Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə70/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   66   67   68   69   70   71   72   73   74

Fəlsəfi esselər 
 
 
- 213 -
“göydən nə yağırsa, onu da qəbul edir”. Ancaq bir var su torpağın ancaq üst 
qatını isladır, bir də var torpaq doyur və cana gəlir, həyat verir. Bir var bə-
dən sadəcə mövcuddur, bir də var bütünlüklə ruhunun əmrinə müntəzirdir.  
Torpaq başlanğıc və sonun birləşdiyi nöqtədir – torpaqdan yaranan 
torpağa dönür. Sönən doğulan üçün başlanğıc olur və torpaq buna vasitəçilik 
edir... bədən kimi. Bəlkə də məhz bu məqamda bədən ruhdan bir addım ön-
dədir, yaxud arxadadır. Kim bilir... Torpaqdan bir ovuc götürəndə o, götü-
rüldüyü yerin keyfiyyətlərini özündə saxlayır, ötürür. Bədən də ondan “ayrı-
lan” bədənə öz keyfiyyətlərini vermək iqtidarındadır. Amma ruh bildiklərini 
özündən sonrakı ruha ötürə bilmir, çünki onun nəyi bilməsi, necə bilməsi 
Allahın ixtiyarındadır.  
Torpaq qədər zərbə  dəyən yoxdur... Amma o, həyat gücünü itirmir, 
“ona” üz tutan hər toxumu cücərtməyə çalışır. İnsanın da gücü bədəninə ça-
tır... amma o, Torpağın özü deyil, sadəcə ondan bir ovuc olduğu üçün səbri 
də bir ovucdu, əzmi də.  
Allah insanı necə möhtəşəm yaradıb: bədəni ulu Torpağa, ruhu sonsuz 
ilahi aləmə bağlı öz möhtəşəmliyini dərk etmək üçün ağıl, bu möhtəşəmliyin 
harmoniyasından zövq almaq üçün könül! Bunları unudan isə  nə  ağılı, nə 
könülü özündə sığdıra bilməyən bir ovuc torpaq, bir quru nəfəs olur.  
  
 
Su 
 
Su dörd ünsürdən biridir. Hər varlıq üçün həyat qədər əhəmiyyətlidir. 
Cansız hesab etdiyimiz minerallar, möhtəşəm planetimiz və bunların arasın-
da olan hər şey üçün. Maraqlıdır, hər nə qədər insanın yaranışında su olsa 
da, su onun məkanı deyil. Suyun öz sakinləri var. Su öz sakinlərinə həyatı 
bir cür verir: içindən, “ürəyindən”. Ondan kənardakılara isə bir ayrı cür ve-
rir: zahiri ilə. 
İnsanın da varlığında su var, deməli suyun bəzi keyfiyyətlərini özündə 
daşıyır. Mən də sudan danışmaq istəyirəm. 
İnsan var ki, bir stəkan, hətta bir qaşıq su qədərdir. O, mütləq nəyə isə 
əlavə olunmalıdır, hansı isə əhəmiyyətli bir prosesin kiçik bir detalıdır. İlk 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 214 -
baxışda vacib görünə bilər. Susuzluqdan yanan biri üçün bir damla suyun da 
qiyməti böyük olduğu kimi. Amma əslində o, heç nə həll etmir, o sadəcə bir 
əlavədir. Böyük bir tikinti şirkətində bir fəhlə, orduda bir əsgər kimi.  
İnsan var ki, gölməçədir, müxtəlif yollarla – yağan yağışdan, hansısa 
arxdan sızan suyun toplantısı.  Ətrafında müəyyən dəyişikliklərə  səbəb ola 
biləcək qədər yeri var. Bu gölməçədə yeni canlılar yaranır, yeni bitkilər bi-
tir... Maraqlıdır ki, belə yerlərdə ney hazırlanan qamış da bitə bilər,  ətrafa 
üfunət də yayıla bilər. Burada yaşıl baş ördəklər də yuva qura bilər, çömçə-
quyruqlar da. Əsas olan burda suyun durğun, çöküntünün çox olmasıdır və 
...ov üçün çox əlverişli yer olmasıdır. 
İnsan var ki, göldür. Hansı çaydan, hətta çaylardan, yeraltı sulardan 
bollu su alıb öz mühitini yaradan göl. Daha zəngin florası və faunası, ekzo-
tik görkəmi olan göllər çox vaxt axar sularla qidalandığından suyu çox vaxt 
şirin olur və bu səbəbdən ətraf yerlər üçün içməyə, suvarmaya yarayır. Belə 
üstünlüklərinə görə gölləri olduqları məkanın incisi, gözəli də adlandırırlar. 
Amma bu göllər həmin çaylardan asılıdır, güclü istilərdə suvarma üçün 
kanalların sayı çoxalanda quruya bilir və mütləq  əlavə bir kənar müdaxilə 
lazım gəlir ki, öz gözəlliyini, zənginliyini saxlasın.  
Hə, bir də süni göllər, su anbarları, kanallara bənzər insanlar var ki, 
kimlərsə onları öz xeyirləri üçün yaradırlar. Bu yeni və süni “varlıqlar” onu 
yaradan kəslərə xeyir verməklə yanaşı, ətrafa mütləq zərər də vururlar. Ki-
minsə  əkin yeri qalır suyun altında, hansısa arx, çay qurudulur, məcburən 
ona yönəldilir, hansısa bitkilər, canlılar yeni mühitə alışa bilməyib məhv 
olur,  əvəzində başqaları yaranır və münasibətlərdə ziddiyyətlər törəyir. 
Amma bu “ərköyün suları” verdikləri xeyirlərinə,  və “ərköyün” olduqlarına 
görə qəbul etmək məcburiyyətindəyik. 
İnsan var yağış kimi – birdən birə göydən yağıb can verir. İnsan var 
ki,  şəlalədir. Gözəldir, səsi-küyü uzaqlardan eşidilir... amma varlığı elə bu 
qayadan tökülməyində, səs-küyündədir. Ondan başqa bir şey gözləmək də 
gülüncdü.  
İnsan var ki, buzdu, aysberqdi, içində damlaları dondurub saxlayır, 
hətta həyat da onun içində dondurulub, özü isə sularda üzür, qarşısına çıxa-
na bədbəxtlik gətirir. Amma içindəki həyatın donunu açanda, bir möcüzə 


Fəlsəfi esselər 
 
 
- 215 -
kimi, duzlu dəniz suyunun ən şirin tərəfini özündə saxladığı məlum olur. O, 
hardan hara duzlu suyun üzü ilə süzə-süzə gəlib əriyir və ...susuzlara həyat 
verir.   
İnsan var ki, çaydı. Azad, məkandan məkana gəzən, dolanan, gah co-
şan, gah sakitləşən, dağlardan üzü aşağı tələsə-tələsə özünü göllərə, dənizlə-
rə yetirən və ... könüllü şəkildə şirin, dadlı bir halda olsa da, duzlu, açı bir 
mühitlə qarışmağa razıdır. Çayların bəlli bir yatağı var, yalnız bir istiqamət-
də axır və axınına qarşı kimi isə “qəbul etmirlər”. Amma maraqlıdır, çaylar 
həm də dənizlərdə, dənizlərdə öz gələcəyini tapa bilməyən balıqlar üçün sı-
ğınacaqdılar.  
İnsan var ki, dənizdir. Okeanları bir-birilə əlaqələndirən, ölkələrin sər-
hədlərini çızan, çayların qovuşduğu məkan. Böyükdü, zəngindir, dərindir, 
amma məhduddur.  Əlbəttə, bunu yalnız okeanla müqayisədə demək olar. 
Deməli insan var ki, okeandı. Bütün yer kürəsinin iqlimini təyin edən və ən 
əsası, onun mövcudluğunun zəmanəti olan okean. Sonsuzluğun mücəssimə-
si, həm möhtəşəmlik, həm vahimə  aşılayan. Ümman canlıdı  və ona həyat 
verən içindəki canlılar deyil. Onun özü nəfəs alır, nəfəs verir. Ümman nəyə 
isə sığınmır, sığmır, nədənsə, kimdənsə asılı deyil, çünki o, özü istinaddır, o, 
özü sığınacaqdı.    
İnsan var ki, bulaqdı. Tər-təmiz, yerin düz bağrından süzülə-süzülə 
gələn, böyük çaylara həyat verən, dərinliklərdə okeanlarla, dənizlərlə  vəh-
dətdə olan kiçik bulaqlar. Onların kiçikliyi imkan verir ki, onu görməsinlər, 
ondan xəbərsiz olsunlar. Amma maraqlıdır ki, nə dənizlər onları inkar etmir, 
nə gur çaylar. Onları inkar edən gölməçələr, kanallar, su anbarlarıdır. Kö-
kündən bixəbərlər. Axı Allah da insanı yaradanda ona qatdığı suyu məhz 
bulaqdan – Kövsərdən götürüb, susuzluqdan yanan İsmayıl Peyğəmbərə, 
Məryəmə  də bulaq bəxş edib, Musa Peyğəmbərin möcüzəsini təsbitləmək 
üçün də yerdən bulaq qaynadıb. Bulaq – möcüzədi, bulaq təbiətli insanlar da 
möcüzədir.  
 
Könül BÜNYADZADƏ 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə