Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə72/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   66   67   68   69   70   71   72   73   74

Rəylər və mülahizələr 
 
 
- 219 -
da oxuculara təqdim olunan “Geosiyasət” kitabı təkcə maarifçiliyə və təhsilə 
xidmət etməyib, həm də müvafiq tədqiqatların ümumiləşdirilməsinə və ye-
kun mənzərənin hasil edilməsinə imkan verir. Bütün dünya miqyasında geo-
siyasətin təməl prinsiplərinin və mexanizmlərinin araşdırılması və Azərbay-
canın yeritdiyi siyasi kursun da məhz bu kontekstdə yenidən dəyərləndiril-
məsi bilavasitə praktik əhəmiyyətə malikdir.  
Professor  Əli Həsənovun “Geosiyasət” kitabı  həm də ensiklopedik 
səpkidə yazılmış və bu sahədə bütün başlıca terminlərin izahı verilməklə bə-
rabər, mövcud nəzəriyyələr, təlimlər, siyasi doktrinalar haqqında məlumat 
verilmişdir. Müəllif ancaq öz şəxsi mövqeyini şərh etməklə kifayətlənmə-
yib, görkəmli siyasətşünas alimlərin irəli sürdüyü fərqli konsepsiyaları, al-
ternativ siyasi kurs və modelləri müqayisəli  şəkildə  təhlil edir və oxucuda 
mövcud nəzəri fikir haqqında dolğun təsəvvür yaradır. Əlbəttə, Qərbdə siya-
sətşünaslığın hər bir konkret problemi ilə  əlaqədar neçə-neçə kitablar çap 
olunduğundan və tələbələrin əlində külli miqdarda alternativ vəsait və mən-
bə olduğundan, ola bilsin ki, belə ümumiləşdirici kitablara ehtiyac olmaya 
da bilər. Amma Azərbaycan dilində bu problemlər üzrə  həm monoqrafik 
ədəbiyyat, həm də  dərs vəsaitləri yox dərəcəsində olduğundan, belə bir 
kitabın əhəmiyyəti çox böyükdür. Hətta bizə elə gəlir ki, kitaba son bölmə 
kimi daxil edilmiş “Qısa geosiyasi lüğət” ayrıca kitab halında daha böyük 
tirajla çap olunsa, bu sahədə tələbat təmin edilmiş olar. Çünki bu cür əsərlə-
rin əhəmiyyəti dərsliyin təyinat dairəsindən kənara çıxır və daha böyük oxu-
cu kütləsi üçün maraq doğurur.  
Əlbəttə, kitabın əsas funksiyalarından biri müasir dünyanın geosiyasi 
reallıqlarının öyrənilməsidir. Amma müəllif məsələlərə tarixilik prinsipin-
dən yanaşdığına görə bu günün reallıqları min illərdən bəri davam edən si-
yasi proseslərin kontekstində təqdim olunur.  
Kitabda izlənən iki xətt və iki məqsəd bir tərəfdən siyasi reallıqların, 
digər tərəfdən də bu reallıqların formalaşmasında mühüm rolu olmuş siyasi 
təlimlərin, nəzəriyyələrin təqdim olunmasıdır. Lakin müəllif real siyasi pro-
seslərlə siyasi təlimləri bir-birindən təcrid etmək və tamamilə ayrı-ayrı müs-
təvilərdə  şərh etmək mövqeyini tutmur. Kitabda nəzəriyyə ilə praktikanın 
sıx qarşılıqlı  əlaqəsi nəzərə alınmış, ideyalar həm nisbi müstəqil  şəkildə, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 220 -
həm də tətbiq olunma - gerçəkləşmə prosesində izlənmişdir. Məhz buna gö-
rə də müasir Azərbaycanın geosiyasi maraqlarının nəzərə alınması istiqamə-
tində atılan addımların həm dünya siyasi fikrinə, həm də beynəlxalq siyasi 
praktikaya söykənməsi, yetişdirilən gənc siyasi kadrların dünyagörüşünün 
hərtərəfli formalaşdırılması üçün bu kitab xüsusi əhəmiyyətə malikdir.  
Maraqlıdır ki, geosiyasət sahəsində kitablar nəzəri və praktiki yönü-
münə görə iki yerə bölünməklə yanaşı zaman müstəvisində  də  “əvvəl” və 
“sonra” yazılmaq baxımından fərqlənirlər. Keçmiş dövlət başçılarının yaz-
dıqları memuarlar bir növ artıq yaşanmış siyasi gerçəkliyin ya “xatirə” jan-
rında, ya da tarix müstəvisində  işıqlandırılmasından ibarət olur. Onlar za-
manca artıq həyata keçirilmiş siyasətdən “sonra” işıq üzü görür. Nəzəri təd-
qiqatlar isə gələcəyi hədəf kimi götürür və siyasi proseslər üçün elmi təməl 
rolunu oynayırlar. Kissincer, Bjezinski və s. tədqiqatçıların əsərləri isə həm 
nəzəri, həm də praktiki səciyyə daşımaqla daha çox çağdaş siyasətin tenden-
siyasını əks etdirirlər. Prof. Əli Həsənov geosiyasəti hər üç zaman kəsiyində 
nəzərdən keçirməklə onun daha dolğun mənzərəsini yaratmağa çalışmışdır.  
Oxuculara təqdim olunan əsərin həm hərtərəfli bir dərslik, həm ensik-
lopedik məlumat kitabı, həm də müvafiq istiqamətlərdə gələcək araşdırma-
ların təməl prinsiplərini özündə ehtiva edən və tədqiqatçılar üçün Azərbay-
can dilində qiymətli bir mənbə olduğunu nəzərə alaraq gələcəkdə onun ba-
zasında üç müxtəlif kitab hazırlanmasını məqsədəuyğun hesab edərdik. Yeni 
nəşrlər hazırlanarkən ümumi məlumatlar kontekstində  məhz Azərbaycanla 
bağlı məsələlərin daha geniş şərh olunmasını və gənc siyasətçilərimizin mə-
sələlərə daha aktiv münasibət bəsləyə bilməsi üçün böyük güc mərkəzləri ilə 
milli maraqların toqquşmasına dair materialların artırılması və sərbəst təhlil 
nümunələrinə daha geniş yer verilməsini də  məqsədəuyğun hesab edirik. 
Ümid edirik ki, yeni nəşrlər zamanı ölkəmizin öz geosiyasi maraqlarını tək-
cə xarici təlimlərin nəzəri  əsasları üzərində deyil, yerli tədqiqatlara istinad 
etməklə formalaşdıra bilməsi üçün müvafiq araşdırmaların daha da geniş-
ləndirilməsinə ehtiyac nəzərə alınacaqdır.  
Ümumiyyətlə, prof. Əli Həsənovun istər indi təhlil etdiyimiz “Geosi-
yasət” kitabı, istərsə də Azərbaycanın xarici siyasəti və siyasətşünaslığın nə-
zəri məsələləri ilə əlaqədar son illərdə yazdığı digər kitablar ölkəmizdə bu 


Rəylər və mülahizələr 
 
 
- 221 -
sahədə yeni tədqiqat istiqamətinin artıq kifayət qədər formalaşdığını söylə-
mək üçün yetərincə əsas verir. Müstəqil Azərbaycan dövlətinin müstəqil xa-
rici siyasətini təmin etmək üçün bu cür əsərlərin nəşrinə bundan sonra da 
böyük ehtiyac vardır. 
 
Səlahəddin Xəlilov 
AMEA-nın müxbir üzvü, professor 
  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə