Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə29/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

Siyasi elmlər 
 
 
- 87 -
siya ilə qadağan olunmayan digər işlər görmək hüququna malikdir [8, 
s.321]. 
Azərbaycanın bəhs olunan dövrdə “Xəzərin statusunun əvvəlki illərdə 
formalaşmış praktikaya uyğun şəkildə olduğu kimi” saxlanılması tələbini və 
“bu məsələnin süni şəkildə qabardaraq yenidən baxılmasının yolverilməzliyi 
ilə bağlı” mövqeyini Rusiya və İrandan başqa bütün Xəzərətrafı ölkələr və 
beynəlxalq mütəxəssislər də müdafiə edirdilər. Beynəlxalq müşahidəçilərin 
və dəniz hüquqları üzrə mütəxəssislərin fikrinə görə Xəzərin hüquqi statusu 
ilə bağlı həm SSRİ və İran arasında imzalanmış tarixi müqavilələr və döv-
lətlərarası sazişlər, həm SSRİ daxilində Xəzərin keçmiş müttəfiq respublika-
lar arasında bölünməsi və mövcud sərhədlərin, real sektorların necə illərdir 
bütün ətraf dövlətlər tərəfindən qəbul edilməsi, həm də bütün bu reallıqların 
1982-ci il “Beynəlxalq Dəniz hüquqları Konvensiyasina” uyğun gəlməsi 
Xəzər dənizinin statusuna yenidən baxilmasını tamamilə əsassız və mənasız 
edirdi. Onlar hesab edirdi ki, hazırda statusa yenidən baxılması üçün heç bir 
ciddi regional və beynəlxalq əsas yoxdur. Olsa-olsa hazırkı vəziyyətdə Xə-
zərətrafı ölkələr BMT Konvensiyasından çıxış edərək, öz aralarında “Xəzər-
dən birgə istifadə haqqında” hər hansı ikitərəfli və çoxtərəfli sazişlər imzala-
ya, yaxud onu əvəz edən digər razılaşmalarla öz aralarındakı quru və dəniz 
sərhədlərini demarkasiya edə bilərlər. Bundan başqa, sahilyanı dövlətlərin 
hər birinin kifayət qədər karbohidrogen ehtiyatlarına malik olmasını nəzərə 
alan mütəxəssislər həm də regiona istiqamətlənən hər hansı xarici investisi-
yanın, qabaqcıl texnologiyanın və həyata keçirilən transmilli enerji-nəqliy-
yat layihələrinin ortaq mənafelər çərçivəsində və sağlam rəqabət şəraitində 
bölgənin hər bir ölkəsinə müsbət dividendlər gətirəcəyi qənaətində idilər. 
Odur ki, Xəzərin statusu kimi süni problemlərin qaldırılması yalnız bölgənin 
dövlət və xalqlarına yeni münaqişə  və qarşıdurmalar gətirərək, enerji ehti-
yatlarının istismarını, sahilyanı dövlətlərin milli maraqlarının təmin olunma-
sını ciddi şəkildə çətinləşdirə bilərdi. 
O ki, qaldı Rusiya və İranın o dövrdə Xəzərin hüquqi statusu müəyyən 
olunmayana qədər Azərbaycandan öz sektorunda apardığı  işləri dayandır-
maq tələbinə, azərbaycanlı mütəxəssislər bunun da heç bir hüquqi əsası ol-
madığını sübut edirdilər. Məsələ ondadır ki, Beynəlxalq Dəniz hüquqları 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 88 -
Konvensiyasina görə, Xəzəryanı ölkələr arasında milli sərhədlərin demarka-
siya edilməməsi, yaxud bu məsələnin sadəcə gecikməsi ətrafdakı beş ölkə-
dən hər hansı birinə, sahildən dənizin orta xəttnə qədər olan hövzədə, yaxud 
öz ərazisindən dənizin ortasına qədər olan 200 millik məsafədə (məsafə he-
sablanarkən qarşı dövlətlə arada qalan ortaq məsafə nəzərə alınır-Ə.H.) hər 
hansı iqtisadi fəaliyyətlə məşğul olmağı qadağan etmir. Odur ki, bəzi Rusiya 
və İran dairələrinin, elm və siyasət adamlarının etirazlarının, siyasi mülahi-
zələrinin əksinə olaraq, Azərbaycan 1994-cü ildə Xəzərin Azərbaycan sek-
torundakı karbohidrogen ehtiyatlarının mənimsənilməsilə bağlı xarici neft 
şirkətləri ilə “Əsrin müqaviləsini” imzalayarkən “heç bir ölkənin milli haq-
larını, yaxud beynəlxalq hüquq normalarının tələblərini pozmamış,  əksinə 
öz iqtisadi zonasında bütün bölgə və dünya ölkələrinin maraqlarına müsbət 
təsr göstərən və qanuni fəaliyyət nümayiş etdirmişdir. Bu haqda həmin mə-
rasimdə  çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev 
bəyan etmişdir [1]. 
Rusiyanın mövqeyi: Xəzərin statusu ilə bağlı əsas davakar mövqeni 
90-cı illərin sonunda Rusiya nümayiş etdirirdi. Bu məsələdə onun sərgilədi-
yi geosiyasəti  şərh edən politoloqlar etiraf edir ki, onilliklər boyu Rusiya 
Xəzər hövzəsinə yalnız geoiqtisadi deyil, həm də və daha çox geosiyasi və 
hərbi-geostrateji maraqlar prizmasından yanaşmışdır. XX əsrin sonlarına qə-
dər həmişə hövzədə Rusiyanın hegemonluğu digər beynəlxalq və regional 
güc mərkəzləri tərəfindən etiraf olunub və  Xəzərdə yalnız iki geosiyasi 
oyunçu – SSRİ (oxu-Rusiya) və İran mövcud olub. SSRİ dağıldıqdan sonra 
isə, bütün dünyada olduğu kimi, Xəzər hövzəsində də yeni-yeni maraq dai-
rələri, geosiyasi aktorlar meydana çıxır və regionun ənənəvi təbii monopo-
listlərini yeni geoiqtisadi reallıqları qəbul etməyə, sağlam rəqabətə, qarşılıq-
lı marağa söykənən tərəfdaşlığa və s. dəvət etməyə başlayır. Bəhs olunan 
dövrdə Rusiyanın bəzi rəsmi dairələri və analitikləri bu vəziyyəti nəzərə ala-
raq ölkənin maraqları üçün ən ciddi təhlükəni məhz Xəzər regionu ölkələri-
nin getdikcə sərbəstləşməsi, özlərinə məxsus milli maraq nümayiş etdirməsi, 
onların dəvətilə regiona daxil olan beynəlxalq güc mərkəzlərinin Rusiyanın 
hövzədəki rəqabətsiz hegemonluğuna etiraz etməsi və s. ilə bağlayırdılar. 


Siyasi elmlər 
 
 
- 89 -
Xəzər probleminə yanaşmada ilk illərdə Rusiya ilə İran bir çox məsə-
lələrlə bağlı eyni mövqedən çıxış edirdilər ki, bunu da tədqiqatçılar onların 
üst-üstə düşən ortaq maraqları ilə izah edirlər. Bu dövlətlər sahilyanı ölkələ-
rin Xəzərdəki suverenliyini məhdudlaşdırmaqla, yeni müstəqil dövlətlərin 
Qərblə aktiv əməkdaşlığına mane olmaq, Qərbin transmilli şirkətlərinin Xə-
zər dənizi hövzəsi, Orta Asiya və Cənubi Qafqaza daxil olmasının, region-
dakı neft-qaz layihələrindəki iştirakının və bölgədəki geostrateji planlarının 
reallaşmasının qarşısını almağa çalışırdılar. Hazırda o qədər  əhəmiyyətli 
problem mahiyyəti kəsb etməsə də, keçən əsrin 90-cı illərinin ortalarından 
başlayaraq tam altı il müddətində bu məsələ Xəzər hövzəsində yerləşən döv-
lətlər arasında çox gərgin bir geosiyasi və geoiqtisadi vəziyyət yaratmış, re-
gional inteqrasiya və qarşılıqlı-faydalı əməkdaşlığa ciddi zərbə vurmuşdur. 
Tədqiqatçılar Xəzərin statusu ilə bağlı Rusiyanın 1992-ci ildən bəri 
nümayiş etdirdiyi mövqeyini 3 əsas mərhələyə bölürlər: 
Birinci mərhələ, 1992-95-ci illəri əhatə edir və bu dövrü “Rusiyanın 
öz geosiyasi maraqlarını xarici ölkələrin  ərazisində axtarması” faktından 
çıxış edərək, politoloqlar “post-imperiya” yanaşması kimi xarakterizə edir-
lər. Onların fikrinə görə, Rusiyanın bəzi dairələrinin həmin mərhələdəki fəa-
liyyəti az qala Xəzərdə ciddi münaqişə yaradaraq, region səviyyəsində lokal 
müharibəyə səbəb olacaqdı. 
Bu mərhələdə Rusiyanın nümayiş etdirdiyi mövqeni tədqiqatçılar ba-
rışmaz və bir qədər aqressiv münasibət kimi xarakterizə edirlər. Xəzərin hü-
quqi statusunun 1921 və 1940-cı illərdə SSRİ ilə İran arasında imzalanmış 
“sazişlərə uyğun müəyyənləşdirilməsini” tələb edən Moskva, bir tərəfdən bu 
sazişləri bilərəkdən öz subyektiv mülahizələrinə söykənərək, qeyri-obyektiv 
şərh edir, digər tərəfdənsə BMT-nin “Dəniz hüquqları” Konvensiyasına 
əsaslanan beynəlxalq hüququn prinsipləri ilə spekulyativ davranış nümayiş 
etdirirdi. Məsələ ondadır ki, beynəlxalq qanunvericiliyə görə, hər hansı ob-
yektdən istifadə edən subyektlərin birinin tərkibinin dəyişməsi, (burada söh-
bət SSRİ-nin dağılması  və  Xəzər  ətrafında onun dörd varisinin meydana 
gəlməsindən gedir.-Ə.H.) həmin obyektin mövcud hüquqi statusuna yenidən 
baxılmasını  tələb etmir. Xəzərə  tətbiq ediləndə bu formula, yuxarıda qeyd 
etdiyimiz kimi, İranın dənizdəki 14%-lik payına toxunmadan, SSRİ-nin 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə