Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə31/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

Siyasi elmlər 
 
 
- 93 -
bir qədər sonra Rusiya Azərbaycanla da Xəzərin dibinin orta xətt üzrə milli 
sektorlara bölünməsi haqqında danışıqlara başlayır və müvafiq şazişlərin ha-
zırlanması tapşırığını verir ki, bu da faktiki olaraq “Xəzərin hüquqi statusu” 
məsələsini bölgə ölkələrinin və beynəlxalq aləmin geosiyasi gündəmindən 
çıxarır. 
Rusiyanın mövqeyindəki status məsələsindəki konstruktiv dəyişiklik-
lər, müvafiq olaraq dərhal Rusiya Azərbaycan münasibətlərinə öz müsbət 
təsirini göstərməyə başlayır ki, bu da bütün hövzəyə konstruktiv bir ovqat 
gətirir. Rusiya prezidenti V.Putinin 8-9 yanvar 2001-ci ildə Azərbaycana 
rəsmi dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyevlə im-
zaladığı “Xəzər dənizində birgə  fəaliyyət” haqqında Bəyanatda 
Azərbaycanın başlanğıcdan təklif etdiyi “Xəzərin orta xətt üzrə milli 
sektorlara bölünməsi” prinsipi cüzi dəyişikliklərlə öz əksini tapdı. Təxminən 
bir il sonra - 23 sentyabr 2002-ci ildə Prezident Heydər Əliyevin Moskvaya 
səfəri çərçivəsində iki ölkə başçıları arasında imzalanan dövlətlərarası 
sazişin  əsasına da məhz bu prinsip qoyulmuşdur. Beləliklə, üçüncü 
mərhələdə Rusiyanın mövqeyində müşahidə olunan konstruktivlik faktiki 
olaraq “Xəzərin statusu” kimi ortaya atılmış, özündə cddi geosiyasi təhlükə 
yükü daşıyan ziyanlı  və süni problemi üç ölkə – Rusiya, Qazaxıstan və 
Azərbaycan üçün həll etdi. Az keçməmiş, 2003-cü il mayın 14-də Astanada 
Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin ora xətt üzrə 
milli sektorlara bölünməsi, su səthinin ümumu istifadəsi” haqqında üçtərəfli 
saziş imzalandı və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa 
imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi 
Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində 
qaldı. 
Qeyd edək ki, orta xətt prinsipini qəbul etməyən digər hövzə dövlətlə-
rinin – İranın payı bu bölgü üzrə 13,8%, Türkmənistanınkı isə 18,4% təşkil 
edir. 
Xəzərin statusu ilə bağlı imzalanmış üçtərəfli saziş, dənizdəki qüvvə-
lər nisbətini köklü şəkildə dəyişdi və hələ 1992-ci ildə yaranmış «geosiyasi 
bloklaşma» prosesinə Azərbaycanın xeyrinə müsbət təsir göstərərək, yeni 
geosiyasi vəziyyət yaratdı. Rusiya status məsələsində artıq  İranla deyil, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 94 -
Azərbaycan və Qazaxıstanla ümumi dil tapmağa üstünlük verdi. Qeyd edək 
ki, Rusiyanın Xəzərin statusuna yanaşmasındakı  dəyişikliklər Moskvanın 
özündə  də birmənalı qarşılanmadı. Bir sıra  şovinist-ekstremis və millətçi 
dairələr, erməni kökənli politoloqlar, millətçi cərəyan tərəfdarları, jirinov-
skilər və s. Moskvanı “Xəzərdəki mövqelərini itirməkdə” günahlandıraraq, 
Putin hökumətinin siyasətinə qarşı ciddi etiraz nümayiş etdirməyə  cəhd 
göstərdilər. 
Tədqiqatçıların fikrinə görə, Rusiyanın Xəzərlə bağlı mövqeyindəki 
dəyişikliyin bir sıra başqa səbəbləri var idi. 
Əvvəla, Rusiya ilə sahilyanı postsovet ölkələri arasındakı ziddiyyətlər 
gücləndikcə, həmin dövlətlər Moskvanın təsir dairəsindən daha sürətlə 
uzaqlaşmaq kursunu seçərək, başqa dünya güclərinə üz tuturdu. Artıq bunun 
ilkin əlamətləri də göz önündə idi. 
İkincisi, bir neçə il Qərbin bölgəyə gəlişinin qarşısını ciddi-cəhdlə al-
mağa çalışan Rusiya əks effektlə qarşılaşaraq, nəinki uğursuzluğa düçar ol-
muşdu, həm də, bölgənin neft-qaz ehtiyatlarının «bölüşdürülməsi» prosesin-
dən kənarda qalmaq təhlükəsilə üzləşirdi. 
Bir sözlə, Rusiyanın Xəzər probleminə yanaşmasındakı  dəyişikliklər 
daha çox obyektiv səbəblərlə bağlı idi. Lakin bu məsələdə Azərbaycanın tut-
duğu mövqeni də  tədqiqatçılar nəzərdən qaçırmırlar. Tam əminliklə söylə-
mək olar ki, Rusiyanın Xəzər siyasətindəki dəyişikliklərə Azərbaycanın böl-
gədə yeritdiyi birmənalı konstruktiv, ədalətli və beynəlxalq hüquqa söykə-
nən prinsipial siyasətin təsiri olmuşdur. Tədqiqatçılar hesab edir ki, əvvəla, 
sahilyanı ölkələr arasında öz milli sektorundakı neft və qaz yataqlarında xa-
rici tərəfdaşlarla işləməyə başlayan ilk ölkə  məhz Azərbaycan olmuşdur. 
Yalnız rəsmi Bakının bu təşəbbüsündən sonra Qazaxıstan, Türkmənistan və 
Rusiya da anoloji addımlar atmağa başlayırlar. 
İkincisi, 1994-cü ildə imzalanmış  «Əsrin müqaviləsi» Azərbaycanın 
Qərbdəki, Qərbin isə Xəzər hövzəsindəki mövqelərini xeyli möhkəmləndir-
di və rəsmi Bakı Rusiya ilə İranı real geosiyasi vəziyyət qarşısında qoydu. 
Bu müqaviləni aqressiv qarşılayan Rusiya, sonda onu tanımağa və özü hə-
min müqavilələrdən bəhrələnməyə başladı. 


Siyasi elmlər 
 
 
- 95 -
Üçüncüsü,  Xəzərin statusuna dair danışıqların getdiyi bir vaxtda- 
1995-ci ildə Azərbaycanın yeni qəbul olunmuş Konstitusiyası ölkə  vətən-
daşlarının iradəsinə söykənərək, Xəzərin ona aid hissəsini hüquqi cəhətdən 
“tam rəsmiləşdirdi və xarici şirkətlərə  Xəzərdə tam milli təminat verdi”. 
Azərbaycan Konstitusiyasının 11-ci maddəsində deyilir ki, ölkənin daxili 
suları, Xəzərin ölkəyə məxsus sektoru və bu ərazi üzərindəki hava məkanı 
Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. 
1995-ci ilin aprelində ABŞ Prezidenti Bill Klinton Azərbaycanın döv-
lət başçısı Heydər Əliyevə məktub göndərərək, Xəzərin sektorlara bölünmə-
si ilə bağlı bu ölkənin mövqeyini dəstəklədiyini bəyan edir. Bu addım rəsmi 
Bakının geosiyasi xəttinin digər sahilyanı ölkələrin siyasətini üstələməsinə 
dəlalət edən vacib məqam idi ki, bu da ümumən “status mübarizəsinə” təsir-
siz ötüşmədi. Yaranmış əlverişli vəziyyətdən istifadə edən Azərbaycan döv-
ləti Xəzərdəki sərhədlərini yeni Konstitusiyada əks etdirməklə öz milli sek-
toruna iddiasını tam rəsmiləşdirdi və beləliklə, danışıqlar zamanı əlavə hü-
quqi üstünlüklər əldə etdi. 
Üstəlik, bir vacib məqama da diqqət yetirmək lazımdır: rəsmi Bakının 
Xəzərin milli sektorlara bölünməsinə dair təşəbbüsü Azərbaycanın hövzədə-
ki mövqelərini daha da möhkəmləndirir və digər sahilyanı dövlətlərlə müqa-
yisədə, onun üçün daha əlverişli beynəlxalq geosiyasi dəstək vəd edirdi. Be-
lə ki, bu cür bölgü zamanı sahilyanı ölkələr arasında dəqiq dəniz sərhədləri 
yaranırdı. Bu isə o demək idi ki, Rusiya avtomatik olaraq İran və Türkmə-
nistanla, Türkmənistan Rusiya ilə, İran Qazaxıstan və Rusiya ilə, Qazaxıstan 
isə  İranla ümumi dəniz sərhədlərini itirirdi. Yalnız Azərbaycan bütün sa-
hilyanı ölkələrlə ümumi sərhədə malik olurdu. 
Amma təbii ki, Azərbaycan, Qazaxıstan və Rusiyanın Xəzərin hüquqi 
statusuna dair üçtərəfli saziş imzalaması və dənizin dibinin milli sektorlara 
bölünməsi ilə bağlı razılığa gəlməsi, ümumilikdə bu problemin tam həlli de-
mək deyil. 1995-ci ilin yanvar-fevralında Aşqabad, iyununda Tehran, sent-
yabrında Almatı, 1996-cı ilin mayında Tehran, noyabrında Aşqabad, 1997-
ci ilin mayında Almatı, 1998-ci ilin dekabrında Moskva, sonrakı- 2010-cu 
ilə qədərki dövrdə digər ölkələrin şəhərlərində Xəzərin statusu lə bağlı keçi-
rilən konfranslarda bu “problem” hərtərəfli müzakirə olunsa da, yekun rəyə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə