Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə34/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 102 -
haqqında ortaq razılığa da gəlmişlər. Bu “memorandum” mütəxəssislərin 
fikrinə görə, əslində üç ölkənin Azərbaycana qarşı birgə təxribatından başqa 
bir şey deyildi və heç bir ciddi beynəlxalq hüquqa əsaslanmırdı («Россий-
ская газета», 1997, 7 декабря). 
1999-cu ildə Türkmənistan prezidenti Xəzərin statusu ilə bağlı yeni-
dən “milli sektor” mövqeyindən çıxış etməyə başlayır. Xəzər dənizinin 
Türkmənistana “məxsus” milli sektorundakı neft-qaz məhsullarıınn mənim-
sənilməsini öz ölkəsinin əsas vəzifələrindən biri elan edən o zamankı Türk-
mənistan prezidenti, “ölkəsinin iqtisadi resurs bazasını artırmaq məqsədilə 
dənizin Türkmənistan sektorunda xarici şirkətlərlə birgə iş aparmağın əhə-
miyyətindən” danışmağa başlayır və hətta, mütəxəssisləri Azərbaycan sek-
torundakı bəzi yataqların da “mənsubiyyətini” araşdırmağa çağırır («Нейт-
ральный Tуркменистан», 1999, 14 aвгуста). 
Göründüyü kimi, Türkmənistan Xəzərin statusuna dair danışıqların il-
kin mərhələsində qeyri-müəyyən mövqe nümayiş etdirirdi. O, bir tərəfdən 
Xəzərin milli sektorlarla bölünməsinin vacibliyini bəyan edir, digər tərəf-
dənsə “dənizdən birgə istifadə” (kondominum) prinsipinin əsas götürülməsi 
ideyalarını dəstəkləyirdi. 
1997-ci ildən etibarən Türkmənistan birgə istifadə ideyasını gündəm-
dən çıxararaq, bu sahədə yalnız milli sektorlarla bölünmə  təşəbbüslərini 
dəstəkləməyə başlayır. Lakin onun Azərbaycandan “milli sektor“ yanaşma-
sındakı əsas fərqi Xəzərin bölünməsi zamanı istifadə edilməsi nəzərdə tutu-
lan “orta xətt” prinsipinə özünəməxsus tərzdə yanaşmasıdır. Türkmənistan 
hazırda vaxtilə Azərbaycanın irəli sürdüyü və Rusiya, Azərbaycan və Qaza-
xıstan arasındakı sazişlərin əsasını təşkil edən “orta xətt” metodikasını  bə-
yənmir və onu öz ölkəsi üçün qeyri-məqbul hesab edir. Məhz bu fərqə görə 
də, bu ölkə uzun müddətdir ki, sahilyanı dövlətlərin status istiqamətindəki 
bütün hərəkətlərini “birtərəfli və beynəlxalq hüquqa zidd addım” kimi 
dəyərləndirir. 
Xəzərin statusunun müəyyən edilməsində Türkmənistanın Xəzərdəki 
bəzi yataqlarla bağlı Azərbaycana qarşı bir sıra iddialarla çıxış etməsi də, 
gərginliyin əsas mənbələrindən birini təşkil edir. Qeyd edək ki, hələ 1997-ci 
ilin yayında İslam Konfransı Təşkilatının Aşqabadda keçirilən Sammitində 


Siyasi elmlər 
 
 
- 103 -
Türkmənistan rəhbərliyi Azərbaycan tərəfinə guya sovet dönəmindən qalmış 
“dəniz sərhədlərinin delimitasiyası” xəritəsini təqdim edərək, «Azəri» və 
«Çıraq» yataqlarının Azərbaycanın deyil, Türkmənistanın sektorunda oldu-
ğunu sübut etməyə çalışmış və müəyyən kompensasiya müqabilində bu ya-
taqlara iddiadan əl çəkməyə hazır olduğunu bildirmişdir.  Əsas iddia isə, 
türkmənlərin «Sərdar» adlandırdıqları «Kəpəz» yatağı ilə bağlı idi. Qeyd 
edək ki, təxmini hesablamalara görə, bu yataqda 80 milyon tondan artıq neft 
ehtiyatı vardır. 1997-ci ilin yayında Azərbaycan Dövlət Neft Şirkəti ilə 
Rusiyanın «Lukoyl» və «Rosneft» şirkətləri arasında «Kəpəz»in istismarına 
dair sazişin imzalaması o dövrdə rəsmi Aşqabadın sərt reaksiyası ilə qarşı-
lanmışdı. Həmin il avqustun 31-də Rusiya hakimiyyəti Türkmənistanın irad-
larını  nəzərə alaraq, Azərbaycanla imzaladığı müqaviləni birtərəfli qaydada 
dondurdu. Cəmi 1 gün sonra – sentyabrın 1-də Türkmənistan həmin yatağın 
istismarına dair qeyri qanuni tender elan etdi və ABŞ-ın «Mobil» şirkətini gu-
ya “tenderin qalibi” elan etdi. Amma bu dəfə rəsmi Bakı anlaşmanın reallaş-
masına imkan vermədi və Azərbaycanla münasibətləri korlamaq istəməyən 
«Mobil» şirkəti Türkmənistanla hər hansı saziş imzalamaqdan imtina etdi. 
Türkmənistanla Azərbaycan arasında yaranmış problemin aradan qal-
dırılması üçün hər iki ölkənin rəhbərliyi bir sıra addımlar atsa da, danışıqlar 
bu günə qədər nəticə verməyib. 1997-ci ilin dekabrında iki ölkə prezidentlə-
rinin Tehrandakı görüşündə sərhədlərin müəyyənləşdirilməsinə dair ikitərəf-
li komissiyanın yaradılması qərara alındı. Prezident Heydər Əliyevin 1998-
ci il yanvarın 16-da imzaladığı sərəncamla Türkmənistanla danışıqlara dair 
xüsusi ekspert qrupu yaradıldı, yanvarın 18-də isə türkmən prezidenti Sapar-
murad Niyazov analoji sərəncam imzaladı. 1998-ci il fevralın 5-də ekspert 
qrupunun Aşqabadda ilk görüşü baş tutdu. Lakin nə Aşğabad görüşü, nə də 
martın 30-da Bakıda keçirilmiş danışıqlar heç bir ciddi nəticə vermədi. Son-
rakı illərdə də iki ölkə arasında aparılan danışıqlar “Kəpəz”in taleyinə heç 
bir aydınlıq gətirmədi. 2007-2009-cu illərdə Azərbaycan Prezidenti İlham 
Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasın-
da keçirilmiş görüşlər və danışıqlar münasibətlərə müəyyən konstruktivlik 
gətirsə də, hələ də iki ölkə arasındakı münasibətlərdə Xəzər dənizi ilə bağlı 
ortaq nöqtələr tapılmayıb. Hazırda tərəflər arasında “Kəpəz” in birgə istis-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 104 -
marı  və orta xəttin müəyyən edilməsi ilə bağlı kompromis bir variant mü-
zakirə edilməkdədir. Proqnozlara görə bu ideya ətrafında gləcəkdə iki ölkə 
arasında razılığa gəlinəcəyi real görünməkdədir. Türkmənistan-Azərbaycan 
münasibətlərindəki hazırkı qeyri-müəyyən durumda Azərbaycanın geosiya-
si, geoiqtisadi və beynəlxalq mövqeləri daha möhkəm görünür. Rusiya və 
Qazaxıstanla su sərhədlərini müəyyənləşdirmiş Azərbaycan, Türkmənistanla 
bu sahədəki bəzi problemlərə baxmayaraq, Xəzərdə öz geoiqtisadi maraqla-
rına uyğun addımlar atmaqda daha iradəli, imkanlı və sərbəstdir. Rusiya ilə 
Qazaxıstanın da bu mübahisədə faktiki olaraq, Azərbaycanın qeyri-rəsmi 
müttəfiqi rolunda çıxış etməsi Aşqabadın manevr imkanlarını bir qədər 
məhdudlaşdırır. 
Beləliklə göründüyü kimi, Xəzərin statusunun müəyyən olunması ilə 
bağlı keçən illərdə bütün hövzə ölkələrinin maraqlarına toxunan və onların 
iştirakı ilə müzakirə olunan bir neçə  əsas və bir neçə qeyri-əsas yanaşma 
mövcud olmuşdur. Bunlardan ən çox diqqət çəkən dörd təklif aşağıdakılar-
dır: 

 
Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafında 
yerləşən beş ölkənin milli ərazislərini birləşdirən, xarici su hövzələri ilə cay 
vasitəsilə əlaqəsi olan, unikal bir dənizdir. Müvafiq olaraq BMT-nin “Dəniz 
hüquqları haqqında” Konvensiyasının bütün tələbləri onun statusunun mü-
əyyən olunmasına və xəzərətrafı ölkələrin milli hüquqlarının həyata keçiril-
məsinə tətbiq edilməlidir. Bu yanaşmaya görə dənizin dibi və səthi orta xətt 
prinsipi üzrə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda bey-
nəlxalq hüquqa uğun olaraq fəaliyyət azadlığı əldə etməlidir. 

 
İkinci yanaşma, Rusiya və  İranın irəli sürdüyü yanaşma idi. Bu 
təklif tərəfdarları Xəzəri «qapalı su hövzəsi» adlandıraraq, “Dəniz hüquqları 
haqqında” BMT Konvensiyasının tələblərinin ona tətbiq edilməsinin qeyri 
mümkünlüyünü iddia edir, hər hansı ölkənin öz iqtisadi zonasında müstəqil 
fəaliyyət göstərməsini qəbuledilməz sayır və bütün sahilyanı ölkələrdən su 
hövzəsinin “ümumi istifadəsi tələblərinə” əməl etmələrini tələb edirlər. 

 
Üçüncü təklif, İran tərəfindən irəli sürmüş və Xəzərin beş bərabər 
hissıyə bölünməsini hədəfləyən, müəyyən məqamlarda Türkmənistanın da 
dəstəyini qazanmış abstrakt bir layihə idi. Bu variant nəinki heç bir yerli və 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə