Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə40/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

Siyasi elmlər 
 
Cədvəl-qrafik 2.3. Təkqütblü sistemin formalaşması – 1990-2000 
Ölkə 
ÜDM 
Ordu 
COW 
ABŞ 
40 
50 
28 
Fransa 
6 9 5 
Yaponiya 
22 

10 
Rusiya 
3 13 12 
Çin 
21 

33 
Britaniya 
6 6 4 
Almaniya 



 
Ümumi müharibə qabiliyyəti – COW göstəricilərini təhlil etsək belə bir 
nəticə ortaya çıxar ki, Britaniyanın bu indeks üzrə ən yüksək göstəricisi 1870-
ci ildə özünün ilkin sənaye müəssisələrinin (dəmir istehsalının və daş kömür 
çıxarılmasının yüksək səviyyəyə qalxması) qurulması dövrü ilə üst-üstə 
düşür. Rusiyanın (Sovet İttifaqının) COW indeksi üzrə dominantlığı isə 
Soyuq müharibənin sonunda silah istehsalı və ağır sənayenin inkişafı ilə izah 
olunur. Çinin yüksək göstəricilərinin əsasında isə çoxmilyonlu əhali və onun 
sayəsində formalaşan çoxsaylı silahlı qüvələr, nəhəng polad sənayesi dururdu. 
“Britaniyanın müvafiq istiqamət üzrə qüdrəti 36%-ə çatmaqla 1860-cı ildə 
zirvəyə yüksəlib. Həmin il Böyük Britaniya 50% əlavə enerji və 35% -dən 
çox dəmir istehsal edərək digər güc mərkəzlərini geridə qoymuşdur. Ölkənin 
şəhər  əhalisi digər böyük dövlətlərə nisbətən iki dəfə artmışdır” [23, s. 46]. 
Əslində, K.Leyn də "təkqütblülük illuziyası" ifadəsini  əvvəlcə Britaniyanın 
təkqütblü güc mərkəzi statusunu təsvir edərkən istifadə etmişdir.  
“Cədvəl - 3”dən isə aydındır ki, ABŞ hal-hazırda ölkə  əhalisinin və 
hərbi personalın sayı istisna olmaqla digər bütün göstəricilərdə dominantlıq 
nümayiş etdirir. O, "informasiya əsrinin" bütün komponentlərində həlledici 
üstünlüyə malikdir (Cədvəl 3). Yeni minilliyin başlanğıcında dünya miqya-
sında texnologiyanın inkişafına yönələn ümumi xərclərin 35,8%-ni Amerika 
Cədvəl 3. Əsas güc mərkəzləri arasında COW indikatorları (%-lə)* [7] 
Ölkələr 
Əhali 
(1996) 
%-lə 
Adambaşına 
ÜDM 
(1997, PPP) 
Manufaktur 
istehsal 
(1995) 
Enerji 
istehlakı 
(1996) 
Hərbi 
xərclər 
(1996) 
Hərbi 
personal 
(1996) 
ABŞ 
13 30,2  37 
41  52  18 
Çin 
62 
3,5 

21 

36 
Yaponiya 
6 24,5  27  10  6  3 
Almaniya 

20,8 
14 



Rusiya 
7 4,7  m.y.  12  13  30 
Britaniya 

21,2 




Fransa 
3 22,7  7 

9  5 
 
- 121 -


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
Birləşmiş  Ştatları ayırmışdır. Sonrakı yerləri Yaponiya-17,6%, Almaniya -
6,6%, Böyük Britaniya 5,7%, Fransa- 5,1%, Çin-1,6%-lə bülüşmüşdür. 
ABŞ-ın elmi tədqiqatlara və ölkənin inkişafına ayırdığı ümumi vəsait təxmi-
nən dünyanın yeddi ən zəngin ölkəsinin xərclərinə bərabərdir. Dünya miq-
yasında bu istiqamətdə ayrılan xərclərin 90%-i Böyük Yeddilərə (G-7) məx-
susdur.  
ABŞ-ın maliyyə  və texnoloji üstünlüklərinin kəmiyyət və keyfiyyət 
vəhdəti görünməmiş  səviyyədədir və o, zaman keçdikcə qlobal geosiyasi 
mövqeyə transfer edir. 
Cədvəl 4. Güc mərkəzlərinin “İnformasiya  əsri” göstəriciləri – 1995-2000 
(%-lə)* [6] 
 
  
 
Dövlətlər 
Yüksək 
texnologi-
ya isteh-
salı (%) 
Ümumi təd-
qiqat xərclə-
ri (%) 
Müdafiə 
tədqiqatları 
xərcləri (%) 
İxtira 
patent-
ləri 
(min) 
Kompüter 
sayı (min 
nəfərə) 
İnternet isti-
fadəçilər 
(min nəfərə) 
Alim və 
mühəndis 
sayı (mln. 
nəfərə gö-
rə) 
ABŞ 
41 53 80  61 
407 976  976 
Britaniya 




242 
201 
201 
Yaponiya 
30 22 2 
23 
202 107  107 
Fransa 


8 m.y. 
174 
73 
73 
Almaniya 
10 11 3 
6,8 
255 141  141 
Çin 
8 m.y. 
m.y. m.y. 

0,16 
0,16 
Rusiya 
m.y. m.y. m.y.  m.y. 
32  9 

Birqütblülüyün əsas təbiəti də iki nəzəriyyəyə əsaslanır. Onlardan biri 
qüvvələr nisbətini öz xeyrinə həll edib üstünlüyü əlində saxlamaqdırsa, ikin-
cisi bu nisbəti balanslaşdırmaq məqsədi güdür. Hər iki nəzəriyyənin nəticə-
sini ümumi olaraq belə qiymətləndirmək mümkündür ki, təkqütblü sistem 
sülhün dayağı olmalıdır. Tədqiqatçı M.Şitz qeyd edir ki, güc mərkəzləri ara-
sında üstünlüyü özündə ehtiva edən təkqütblülük nəzəriyyəsi beynəlxalq 
arenada Soyuq müharibədən sonrakı beynəlxalq sistemin təbiəti ilə bağlı 
müzakirələrə son qoydu [20, s. 170]. Lakin təkqütblü sistemin sakit təbiətə 
malik olduğunu vurğulayan mütəxəssislərin yanaşmalarına əks arqumentlər 
qoymaq üçün kifayət qədər  əsaslar mövcuddur. Çünki qlobal sistemi tən-
zimləmək imkanı olan böyük dövlətlər yalnız güc sektorunda fərqlilik orta-
ya çıxana qədər stabil görüntü nümayiş etdirirlər. Əslində, onlar öz imkanla-
 
- 122 -


Siyasi elmlər 
 
 
- 123 -
rına əsaslanaraq liderliyə can atan digər bir qüdrətli dövlətin ortaya çıxma-
sından da məmnun deyildirlər. 
 
Nəticə 
Təkqütblü sistemdə təhlükəsizlik məsələləri iki səbəbdən özünü daha 
qabarıq surətdə biruzə verir: birincisi, aparıcı dövlətin güc imkanı dünya 
siyasətində  də stimullaşdırıcı rol oynayaraq rəqabət üstünlüyündən doğan 
problemi dəyişir. İkincisi, o digər dövlətlərin təsir gücünü azaldaraq böyük 
güc mərkəzləri arasında cərəyan edən siyasi rəqabət zamanı qüvvələr balan-
sı problemini aradan qaldırmış olur. 
Yuxarıda qeyd olunan göstəriciləri təhlil edərək belə bir nəticəyə gəl-
mək mümkündür ki, ABŞ qlobal güc imkanlarına və dünyanı vahid mərkəz-
dən idarə etmək potensialına malik olan yeganə fövqəldövlətdir. O, dünya-
nın ən böyük hərbi-dəniz və hava qüvvələrinə, kosmosa nəzarət, digər güc 
mərkəzlərinə birinci olaraq nüvə zərbəsi endirmək gücünə sahibdir. Bununla 
yanaşı, bütün sahələrdə  ən yüksək maddi-texniki bazaya, təkmil idarəetmə 
sisteminə, informasiya-kommunikasiya texnologiyalarının intensiv inkişafı 
nəticəsində informasiya üzərində nəzarət gücünə malikdir. O, dünyanın qa-
lan bütün dövlətlərinin hərbi sahəyə ayırdığı  xərclər qədər hərbi büdcəyə 
ayırmalar edir. Bütün bunlara baxmayaraq, təkqütblülük heç də qlobal 
sabitliyi təmin etmir və bütün konfliktlərin aradan qalxmasına gətirib çıxar-
mır. O, sadəcə iki böyük problemin yoxluğu deməkdir. Bu problemlərdən 
biri hegemonluq uğrunda qızışan mübarizənin zəifləməsi, digəri isə qüvvə-
lər balansının təmin olunması “probleminin” ortadan qalxmasıdır. 
Beləliklə, təkqütblü sistemin ümumi təbiəti yalnız böyük güclər ara-
sında sülhün qorunmasına, nüfuz və yaxud təhlükəsizlik uğrunda rəqabətin 
azalmasına gətirib çıxarır. O, regional və lokal münaqişələr ehtimalını ara-
dan qaldırmır, əksinə bir çox hallarda onları gücləndirir.  
 
 
*Qeydlər: “m.d” və “m.y” – müvafiq olaraq “məlum deyil” və “məlumat 
yoxdur” kimi oxunmalıdır. Müxtəlif səbəblər üzündən bəzi dövlətlərin göstəriciləri 
dəqiq məlum olmadığından cədvəldə qeyd olunmayıb; 
- “PPP” – purchasing power parity - valyutanın alıcılıq qabiliyyətinin pariteti 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə