Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə44/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

Elmi-fəlsəfi həyat 
 
 
- 133 -
yulan suala müvafiq olaraq soruşmaq olar ki, fərd cəmiyyətdə itsə yaxşıdır, 
yoxsa öz fərdiyyətini qoruyub saxlasa yaxşıdır? Bu halda sanki fərdi azadlıq 
və ictimai mütəşəkkillik, yaradıcı və normativ düşüncə, orijinallıq və ənənə-
vilik qarşılaşdırılmış olur. İki kənar hal var: ya tamamilə tərki-dünya olmaq, 
asketlik, guşənişinlik, ya da tamamilə cəmiyyətdə itib-batmaq, “palaza bürü-
nüb, elnən sürünmək” – hər iki hal ifrat dərəcədə birtərəflidir. Məqsəd şəxsi 
həyatla ictimai həyatın, fərdi yaradıcılıqla şablon təfəkkürün ortaq məxrəcə 
gətirilməsi, “qızıl orta”nın tapılmasıdır.  
Prof. Dr. Rəbiyyət Aslanova “palaza bürünüb, elnən sürünmək”, ya-
xud “el üçün ağlayan iki gözdən olar” və s. bu kimi kəlamların ziyanlı mə-
qamlarından bəhs etdi. Avropada fərdi azadlığa və yaradıcı düşüncəyə daha 
çox önəm verildiyini və bizim düşüncə tərzimizə xas olan mühitə tez uyğun-
laşmaq, necə deyərlər “başını girləmək” kimi cəhətlərin yolverilməzliyini 
vurğuladı.  
Prof. Aydın Şirinov, Prof. Cahangir Məmmədli və Prof. Fərman İsma-
yılov da müzakirəyə qatılaraq öz mövqelərini bildirilər. Daha sonra gənclər 
də çıxış edərək müasir dövr üçün aktual olan bir sıra məsələləri önə çəkdi-
lər. Dr. Samirə Həsənova, TEDx-n Bakı təmsilçisi İdris Heydərli, tələbə və 
aspirantlardan Fəranək Bəvardeh, Xəyalə İbrahimova, Günay Piriyeva, Os-
man Hacıyev onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər, 
suallar verdilər, mövzu ətrafında geniş müzakirə aparıldı. 
Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə diplomlar və müka-
fatlar verildi, xatirə şəkilləri çəkildi. 
 
 
“Mənliyin hüdudları və azadlıq”  
mövzusunda elmi-fəlsəfi seminar 
 
19 fevral 2011-ci il, Bakı 
 
Fevral ayının 19-da Fəlsəfə Dünyasında “Mənliyin hüdudları  və 
azadlıq” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.  
Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Rəbiyyət Aslanova, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 134 -
Prof. Hamlet İsaxanlı, Prof. Dr. Fərman  İsmayılov, Prof. Aydın  Şirinov, 
Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dos. Dr. Qəmər 
Mürşüdlü, Dr. Mehriban Qasımova, Dos. Dr. Nuridə Novruzova, Dr. Sevda 
Sadıqova, Dr. Mətanət Abdullayeva, Türkiyə  və  İrandan gəlmiş qonaqlar, 
aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.  
Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O qeyd etdi 
ki, bugünkü seminar Fəlsəfi Diskursda ərəb mühacir şairi Cübran Xəlil Cüb-
ranın “Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyini-
zin parçaları deyilmi?” sualından yaranmış “Mənliyin hüdudları və azad-
lıq” mövzusuna həsr edilmişdir. İlk növbədə maddi və mənəvi azadlığın bir-
birindən fərqləndirilməyinin zəruriliyini vurğulayan S.Xəlilov onu da bil-
dirdi ki, hazırda bir çox xarici amillər insan azadlığına mənfi təsir göstərir 
və maddi azadlığın əhəmiyyəti mənəvi azadlığı üstələyir.  
S.Xəlilov göstərdi ki, bəzən maddi azadlığı maddi cəhətdən təmin 
olunmaq kimi bağa düşürlər. Lakin tamamilə mümkündür ki, çox varlı bir 
adam maddi cəhətdən varlı olmasın və əksinə, ondan xeyli kasıb adam azad 
olsun. Belə ki, maddi azadlıq insanın maddi təminat səviyyəsi ilə maddi tə-
ləbat səviyyəsi arasında nisbətdən doğur. Minimal maddi ehtiyaclarını ödə-
miş olan bir adam maddi iddiaları az olduğundan, gözü tox olduğundan, 
maddi cəhətdən də azad olacaqdır. Zəngin isə, əgər iddiaları imkanlarını üs-
tələyirsə, həm öz maddi hərisliyinin ucbatından, həm də başqaları ilə qurdu-
ğu öz imkanlarına adekvat olmayan münasibətlərdən dolayı öz azadlığını 
itirəcəkdir.  
Cəmiyyətin mənəvi həyatı ilə  əlaqədar formalaşmış meyarlar sistemi 
də azadlığa təsirə edən mühüm amillər sırasındadır. Stereotiplərin, adət-ənə-
nənin möhkəm kök atdığı konservativ cəmiyyətlərdə fərdin mənəvi azadlıq 
dərəcəsi də  təbii ki, aşağı olur. Fikir sahəsində  də  şablonlar insanı  sərbəst 
düşünməyə qoymur. Əslində “paradiqma” da azadlığı  məhdudlaşdıran bir 
amil kimi götürülə bilər. Lakin ən önəmli olan insanın könüllü surətdə öz 
azadlıqlarını məhdudlaşdırmasıdır.  
Prof. Dr.Rəbiyyət Aslanova Qərb modelinin azadlıq üçün daha düz-
gün olmasından bəhs etdi. Onun fikrinə görə, müasir Qərb dəyərləri əslində 
azadlıq və demokratiya axtarışları üzərində formalaşmışdır. O cəmiyyət 


Elmi-fəlsəfi həyat 
 
 
- 135 -
azaddır ki, orada insan haqları təmin olunur.  
Prof. Dr. Hamlet İsaxanlı da bu fikirlə razılaşdığını və Qərbin müsbət 
deyil, mənfi tərəflərini mənimsəməkdə özümüzün günahkar olduğumuzu 
bildirdi. Qərb sivilizasiyasına nə isə sabit dəyişilməz bir şey kimi baxmaq 
olmaz. Zaman keçdikcə, o da inkişaf edir və həm də başqa ölkələrə yayılır. 
Məsələn, müasir Yaponiya əslində  Şərq olmaqdan daha çox, Qərb mədə-
niyyətini mənimsəmişdir.  
Müzakirəyə qoşulan Aydın  Şirinov, Fərman  İsmayılov, Qəmər Mür-
şüdlü və başqaları azadlıq probleminin müxtəlif aspektlərindən bəhs etdilər. 
Mənən azad olmağın daha əhəmiyyətli olduğunu bildirən Dr. Sevda Sadı-
qova Nəsimidən, Füzulidən, Caviddən gətirdiyi şeir nümunələrilə öz fikrini 
təsdiqlədi. XXI əsr poeziyasına nümunə olaraq Hamlet İsaxanlının azad ru-
hun ifadəsi olan şeirləri dinlənildi.  
Gənclərdən Dr. Mehriban Qasımova, Faiq Xudanlı, Osman Hacıyev 
və başqaları müzakirədə fəal iştirak etdilər. 
Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri elan olundu, diplom və 
mükafatlar təqdim edildi, xatirə şəkilləri çəkildi.  
Prof. Aydın Şirinov, Prof. Cahangir Məmmədli və Prof. Fərman İsma-
yılov da müzakirəyə qatılaraq öz mövqelərini bildirilər. Daha sonra gənclər 
də çıxış edərək müasir dövr üçün aktual olan bir sıra məsələləri önə çəkdi-
lər. Dr. Samirə Həsənova, TEDx-n Bakı təmsilçisi İdris Heydərli, tələbə və 
aspirantlardan Fəranək Bəvardeh, Xəyalə İbrahimova, Günay Piriyeva, Os-
man Hacıyev onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər, 
suallar verdilər, mövzu ətrafında geniş müzakirə aparıldı. 
Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə diplomlar və müka-
fatlar verildi, xatirə şəkilləri çəkildi. 
 
 
“Fəlsəfədə subyektivlik və obyektivlik” 
mövzusunda elmi-fəlsəfi seminar
 
 
5 mart, 2011-ci il 
 
Mart ayının 5-də  Fəlsəfə Dünyasında “Fəlsəfədə subyektivlik və ob-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə