Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə71/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   66   67   68   69   70   71   72   73   74

 
 
 
 
Rəylər və mülahizələr  
 
 
 
Dünyanın coğrafi-siyasi mənzərəsinin  
sistemli təhlili  
 
(Əli Həsənov. Geosiyasət.
 
Dərslik.  
Bakı, "Aypara-3" nəşriyyatı, 2010, 604 səh) 
 
 
 
“Geosiyasət” kitabı Azərbaycanda bu sahədə 
yazılmış ilk dərslikdir.  Əhatə baxımından proqram 
üzrə bu sahədə  nəzərdə tutulmuş bütün problemləri 
geniş və hərtərəfli şəkildə işıqlandırır. Dərsliyin əsa-
sında professor Əli Həsənovun Azərbaycan Respub-
likasının Prezidenti yanında Dövlət İdarəçilik Akade-
miyasında oxuduğu mühazirələr dayanır. Əslində ki-
tab sadəcə dərslik olmayıb, həm də bu sahədə yazılmış fundamental tədqiqat 
əsəridir. Belə ki, burada öz əksini tapan məsələlərin bir qismi ümumi nəzəri 
səciyyə daşısa da, ölkəmizin və bölgənin spesifikasını, habelə bu bölgədə 
indi aktual olan bir sıra problemləri nəzərə almaq baxımından Rusiyada və 
digər ölkələrdə istifadə olunan dərsliklərdən əhəmiyyətli dərəcədə fərqlənir.  
Kitabda hər şeydən əvvəl geosiyasətin yaranma tarixi və keçdiyi inki-
şaf yolu işıqlandırılır. Qədim Çin və Hindistandan başlamış müasir Avropa-
ya qədər geosiyasi təlimlərin təkamülü və müstəqil bir fənn kimi formalaş-
masının qanunauyğunluqları haqqında geniş məlumat verilir.  
XIX-XX  əsrlərdə geosiyasət klassik məktəb kimi formalaşmışdır ki, 
müəllif bunu iki yerə ayırır: Avropa klassik geosiyasət məktəbi və ingilis-
amerikan geosiyasəti. Sonrakı  fəsildə  İkinci Dünya müharibəsi dövründə 
əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları araşdırılır. Qərbi Avropa 
 
- 216 -


Rəylər və mülahizələr 
 
 
- 217 -
ölkələri ilə yanaşı, SSRİ və ABŞ-ın yeritdiyi siyasət İkinci Dünya müharibə-
sindən sonra planetin əsas siyasi mənzərəsini əks etdirən başlıca siyasi real-
lıq kimi nəzərdən keçirilir. Amma soyuq müharibə dövründə siyasi iqlimin 
xarakteristikasını verməzdən əvvəl müəllif SSRİ-nin geosiyasi strategiyasını 
şərtləndirən mühüm ideya mənbələrindən biri kimi Rusiyada geosiyasi fik-
rin yaranması  və  əsas prioritet istiqamətlərindən bəhs edir. Belə ki, SSRİ-
nin xarici siyasəti və geosiyasi planları, bir tərəfdən, kommunist ideologiya-
sından bəhrələnirdisə, digər tərəfdən, ənənəvi rus şovinizmi və çar Rusiyası-
nın imperiya siyasətindən bəhrələnirdi. Kitabda rus geosiyasətinin hələ indi 
də öz əhəmiyyətini saxlayan olduqca spesifik bir məqamına da diqqət yetiri-
lir. Bu – “avrasiyaçılıq” ideyasıdır ki, indi həmin ideya bir tərəfdən Rusiya, 
digər tərəfdən də Türkiyədə geosiyasi fikrin əsas mənbələrindən birinə çev-
rilmişdir. Rusiya kimi bir dövlət üçün geosiyasi maraqlar vahid milli maraq-
ları olan dövlətlərinkindən fərqli olur. Əgər Avrasiya ideyası iki qitədə yer-
ləşən böyük ərazinin, ümumiyyətlə böyüklük amilinin ideya-siyasi əsaslan-
dırılmasına xidmət edirsə, müxtəlif millətlərin, xalqların, etnik qrupların bir 
federativ dövlətdə birləşməsi zərurətinin əsaslandırılması da başqa bir ultra-
milli birləşdirici ideyaya ehtiyac yaradır. Azərbaycanda isə vəziyyət başqa-
dır. Ölkəmizin gücü birinci növbədə onun iqtisadi potensialı ilə müəyyən 
olunur. Ona görə də beynəlxalq miqyasda gedən iqtisadi inteqrasiya proses-
lərinin, enerji təhlükəsizliyi məsələlərinin izlənməsi və bu sahədə aparıcı 
tendensiyaların vaxtında nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Azər-
baycan həm kiçik, həm də böyük dövlətlərlə münasibətlərində qarşılıqlı iqti-
sadi maraqlar prinsipindən çıxış edir və bu amil bölgədə geosiyasi maraqla-
ra da ciddi surətdə təsir göstərir. “Dünyanın iqtisadi həyatının qloballaşması 
və dövlətlərin geoiqtisadi maraqlar sistemi” adlı paraqrafda müəllif trans-
milli şirkətlərin dövlətlərarası münasibətlərdə oynadığı spesifik roldan bəhs 
edir. Ərazi və əhali baxımından kiçik dövlətlərin beynəlxalq iqtisadi məkan-
da özünü rahat və təhlükəsiz hiss edə bilməsi üçün beynəlxalq iqtisadi hüqu-
qun rolunun artması milli maraqlara təcavüzlərin qarşısının alınması üçün 
ilk növbədə bu proseslərin elmi əsaslarla öyrənilməsi vacib sayılır. Müəlli-
fin haqlı olaraq qeyd etdiyi kimi, “dünya təsərrüfat sisteminin liberallaşma-
sı, investisiyaların qarşılıqlı qorunması, gömrük-vergi sistemlərinin univer-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 218 -
sallaşdırılması və standartlaşdırılması elə həddə çatmışdır ki, milli və etnik 
sərhədlər rəmzi xarakter daşımağa başlamışdır”(s.467). Digər tərəfdən, in-
novasiya proseslərinin də beynəlxalq miqyas alması ölkələrin bu prosesdə 
iştirak dərəcəsinə məhdudiyyət qoymur və ona görə də hər bir ölkənin yerit-
diyi xarici iqtisadi siyasət bu liberallaşma amillərini vaxtında nəzərə almalı-
dır. Lakin böyük güc mərkəzləri heç də ancaq iqtisadi maraqlardan çıxış et-
mirlər. Qloballaşma siyasi, ideoloji və iqtisadi müstəvilərlə yanaşı mədəni-
mənəvi müstəvidə də həyata keçir və bu proses ölkələrin milli maraqlarına 
bilavasitə təsir göstərir. Ona görə də geosiyasətin bu aspektlərinin də kitab-
da araşdırılması tamamilə təbiidir.  
 Bir çox Qərb geosiyasət kurslarından, xüsusilə Rusiya dərsliklərindən 
fərqli olaraq dərslikdə orta əsrlərdə geosiyasətin islam dünyasında formala-
şan ideya əsaslarına da yer verilir. Əl-Fərabinin dövlətçilik və siyasətlə bağlı 
fikirləri ilə yanaşı, XIV əsrdə yaşamış  və tarix fəlsəfəsinin, sosiologiyanın 
və xüsusilə siyasi sosiologiyanın təməlini qoyan İbn Xəlduna müraciət edi-
lir. Müasir Türkiyənin geosiyasi hədəfləri haqqında məlumat verilərkən ye-
nə  də ilk növbədə tarixi mənbələrə istinad olunur və osmanlı türklərinin 
geosiyasi baxışlarından söhbət açılır. Bu olduqca önəmli bir məqamdır. Belə 
ki, bizim əsas strateji müttəfiqimiz olan Türkiyənin müasir geosiyasi möv-
qeyinin formalaşmasında iştirak edən bütün komponentlərin araşdırılması 
çox vacibdir. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün geosiyasi baxış-
larına da ayrıca bir paraqraf da həsr olunmuşdur ki, əgər müasir Türkiyədə 
Atatürk ideyalarına sədaqətin nə dərəcədə önəmli olduğunu nəzərə alsaq, bu 
ideya qaynağının da əhəmiyyəti bir o qədər aydın olar.  
Yuxarıda qeyd etdiyimiz kimi, professor Əli Həsənovun dərsliyi təkcə 
Azərbaycan üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyətə malikdir. Belə 
ki, bölgədəki geosiyasi durumun öyrənilməsi bu bölgənin ancaq xaricdən, 
böyük güc mərkəzlərindən idari olunmasına rəğmən gerçəkliyin daxildən 
mənimsənilməsi və şüurlu surətdə idarə olunması üçün imkanlar açır. Azər-
baycan da özünü və öz coğrafi siyasi mühitini dərk etmək üçün və xarici si-
yasətini daha böyük miqyaslı siyasi prosesləri nəzərə almaqla həyata keçirə 
bilmək üçün ilk öncə müvafiq araşdırmalar aparılmalı və mövcud siyasi mü-
hitin və siyasi proseslərin aydın xəritəsindən çıxış etməlidir. Bax, bu məna-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə