Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi



Yüklə 5.03 Kb.

səhifə1/42
tarix23.11.2017
ölçüsü5.03 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   42


 

AZƏRBAYCAN FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ  
ELMLƏR ASSOSİASİYASI 
(A F S E A) 
 
 
FƏLSƏFƏ  
və  
sosial-siyasi elmlər  
 
 
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
Bakı - 2015 
1 (37)
 
elmi-nəzəri jurnal
 
 
PHILOSOPHY 
and 
SOCIAL- 
POLITICAL 
SCIENCES 
ФИЛОСОФИЯ 
и 
СОЦИАЛЬНО-
ПОЛИТИЧЕСКИЕ 
НАУКИ 


Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 

Redaksiya Şurası:  
Akademik Ramiz Mehdiyev (sədr), 
 
Prof.  Əli  Həsənov,  prof.  Kənan  Gürsoy  (Türkiyə),  prof.  Ş.Teoman 
Duralı  (Türkiyə),  akademik  V.A.Lektorski  (Rusiya),  prof.  David  Evans 
(İngiltərə),  prof.  Əbdümalik  Nısanbayev  (Qazaxstan),  prof.  İlham  Məm-
mədzadə,  prof.  A.N.Çumakov  (Rusiya),  f.e.d.  Könül  Bünyadzadə  (məsul 
katib), 
  
Prof. Səlahəddin Xəlilov (baş redaktor). 
 
 
 
 
 
 
 
 
 
ISSN 1810- 9047 
 
 
AFSEA-nın və Redaksiyanın ünvanı:
 
 
Bakı AZ1014, Bülbül prospekti, 45 
Tel.: (994-12) 498-17-45; Faks: (994-12) 598-13-01 
E-mail: jurnal@felsefedunyasi.org 
 
©AFSEA, 2015 
©Azərbaycan Universiteti, 2015
 


 

 
M Ü N D Ə R İ C A T 
 
 
REDAKSIYA ŞURASINDAN 
Ön söz əvəzi: Dünya hara gedir, fəlsəfə hara?........................................ 5 
 
FƏLSƏFƏ TARİXİ VƏ MÜASİRLƏRİMİZ 
 
Rabia SOYUCAK, Esin Nesrin CEBECİ – Kyerkeqorda ekzistensialist  
                                                                       etika ..................................... 7 
Senail ÖZKAN, Könül BÜNYADZADƏ – Səlahəddin Xəlilovun  
                                                                      Fəlsəfi Düşüncələri ............ 26 
Süleyman Hayri BOLAY – Müasir fəlsəfənin gənc qadın təmsilçisi –  
                                             Gönül Bünyatzade ....................................... 51 
 
SOSİAL FƏLSƏFƏ 
Səlahəddin XƏLİLOV – Azərbaycan və Türkiyə türkcəsində “Kültür”,   
                                        “Mədəniyyət” və “Sivilizasiya” ....................... 68 
Ömer OSMANOĞLU – Andrey Tarkovskinin poetik güzgüsü ............ 81
 
 
ELMİ-FƏLSƏFİ HƏYAT 
Həyat bir körpüdür (elmi-fəlsəfi seminar) ............................................ 105 
Beynəlxalq Fəlsəfə Araşdırmaları Dərnəyinin təsisi ........................... 107 
"Fəlsəfədə varislik və nəsillərin görüşü” (dəyirmi masa) ............... 10712 
 Fəlsəfi Araşdırmalar Müsabiqəsinin ELANI ................................. 10713 
 


Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 

RƏYLƏR VƏ MÜLAHIZƏLƏR 
Tanzimat’tan Günümüze Türk Düşünürleri (Ed. S.H.Bolay) ............. 116 
S.Halilov - Aşkın Renkleri (S.Özkan) ................................................... 134 
A.Bıçak – Felsefenin Kuruluşu (A.S.Gözcü) ........................................ 134 
 
İÇINDEKILER ........................................................................ 
146
 
TABLE OF CONTENTS ......................................................... 
146
 
  
 
 
 
 
 
 


 

 
 
Redaksiya Şurasından  
 
 
Ön söz əvəzi: 
 
Dünya hara gedir, 
fəlsəfə hara

 
2014-cü ildə biz “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının son 36-cı 
nömrəsini dərc elədik, 12 il ərzində keçilmiş yola bir növ yekun vurduq. Bu, 
sadəcə  jurnalın  kiçik  tarixinə  bir  yekun  deyildi,  həm  də  böyük  fəlsəfə 
tarixinın ənənəvi yoluna bir yekun idi... İndi biz yaşadığımız yeni xarakterli, 
fərqli ab-havası olan bir sosial-siyasi və mənəvi-intellektual ab-havanın as-
tanasında  dayanmışıq.  Özümüzdən  asılı  olmadan  daxil  olduğumuz  bu  yeni 
dünya  yeni  də  dəyərləndirmə  sistemi,  yeni  dünyagörüşü  formalaşdırır. 
“Fəlsəfə  və  sosial-siyasi  elmlər”  jurnalı  da  yeni  həyata  başlayır  və  daxil 
olduğumuz yeni dünyanın mahiyyətini açmaq missiyasını rəhbər tutur. 
Elmin,  texnologiyanın  misli  görünməmiş  nailiyyətləri  yaşadığımız 
dünyanın getdikcə daha çox texnogenləşməsinə, əvvəllər sadəcə insan həya-
tına aid olan, insanın ölçülərindən biri olan intellektual həyatın müstəqil vir-
tual  dünya  halına  düşməsinə  səbəb  olmuşdur.  İnsan-dünya  münasibətlərini 
əks  etdirən  elmi-fəlsəfi  görüşlər  daha  yeni  dövrün  gerçəkliyinə  uyğun  gəl-
mədiyindən, fəlsəfə də bir növ yenidən yazılmalı, “yeni insanın” həyat tərzi 
və baxışlarına uyğunlaşdırılmalıdır.  
Bununla  belə,  ənənəvi  fəlsəfənin  XXI  əsrə  transformasiyası  davam 
edir.  Nəticədə  fəlsəfədə  yeni  dalğalarla  əvvəlki  dalğaların  toqquşması  baş 
verir.  Militarist,  siyasi  və  ideoloji  qarşıdurmalar  getdikcə  şiddətləndiyi  bir 
şəraitdə çoxlarının hələ də fərqində olmadığı daha böyük miqyaslı bir qarşı-


Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 

durma formalaşır ki, kim yeni dövrün bu özəlliyini vaxtında nəzərə ala bilsə
gələcək də onundur.  
Təəssüf  ki,  yaşlı  nəsil  virtual  dünyadan  və  yeni  texnologiyalardan, 
gənc  nəsil  isə  fəlsəfədən  yan  keçməyə  çalışır.  Nəticədə  dövrün  bu  iki  nə-
həng prosesi  ya  görüşü  bilmir,  ya  da  bu  görüş  yeni  tipli  konfliktlərə  səbəb 
olur.  Halbuki,  insanlığın  invariantları,  sabit,  dəyişməz  şərtləri,  təməl  prin-
sipləri yaxşı-yaxşı mənimsənilməsə, təməllər bir az da möhkəmləndirilməsə
həyatın  hələ  tarixin  sınağından  çıxmamış,  sosial-siyasi  təcrübədə  yox-
lanmamış  yeni  üzü  özünü  göstərir,  mənəvə-intellektual  proseslər  insan-
sızlsşır və insan hədəfi bəlli olmayan axınlara düşür.  
İkinci  bir  yenilik  jurnalın  daha  sadəcə  Azərbaycan  miqyasında 
qalmyıb,  bütün  Türk  dünyasının  fəlsəfi  oyanış  ruporu  olmaqdan  ibarətdir. 
Ona  görə  də  jurnalın  əsas  dili  Azərbaycan  türkcəsi  ilə  yanaşı,  Türkiyə 
türkcəsi olacaqdır.  
Üçüncüsü,  bundan  sonra  jurnal  sadəcə  AFSEA-nın  deyil,  həm  də 
UFAD-ın – Uluslararası Fəlsəfə Araşdırmaları Dərnəyinin elmi-fəlsəfi orqa-
nı kimi fəaliyyət göstərəcəkdir. Bu sayımızda da UFAD-ın yaranması və ilk 
addımları barədə məlumat verilmişdir. 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə