Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə32/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 96 -
gəlmək mümkün olmayıb. Buna görə  əsas məsuliyyət daşıyan ölkələrdən 
biri və əsası İrandır. 
Hazırda Rusiya son bir neçə il ərzində Xəzər hövzəsində itirdiyi möv-
qeləri geri qaytarmaq üçün sivil formada öz iqtisadi və siyasi aktivliyini 
xeyli artırıb. Üçüncü minilliyin başlanğıcında dünyada və bölgədə yaranmış 
yeni geosiyasi və geoiqtisadi reallıqlar Moskvanın və Tehranın geostrateji 
maraqları baxımından arzuolunmaz istiqamətdə cərəyan etsə də, Barak Oba-
manın hakimiyyətə gəlişindən sonra son illərdə ABŞ-n bölgədə öz fəaliyyə-
tini nisbətən zəiflətməsi, geosiyasi və geoiqtisadi mövqelərini bir-birinin ar-
dınca Rusiyaya güzəştə getməsi, bu ölkələrin Xəzər hövzəsindəki mövqe və 
davranışlarında da müvafiq dəyişikliklər yaradıb. Rusiya bölgədə itirdiyi 
geoiqtisadi təsir mexanizmlərini bərpa etmək məqsədilə İran və Türkmənis-
tanın Xəzərdəki fərqli davranışlarından, özünün bölgə üzərindəki hərbi-geo-
strateji üstünlüklərindən, Azərbaycan və Qazaxıstanla yaranmış əlverişli tə-
rəfdaşlıq münasibətlərindən bəhrələnmək istəyir. 
Tədqiqatçılar hesab edir ki, Rusiya əvvəla, Xəzərdə ən güclü hərbi-də-
niz qüvvələrinə və hərbi-geostrateji mövqelərə malikdir və buradakı üstün-
lüklərini, kiminsə xeyirinə  məhdudlaşdırmaq, yaxud kiminləsə bölüşmək 
haqda qətiyyən düşünmür. Odur ki, o, İranın da NATO “təhlükəsindən”, ya-
xud nə vaxtsa Xəzər ərazisindən ona qarşı hərbi məqsədlər üçün istifadə edi-
lə bilməsi ehtimalından istifadə edərək, Xəzərin hüquqi statusu məsələsi ilə 
beş hövzə ölkəsinin “hər hansı kənar qüvvələri Xəzərdə hərbi iştirakı və ya-
xud hövzə ölkələrinin  ərazisindən kiməsə qarşı  hərbi-strateji istifadəni qa-
dağan edən” Birgə Sazişlə bağlamaq istəyir. 
İkincisi, Rusiya Avropanın neft və qaz bazarında öz inhisarçı mövqe-
lərini tam möhkəmlətməyincə, bu sahədə ABŞ, Avropa Birliyi və bəzi regi-
on ölkələrinin alternativ enerji ixracı məhsulları, bazarları və kəmərləri axta-
rışı cəhdlərini, məsələn Transxəzər, Nabuko kimi “təhlükələri” aradan qal-
dırmayınca müxtəlif bəhanələrlə Xəzərin statusunu uzatmağa, milli sektorla-
rın təbii sərvətlərinin istifadəsi, ölkələrin müstəqil hüquqları və s. ilə bağlı 
əvvəllər razılaşdırılmış məsələlərə yenidən baxmağa cəhd göstərir. Xüsusən, 
sektor bölgüsü, Xəzərdə ayrı-ayrılıqda və xarici tərəfdaşlarla birgə sərbəst iş 
aparmaq və s. ilə bağlı Azərbaycanın 90-cı illərin sonunda sərt şəkildə orta-


Siyasi elmlər 
 
 
- 97 -
ya qoyduğu, beynəlxalq aləmin dəstəyi ilə müdafiə etdiyi və reallaşdırdığı 
mövqelərini yumşaltmaq, xarici şirkətlərin və ölkələrin bundan sonra Xəzə-
rə yolunu bağlamaq sahəsində Rusiya və İranın yeni kursu aydın sezilmək-
dədir. Bu yöndə Rusiya İranın antiqərb əhval-ruhiyyəsindən istifadə edərək, 
Xəzərdə ABŞ, Avropa Birliyi ölkələrinə, Yaponiya, Türkiyə və s. dövlətlərə 
məxsus şirkətlərin sonrakı fəaliyyətini, Avropa enerji bazarlarına çəkiləcək 
yeni-yeni neft-qaz layihələrini  əngəlləmək, Türkmənistan və Qazaxıstanın 
Transxəzər marşrutuna qoşulmasına, Xəzərin dibi ilə sualtı neft və qaz kə-
mərlərin çəkilişinə mane olmaq üçün müxtəlif tədbirlərə əl atır. Bu tədbir-
lərdən biri Azərbaycan, Türkmənistan və Qazaxıstanın bütün ixrac qazını al-
maq, digəri yeni salınacaq kəmər və ixrac marşrutlarının perspektivsizliyi 
ilə bağlı geniş təbliğat aparmaq və nəhayət, beş Xəzərətrafı dövlətlə “Xəzər-
də Birgə İqtisadi Əməkdaşlıq Konsorsiumu” yaratmaqla bölgədən kənar öl-
kələrin dənizin geoiqtisadi zonasına daxil olmasını, xüsusən onun enerji 
mənbələrinə çıxışını əngəlləməkdən ibarətdir. Qeyd olunduğu kimi, Rusiya 
ABŞ-ın eyni sahədəki  əvvəlki fəal mövqelərinin zəifləməsindən istifadə 
edərək, Xəzər hövzəsində öz geoiqtisadi fəaliyyətlərini ciddi şəkildə güclən-
dirmiş  və mövqelərini sərt formada qorumağa başlamışdır. Rusiya Prezi-
denti Dmitri Medvedyevin 22 oktyabr 2010-cu ildə Türkmənistana səfəri 
çərçivəsində Xəzərdə həyata keçiriləcək iqtisadi fəaliyyət və enerji layihələ-
ri ilə bağlı “beş hövzə ölkəsinin razılığı, birgə gücü və iştirakı ilə” səsləndir-
diyi tezis və verdiyi bəyənatlar bunun əyani sübutudur. O öz çıxışında qeyd 
etmişdir ki, “yalnız beş ölkə Xəzərin təbii sərvətlərinin fəaliyyətdə olan və 
gələcəkdə yaradılacaq istifadəsi rejiminə cavabdeh olmalıdır.”(газета «Зер-
кало», 23 октября 2010 г.). 
Xəzərin hüquqi statusu məsələsində İranın mövqeyi: İranın Xəzə-
rin bölümnəsi ilə bağlı indiyə qədər iki əsas təklifi səslənmişdir. Bunlardan 
birincisi, heç bir beynəlxalq və regional hüquqa söykənməyən, tarixdə ana-
loqu olmayan və coğrafi cəhətdən reallaşdırılması çox çətin olan – dənizin 
dibinin 20% olmaqla beş sahil ölkəsi arasında “bərabər bölünməsi”, səthi-
ninsə ümumi istifadədə saxlanılması variantı idi. 
İkinci  təklif, bəzi  İran mütəxəssislərin təqdim etdiyi kimi, “kompro-
mis variant” adlanır və Xəzərin yeni bölgüsü prinsipini nəzərdə tutur. Bu la-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 98 -
yihəyə görə İran, Xəzərdən hər bir sahilyanı dövlətə öz ərazisindən dənizin 
ortasına doğru 20 millik- “sahil ərazi suları zonası” və 20 millik “iqtisadi 
zona” ayırır. Təklifdə sahil ərazi suları hövzə ölkələrinin sərhədlərini müəy-
yən etdiyinə görə, bu məkanda Xəzərin həm dibi, həm səthi, həm də hava 
məkanı dövlətlərin tam nəzarətində saxlanılır. O ki qaldı,  İqtisadi zonaya, 
burada hər bir dövlətə dənizin bioloji və mineral ehtiyatlarının qorunub sax-
lanması  və  kəşfiyyatı  məqsədilə  sərbəst fəaliyyət hüququ tanınsa da, digər 
sahilyanı ölkələrin bu ərazinin hava məkanından və su səthindən istifadə et-
məsi hüququ da tanınır. Nəhayət, 40 millik zonadan kənarda qalan Xəzərin 
orta hissəsi bütün sahilyanı ölkələrin “ümumi istifadəsində” qalır və “kon-
sensus” yolu ilə idarə olunur. 
Mütəxəssislərin fikrinə görə, Xəzər dənizinin statusuna yanaşmasında 
İranın hər iki mövqeyi iki əsas amilə söykənirdi. Bunlardan biri, Qərb ölkə-
lərinin dənizdə  nə  hərbi-geostrateji, nə  də ki, geoiqtisadi iştirakına imkan 
verməmək, digəri isə, yeni yaranmış şəraitdən istifadə edərək, Xəzər dəni-
zində öz geosiyasi mövqelərini gücləndirmək, bölgənin müsəlman ölkələrin-
də dominantlıq qazanmaq və mümkün qədər Rusiyanı bu məkandan sıxış-
dırmaqdan ibarət idi. Göründüyü kimi, İranı öz iqtisadi maraqlarından daha 
çox, geosiyasi mənafeləri düşündürür. Çünki rəsmi Tehranı bu məsələdə 
maraqlandıran əsas məqam Xəzərin “dəniz”, yaxud “göl” kimi qəbul olun-
ması deyil, İranın geostrateji təhlükəsizliyinin təmin edilməsi və regionda 
aktivləşmiş Qərb ölkələrindən qaynaqlanan “potensial təhlükələrin” qarşısı-
nın alınmasıdır. İqtisadi maraqlar isə Tehran üçün ən azı ona görə ikinci də-
rəcəlidir ki, onun Fars körfəzində, digər quru ərazilərində  Xəzərdəkindən 
qat-qat üstün və  zəngin enerji qaynaqları, hazır istehsal infrastrukturları 
mövcuddur. 
Mütəxəssislərin fikrinə görə, İranın Xəzərin statusu və yeni əsaslarla 
onun bölünməsinə dair nümayiş etdirdiyi mövqe yalnız bu ölkənin geosiyasi 
maraqlarına yönəlib və digər sahilyanı dövlətlərin mənafelərinə  qətiyyən 
cavab vermir. Çünki onun təklif etdiyi variant bölgədə qeyri-müəyyən geo-
siyasi şərait yaratmağa hesablanmışdır ki, bu da digər ölkələr üçün qətiyyən 
qəbul edilməzdir. Mütəxəssislər həm də  İranın bu mövqeyini, təkcə  Xəzər 
dənizinin yeraltı ehtiyatlarının mənimsənilməsinə törətdiyi maneə kimi qiy-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə