Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə48/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

Elmi-fəlsəfi həyat 
 
rik elm ola bilməz. Fəlsəfə elmilikdən daha çox dəqiq rəyi ifadə edir. Bu ba-
xımdan yanaşdıqda, fəlsəfənin indiki səviyyəsində ilham faktoru var, onu 
çətin ki empirik elmlər sırasına aid edib razılaşmaq olar. Mənim şəxsi rəyim 
isə bundan ibarətdir ki, fəlsəfə metaelm kimi mövcud olmalıdır, eyni za-
manda formal məntiqi, elmi metodları özündə birləşdirməlidir. Xristian Av-
ropasını götürək ... Avstriyada, məsələn, bizim universitetdə iki fəlsəfə de-
partamenti var, xristian fəlsəfəsi (teologiya) və fəlsəfə. Bu yaxınlarda bizim 
rektorumuz maliyyəyə  qənaət məqsədi ilə iki fakültəni birləşdirmək istədi. 
Mən etiraz etdim ki, bu, mümkün deyil, xristian inamına  əsaslandığımıza 
görə bizim fəlsəfəmiz də həmin inama əsaslanır. Mən fəlsəfədə məhz Kantın 
xəttini yeritmək istəyirəm.  
 
Aleksandr Çumakov
Bu məsələ həmişə aktual olub, hətta bir çox beynəlxalq konfranslarda 
onun müzakirə obyekti etmişlər. Məsələn, Bostonda çağırılan konqres məhz 
bu məsələyə, yəni fəlsəfənin elm olub-olmaması məsələsinə həsr olunmuş-
du. Xüsusilə vurğulanmalıdır ki, bu məsələnin 
postsovet məkanı üçün də çox aktual olmuşdur. 
Qərbdə bu məsələ  fəlsəfi biliklə qeyri-fəlsəfi biliyi 
bir-birindən fərqləndirən pozitivizmdə öz həllini 
tapsa da, sosializm dövründə bu məsələyə fəlsəfənin 
elm olması prizmasından baxılırdı. Bu, autentik 
marksizmdən çox, onun sonrakı  şərhlərindən, 
leninizmdən və s.-dən irəli gəlirdi. Marksizm 
nəzəriyyəsi fəlsəfə, siyasi iqtisad və elmi kommunizm kimi üç mənbə 
əsasında qurulur, fəlsəfə marksizmin gələcəyin necə olmalı olduğunu 
əsaslandıran bir hissəsi kimi nəzərdən keçirilirdi. Təbii ki, qeyri-elmi fəlsəfə 
bu gələcəyə aparan yolu göstərə bilməzdi. Buna görə  fəlsəfə elm kimi 
dəyərləndirilirdi. Fəlsəfə ilə elmin eyniləşdirilməsi fikrinin yanlışdır və bu 
fikri təkzib etmək üçün həmişə  səy göstərmişəm. Fəlsəfəni elm hesab 
edənlər onu elm kimi tədris edir, tələbələrə biliklər toplusu verir, fəlsəfəni 
öyrədirlər. Fəlsəfəni öyrətmək mümkün deyil, ona yalnız həvəs, maraq 
oyatmaq, təhrik etmək olar. Biz fəlsəfədə bu və ya digər məsələ ilə bağlı 
 
- 145 -


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 146 -
yalnız öz münasibətimizi bildirə bilərik. Lakin həqiqəti heç kim bilmir. 
Fəlsəfə ilə elmin eyniləşdirilməsi yanlış  nəticələrə  gətirib çıxarır. Düzdür, 
fəlsəfə elmlərin anasıdır. Mənim elmi rəhbərim akademik Frolov da bu fikri 
dəfələrlə  təkrar edirdi. Bu isə o faktı sübut edir ki, təxminən 6,5 min il 
bundan  əvvəl fəlsəfə  də artıq mif və dinin özünə yer aldığı dünyagörüşdə 
onun tərkib hissələrindən biri kimi qərarlaşmağa başlayır.  İlk filosoflar 
deyirdilər ki, “mənə inanma, özün düşün”. Bu, o deməkdir ki, fəlsəfədə 
həmişə  şübhələr olmuş  və olacaqdır. Fəlsəfə bu dövrə  qədər yığılıb 
toplanmış bilikləri özündə ehtiva edib. Sonralar bu bilik və  fəlsəfi maraq 
çərçivəsində müxtəlif elmlərdə öz ifadəsini tapmış bilik qərarlaşmışdı. Yeni 
Dövrə qədər fəlsəfə ilə elmi bir-birindən ayırmaq çətin idi. Kim idi Heraklit, 
Anaksimandr? Onlar həm filosof, həm də alim olmuşdular. Lakin dəqiq 
elmlərin formalaşmasından sonra, klassik mexanika yaranandan sonra 
şüurun yeni forması – elmi şüur formalaşır. Elmin nöqteyi-nəzərindən 
gerçəkliyə uyğun gəlmə kimi həqiqəti əldə etmək mümkündür. Bu vaxtdan 
etibarən fəlsəfənin predmet dairəsi tam müəyyənləşmiş olunur, və burada 
söhbət artıq həqiqətdən yox, doğruluqdan gedir. Bu, çox önəmli məsələdir, 
çünki həqiqət obyektiv olmaqla biliyimizin reallıqla üst-üstə düşməsidirsə, 
doğruluq həmişə subyektivdir. Buna görə də nə qədər mütəfəkkir varsa, bir 
o qədər də  fəlsəfələr var. Hərənin öz düşüncə  tərzi var. Hansı filosof 
haqlıdır? Bu məsələdə meyar yoxdur. Əgər bu kimi meyarlar tapılarsa, onda 
bu, artıq fəlsəfi problem olmaz.  
 
Səlahəddin Xəlilov
Həqiqət haradasa ortadadır.  
 
Aleksandr Çumakov
Bununla belə, fəlsəfə ilə elm arasında ümumi cəhətlərin də olduğunu 
qeyd etdi. Bu, ilk növbədə rasional idrak üsullarıdır. Amma elm intuitiv təc-
rübədən uzaqdırsa, fəlsəfə həm rasional, həm şəxsi təcrübənin, həm də irra-
sionalın vəhdətidir. Buna görə də biz milli fəlsəfədən, məsələn, alman, fran-
sız və s. fəlsəfələrdən söhbət açır, milli elmdən, məsələn, milli fizikadan, 
milli riyaziyyatdan söhbət açmırıq. Burada “milli” sözünü işlətmək o qədər 


Elmi-fəlsəfi həyat 
 
də düzgün deyil, çünki millətlər Yeni Dövrdə yaranmışdısa, fəlsəfə  qədim 
dövrdə yaranmıışdı. O, milli deyil! O, mədəni hadisədir. O, hər  şeyi ifadə 
edir. Mən rus fəlsəfəsinin, mədəniyyətinin və  ənənələrinin daşıyıcısıyam. 
Elm və fəlsəfə kəsişirlər. Bununla belə, fəlsəfə miflə, dinlə də kəsişir. Am-
ma elm nə dinlə, nə  də miflə  kəsişmir. Bundan başqa, fəlsəfə  həm də adi 
şüuru da özündə birləşdirir. Əgər biz fəlsəfə ilə elmin nisbətini düzgün təyin 
etsək, onda fəlsəfənin tədrisində biz görməli olduğumuzu yox, hara baxmalı 
olduğumuzu öyrədəcəyik. Bu isə müxtəlif şeylərdir.  
 
Səlahəddin Xəlilov
Mən Sizin arqumentlərinizlə və mövqeyinizlə həmrəyəm. Elm kumul-
yativlik prinsipinə əsaslanır, fəlsəfə isə kumulyativ deyildir.  
 
Kənan Gürsoy:  
Əslində Səlahəddin bəy “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının bi-
rinci səhifəsində fəlsəfə elmdirmi, elm deyildirmi sualına cavab verib. Fəl-
səfə üstdə və ayrı durur, sosial-siyasi elmlər isə ayrı yazılıb. Biz indi müza-
kirə  və mübahisə edirik, bir nəticəyə  gəlmədiyimizə görə  də yenə elmin 
içində deyilik. Yoxsa bu qədər münaqişə etməzdik. Əgər münaqişə ediriksə, 
deməli fəlsəfənin elmdən fərqli yönləri var. Diqqət 
etsəniz, görərsiniz ki, Türkiyə türkçəsində iki kəlmə 
var – bilim və ilim, bəzən bunları bir-birlərilə 
qarışdıraraq istifadə edirik. Bəzən də bunları ayrı-ayrı 
istifadə edirik. Ayrı-ayrı istifadə etməkdə, məncə, fay-
da var. Bilim daha çox təbiət elmləri ilə  əlaqəlidir – 
fizika, kimya, biologiya, hətta tarix, antropologiya
sosiologiya kimi. Amma ilim dediyimizdə daha geniş, 
dana bunları içinə alan bir şey söyləyirik. Yenə türkcədə belə bir ifadə var, 
“o bilgə bir şəxsiyyətdir və  mən onun ilmindən istifadə etmək istəyirəm, 
həyat təcrübəsindən, müdrikliyindən istifadə etmək anlamında. Yəni bilim 
və ilim arasında bu fərq var. Əgər fəlsəfə bu ayrımı  qəbul edəcək olarsa, 
fəlsəfə daha çox ilimə yaxın, bilimə uzaq mənadadır, bir meta-dır, bilimlərin 
üzərindədir. Meta cəm halda istifadə olunmur. Bir az əvvəl kimya, 
 
- 147 -


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə