ümumi və ən ümuminin nis-
bəti kimi başa düşülür. Halbuki, fəlsəfəni elmdən fərqləndirən yalnız ümu-
milik dərəcəsi olmayıb, həm də düşüncə tərzindəki fərqdir. “Ümumi elmlər” 
isə  əslində mahiyyəti üzrə elm anlayışına daxil olub, əhatə dairəsinə görə 
daha ümumi nəzəriyyələr üzərində qurulur. Belə elmlərə daha çox dərəcədə 
fənlərarası elmlər aid edilir ki, onlar da xüsusi elmlərdən daha əhatəli olsa-
lar da, hələ fəlsəfi ümumiləşmə səviyyəsinə qalxmırlar. Kibernetika, siner-
getika və s. təlimlər belə ümumnəzəri və əlaqələndirici keyfiyyətə malikdir-
lər. M.Mesaroviçin yazdığı kimi, “ümumi nəzəriyyə o dərəcədə ümumi ol-
malıdır ki, artıq mövcud olan bütün konkret nəzəriyyələri əhatə edə bilsin” 
(10, s. 18). Beləliklə, tarix ilə fəlsəfə arasında, bir tərəfdən, xüsusi və ümü-
mi – fənlərarası elmlər, digər tərəfdən də, bədii idrak, poetik təfəkkür 
dayanır.  
 
Biliyin genezisi ilə bağlı fikirlər nə qədər fərqli olsa da, o artıq müstə-
qil bir dəyər kimi qəbul olunur və ictimai tərəqqinin zəruri  əsası kimi gö-
türülürdü.  
Hələ XVII əsrdə Avropa Yeni Dövrə qədəm qoyduğu vaxtlarda biliyin 
xüsusi rolu önə çəkilirdi. Bekonun “Bilik – qüvvətdir” kəlamı az qala Yeni 
Dövrün devizi kimi qəbul olunurdu. Lakin hansı bilik? Yeni Dövrdə söhbət 
məhz elmi bilikdən gedirdi; elmi biliyin ictimai həyata tətbiqindən, təbiətin 
ram edilməsindən, biliklə silahlanmış insanın yeni statusundan gedirdi. Bir 
tərəfdən, təbiət haqqındakı biliklərin strukturlaşması, təşkilatlanması və bu-
nunla da “elmi bilik” meyarına yiyələnməsi, digər tərəfdən, cəmiyyətin öz 
strukturunda elmi fəaliyyət üçün halqalar açılması, insanın təbiətlə qarşılıqlı 
münasibətinin elm və texnika ilə vasitələnməsi və s. bu kimi hadisələr 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə