Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə67/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

Fəlsəfi etüdlər 
 
 
- 203 -
Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx! 
Bildiyin (öyrəndiyin) şeyin axırına çıxa bilərsən! 
(Çünki) öyrənmək – sayılan (ölçülən) hala gətirməkdir. O şey ki, 
sayıla bilir (yəni diskretdir), o – sayılandır. Göydə ulduzlar da, başdakı saçın 
tükü də və s.) 
Hətta biz onu sayıb qurtara bilməsək də!  
 
Riyaziyyatın əsas məqsədi də sonsuzluğu sonlularla ifadə etməkdir.  
Bütün idrak prosesləri sonsuz dünyanı hansı isə  sonlu modellə 
əvəzləmək sayəsində mümkün olur.  
 Yanaşma üsulu və iki fərqli sistem ola bilər.  
 
Birincisi 
Əgər 0-ı – Mütləq yoxluq və 1-i Mütləq varlıq kimi götürsək, onda bi-
zim bütün bu nisbi dünyamız 0 ilə 1 arasında yerləşməlidir.  
Bir tam varlıq olduğuna görə, 0 ilə 1 arasında ancaq kəsirlər yerləşir. 
0/1 = 0;  1/0 = 
∞, yəni dünya 0 ilə ∞ arasındadır. Lakin sonsuzluq idrak xa-
ricində olduğundan, biz ona sonlu rəqəmlərin köməyi ilə ardıcıl surətdə ya-
xınlaşmağa cəhd göstəririk. 0 ilə 1 arasında bütün mümkün qiymətləri ala 
bilmək üçün əvvəlcə 10-luq sistemindəki rəqəmlərin, yəni 9 rəqəmin kömə-
yindən istifadə edirik. 1/9, 1/8, ... 1/2 və nəhayət, 1/1; dəqiqliyi artırmaq is-
təsək 100-lük sistemə keçməliyik. Yəni  ən kiçik ədəd 1/99, ən böyük isə 
1/1-dir. Daha sonra 1000-lik sistemə keçmək və beləcə dəqiqləşdirə-dəqiq-
ləşdirə (sonsuzluğa qədər) yaxınlaşmaq mümkündür. 
 
 
Hər insanın üç dünyası 
 
Birincisi,  real dünya, yəni  indi.  İkincisi,  xatirə  və hafizə  dünyası
üçüncüsü, arzu və plan dünyası. Birinci dünya – real, ikinci və üçüncü 
dünyalar – virtualdır.  
Birinci dünya – indi, ikinci – keçmiş, üçüncü – gələcəkdir.  
Keçmiş – əvvəli bəlli olmayan, amma sonu sanki bəlli olan; gələcək – 
sonu bəlli olmayan, amma əvvəli sanki bəlli olan bir qeyri-müəyyənlikdir. 
İndinin isə əvvəli də, sonu da sanki bəlli imiş.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
Keçmişdə   t <  t
k
;  gələcəkdə t > t
g
;    t – dəyişən kəmiyyətdir. 
  
 
 
Δt = t

– t

      
(t
g
= gələcəyin başlanğıcı; t
k
= keçmişin sonu) 
 
Yəni bir qayda olaraq indi dedikdə an, məqam nəzərdə tutulur, amma 
onun real ölçüsü barədə müzakirələr aparılmamışdır. Başqa sözlə desək, bu  
 
 
  
virtual   real    virtual 
              2            1             3 
 
     indi      indi     indi         
 
 
 
 
 
 
  
            
 
 
 
 
 hafizə,          plan, ideya     
 
 
 xatirə       
   
 
 
                           
Δt 
 
 
vaxta qədər fəlsəfi  ədəbiyyatda, eləcə  də fizikada indinin zaman ölçüsü, 
intervalı məsələsi araşdırılmamışdır. Halbuki, 
Δt heç də sadəcə an olmayıb, 
sıfırdan fərqli, sonlu bir rəqəm kimi düşünülə bilər. Və ancaq bundan sonra 
limitdə 
Δt-nun sıfıra yaxınlaşması  məsələsi qoyula bilər.  Əslində keçmiş 
zaman da, gələcək zaman da sonsuzluqdur. Yəni sonsuz böyükdür. İndi isə 
sonsuz kiçikdir. Sanki virtual keçmişlə virtual gələcəyin kəsişməsindən, 
təmasından bir reallıq yaranır.   
Burada yada başqa bir kəsişmə, qovuşma, təmas hadisəsi düşür. 
Mütləq materiyanın heçliyi ilə, mütləq ideya heçliyinin təmasından bizim 
real dünyamız “yaranır”, var olur, mövcud olur. Amma indi məlum olur ki
bu varoluş prosesi hansı isə  əbədi bir zaman üçün deyil, məhz indinin 
limitdə sıfıra yaxınlaşan bir zamanda gerçəkləşir. 
 
 
İşıqlanmış, aktual, diri 
 
İnsan həm  əqlin, həm də hissin aktivlik halını eyni vaxtda yaşaya 
bilməz. Bundan əlavə, əql də, hiss də ancaq konkretləşərək işıqlana bilər.   
 
- 204 -


Fəlsəfi etüdlər 
 
 
- 205 -
“Şüur” anlayışı əslində insan əqlinin fəallıq məqamını ifadə edir.  
İnsanların böyük bir qismi həyatlarının  əksər hissəsini  şüursuz yaşa-
yırlar. Buradakı “şüursuz” Freyd anlamında “şüursuz”, yəni qeyri-şüuri kimi 
başa düşülməyə də bilər.  
Şüurlu fəaliyyət əslində insan həyatının çox az bir qismini əhatə edir. 
Yəni əql heç də həmişə aktiv olmur.  
Əqlin aktivliyi də iki fərqli rakurslarda özünü göstərir. Birincisi, insa-
nın öz cismani həyatından ayrılaraq ya daxili mənəvi aləminə, ya hansı isə 
əsərlərə, başqalarının ideya sisteminə, xatirələrə  və s. yönəlməsi halında 
özünü göstərən aktivlik. Yəni insanın düşünməsi, fikirləşməsi, fəal şəkildə 
xatırlaması, təxəyyül aləminə dalması və s. İkincisi, insan öz ətrafını, mühi-
tini və ya diqqətini yönəltdiyi cismi, hadisəni fəal şəkildə seyr edərkən, yəni 
mənimsəyərkən, yaxud hansı isə əməli fəaliyyəti, prosesi şüurlu şəkildə icra 
edərkən.   
Təkrar edirik ki, insan əqlinin aktivləşməsi ancaq müəyyən bir 
istiqamətdə mümkündür: “Bir əldə iki qarpız tutulmur”. 
Yəni insan və dünya münasibətində; ya cismani dünya olsun, ya fikir 
dünyası, insanın işıqlandıra bildiyi, fəal qarşılıqlı  əlaqədə olduğu ancaq 
konkret lokal, məhdud bir hissə var. İnsan üçün nəinki dünyadakı bütün 
hadisələr, heç 2-3 hadisə də eyni vaxtda işıqlana, aktuallaşa bilməz.  
Bax, bu məqamda Allahın yer üzündəki “xəlifəsi” sayılan, hətta bəzən 
Allahlıq iddiasında olan insanın real imkanları özünü açıq-aydın göstərir. 
Belə ki, Allahın müqayisəyə  gəlməz sifətlərindən biri, ancaq ilahi qüdrət 
üçün səciyyəvi olan cəhət bundan ibarətdir ki, eyni vaxtda həm cismani, 
həm də ruhi-mənəvi dünyadakı bütün hadisələr işıqlanır, hamısı eyni vaxtda 
aktualdır. Burada keçmiş və gələcək – hamısı eyni müstəvidədir. Yəni ilahi 
dünyada zaman yoxdur.  
Cismani dünyaya doğru addım atılan kimi zaman faktoru ortaya çıxır. 
Çünki insan hadisələri ancaq növbə ilə, tək-tək canlandıraraq bilə bilir. Və 
bu təklər zamanca növbələnir. Sanki hadisələrdən biri əvvəl, digəri sonra 
baş verir. Səbəbiyyət haqqında düşüncə də buradan meydana çıxır?!   
Amma əslində hər hansı bir hadisədən öncə o qədər hadisələr cərəyan 
edir ki... biz isə ətraf mühitin ancaq görünən hissəsindən çıxış edərək fikir 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə