Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə68/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 206 -
                                                
yürüdürük. Bizim müşahidələr adətən eyni mühitdə, eyni kontekstdə aparı-
landa bir qanunauyğunluq müşahidə etmiş oluruq. Amma böyük mühit özü 
də dəyişə bilər, hadisələrin yeri dəyişə bilər.  
Filmdə lenti geriyə fırlatmaq mümkündür. Bu, virtual dünyada geriyə 
qayıdış imkanıdır. Amma disk ikinci dəfə fırlananda əvvəlki kadrlar görünə-
cəkdir. Sadəcə zaman sürüşməsi ilə. Kadrları da dəyişmək istəsək, gərək çə-
kilişdə dəyişiklik edək.  
Dünya sonsuz sayda elementləri olan matrisadır. Və ya ulduzlar kəh-
kəşanıdır. İnsan növbə ilə bir elementdən başqasına, bir ulduzdan başqasına 
keçir. Arı kimi bir çiçəkdən başqasına qonur. Amma ancaq məhdud sayda 
çiçəklər, məhdud sayda ulduzlar... Beləliklə, hər bir insanın bu sonsuz 
matrisada sonlu trayektoriyası yaranır. Bəzən bu trayektoriyalar kəsişir, 
bəzən də heç rast gəlmir.  
Sual: Elə çiçək varmı ki, onu heç kim qoxlamış olmasın?  
         Elə üz varmı ki, üzərində göz izi olmasın? 
         Elə dağ varmı ki, onun zirvəsinə kimsə qalxmış olmasın? 
  
 
 
Hegeldə nə çatışmır? 
 
Hegel ilk baxışda nə qədər mükəmməl və daxili ziddiyyətlərsiz bir sis-
tem yaratmış olsa da, diqqətlə yanaşıldıqda o, sanki Şərq ilə Qərb arasında 
rəqs edir.  
Hegel özünün «Estetikaya dair mühazirələr» kitabında estetikanın 
predmeti kimi təbiətdəki gözəlliyi deyil, «incəsənət sahəsini, yaxud, daha 
dəqiq desək, bədii yaradıcılığı»
1
 götürür. Əlbəttə, estetikanın hələ bir müstə-
qil fənn kimi formalaşmadığı dövrlərdə, onun predmetinin necə seçilməsi 
məsələsi nisbi ola bilər. Bunu belə başa düşmək olardı ki, təbiət gözəlliyi es-
tetikanın yox, ontologiyanın predmetinə aid edilir. Zatən, Gözəllik və Həqi-
qətin eyniyyəti prinsipi də bunu tələb edir. Lakin təəccüblü olan Hegelin 
verdiyi izahatdır. O, təbiətdəki gözəlliyi öz tədqiqat predmetindən ona görə 
çıxarır ki, sən demə, incəsənətdəki gözəllik təbiət gözəlliyindən daha yüksək 
 
1
 Г.В.Ф. Гегель. Лекции по эстетике. Т.1, СПб, Наука, 2001, с. 79.   


Fəlsəfi etüdlər 
 
 
- 207 -
imiş.
1
 Bax, bununla razılaşmaq heç cür mümkün deyil. Üstəlik Hegelin 
arqumenti, yəni sənətdəki gözəlliyin yüksəkliyini insan yaradıcılığı  və de-
məli ruhla əlaqəliliyi ilə izah etməsi yolverilməzdir. Bəli, burada söhbət fər-
di ruhun yüksəlişindən, canlanmasından gedir. Və Hegel də bir idealist kimi 
ruhun təbiətə nisbətən üstünlüyünü vurğulamağa çalışır. Lakin təəssüf ki, bu 
məqamda təbiətdəki gözəlliyin daha yüksək bir ruh hadisəsi ilə  əlaqəsini, 
mütləq ruhun təzahürü olmasını nəzərdən qaçırır. Bəli, həmin o mütləq ruh 
tərənnümçüsü Hegel bir qərbli olduğunu bu məqamda büruzə verir. “Əslin-
də olan, dırnağında bildirər”. 
Lakin Hegel bir qərbli olmaqdan öncə filosofdur. O, təbiətin ruhunu 
sezməyə bilməzdi. Ona görə də başqa bir əsərində deyir: “Ruh kimi təbiət 
də ideyanın təcəssümü olaraq rasional və ülvidir”.
2
 Lakin bu ideyanın məhz 
orta əsr islam fəlsəfəsinə söykəndiyini, ola bilsin ki, Hegel özü də nəzərə al-
mır. Həm də Şərqdə məsələyə daha hərtərəfli yanaşılmış, əql, ruh və nəfs di-
ferensial surətdə nəzərdən keçirilmiş və təbiətə, “cansız” aləm adlandırdığı-
mız aləmə: göy cisimlərinə, planetlərə və ilk növbədə Yerə məhz canlı kimi 
baxılmış, onların nəfsindən bəhs edilmişdir (Fərabi).   
Həm də Şərq (islam) fəlsəfəsində ruh və nəfs fərqləndirilir. Nəfs fər-
didir. Nəfs mürəkkəb strukturlu, iyerarxik, iç-içə açılan və bir növ dünyanın 
strukturuna adekvat bir struktura malik sistem kimi götürülür. “Düşüncəli 
nəfs” səviyyəsinin olması heç də o demək deyil ki, hər şeyin düşüncəli nəfsi 
var: Bu – ancaq insana aiddir. Heyvani nəfs, nəbati nəfs başqa səviyyədir.  
Ruh isə  bədən dışında olan, ... kosmik ruh, ilahi ruhla bilavasitə 
rabitədə olan universal bir varlıqdır. 
Nəfs bədənlə ruhun birləşməsi sayəsində mümkün olur. Ruh bədənə 
“haradansa” kənardan verilir. 
Əbu Turxan fəlsəfəsində təbiət və cismani varlıqlar – əqlli deyil, sadə-
cə “əqllə yaradılmışlar”. Amma aktiv əql, ruh ancaq insana məxsusdur. Və 
hər  şey ancaq insanla təmasda  canlana bilər, yəni hər  şeyin  təbiətindəki 
struktur, proqram ancaq kortəbii (yəni təbii!) yolla; öz-özünə aktiv əqlin 
                                                 
1
 Yenə orada, səh. 80. 
2
  Гегель.  Философия  духа // Энциклопедия  философских  наук,  т. 3. М.,  Мысль, 
1977, с. 16.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 208 -
iştirakı olmadan... açılır. 
Fərabi “göy cisimlərinin də, yerin də öz nəfsi var”, amma bu nəfs 
insandakından fərqlidir, – deyirdi.  
Fərq nədədir? İbn Sina aktiv və passiv əql bölgüsünü nəyə görə apa-
rır? Əbu Turxanda canlı və cansız ideya bölgüsü nəyi nəzərdə tutur? 
– Hegeldə bu bölgülər çatmır. Ona görə insan, təbiət və ruh eyni ma-
hiyyətlə, ancaq ruhun müxtəlif mərhələləri (inkişaf pillələri) kimi “fərqlən-
dirilir” – Hegeldə “ruh” üzərinə həddindən artıq yük qoyulur, hər şey ruha 
bağlanır, ... eyniyyət prinsipi işləyir, müxtəliflik “unudulur”, ...Təkcə ilə növ 
arasında münasibət gözəl açılır, amma növlərin öz müxtəlifliyi izah oluna 
bilmir. Çünki bir növdən digərinə  təkamüllə, inkişafla keçilməz. (Hegel 
təlimi Darvinizmi tələb edir, amma ...)   
 
 
“Kar könlündəkini anlayar” 
 
Hər gün nə  qədər adamla ünsiyyətdə oluruq, radio və televiziyanı 
dinləyir, mətbuatda yazılanlarla tanış oluruq. Və bizə elə  gəlir ki, hamı 
demək istədiklərini deyir və hamı da deyənin istədiklərini anlayır. Əslində 
isə hər iki mərhələdə fikirlər təhrif olunur.  
Danışan və yazanlar əslində könlündəkini ifadə etməyə çalışırlar. 
Amma hər şey dil prizmasında sındığı və mühitin süzgəcindən keçdiyi üçün 
xeyli dərəcədə  dəyişilmiş  şəkildə  və müəyyən təxminiliklə “çatdırılır”. Bu 
ötürülmə prosesindəki təxminilik və  təhriflərdir. Fikrin qəbul edilməsi za-
manı dil prizmasından geriyə – fikir fazasına keçid baş verir. Və bu mərhə-
lədə də hər bir dinləyici və oxucu öz spesifik leksikonu, “terminologiyası”, 
süzgəci (filtri) ilə vasitələnir. Adamlar çox vaxt məhz eşitmək istədiyini eşi-
dir. Öncədən kökləndiklərini səmtdəki yozumlar üstünlük təşkil edir. Nəti-
cədə eyni mətni və ya nitqi müxtəlif adamlar müxtəlif cür anlayır. Ən başlı-
cası isə budur ki, heç kim bu fərqlərə məhəl qoymur. Hamıya elə gəlir ki, 
başqaları da onun kimi başa düşür.  
Əslində doğurdan da, bu müxtəlifliklərin kifayət qədər geniş bir ey-
niyyət məkanı vardır. Lakin fərqlər də olur və dəqiqlik tələb edən məsələlər-
də  həm fikrin ötürülməsi, həm də  qəbul olunması  mərhələlərində adekvat 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə