Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə73/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   66   67   68   69   70   71   72   73   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
 
 
 
Elmşünaslıq və elmlərin təsnifatı  
 
(Səlahəddin Xəlilov. Elmşünaslığa giriş. 
Bakı, Çaşioğlu, 2010, 446 səh.
 
 
Azərbaycan elmin inkişafına görə islam dünyasın-
da öncül mövqelərdən birini tutsa da, onun inkişaf qanu-
nauyğunluqları, sosial funksiyaları, daha optimal təşki-
latlanması haqqında tədqiqat işləri çox azdır. Sovet döv-
ründə Respublikamızın kifayət qədər formalaşmış elmi-
təşkilati strukturları olmuşdur və onların əksəriyyəti indi 
də davam etməkdədir. Bununla belə, elmi tədqiqat işləri-
nin daha səmərəli olması, ölkəmizin real ehtiyaclarına 
uyğunlaşdırılması  və onların optimal dəyərləndirilməsi üçün elmin özünün 
elmi əsaslarla öyrənilməsi və bu məqsədlə ilkin sosioloji tədqiqatlar aparıl-
ması ən aktual vəzifələrdən biri kimi qalmaqdadır.  
Prof. Dr. Səlahəddin Xəlilovun “Elmşünaslığa giriş” kitabı bu sahədə 
ilk mühüm addımlardan biridir. Əsərin həm nəzəri, həm də praktik əhəmiy-
yəti vardır. Belə ki, kitabda, bir tərəfdən, elm ümumi nəzəri müstəvidə təhlil 
edilir və onun optimal modelləşdirilməsi ilə əlaqədar nəzəri mülahizələr irəli 
sürülür, digər tərəfdən də, beynəlxalq miqyasda müxtəlif qabaqcıl ölkələrin 
praktikası əsasında ümumiləşdirmələr aparılır, ölkəmizin spesifikasını nəzə-
rə almaqla konkret tövsiyələr verilir.  
Elmin inkişaf qanunauyğunluqlarının araşdırılması onun daxili hərə-
kətverici qüvvələrinin necə bir təkamül yolu keçdiyini təsəvvür etməyə im-
kan yaradır. Müasir mərhələdə elm və ictimai həyat arasında əlaqələrin daha 
məqsədyönlü şəkildə qurulması və tənzimlənməsi, habelə elmi tədqiqat işlə-
rinin stimullaşdırılması, elmin humanitar aspektlərinin nəzərə alınması çox 
 
- 222 -


Rəylər və mülahizələr 
 
 
- 223 -
vacibdir. Ona görə də müəllif bütün bu məsələlər barədə mövcud ədəbiyya-
tın qısa icmalını verməklə yanaşı öz şəxsi tədqiqatlarının nəticələrini də təq-
dim edir.  
Kitabda elmlərin təsnifatına dair irəli sürülən fikirlər, habelə 
YUNESKO-nun nomenklaturasında öz əksini tapmış olan bir sıra ixtisasla-
rın müasir dövrdə  kəsb etdiyi yeni məna ilə bağlı verilən tənqidi təhlil də 
xüsusi əhəmiyyətə malikdir. Belə ki, Ali Attestasiya Komissiyasının istinad 
etdiyi təsnifat sisteminin vaxtaşırı olaraq təkmilləşdirilməsinə də ehtiyac ya-
ranır. Bu baxımdan, dünya praktikasında yayılmış  bəzi təsnifatların kitaba 
əlavə edilməsi də təqdirə layiqdir.  
Məlum olduğu kimi, elm insanın şəxsi mənəvi həyatında bilavasitə iş-
tirak etməsə də, onun ictimai həyatını şərtləndirən ən mühüm hadisələrdən 
biridir. Elmi fəaliyyətin kimlərinsə  fərdi intellektual maraqlarını ödəmək 
üçün  əlavə  məşğuliyyətdən yüksək dərəcədə  təşkilatlanmış sosial sistemə 
çevrilməsi uzun sürən tarixi bir prosesdir.  
Müasir dövrdə elm demək olar ki, bütün digər fəaliyyət sahələri üçün 
də zəruri bir vasitəyə çevrilmişdir və bu baxımdan onun təsir dairəsi çox ge-
nişdir. Bununla belə, təsir sferasının genişliyinə baxmayaraq, elmin özü 
məxsusi bir fəaliyyət sahəsi kimi lokal səciyyə daşıyır və daha böyük miq-
yaslı ictimai proseslərlə müqayisədə ancaq kiçik bir sosial qrupu, bilavasitə 
elmi yaradıcılıqla məşğul olan insanları əhatə edir. Amma elm adamlarının 
optimal təşkilatlanması üçün bu spesifik fəaliyyətin xarakterinə uyğun olan 
spesifik təşkilati formalar tapılmalıdır. Bunun üçün isə əvvəlcə elmi fəaliy-
yətin təbiətini, özünəməxsus cəhətlərini nəzərə almaq tələb olunur. Başqa 
sözlə desək, həm elmi yaradıcılığın, həm bu yaradıcı  fəaliyyətin məhsulu 
olan yeni elmi biliklərin, həm də elmi fəaliyyətə cəlb olunmuş adamların so-
sial strukturunun elmin öz metodları ilə öyrənilməsinə böyük ehtiyac vardır.  
 Kitab məhz bu ehtiyacı ödəmək məqsədinə xidmət edir. Burada elm-
şünaslığın müstəqil bir fənn kimi formalaşması tarixi izlənir, onun predmeti 
və məzmununun təkamül yolu nəzərdən keçirilir. Elm haqqında elmin təmə-
linin qoyulması və bu sahədəki ilk tədqiqatların əsas istiqamətləri nəzərdən 
keçirilir, ilk mənbələr və onların müəllifləri haqqında geniş məlumat verilir. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 224 -
Qərb alimlərinin bu sahədəki başlıca əsərlərinin və keçmiş Sovet İttifaqında 
aparılan tədqiqatların qısa məzmunu şərh edilir.  
Kitabda indiyədək Azərbaycanda bu sahədə aparılan işlərə də münasi-
bət bildirilmiş və müəllif əvvəlki tədqiqatların nəticələrini də nəzərə almağa 
çalışmışdır. Lakin təəssüf ki, elmşünaslıq məsələləri ölkəmizdə çox az öyrə-
nilmişdir. 70-80-ci illərdə bu sahədə ilk addımlar məhz bu kitabın müəllifi 
tərəfindən atılmışdır. Amma sonrakı illərdə o, tədqiqat istiqamətini dəyişmiş 
və indi yenidən bu problemə müraciət etmişdir.  
Əlamətdar haldır ki, bu kitabda müəllif elmşünaslığın əsasını qoyan və 
onun müstəqil bir fənn kimi formalaşmasında böyük rol oynayan Qərb alim-
lərinin, keçmiş sovet mütəxəssislərinin əsərləri ilə yanaşı, öz ilkin tədqiqat-
larını  və digər azərbaycanlı alimlərin bu mövzuya dair araşdırmalarını da 
nəzərə almaqla, bir növ milli elmşünaslığın təkamül mənzərəsini də canlan-
dırmışdır.  
Əsər elmi-tədqiqat müəssisələri, ali məktəblər, sahə institutları və elm-
lə bağlılığı olan bütün təşkilatların öz işlərini müasir tələblərlə, elmi prinsip-
lər əsasında qurmaları üçün dəyərli vəsait olmaqla yanaşı, həm də ciddi bir 
tədqiqat işidir. Belə ki, bu problemlə uzun illərdən bəri məşğul olan prof. 
S.Xəlilovun tövsiyələri təkcə Azərbaycan üçün deyil, bütün MDB məkanı 
üçün postsosialist cəmiyyətlərində elmin yeri və rolunun müəyyənləşdiril-
məsində, elm sahəsində islahatlar aparılmasında qiymətli mənbə hesab 
oluna bilər. 
 
Akademik Arif MEHDIYEV 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə