Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə47/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 142 -
testasiya Komissiyasında hər nə gəldi bütün tədqiqat sahələrini elm adlandı-
rırlar. Amma biz elm anlayışını dar mənada başa düşəndə, məhz elmiliyin 
meyarlarından çıxış etdikdə, ictimai şüurun bir çox formaları, o cümlədən, 
bəzi tədqiqat sahələri “elm” anlayışına aid edilə bilmir. Əslində elm heç icti-
mai şüur forması da deyil. Belə ki, elmi yaradıcılıqla ancaq peşəkar səviyyə-
də məşğul olmaq mümkündür. İctimai şüur isə peşə biliklərini deyil, bütün 
cəmiyyətin şüur tərzini və bu şüurun strukturunu ehtiva edir. Məsələn, dini 
şüur, əxlaqi şüur bütün kütlə üçündür. Yaxud söhbət siyasi mədəniyyətdən 
və ya siyasi şüurdan getdikdə, bütün cəmiyyətin bu sahədə durumunu ifadə 
etmək olar. Yəni bir var, peşəkar siyasətçilərin siyasi dünyagörüşü, siyasi 
mövqeyi və bilikləri, bir də var bütövlükdə cəmiyyətin siyasi şüur səviyyəsi. 
Cəmiyyətlə  nə  dərəcədə manipulyasiya etmək olar, bu, onun siyasi şüur 
səviyyəsindən asılıdır.  
Digər tərəfdən, düşüncə tərzində, idrakın öz strukturunda ciddi fərqlər 
vardır. Adi şüur səviyyəsində müşahidələr, əməli fəaliyyətin mənimsənilmə-
si, məişət bilikləri, “xəbərlər” proqramının hafizəyə yüklənməsi, elementar 
hüquqi və siyasi biliklərin mənimsənilməsi və s. – bütün bunların elmə heç 
bir aidiyyəti yoxdur.  
Yaxud, tarix hadisələrin xronologiyasını öyrənir. Ayrı-ayrı konkret 
hadisələrdən, tək-tək  şəxslərin, qrupların, dövlətlərin fəaliyyətindən bəhs 
olunur. Bu necə elm ola bilər? Axı, elm təkcələr arasında münasibəti deyil, 
ümumilər arasında münasibəti, qanunları, qanunauyğunluqları ifadə edir.  
Fəlsəfə elmdirmi, elm deyildirmi, burada biz tarixi baxımdan yanaş-
saq, bütün elmlər fəlsəfənin köynəyindən çıxıbdır. Əvvəllər fəlsəfə eklektik, 
qatışıq olub, hər şey haqqında biliklər onun içində olub. Sonra bundan sənət 
də ayrılıb, siyasət də, riyaziyyat da, elm də. Getdikcə yeni dövrdə, 17-18-ci 
əsrlərdə məhz klassik mənada fəlsəfə formalaşıb. İndi fəlsəfə elm deyil de-
yə, özünü yaxşımı hiss edir, pismi? Tarixçilər həmişə tarix elm deyil deyən-
də inciyirlər: “Tarixsiz heç nəyi öyrənmək olmaz, biz tarixi mütləq öyrən-
məliyik”. Bəlkə tarix elmdən daha yaxşı bir şeydir? Elm obyektiv gerçəkliyi 
öyrənir, amma fəlsəfə də, tarix də, ədəbiyyat da subyektiv olmaya bilməz, 
ona görə  də elmi düşüncədən müəyyən mənada fərqlənirlər. Nədədir bu 
fərq? Biz bu gün bunları müzakirə edəcəyik. 


Elmi-fəlsəfi həyat 
 
 
Abdumalik Nısanbayev:  
Fəlsəfənin elm olub-olmamasının böyük 
bir mövzudur. Elmiliyin və qeyri-elmiliyin me-
yarlarının müəyyənləşdirilməsi zəruri məsələdir. 
Fəlsəfə həm elmdir, həm də yox. Fəlsəfə ona gö-
rə elmdir ki, o, ictimai şüurun xüsusi bir forması-
dır. Avropa fəlsəfəsi  Şərqdə kifayət qədər öyrə-
nilib, lakin Şərq fəlsəfəsi unudulmaqdadır və bu, 
narahatlıq yaradan bir məsələdir.  
 
Səlahəddin Xəlilov
Fəlsəfə elmdən yüksəkdədir. Mən necə başa düşürəm elm ilə fəlsəfə-
nin nisbətini? Bu günlərdə Bakıda Mədəniyyətlərarası dialoq forumu keçiri-
lir. Sual ortaya çıxır. Fəlsəfə mədəniyyətə aiddir, yoxsa yox? Fəlsəfəyə üç 
səviyyədə baxıla bilər. Fəlsəfənin mədəniyyət səviyyəsi, elm səviyyəsi və 
fəlsəfə səviyyəsi. Necə olur ki, fəlsəfə dar mənada götürüləndə hamısından 
yüksəkdə durur, geniş mənada götürüləndə mədəniyyətin strukturuna daxil 
olur və hamı ilə bərabərləşir. Bir daha təkrar edirəm ki, fəlsəfə həm mədə-
niyyət hadisəsidir, həm elm sahəsidir, həm də  fəlsəfi yaradıcılıq sahəsidir. 
Elm hadisəsi bu dərəcədədir ki, biz istər istəməz müəyyən problemi elmi 
metodlarla araşdırırıq və burada dəqiq məsələlər qoyulur, rasional problem-
lər qoyulur və burada elm ilə fəlsəfə arasında fərq qalxır. Konkret məsələnin 
elmi analizi, əgər bu tutaq ki ruh ilə bədən münasibətidirsə, konkret qoyulur, 
məntiqi analizdən keçirilir, əqli nəticə ilə hökm çıxarılır. Amma fəlsəfədə 
vəhy, vəcd məqamı var, obrazlı düşüncə var, yəni fəlsəfi düşüncə elmi dü-
şüncə ilə  bədii düşüncənin sintezidir. Hətta mən deyərdim ki, üçüncü bir 
düşüncə, dini düşüncə, dini-hissi təcrübə ilə bədii və elmi təfəkkürün – üçü-
nün sintezi. Amma ən aşağı  səviyyədə  mədəniyyət durur. Nə zaman ki, o 
böyük fəlsəfi yaradıcılıq səviyyəsi, hansı ki, dahi şəxsiyyətlərə aiddir, o ide-
ya, sonra aspirantlar, doktorantlar, fəlsəfə professorları bunları elm səviyyə-
sində öyrənirlər, onda məhz elmi yaradıcılıqla məşğul olurlar. Bununla heç 
də filosof olmurlar. Onların öyrəndikləri populyar şərh vasitəsilə geniş küt-
 
- 143 -


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
lələrə çatdırılır və bu, mədəniyyət hadisəsinə çevrilir. Bütün məktəblərdə, 
dərsliklərdə öz əksini tapır, tədris olunur. Hamı bilir Platon kimdir, Kant 
kimdir və s. Bunlar ən adi, kütləvi şüur səviyyəsi üçündür. Bu – mədəniyyət 
hadisəsidir. Bu mənada fəlsəfə bayaq dediyimiz pillələrdən ibarətdir. “Fəl-
səfə elmdirmi” sualına gələndə, bəli, fəlsəfə professorları üçün elmdir. Am-
ma o yaradıcı filosoflar üçün – Fərabi, Kant və s. üçün fəlsəfə elmdən yük-
səkdir. Eyni şeyi tarixlə bağlı deyə bilmərik, tarix yüksəkdəmi durur, aşağı-
damı? Aristotel belə hesab edir ki, hətta poeziya da tarixdən yuxarıda durur. 
Tarix ayrı-ayrı hadisələri öyrənir, amma poeziyada obrazlı ümumiləşdirmə 
var. Elmdə rasional məntiqi metodlardan istifadə etməklə hamısının... ifadə 
olunması var.  
Fəlsəfi düşüncənin bir fərqi də ondan ibarətdir ki, burada millilik 
komponenti var, elm milli ola bilməz, elm ümümbəşəridir. Fəlsəfə isə özün-
də ədəbi-bədii surətləri ehtiva etdiyinə görə, onda milli komponentlər vardır. 
Hər xalq elmi səviyyədə eyni şeylə məşğuldur. Elmi səviyyədə alman fəlsə-
fəsi, yunan fəlsəfəsi, qazax fəlsəfəsi eyni olmalıdır, biz hamısını eyni müstə-
viyə gətirməyə çalışırıq. Elmdə başqa yol yoxdur. Amma bizim obrazlı dü-
şüncə ilə dediyimiz, tutaq ki, Mövlananın bir beytdə dediyi fikri tərcümə 
edib bir amerikalıya çatdırmaq çox çətindir, burada millilik komponenti var. 
Bu mənada da fəlsəfə elmdən fərqlənir, elmin üstünlüyü onun universallığı-
dır və millilikdən kənar olmasındadır. Fəlsəfənin üstünlüyü idrak səviyyəsi 
olaraq daha yüksək səviyyədə ortaya çıxmasıdır, yəni o həqiqətlər ki, ona 
adi metodlarla, məntiqi təfəkkürlə çatmaq olmur, ona insan müəyyən sezgi, 
vəcd məqamlarında çata bilir.  
 
Hans Köxler:  
Fəlsəfə ümumiyyətlə adi elm deyil, metaelm-
dir. Yəni elmlərdən yüksəkdir. Bununla belə fəlsəfə-
nin təbiətində belə bir cəhət, funksiya var ki, o, rəy 
də ortaya qoyur. Bir metaelm kimi o, empirik səviy-
yəyə endirilə bilməz, ona görə də ona xüsusi bir elm 
sahəsi kimi baxılır. Avropada bu, əksər filosoflar 
arasında həll olunmayan mübahisədir: fəlsəfə empi-
 
- 144 -


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə