Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə52/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 158 -
ında 
bir konflikt yoxdur. Fikrimi izah etmək üçün bir misal verim. Bir molekulun 
hərək
etdilməsidir. Bu, bir insanı (geniş anlamda bir fərdi) başqalarından ayıran 
xüsusiyyətlərdir. 
 
2-ci addım: Analiz.  
Əgər biz azadlıq və mənlik sözlərinə yuxarıda göstərildiyi kimi bax-
saq, o zaman azadlıqla mənliyin arasında hər hansı bir konfliktin olmadığını 
görərik. Çünki azadlıq – başqalarından sərbəst olmaq – fiziki, ideya, mənə-
vi, mənlik isə insanın xüsusiyyətlərinin aşkara çıxması prosesidir. Bunları 
qarşılaşdırmaq, alma ilə portağalı qarşılaşdırmaq qədər məntiqsizdir.  
Əgər biz mənlik qavramını bir az daha genişləndirib, bunun içinə insa-
nın düşüncə tərzini də əlavə etsək, bu zaman hər şey dəyişir. Bu səfər mən-
lik insanın düşüncə azadlığı və mənəvi azadlığını da içinə alır. Azadlaşma 
prosesi də istər-istəməz doqmaların qırılması – insanın mənliyini dəyişdir-
miş olur. 
ncaq ümumi anlamda baxılarsa, məncə, azadlıq ilə mənlik aras
A
əti başqa molekullar tərəfindən məhdudlaşdırılır. Biz bu molekulu ayı-
rıb vakuuma qoysaq, o zaman sərbəst, "azad" olar. Amma molekul eynidir, 
yəni atomların sayı, strukturu eynidir, "mənliyi" dəyişməmiş olur.  
 
Sahil Şirinov:  
Fəlsəfədə nəyisə təsdiq etmək, qəti fikir söyləmək lazım gələndə han-
sısa "izm"ə qoşulmaq qorxusu yaratmırmı? hər halda... Bilirsiniz, bu o qədər 
çətin sualdır ki, buna cavab vermək qədər, bu sualın qoyuluşu da, böyük 
həm də çox böyük cəsarət tələb edir. Çünki azadlıq öz təbiəti etibarilə o qə-
dər açıq anlayışdır ki, ona nə kimi yanaşsaq (kateqoriya, prinsip, problem, 
ideal) qəti və aydın fikir söyləmək mümkünsüz görünür. Relyativistlərin 
məşhur bir deyimində "həqiqətin də  dərman kimi müddəti vardır" deyilir. 
Nəyəsə azadlıq deməyimiz, deyə bilməyimiz hansısa həqiqətə söykənir. 
Hansı həqiqətə? Kyerkeqorun "azadlıq ən mücərrəd və eyni zamanda müm-
kün olanlardan ən konkretidir" deyimi, Hegelin "heç bir ideya haqqında 
azadlıq barəsində olduğu qədər tam hüquqla demirlər ki, bu ideya qeyri-mü-
əyyəndir, çoxmənalıdır və anlaşılmazlıqlar doğurur... heç bir ideyadan azad-
lıqdan olduğu qədər onu bu dərəcədə az başa düşərək bəhs etməmişlər", fik-


Fəlsəfi Diskurs 
 
 
- 159 -
dlığa nisbi, konkret, real, yoxsa mütləq mücərrəd və ideal kimi 
yanaş
ealizə etməsini 
indi b
lamına gəlir. Amma altını çizərək 
qeyd 
ri təbii ki, nədənsə xəbər verir. Yəni azadlıq təbiətcə açıqlığı qədər tədqiqata 
qapalıdır. Əgər biz yalnız nisbi həqiqətlərə söykəniriksə, azadlıqdan mütləq 
mənada bəhs etmək müəmma doğurmurmu? Bu baxımdan azadlığın meyarı 
öz çoxtərəfliliyi ilə ortaya çıxır. Həqiqi azadlıq azadlığın həqiqətinə bağlı 
sayılsa da, bəzən yalan saydıqlarımız azadlıq saydıqlarımıza vəsilə olmur-
mu? Buna görə də, azadlığa yanaşmanın iki alternativi meydana çıxır: azad-
lığı  həyatın içindən seyr etmək, yoxsa həyata azadlıq prizmasından yanaş-
maq. Yəni aza
maq. Amma hansı mövqedə olmağımıza rəğmən, hər gün özümüzdən 
imtina ediriksə, hər şeyi fərqli etməyə çalışırıqsa və ən əsası öləcəyimizi bi-
lərək özümüzü realizə etməyə çalışırıqsa, azadlıq demək ki, qaçılmazdır – 
taleyimizdir.  
Vaxtilə Konfutsinin hökmdara itaəti etik borc kimi r
iz antidemokratik mövqedən qiymətləndiririksə, qulun quldara qarşı 
mübarizəsinə haqq qazandırırıqsa, Miyanəcini, Koperniki, Brunonu dahi sa-
yırıqsa, o zaman norma əfzəldir, yoxsa azadlıq? Azadlığın həqiqəti nədədir
məntiqi, yoxsa tarixi yanaşmada? Həqiqət tarixin qızıdırmı? 
Məsələnin digər maraqlı tərəfi insanın vicdan, ədalət və etik borc müs-
təvisində, ümumilikdə  dəyərlər çərçivəsində azadlıqdan istifadəsidir. Bu, 
azadlığımızın dəyərlərlə toqquşması an
edirəm ki, bəlkə də azadlığımızı dəyərlərlə sınırlamaq azadlığa əsl də-
yər verən şeydir. Sərhədsiz heç nə anlaşılan deyildir. Aksioloji fəlsəfə anla-
mında bu fikir daha da aydınlaşır. Təsadüfi deyil ki, Vindelband fəlsəfəni 
ümumicbari dəyərlər elmi adlandırırdı.  
Dəyərlər "mən"liyimizin bütövlüyünü, bəşəriyyətin ortaq oriyentasi-
yasını təmin edirsə, ondan imtina yox, düzgün istifadə etmək önəmlidir. Də-
yərlər azadlığı xaosdan, özbaşınalıqdan fərqləndirməyə imkan verirsə, dəyə-
rə dəyər vermək də önəmlidir. Amma, əgər insan novatorluğu, yaradıcılığı 
normadan kənarda tapırsa, demək dəyərlər sisteminin inkişafına qısqanclıq-
la, konservantlıqla yanaşmamaq da önəmlidir. Normadan kənara çıxmaq 
yox, nə üçün kənara çıxmaq önəmlidir. Düşüncə azadlığı baxımdan insan 
tam sərbəstdirsə, düzgün tərbiyə azadlığı müəyyən qədər cilovlamaq 
anlamına gəlmirmi? Azadlıq zərurəti dərk etməkdir – fikrini əsas götürsək 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 160 -
il. Demək, azadlıq özünün mücərrəd anlamında 
həm 
şbəxt edək"? Azadlıqsız xoşbəxtlik müm-
kündürmü və ya bədbəxtlik köləliyə bağlıdır, yoxsa azadlığa? Məqsədimiz 
güman etmək olar ki, azadlıq idrakın açdığı yola möhtacdır. Bu fikir insanın 
dərkolunanlar içərisində şüurlu olaraq azad fəaliyyət göstərməsi baxımından 
ağlabatandır. Amma bu yanaşma azadlığı idrakdan asılı edib, onun əsarətinə 
salmırmı? Həm də azadlığı idrakla determinə ediriksə, bəs idrakın azadlığı 
nəyə bağlanır, nədən qaynaqlanır, nəylə  məhdudlaşır? Ağlabatan hər  şey 
gerçəkdirsə, gerçək olan hər şey ağlabatan deyilmi? İdrak hər şeyi dərk et-
məyə yönələ bilərsə və yönəlirsə, o zaman əqlin "mən"liyə münasibəti necə 
qurulur? Yoxsa Şopenhauerin, Nitsşenin, Sartrın müdafiə etdiyi volyunta-
rist, nihilist və inkarçı iradə, istək, arzu önə keçir. İdrak müqəddəsliyə görə 
dayanırmı, susurmu? – yox. Amma buda məlumdur ki, idrakın bitdiyi yerdə 
ya şübhə, ya qorxu, ya inam, ya inamsızlıq baş qaldırır. İnsan acizləşir. İd-
rak insanın gücüdür – demək? Əgər belədirsə kütləvi qırğın silahlarını bizə 
nə verib, onlar öz növbəsində bizə hansı azadlığı verib? Bu problem Aristo-
telin azadlığına mane olurdumu? İdrak bununla azadlığamı xidmət edir, kö-
ləliyəmi? Dərk etmək kifayət edirmi? Bir sözlə, azadlıq elmi-fəlsəfi anlam-
da idrakla, əxlaqi və hüquqi anlamda norma və qanunlarla, siyasi və iqtisadi 
anlamda mövcud siyasi və iqtisadi mühitlə, fərdi anlamda fiziki və mənəvi 
göstəricilərimizlə məhdudlaşır. Məhdudlaşır amma tükənmir və bitmir. Tü-
kənən və bitən azadlıq dey
hər şey, həm heç nə ola bilər. Özünün konkret anlamında isə azadlıq, 
həm tarixi və situativ, həm idraki, həm etik, həm hüquqi, həm etnik-psixolo-
ji, həm dini, həm siyasi, iqtisadi və sosial amillərlə, həm də insan "mən"ilə 
şərtlənən həyat faktlarıdır. 
Çoxu tezisi andıran bu fikirlərimlə qaneedici cavab verdiyim qənaətin-
də deyiləm. Ancaq o qənaətdəyəm ki, azadlığın vahid resepti yoxdur, o nəyə 
istinad etməyimizə çox bağlıdır. Əgər quldar qulun əsarətini, qul isə quldar-
la bərabərliyi özünün azadlığı sayırsa, o zaman azadlıq köləliyin, yoxsa kö-
ləlik azadlığın səbəbidir? Başqa sözlə azadlığı köləlik və müstəqillikdən, ax-
maqlıq və müdriklikdən eyni məsafə ayırır. Azad cəmiyyətdə bədbəxt olan 
və totalitar cəmiyyətdə xoşbəxt olan və ya əksinə olan insanları hansı dəyər 
birləşdirir? Dostoyevski demişkən, "nəhayət azadlığa üstün gəldik və bunu 
ondan ötəri etdik ki, insanları xo


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə