Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə64/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 194 -
Mən-in yox, insan ümumisinin dərkidir və tarixi bir prosesdir. Lakin hər bir 
insanın öz şəxsi həyatında məhz öz fərdi varlığını dərk etməsi problemi də 
çox önəmlidir. Həm də bu zaman proses daha çox dərəcədə duyğu, hissiyyat 
müstəvisində gedir, insan həyatının tərkib hissəsi kimi yaşanır.  
Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini bilmək im-
kanı insanı vahimələndirir. İnsanın özü ilə həqiqi görüşü onun özü haqqında 
yaratdığı himsiz-bünövrəsiz, çox təxmini, ufaq obrazın, bəzən mifin dağıl-
ması ilə nəticələnə bilər və insanın həqiqi siması özü üçün tam bir yenilik 
ola bilər. Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz mövcudlu-
ğuna təəccüb və heyrətlə baxmır.  İnsan öz şüurlu həyatını yaşayarkən, öz 
mövcudluğuna izahat tələb etməyən bir reallıq kimi baxır. Lakin, insanın öz 
Mən-inə kənardan baxmaq imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum 
olur ki, insanın kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının əksinə yö-
nəlmişdir.  
Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü surətdə çəkinirlər
onlar öz həyat tərzini mövcud sosial normalara, mənəvi prinsiplərə,  əxlaqi 
dəyərlərə uyğun surətdə qurmağa çalışır və əslində nə kimi bir materialla iş-
lədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzu-
sundan asılı olmadan irəlicədən verilmiş, başqası  tərəfindən yaradılmış bir 
gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi 
reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən, 
sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin et-
diklərindən uzaqlaşmaq, «xilas olmaq» yolu ilə özünə yaxınlaşmağa çalışır. 
Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi 
Mən-inin realizasiyası kimi həyata keçir. 
 
 
Böyük fəlsəfədə qadının yeri varmı? 
 
Sual olunur ki, “böyük fəlsəfədə qadının yeri varmı?” Cavabı belədir 
ki, böyük fəlsəfədə nəinki qadının, heç kişilərin də yeri yoxdur! Onda yeni 
bir sual ortaya çıxır ki, bəs böyük fəlsəfənin yaradıcıları kimlərdir? Cavab: - 
İnsan! Böyük hərflərlə İNSAN.  
İnsan bütün ali varlıqları öz simasında təsəvvür edir və ona görə  də 


Fəlsəfi etüdlər 
 
 
- 195 -
tez-tez səhvə yol verərək, yüksək məxluqların da cinslərə bölündüyünü 
təsəvvür edir. Halbuki, bu ehtimalın qarşısını almaq üçün Qurani Kərimdə
məsələn, mələklərin cinsi bölgüsü, onların qadın kimi təsəvvür edilməsi 
tənqid olunur. 
Hər bir kəs kişi və ya qadın olmazdan öncə insandır. Fəlsəfədə kişinin 
və ya qadının dünyaya baxışı, dünyagörüşü, təfəkkürü öyrənilmir. Fəlsəfə 
İnsan ilə dünya arasındakı münasibəti öyrənir. Yəni məhz fəlsəfi düşüncə 
zamanı  hərə öz cinsi mənsubiyyətinin fövqünə qalxaraq, ancaq öz insani 
mahiyyətindən çıxış edir. Şüur da, nitq də, məntiq də qadın və kişi üçün ey-
nidir. Dərəcələri fərqli ola bilər, hiss və əqlin nisbəti fərqli ola bilər, amma 
bu baxımdan təkcə kişi və qadın deyil, kişilər özü də bir-birindən fərqlənir, 
qadınlar da. Burada iki göstərici əhəmiyyətlidir: statistik yaxınlaşma və bir 
də zirvə. Zirvəyə çıxmaq şansı kimdə çox olur? Yenə də məsələnin iki cür 
qoyuluşu mümkündür: 1) Sosioloji yanaşma – Zirvədə kimlər var? 2) Fəlsə-
fi yanaşma – Niyə?   
Fəlsəfədə  təkcə cinsi mənsubiyyət yox, etnik və irqi mənsubiyyət də 
əsas götürülə bilməz. Yəni bu halda da hər kəsin öz irqi və milli varlığının 
fövqünə qalxaraq, məhz bir insan kimi düşünməsi şərtdir.  
Sual oluna bilər ki, “ağların”, “qaraların” və “qırmızıların” fəlsəfəsi 
olmadığı və bu barədə heç mübahisə də açılmadığı bir halda, “kişilərin fəl-
səfəsi” və ya “qadınların fəlsəfəsi” barədə söhbət açmaq nə dərəcədə mən-
tiqlidir? Digər tərəfdən, başqa bir sual da qoyula bilər ki, fəlsəfənin yaradı-
cıları əsasən kişilərdirsə, bu onlara haqq verirmi ki, fəlsəfəni özəlləşdirsinlər 
və “fəlsəfə məhz kişilərindir” desinlər? Qadınlar da gedib özlərinə ayrıca bir 
fəlsəfəmi quraşdırsınlar? Təəssüflər olsun ki, məhz fəlsəfə ilə bağlı olmasa 
da, elmlə, sivilizasiya ilə bağlı analoji mövqeyə rast gəlmək mümkündür. 
Söhbət kişi və qadın bölgüsündən deyil, Şərq və  Qərb bölgüsündən gedir. 
Qərb mövcud ümumbəşəri sivilizasiyaya yiyələndikdən sonra, “bu – mə-
nimdir, Şərq də ortaya öz sivilizasiyasını çıxarsın”, – deyir. Və biz də təəs-
süf ki, bu təklifi qəbul edərək “Şərq sivilizasiyası”, “islam sivilizasiyası” 
adlı bir şey düşünüb tapmağa çalışırıq.  
Fəlsəfənin vahid olduğunu və onun feminizm və ya maskulizmlə heç 
bir əlaqəsi olmadığını qeyd etməklə bərabər, əlbəttə, nəzərə alınmalıdır ki, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 196 -
düşüncənin aşağı – hissiyyatın yuxarı səviyyələrində etnik-milli mənsubiy-
yət də, cinsi mənsubiyyət də, hələ üstəlik ilkin ixtisas da, fiziki və mənəvi 
sağlamlıq dərəcəsi də və kim bilir daha nələr ortaya çıxa bilər. Və bu zaman 
təbii ki, qadınların və ya kişilərin düşüncəsində  məhz öz cinsi məhdudlu-
ğundan (və ya üstünlüyündən) irəli gələn əlavə çalarlar, tonlar, nidalar yer 
ala bilər. Amma təkrar edirik ki, bunlar ancaq şüurun aşağı səviyyəsində or-
taya çıxır. Fəlsəfə qatında, üstəlik böyük fəlsəfədə, təbii ki, mücərrədlik də-
rəcəsi o qədər yüksəkdir ki, fərdiliklər hamısı silinmiş olur. Yeri gəlmişkən, 
elmdə də belədir. Yəni elmi təfəkkürün ərəb, ingilis, rus rakursları olmadığı 
kimi, kişi və qadın, cavan və qoca rakursları da yoxdur.  
Əksinə, bu sətirlərin müəllifinin tərəfdarı olduğu bir konsepsiyaya gö-
rə, elmdən fərqli olaraq fəlsəfədə millilik məqamları vardır; yəni milli fəlsə-
fi fikirdən bəhs etmək mümkündür. Bu mövqe yuxarıda deyilənlərlə ziddiy-
yət təşkil etmirmi?  
Hər şey terminlərin dəqiq seçilməsindən asılıdır. Böyük fəlsəfədə, əl-
bəttə, millilik də ola bilməz. Ona görə də, biz ancaq “milli fəlsəfi fikir” ifa-
dəsini işlədirik. Qadınlarla bağlı “Fəlsəfi diskursda” qoyduğumuz sualda da 
ona görə  böyük fəlsəfə ifadəsini işlətmişik ki, aşağı  səviyyələrdə yaş da, 
cinsi və ya milli-etnik xüsusiyyət də özünü büruzə verə bilər. Yuxarı 
səviyyədə – Böyük fəlsəfədə – yox!  
Biz burada fəlsəfənin daxili məzmununun filosofun hansı isə  şəxsi 
mənsubiyyətindən asılı olmadığından bəhs etdik. Amma sualın ikinci tərəfi 
üçün də xeyli əsas vardır. Soruşulur ki, nəyə görə böyük filosofların əksəriy-
yəti kişilərdir? Qadınlar böyük, ümumbəşəri fəlsəfənin yaradılmasında işti-
rak etmirmi? Etmirsə, niyə? Bax, bu fərqli bir məsələdir. Yəni biz qadının 
prinsipcə filosof olması imkanını rədd etmirik. Daha doğrusu, bu məsələdə 
heç fərq də qoymuruq. Onda bəs niyə praktikada, gerçəkdə yaradıcı filosof-
ların içərisində qadınlar yox dərəcəsindədir. Axı bu faktdır və izah tələb 
edir. Sadəcə olaraq, ona görəmi ki, qadınlar başqa işlərlə də məşğul olduğu 
üçün, yaxud hansı isə missiyaları olduğu üçün fəlsəfəyə vaxt ayıra bilmir-
lər?  
Şübhəsiz ki, belə deyil.  
Sadəcə olaraq, böyük fəlsəfəyə – zirvəyə çatmaq üçün tədqiqatçı əv-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə