Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə30/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 90 -
86%-lik payının bölünməsini irəli sürür ki, bu da hələ sovet hökumətinin 
varlığı dövründə – 1970-ci ildə  həyata keçirilmişdi. Rusiya həmin dövrdə 
irəli sürdüyü əsassız tələb ilə faktiki olaraq statusu, sərhədləri və milli sek-
torları  bəlli olan sahilyanı ölkələri yenidən süni qarşıdurmaya və “status 
oyunlarına” qataraq, əslində onun iradəsi xaricində  Xəzərdə reallaşdırılan 
hər hansı layihəni “qanunsuz” elan etmək xətti yürüdürdü. Rusiyanın bəhs 
olunan dövrdəki tələbindən belə bir məntiqi nəticə ortaya çıxırdı ki, Xəzərdə 
iqtisadi fəaliyyətlə  məşğul olmaq istəyən hər bir sahilyanı ölkə öz ad-
dımlarını Moskva və Tehranla razılaşdırmalı idi. 
Tədqiqatçılar bu mərhələdə Azərbaycanın Xəzərdəki fəaliyyəti ilə 
bağlı Rusiya Xarici işlər nazirliyinin BMT-yə nota göndərməsinin, onu bey-
nəlxaq hüquq normalarını pozmaqda günahlandırmasının, Xəzərdə  həyata 
keçirilən layihələri tanımayacağı haqqında bəyanatlar səsləndirməsinin və s. 
heç bir beynəlxalq gücə malik olmadığını,  əsasən xarici tərəfdaşları Azər-
baycanla birgə  fəaliyyətdən çəkindirmək məqsədi güddüyünü qeyd 
edirdilər. 
Rusiyanın statusla bağlı fəaliyyətinin İkinci mərhələsi 1995-97-ci il-
ləri əhatə edir və mütəxəssislər tərəfindən “parqmatik yanaşma” dövrü kimi 
xarakterizə edilir. Bu mərhələdə Rusiya, Xəzərin statusu ilə bağlı diplomatik 
hücum və hərbi güc tətbiq etmə çağırışlarından imtina edir, siyasi və iqitsadi 
yollarla hadisələrin gedişinə təsir göstərməyə çalışır. İkinci mərhələni həm 
də şərti olaraq, rus politoloqları «ilkin kompromis» dövrü adlandırırlar. 
Bu mərhələdə sahilyanı ölkələrlə ziddiyyətlərin getdikcə artdığını an-
layan Moskva 1996-cı ildə öz barışmaz mövqeyindən tədricən çəkilərək ye-
ni “barışdırıcı” ideyalarla çıxış etməyə başlayır. Həmin ildə Rusiya hökumə-
ti bu ölkənin Xarici işlər nazirliyindəki bəzi dairələrdən fərqli olaraq sektor 
məsələsində Azərbaycanın haqlı olduğunu etiraf edərək, o zamankı Baş 
Nazir V. Çernomırdinin dili ilə Xəzərdə həyata keçirilən enerji layihələrinin 
qanuni olduğunu bəyan edir (газета «Сегодня», 1996, 13 ноября). 
Rusiya Federasiyasının Xəzərin statusu il bağlı bir neçə yeni ideya və 
təklifləri də məhz həmin mərhələdə irəli sürülür. Həmin təkliflərdən birində 
Rusiya hər bir sahilyanı ölkənin dənizin ona aid 45 millik sahilyanı zonası-
na nəzarət etmək hüququ ilə yanaşı, həm də bu zonaya daxil olmayan, lakin 


Siyasi elmlər 
 
 
- 91 -
artıq neft çıxarılan yataqlar üzərindəki hüququnu təsdiq etməyə, həmin öl-
kələrin, yaxud şirkətlərin hüququnu da tanımağa hazır olduğunu bəyan edir. 
Bundan başqa, rəsmi Moskva Tehranın 1992-ci ildə irəli sürdüyü “Xə-
zərdə regional əməkdaşlığa dair” birgə sazişin bağlanması və bu məqsədlə 
xüsusi bir təşkilatın yaradılması təşəbbüsünü də dəstəkləməyə başlayır. 
Lakin bütün bunlara baxmayaraq, Xəzərin statusu ilə bağlı Rusiya 
uzun müddət öz korporativ maraqlarını  əsas tutaraq, Azərbaycanı beynəl-
xalq hüquqa söykənən mövqedən çəkindirməyə, onu yeni-yeni kompromis-
lərə  məcbur etməyə  cəhd etmişdir. Məsələn, 1997-ci ildə bu ölkənin bəzi 
dairələri bir daha Xəzərin sektor bölgüsünü gündəmə  gətirərək, məsələ ilə 
bağlı xüsusi hesablanmış yeni bir “kompromis” təkliflə çıxış edirlər. Bu la-
yihə müəllifləri Xəzəri beş ölkənin daxili gölü hesab edərək, onun yalnız 12 
millik sahil ərazisinin dibinin və su səthinin milli sektorlara bölünməsini, 
bundan sonra gələn 25 millik dəniz dibi və su səthinin “iqtisadi zona” kimi 
tanınmasını, dənizin qalan bütün su hövzəsini və həmin radiusda da dibinin 
yalnız “ümumi istifadə” edilməsini irəli sürürlər. Mütəxəssislərin fikrinə gö-
rə, layihə müəllifləri bu təklifi hazırlayarkən Xəzərin karbohidrogen yataq-
larının xəritəsi ilə bağlı xüsusi təhqiqat aparmışlar. Çünki, layihədə göstə-
rildiyi kimi, əgər hər bir hövzə ölkəsi yalnız 12 millik sektorlara tam sahib 
olurdusa və qalan 25 millik sektorda “iqtisadi zona” da olduğu kimi 
fəaliyyət göstərmək hüququ qazanırdısa, o zaman Xəzərin  əsas enerji 
resursları (o cümlədən Azərbaycanın konsorsium çərçivəsində  fəaliyyət 
göstərdiyi bu günkü əsas neft və qaz yataqları. - Ə.H.) “ümumi istifadədə” 
qalırdı. Bu layihə  Xəzərin karbohidrogen yataqlarını  təxmiənn, aşağıdakı 
kimi bölür və planlaşdırırdı: Azərbaycanın 12 millik sektorunda təxminən 
0,5 mlrd. ton neft, 0,5 trlrd. kub metr qaz, Rusiyanın eyni məsafəli 
sektorunda müvafiq olaraq 0,2/0.3, Qazaxıstanınkında, 0.6/04, 
Türkmənistanınkında 1/0.2 enerji resursu mövcud idi. Sonrakı 25 millik “iq-
tisadi zonada” Azərbaycanın müvafiq olaraq 1.5/1.5, Rusiyanın 1/05, Qaza-
xıstanın 2/1, Türkmənistanın isə 0.5/0.5 miqdarında enerji resursu 
proqnozlaşdırılırdı. Bəhs olunan bölgü ilə Azərbaycanın indiki milli 
sektorundakı  təxminən 2.5 mlrd. ton neft və 1.5/2 trln. kub metr qaz, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 92 -
Rusiyanın müvafiq olaraq 1/1, Qazaxıstanın 3/1.5, Türkmənistanın 0.5/1 
miqdarında yanacaq resursu “birgə zonada” qalırdı. 
Bu bölgüdən göründuyü kimi, ruslar Azərbaycanın zəngin neft və qaz 
yataqları olan sektorundakı  əraziləri ümumi istifadədə saxlamaqla, onları 
gələcəkldə öz əlinə keçirmək və Azərbaycanı bu resurslardan məhrum et-
mək istəyirdi. Lakin Azərbaycan Prezidenti Heydər  Əliyevin o zaman nü-
mayiş etdirdiyi polad iradə, beynəlxal hüququn və beynəlxalq aləmin Azər-
baycanın tərəfində olması onların bu planlarını alt-üst etdi. Əslində, Rusiya-
nın təklif etdiyi bu layihədə Azərbaycan istisna olmaqla, bütün Xəzər höv-
zəsi ölkələrinin milli sektorlarındakı ehtiyatlar onların öz ərazisində qalırdı. 
Yalnız Azərbaycan öz zəngin Günəşli, Çıraq, Azəri və b. yataqlarından 
məhrum edilirdi. 
Sonrakı illərdə bu layihənin də keçmədiyini anlayan ruslar və iranlılar 
Xəzərin statusu ilə bağlı yeni-yeni müxtəlif manevrlər həyata keçirsə  də, 
ciddi bir şeyə nail ola bilmədilər və sonda Azərbaycanın  ədalətli və haqlı 
mövqeləri ilə barışmağa məcbur oldular. 
1997-ci ilin dekabrında Rusiya nəhayət ki, Azərbaycanın nümunəsinə 
uyğun olaraq, Xəzərin ona məxsus milli sektorundakı neft-qaz yataqlarının 
öyrənilməsi və birgə  işlənməsi haqqında beynəlxalq tender elan etdi. Bu 
faktı  həmin dövrdə  tədqiqatçılar rəsmi Moskvanın “Xəzərin statusu müəy-
yən olanadək, hər hansı birtərəfli addımların yolverilməzliyi” haqda Rusiya-
İran «cütlüyü»nün dəfələrlə səsləndirdiyi əsassız ideyalardan imtina etməsi 
kimi qiymətləndirdilər. 
Rusiyanın status fəaliyyətindəki üçüncü mərhələ, 1998-ci ildən başla-
nır və mütəxəssislər tərəfindən “konstruktiv yanaşma” dövrü kimi dəyərlən-
dirilir. Bu dövrdə faktiki olaraq Rusiya Azərbaycanın Xəzərdə reallaşdırdığı 
bütün layihələri rəsmi  şəkildə tanıyır və  həmin layihələrdən özünə pay 
almaq üçün rəqabət şəraitində fəaliyyət göstərməyə cəhd göstərir [7, s.140].  
 1998-ci ilin yanvarında Rusiya ilə Qazaxıstan prezidentlərinin Xəzə-
rin statusu ilə bağlı qəbul etdiyi “Birgə Bəyanat” iki ölkənin orta xətt üzrə 
Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəldiyini göstərirdi. 
Həmin ilin iyulunda isə Moskvada Rusiya ilə Qazaxıstan arasında «Xəzərin 
Şimal hissəsinin dibinin bölünməsinə dair» Birgə Saziş imzalandı. Bundan 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə