Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə69/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   66   67   68   69   70   71   72   73   74

Fəlsəfi etüdlər 
 
 
- 209 -
terminologiya və üsluba zərurət yaranır. Hələ ki, bu sahədə edilən cəhdlərə 
hüquq mətnləri və müvafiq təfsir standartları, elmi mətnlər və müvafiq ter-
minologiya axtarışları misal göstərilə bilər. Jurnalistlərin daha çox xəbərlər 
proqramında, siyasi mövzularda dəqiqlik dərəcələri onların əsas peşəkarlıq 
göstəricilərindən biridir.  
Peşəkar informasiya mübadiləsində dinləyən tərəfi öz könlündəkini 
deyil, ötürücü tərəfin könlündəkini anlaya bilməsi üçün hər iki tərəfin aşkar 
və qeyri-aşkar şəkildə qəbul olunmuş simvolikaları bilmələri lazımdır. Dildə 
nəinki hər sözün müxtəlif çalarları, sinonimləri, obrazlar rol oynayır, eyni 
zamanda, sözlərin ardıcılığı, intonasiya, kontekst – bütün bunlar fikrin cila-
lanmasına və yönəldilməsinə xidmət edir. Məhz buna görədir ki, canlı ün-
siyyət fikrin daha dəqiq çatdırılmasına yazılı mətnə nisbətən daha çox im-
kanlar açır.  Əlbəttə, yazılı  mətnin də öz əlavə imkanları  və simvolikaları 
vardır ki, qarşı tərəfdən bunları düzgün “oxumaq” məharəti tələb olunur. 
 
 
İslamşünasların tutduğu yollar... və əsl yol 
 
Belə bir mövqe var ki, “Quranda yazılmış olanları məhz Qurandakı ki-
mi, “yazılmayanları”, peyğəmbərin həyat tərzinə, atdığı addımlara uyğun 
olaraq” icra etmək lazımdır, yəni sünnələrə, hədislərə yol açan, onları da az 
qala Quranla bərabərləşdirən bir mövqe – islamı geri çəkən, inkişafdan qo-
yan əsas səbəblərdən biridir.  
Əvvəla, “bu barədə Quran-da yoxdur” düşüncəsi – qüsurludur. Çünki 
Qurani Kərim bir qisim nəzəriyyələri aşkar, bir qismini rəmzi, obrazlı yazır, 
qalanı haqqında isə  “əqlini qullan”, – deyir, peyğəmbərlər necə edirsə, elə 
et, – demir.  
Hədislər, sünnələr bizi keçmişə, məhdud, sonlu olana, hadisələrə pər-
çimlənmişdir; halbuki nailiyyətlər gələcəyə yönəli yolu daha aydın göstərir.  
Təsəvvüf də düşüncə  tərzi baxımdan hədislər üzərində qurulmuşdur. 
Bir fərqlə ki, birinci halda ancaq Peyğəmbərin hərəkətləri, dedikləri, onunla 
bağlı hədislər önə çəkilirsə, təsəvvüfdə müdriklər – mürşidlər, sufi – filosof-
lar, dərvişlərlə bağlı deyimlər və hədislər (pritçalar) da əsas götürülür. Buna 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 210 -
“əqlə istinad olmur” kimi də baxmaq olardı, amma hər bir müridin və istəni-
lən şəxsin məhz əqllə, düşüncə, təhlil əsasında bir addım da irəli getməsi və 
fikirlərini Quranla həmahəng etməyə çalışması əvəzinə mürşidin mütləqləş-
dirilmə gedir.  
 
  
S.X. 


 
 
- 211 -
 
 
 
Fəlsəfi esselər 
  
  
Torpaq
 
 
Allah insanı torpaqdan yaratdı. Bu torpağın məkanı, rəngi barədə rəy-
lər çoxdur, müxtəlifdir. Bir şey  şübhəsizdir: insanın torpaqdan yaranması. 
Sonra bu bədənə Özündən bir ruh üfürdü. Burada da müxtəlif rəylər var
amma bir şey dəqiqdir: torpaq bədəndə ilahi bir nəfəs var.  
Torpaq udduğu canları unutduracaq qədər soyuq, ayıbları örtəcək qə-
dər abırlı, bağrında bitkilərin kökünün böyüməsini, gövdəsinin üzə çıxacağı-
nı, günlərlə, illərlə onun dik durmasını gözləyəcək qədər səbirlidir. Torpağın 
məziyyəti çox, ona verilən təriflərin, təsvirlərin sayı ondan da çox. Onu se-
vəndə “Ana Torpaq” olur, nifrət edəndə – “qara torpaq”.  
Mən yalnız torpaqdan deyil, torpaqdan yaranıb, torpağa bənzəyən in-
sandan da danışmaq istəyirəm.  
Bir var quru torpaq, boş qumlu səhra, susuzluqdan çat-çat olmuş boz 
çöllər. Maddi dünyanın malı-mülkü yolunda insanlığını unudub bir canlı ki-
mi ömür sürən insan kimi. Bir də var içində min bir həyat qaynayan yaşıl 
çəmən, sıx meşə. Hətta səhranın ortasındakı kiçik bir oazis də sonsuz səhra-
dan gözəl görünür. Niyə? Çünki həyat var, ruh var. Yaradıcı insan kimi. Hər 
kəlməsi bir dünya, hər nəfəsi bir dua olan, Allahın verdiyi nəfəslə “torpağı-
na” can verib, ruhunun nuru ilə “qaranlığını” işıqlandıran insan.  
İlk baxışda çiçəklərin, ağacların “kifir” tərəfi – kökü torpağın altında 
qalır, onun gözəlliyinə xələl gətirmir. Gözəlliyi torpağın altında yox, üstün-
də axtarmaq bir aksiomdur. Amma torpaq çiçəyin özü ilə müqayisə olunma-
yacaq qədər eybəcər tərəfini qəbul edir və onun vasitəsilə bu çiçəyi qidalan-
dırır, ömrünü uzadır. İnsanın bədəni də ruhunun yanında öz gözəlliyi ilə qü-
rurlana bilməz. Amma bədən insanın bu dünya ilə bağıdır. Onsuz ruha insan 
deməzlər, onsuz ruh bir çox zövqdən xəbərsiz qalar. Sonlu bədənin yanında 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 212 -
ruh sonsuzluğun dəyərini də heç anlamaz.  
Torpaq nələrə şahid olmur, ilahi! Ona səpilən eyni toxumlardan biri-
nin cücərib, digərinin ömrünün yarıda qırılmasını və “qardaşının” boy atıb 
yaşıllaşmasına həsrətlə tamaşa etməsini; şax bir ağacın kökünü xəlvətcə gə-
mirib onu qurudan siçovulun namərdliyini; toxumun əzabla cücərib boy atsa 
da, qarşısını kəsən daş parçasını dəlib keçə bilməyib ümidsiz-ümidsiz öz çü-
rüməyini qəbul etməsini görüb “udan” torpaqdır!  
İnsanın da içində doğulan neçə-neçə arzular arasında bəlkə də ən çox 
bəslədiyi, ümid etdiyi bir arzusu ya gecikir, ya tələsir və “cücərmədən” yox 
olur; içində boy atan paxıllıq, qəzəb, yaltaqlıq hissi insanı ucaldan, saflaşdı-
ran sevgi, ədalət, gözəllik hissini gəmirir və bir gün İnsan yıxılır, yerində 
heyvan – canlı qalır. İnsanın qurduğu ideallar, planlar uyğunsuz şəraitə dü-
şəndə əzaba çevrilir və “ürək” bütün bunları udmaq məcburiyyətindədir.  
Torpaq kimi, bədən də arzuların gömüldüyü məkandır!  
Amma torpaq gözəl şeylərə də şahid olur! Quruyub qabar bağlayanda 
göydən düşən damcıların həsrətlə oları gözləyən toxumlara, köklərə qovuş-
masına, onlara həyat verməsinə; lap dərinlikdən süzülə-süzülə gələn, özünə 
yol açan bulağın bir qayanın, bir dağın dibindən vurub üzə çıxmasına; qa-
ranlıqla vuruşa-vuruşa gün üzünə çıxmağa çalışan zərif bir çiçəyin əzminə; 
qoca bir kötüyün dibindən göyərib qalxmış pöhrələrin həyat eşqinə ilk şahid 
olan torpaqdır!  
Bəs insan! Tam ümidsiz bir anında  ən kiçik yardımdan yapışması, 
“ipin ucundan tutub yumaq” yaratması; ilahidən gələn bir nur şimşək kimi 
içinə qapamış bir qaranlığı işıqlandırması ilə yeni bir nəfəsinin açılması, ye-
ni bir idrak qatının kəşf olunması; ideyasının, arzusunun verdiyi əzmlə hər 
çətinliyə sinə  gərməsi, məqsədinə çatanda qatlaşdığı bütün əzabları sevin-
cindən unutması; öz qocalmış vücudunun yanında böyüyən gələcək nəslinin 
cavan vücudu ilə qürur duyması insana da xasdır! 
Torpağa düzgün qulluq edəndə necə bağlı-bəhərli olursa, doğru niyyət 
də bədənə eləcə “qulluq” edir, onu mübarək edir.  
Torpağın qatında yatan xəzinəni “canlandırmaq” onun öz ixtiyarında, 
iqtidarında deyil. Torpaq bir vasitədir, qabdır, alətdir, keçiddir. Bədən də 
“özündən bixəbərdir”, hansı isə niyyətin, iradənin hökmü ilə nə buyurulursa, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə