Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə65/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

Fəlsəfi etüdlər 
 
 
- 197 -
vəlcə öz məxsusiliklərindən, fərdiliklərindən ayrılmalı  və ancaq mücərrəd, 
universal insan olaraq fəlsəfənin subyektinə çevrilməlidir. Kişilərin arasında 
bunu bacaranlar nisbətdən çox tapılır. Qadınlar təbiətə daha yaxın olduqla-
rındanmı, instinktləri güclü olduğundanmı, daha duyğusal olduqlarındanmı 
öz qadınlıqlarından asanlıqla ayrıla bilmirlər.  
Amma onlar narahat olmasınlar; böyük filosoflar bir qayda olaraq ki-
şilərdən çıxsa da, onlar dünyaya kişi prizmasından yox, məhz insan prizma-
sından baxdıqlarına görə, qadınların da əvəzinə düşünmüş olurlar. Yəni Bö-
yük fəlsəfənin maskulin düşüncə ilə heç bir əlaqəsi yoxdur.  
Əlbəttə, qadın düşüncəsində praktiklik, gündəlik həyata bağlılıq daha 
güclüdür, amma bu cəhət yeganə səbəb deyil. Qadın düşüncəsində ətalət və 
ləngər də çatışmır. Daha doğrusu, onların xətrinə dəyməmək üçün, bu fikri 
belə demək lazımdır: qadın daha çevik düşünür və daha hazırcavabdır, qə-
rarları tez verir, daha zəkidir. Nə etmək olar ki, hər yaxşı cəhətin bir çatış-
mazlığı da olur. Məhz bu zəkilik onlara xalis zəka səviyyəsində düşünməyə 
mane olur.  
Hər necə olursa-olsun, fəlsəfi fikir tarixində qadınların da hər halda 
olduğunu (Hipatiya, Areta və s.) göstərməyə çalışanları iştirakçıları anlayı-
rıq. Amma bununla belə, onların Böyük fəlsəfəyə aidiyyəti xeyli dərəcədə 
şübhəlidir. Bu məqamda biz belə bir cəhəti də nəzərə çatdırmaq istəyirik ki, 
yaradıcı filosof olmaq bir şeydir, yaradılmış fəlsəfəni mənimsəmək və onu 
təbliğ və tədris etmək başqa şeydir. Bax, bu ikinci mənada Böyük fəlsəfənin 
dövrəsində qadınlar həmişə olmuşlar və indi də az deyillər. Necə ki, Areta 
öz atası Aristippin, Asklepigeniya atası Plutarxın yaratdığı məktəbi davam 
etdirmiş, həmin yolun təbliğatçısı olmuşlar, sonrakı dövrlərdə də bir çox fəl-
səfi təlimlər məhz qadınların əzmkarlığı və qayğısı sayəsində qorunub sax-
lanmış  və  gələcək nəsillərə ötürülmüşdür. Bu gün də  fəlsəfə professorları 
arasında qadınlar az deyil. Həm də kişi professorlardan heç nə ilə geri qal-
mırlar. Həmin kişi professorlar ki, onların da Böyük fəlsəfəyə heç bir aidiy-
yəti yoxdur; təbliğ və tədrisdən başqa. Yəni biz yaradıcı fəlsəfəni – böyük 
fəlsəfəni elmiləşdirilmiş, normallaşdırılmış  fəlsəfi fikir sistemlərindən, fəl-
səfi biliklər toplusundan fərqləndirmək tərəfdarıyıq.  
 
 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 198 -
Damla və dərya 
 
Damla və dərya çox ciddi fəlsəfi problemlərin: sonlu və sonsuz, ölüm 
və  əbədiyyət,  nəfs  və  ruh, qaranlıq    işıq, fərd  və  toplum, kəmiyyət  və 
keyfiyyət kimi kateqoriyaların poetik və obrazlı ifadəsidir.  
Yenə də iki qütb. Amma eyniyyətin qütbləri. Və qütblərdə daha kəs-
kin ifadə olunan mahiyyətlər. Yaxud, eyni məzmunun ən kiçik və ən böyük 
ölçüdə təzahürü. Kəmiyyət müxtəlifliyi sayəsində keyfiyyətin və mahiyyətin 
dəyişilməsi.  
Bu qütblər müxtəlif rakurslarda və miqyaslarda götürülə bilər.  
 
1.
 
Sonsuz kiçik və sonsuz böyüyün nisbəti.  
Bu dünya iki sonsuzluq arasındadır: sonsuz kiçik və sonsuz böyük tə-
rəflər əks qütb təşkil edirlər. Əksliklər vəhdətdədir və bir-birinə keçə bilir. 
Bu isə fəzanın əyilməsi və dünya xətlərinin dairəvi olması qənaətinə gətirir. 
“Damla və dərya” misalında damlanın da əslində sonsuz bölünən və tükən-
məz olması faktı Zenonun aporiyalarında qoyulan suallara gətirib çıxarır. 
Damla öz yekun ölçüsünə görə sonlu olsa da, öz daxili strukturunun mürək-
kəbliyinə görə sonsuzdur. Və riyaziyyatda sonsuzluqların nisbətini tapmaq 
mümkün deyil, yaxud xüsusi bir bəhsdir.  
 
2.
 
Kiçik, lakin sonlu olanın (damla) sonsuz olana münasibəti, yəni 
dərya yenə də sonsuz və tükənməz kimi götürülür.  
Bu halda damlanın dəryaya nisbəti həmişə sıfırdır. Yəni var olan yal-
nız dəryadır, damla isə ancaq zahiri varlıqdır. Platon terminologiyası ilə de-
sək – kölgə; Hegel terminologiyası ilə desək – təzahür, görüntü; təsəvvüf və 
ya ekzistensializm terminologiyası ilə desək – fəna, yoxluq, heçlikdir.  
Ruh kontekstində götürdükdə isə fərdi ruh (insan nəfsi) ilahi ruh və ya 
mütləq ruh müqabilində yenə də bir heçdir və onun var olması üçün mütləqə 
qovuşması lazımdır. Damlanın dəryaya qatılaraq  əbədiyyətə qovuşmaq 
arzusu buradan irəli gəlir. Ancaq bu halda o, öz varlığını sübuta yetirə bilər. 
Fərdi “varlıqdan” ona görə imtina edilir ki, o, keçici, fanidir.  
 
 


Fəlsəfi etüdlər 
 
 
- 199 -
3.
 
Sonsuz kiçiklə sonlu böyüyün münasibəti.  
Bu halda sonsuz kiçik təkdir, vahiddir və bütün yerdə qalanlar onun 
çoxalmasından yaranıb. Yəni dəryalar çox və müxtəlif ola bilər. Amma ha-
mısı eyni damlalardan yaranıb. Cisimlər və element, atom kimi. Atomun 
sonsuz kiçik kimi götürülməsi, başqa sözlə desək, bölünənliyin kəsilməz su-
rətdə davam etməsi ümumiyyətlə materiyanın yox olması, cisimlərin ancaq 
struktura görə fərqlənməsi qənaətinə gətirir. Yəni damla da ölçüsü, dayanıq-
lı forması, öz siması olmayan tərəf kimi götürülür. Siması müəyyən olma-
maq ,əslində, həm də mənası olmamaqdır. O, ancaq dəryada məna kəsb edir. 
Dəryaya qovuşana qədər isə, buxar olub buluda, yağış olub çaya və ya elə 
birbaşa dəryaya düşür. Haldan hala keçir, özükimilərin “yığnağında” uzun-
uzadı yollar keçir. Ya göylərdən hərlənib gəlir, ya da yerin təkinə sızıb yenə 
də bulaqlara, çaylara qatılır.  Əlbəttə, bütün yolçular hamısı  mənzil başına 
çata bilmir, harada isə zəncir qırılır və damla da izsiz-tozsuz, səssiz-soraqsız 
itib gedir. Amma elə ki, dəryaya qatıla bildi, onun itməsi ehtimalı yox olur. 
Yəni dəryada “itmək” əslində itməkdən xilas olmaqdır.  
 
4.
 
Kiçik və sonlu olanın böyük və sonlu olana münasibəti.  
Burada dərya da, dəniz və okean kimi böyük, amma hər halda sonu 
olan, tükənə bilən tərəf kimi. Başqa sözlə desək, kiçiklə böyüyün, azla 
çoxun münasibəti. Onu da yada salaq ki, Platon dünyanı  məhz bu iki 
əksliyin vəhdəti kimi izah edirdi.  
 
5.
 
Damla çoxluğun, dərya təkliyin timsalı kimi. Yəni damlalar çox 
ola bilər.  İstədikləri nisbətdə öz aralarında qruplaşa da bilər. Amma dərya 
isə vahiddir və bu mənada manevr imkanları yoxdur; müxtəliflik, rənga-
rənglik yarada bilmir. Daha doğrusu, o, müxtəlifliyi zaman oxunda yaradır. 
Yəni özü dəyişir və çox fərqli görkəmlər alır, o dərəcədə fərqli ki, mahiyyət 
və funksiya da dəyişir. Damla isə zamanca dəyişilməz götürülür. Amma 
damlaların çoxluğu məkanca müxtəliflik imkanı yaradır. Yəni hər şey onun 
harada, hansı mühitdə, hansı kontekstdə olmasından asılı olaraq dəyişir. 
 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə