Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə60/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 182 -
eyin forma və 
ya şə
əyişməsindən söhbət gedər. Buna da elə dini bir misal - Biz Allah 
ruhun
n başqa bir şəkilə salınmış formasıyıq. 
miyyət baxımından özündən daha üstün və ya böyük bir şey yaratması. Bir 
şey heç vaxt bir başqa şeyi yaradarkən özündə olandan çox verə bilməz. Bu 
fikrimi izah etmək üçün sizə bir bayağı analogiya deyim. Məsələn, siz öz 
avtomobilinizlə yolda hərəkət edirsiniz, həmin vaxt tanış simalarınızdan bi-
rinin avtomobili ilə yolun kənarında dayandığını görürsünüz. Vəziyyətdən 
xəbərdar olursunuz ki, həmin tanışın yanacağı bitib. Siz yüksək fədakarlıq 
edərək bütün yanacağınızı ona vermək eşqinə düşürsünüz. İndi siz deyin, si-
zin yanacaq çəninizdə və ya ehtiyat cəninizdə olandan artıq yanacaq vermə-
niz mümkündürmü? Məncə, yox. Yəni şeyin özündə şərəf anlayışı nə qədər-
disə, yaratdığı şeyə də o qədər şərəf verə bilər. Gəlin burda Spinozanin məş-
hur bir ifadəsini yada salaq – "azadlıq dərk edilən zərurətdir", yəni hər kəsin 
azadlığı, şərəfi, xoşbəxtliyi onun dərk etdiyi qədərdir. Burda bir məsələ daha 
var: bir neçə şeyin məcmusundan yaranan şey öz tərkib hissələrindən ayrı-
ayrılıqda daha üstün ola bilər, amma tək şeydən yaranmış şey heç vaxt ya-
ranmış olduğu şeydən daha üstün bir keyfiyyətə sahib ola bilməz. Yuxarıda 
söylədiyim fikirlərin hamısı insan təfəkküründə və ya cəmiyyətdə nisbi şə-
kildə əldə olunmuş keyfiyyət və ya kəmiyyətlərə aiddir. Əgər şey mütləq və 
zəruri varlıqdırsa, bu zaman burda yaratmaqdan çox, həmin ş
kil d
un özü tərəfində
 
Sahil Şirinov:  
Bu suala müxtəlif aspektlərdən yanaşaraq cavab vermək olar.Əvvəla, 
şey kateqoriyası  fəlsəfi anlamda mövcud olanların hamısına aid edilsə  də, 
şərəf kateqoriyası bu "şərəfə" layiq görülmür. Yəni şey adı altında kvarklar-
dan tutmuş Allaha qədər hər mövcudatı düşünmək caizdir. Yəqin ki, burda 
Allah anlayışına sadəcə varlıq və ya mövcudat kimi yanaşmaq kafi kimi gö-
rünmür. Amma hər halda o, qeyri-varlıq kimi və ya heçlik kimi düşünülə 
bilməz. Məsələyə hansı mövqedən və hansı parametrlərdən yanaşmaq hə-
mişə çox şeyi dəyişir. Biz dünyada yaranma, yoxsa dəyişmə olduğunu ayırd 
edə bilirikmi? Bu çox diqqət çəkən məqamdır. Dəyişilməyən  şey varmı? 
Şey özü dəyişirsə onun əvvəlki vəziyyətilə sonrakı vəziyyətini bağlayan nə-
dir? Ümumilikmi? Ya, bəlkə, heç vaxt dəyişilməyən o "nəsə". Hər halda də-


Fəlsəfi Diskurs 
 
 
- 183 -
yişmə var. Amma hər cür dəyişmə yaranmadırmı? Ölüm dəyişmədir,bəs 
Ölüm (Məhv) yaranmadırmı? Bəlkə bu vaxta qədər məhv kimi düşündüyü-
müz hər şey həmdə yaranmadır. Əgər hər mövcud olan yaradılırsa, demək 
dəyişmə baş verir yenədə, yəni yaradılan "nəsə" nədənsə yaradılır. Demək 
yaradılma həmişə nəyinsə nəyəsə çevrilməsini tələb edir. Bu bir halda pozu-
la bilər-heçdən yaradılma anlamı qəbul edildikdə. Dünyanın son "kərpiccik-
ləri"nin nə olması haqqında həmişə susulacaqsa, kainatın hüdudları sonsuz-
dursa, demək beləcə yaradılışın sonsuz mərtəbələri heç vaxt tamamlanmır 
(prinsipcə). Biz klassik üslubda yaradan və yaradılan anlayışlı məntiqə söy-
kənmişik. Əgər yaratma yalnız heçdən var eləmək anlamında düşünüləcək-
sə, demək o, ancaq intuitiv olaraq Yaradan və yaradılan məntiqilə izah oluna 
bilər. Bu halda yaratma şərəfi təbii ki, Əşrəfə-biz insanlara aid deyildir. Am-
ma, bu fikrə daha dərin yanaşsaq əslində dünyaya gəlməmiş bir körpənin, ti-
kilməmiş bir evin və beləcə hər yeninin yaranmamışdan öncə bir layihə, bir 
imkan, (gerçəkləşməsə heçlik)olduğunu düşünə bilərik. Fərq ondadır ki, ye-
nilər köhnə və substansional əsasa malik olmalıdırki, o, ekzistensiyaya ma-
lik olsun. Düzdür, ekzistensialist məntiqlə  şey mahiyyətini mövcud olduq-
dan sonra alır. Lakin qənaət budur ki, bizim anladığımız və bacardığımız an-
lamda yaratdıqlarımız həmişə özündən əvvəl NƏSƏ olmasını tələb edir. Bu 
anlamda, yaratma hər cür aşınma və dəyişilmə kimidə düşünülə bilər. Əgər 
heçdən deyil nədənsə yaranıbsa, demək bu, həyatın işidir. Yaratma yalnız 
canlı həyat formada düşünülərsə, burda çevrə bir qədərdə daralar. O, ki, qal-
dı yaratmanın şərəfli formasına, burda artıq çox şeylər susmalı olur. Şərəfli 
olmaq etik anlamda bəşəri məziyyətdirsə,birmənalı olaraq biz demək olar bu 
sualla bir şeyi axtarırıq – İnsanın yaradılış sirrini. Şərəf, ləyaqətdən, vicdan-
dan, sosial statusdan – bir sözlə, içimizdəkilərdən və çölümüzdəkilərdən hər 
birilə bağlılığa malikdirsə, demək bu anlamda o yalnız hələ nə var olmaqla, 
nə də yox olmaqla izah oluna bilər. Düzdür yaranma, yəni necə yaranma şə-
rəfə təsirsiz ötüşə bilməz, hətta onu şərtləndirir,amma sonaqədər yox (ən azı 
yuxarıdakı səbəblərdən dolayı). Digər tərəfdən, şərəf elə bir məziyyətdir ki, 
o da prosessualıqla mükəmməlləşir. Bu anlamda şərəf yaradanın möhürü ki-
mi düşünülə bilməz. (bəlkə də, daha doğrusu şərəf yalnız yaradana bağlı de-
yildir). Çünki, şərəfin birinciyə (səbəbə) bağlı olması yaradılanda həmişə 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 184 -
radı-
lanın  ərəfi də (birincinin) şərəfi deyilmi? Şey özündən şərəflini "yaratdıq-
ca", b
ə. Yaradan öz şərəfinin yiyəsidir çünki. 
nun bir parçasıdır. Və  şey 
özünü göstərir. Birincinin şərəfi vacibdirmi? Bəli vacibdir, amma Bəlkə də, 
birincinin şərəfindən çox, onun münasibəti vacibdir və ya, bəlkə də, ən vaci-
bi yaradılanın özünün mahiyyət və  mənliyidir. Bu bəlkələrin başında daha 
böyük bəlkə (və bəlgə) gəlir..?! Yəni hər şeyin əvvəli və sonu həmişə oldu-
ğu kimi izah edə bilmədiyimiz fövqəlliklə bağlanacaqsa, demək şərəf yeni 
qiymət alacaq. Hər halda, şərəf ya bəşəri, ya fövqəldir, yaxud həm bəşəri, 
həm fövqəldirsə, demək yaradan (şey) hər şeyi həll etmir. Nəinki özündən 
şərəflini, bəlkə öz şərəfinin özünü belə özü yaratmır. Şərəfə sahib olmaq əs-
lində, özünü yaratmaq kimi bir şeydir, o, ki qaldı başqa varlıq və şərəf yara-
dasan,bu səbəbə dönməkdir.  Şərəfin həm də  bəşəri adlandırılması  təsadüfi 
sayılmamalıdır. Axı əgər şərəf proseslə formalaşırsa, (özül üstdə) bu prosesə 
də hər cür yenini qatan azadlığımızdır bəlkə də. Hər halda şərəf çox şeylərə 
bağlı ola bilər. Mən əminliklə söyləməyə çətinlik çəkirəm ki, şərəfi şey ya-
radır, yoxsa şeyi şərəf yaradır...? Digər tərəfdən hər varlığı şərəfli saymırıq-
sa, bunu izah edə bilməliyik. Bunu, bəlkə də, insanın mükəmməl yaradılma-
sı ilə izah edə bilərik, amma bu nə isə tamlıq kəsb etmir. Şey özünün şərəfi-
ni ləğv edə bilərsə, bəlkə də özündən şərəflisini yarada bilər. Amma bu da 
məlumdur mu ki, şərəf  şeyin maddəsinə bağlıdır? Yəni genetik şərəflilik 
varmı? Ya şərəf, bəlkə, ruhi səpintidir, "Fövqəlşərəf"in  İşraqıdır.  Şərəfli 
olan özündən  şərəflini yaratsa belə özünün davamı kimi yaratmaq istəyər 
özü ilə yanaşı yaratmağı düşünməz, yəqin ki. Məncə şərəfi şey özü birbaşa 
determinə etmirsə, istəsə belə, yarada bilməz. Amma bəlkədə şeyə şərəf ve-
rən onun necə yaradılışıdır. Necə  şey olmaq ,necə  şərəfi olmağa bağlıdır. 
Özündən şərəfli yaradılan desək də, yenə müəllif birincidir – o yeni ya
ş
irincilər kölgələşir əslind
 
Könül Telmanqızı: 
Allah insanları və bütün var olanları "ol" deməklə yaratmışdır. Lakin 
bütün varlıqlarda ideallıq prinsipi yoxdur. Buna görə demək olar ki, Yara-
dan öz yaratdıqlarını nə qədər mükəmməl və şərəfli yaratsa da, heç nə Onun 
özündən  şərəfli və mükəmməl ola bilməz. Yaradan yaratdıqlarını özündən 
mükəmməl və  şərəfli yaratmır, çünki hər  şey O


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə