Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə62/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 188 -
 
Hansı məsafə daha böyükdür: ehtirasdan Eşqə,  
yoxsa ağıldan Eşqə?!
  
 
Daha düzgün cavab variantında eşqin müxtəlif adamlarda müxtəlif 
olması səbəbindən məsafələrin də müxtəlifliyi nəzərə alınmalıdır.  
Əsas məsələ öncə terminlərin düzgün müəyyənləşdirilməsidir. Həm 
ehtiras, həm də ağıl dilimizdə bir neçə mənada işlənir. Ehtiras – şəhvət kimi 
və ehtiras – hissi enerji kimi. Ağıl – praktik, gündəlik ağıl, ölçüb-biçmək ki-
mi və  ağıl – əql, zəka mənasında. Cavablardakı müxtəliflik də terminləri 
hansı mənada işlətməkdən irəli gəlir. Məsələn, ağlı ancaq ölçüb-biçmək ki-
mi başa düşənlər eşqin ağıldan çox uzaq olduğunu və onların bir araya 
sığmadığını qeyd edirlər. Ağlı əql kimi, kamillik kimi götürənlər onu hətta 
eşqdən sonrakı məqam kimi dəyərləndirir və hətta ağıldan eşqə yox, eşqdən 
ağıla məsafənin ölçüsündən bəhs edirlər.  Şekspir təsadüfən belə demir ki, 
“Ağıl məhəbbətdən yaranır, ancaq məhəbbət dərk etmir ağlın sözünü”. 
Ehtirası hissi enerji kimi, iradə kimi və yaradıcılıq əzmi kimi, ağılı da 
kamillik kimi anlayanda, eşq həqiqətən bu ikisinin arasındadır. Burada “ara” 
kəlməsi vəhdət mənasında anlaşılmalıdır. Biz ona görə sadəcə “vəhdətidir” 
demirik ki, eşq onların hər ikisindən yüksək bir şey kimi başa düşülməsin. 
Hər ikisindən yüksək olan və onları ehtiva edən – eşqin ancaq uca məqamı: 
İlahi Eşqdir. Amma biz eşq kəlməsini yalnız İlahi Eşqlə məhdudlaşdırmaq 
istəmirik. Ona görə  də, bu anlayış altında həm də  ağıl və ehtirası qismən 
ehtiva edən və bu mənada onların arasında dayanan bir eşq məfhumunu – 
gənclərimizin ruhunu qarışdıran və durulmasına, izahına ən çox ehtiyac olan 
bir duyğunun rasional ifadəsini nəzərdə tuturuq. Məhz arada olanda Aris-
totelin qızıl orta prinsipi tətbiq oluna bilir. Nə qədər insan varsa, bir o qədər 
də eşq variantları vardır. Hər bir eşq təkrarolunmazdır. Amma biz əlahiddə 
özünəməxsusluqlardan sərf-nəzər edərək, ancaq tərkibində ehtiras və  ağıl 
payının nisbətinə görə fərqi nəzərə alırıq. Bəli, eşqlər çoxdur və hamısı iki 
qütb arasındadır. Ehtirasa daha çox yaxın olan da var, ağıla daha çox yaxın 
olan da. Amma qütbün özündə eşq yoxdur. Ehtiras qütbü də, ağıl qütbü də 
eşqdən kənardır. Üçölçülü fəzada baxanda, ehtiras və ağıldan başqa, üçüncü 


Fəlsəfi etüdlər 
 
 
- 189 -
bir qütb də vardır ki, onların hər ikisindən çox uzaqdır və hər ikisini istisna 
edir. Daha doğrusu, geniş mənada, ehtirası yox, şəhvəti, erotik hissi istisna 
edir. Eşqin qütbü kimi “ehtiras” dedikdə, biz də məhz onun erotik aspektini 
nəzərdə tutmuşduq. Çünki eşqi də  məhz qarşı cinslər arasında münasibət 
kimi konkret halda nəzərdə tuturuq. Əks təqdirdə, yəni eşq geniş mənada – 
məhəbbət kimi başa düşüldükdə, ehtiras da geniş mənada götürülməlidir.  
Üçüncü qütb – ilk məhəbbət halıdır. Əbu Turxanın məhəbbət konsep-
siyasında ilk məhəbbətə real eşq kimi baxılmır və o, ancaq kənar hal kimi, 
məhəbbətin idealizasiyası kimi və deməli, qütb kimi izah olunur. Ona real 
eşq kimi baxmaq – özünü aldatmaqdır. Belə ki, tərəf-müqabil özü real olma-
yıb, sevənin təxəyyülünün məhsuludur.  
Qoyduğumuz sualda məhəbbət ikiölçülü fəzada nəzərdən keçirilir. Yə-
ni, ancaq ağıl və ancaq şəhvət miqyasında eşqin yoxluğu və real eşqdə bun-
ların müxtəlif nisbətdə iştirakı məsələsi. İki yoxluğun təmasından varlıq ne-
cə yaranırmış?! Bax, bu məqamda biz fəlsəfi ontologiyanın əsas məsələsinə 
gəlib çıxırıq. Və nə qədər əlamətdar olsa da, məhz eşq real varlıq kimi anla-
şılır. 
 
Fəlsəfə və subyektivlik 
 
“Subyektivlik” anlayışı iki mənada işlənir:  əxlaqi-aksioloji və elmi-
qnoseoloji müstəvilərdə; eynilə “yalan” və “yanılma” mənalarının nisbəti 
kimi.  
Dəyərlər müstəvisində subyektivlik şəxsi maraqların məqsədyönlü su-
rətdə nəzərə alınmasıdır; yəni pis hadisə hesab olunur. Məsələn, imtahan gö-
türən müəllim tələbənin cavabını qiymətləndirərkən subyektivliyə yol verir
yəni cavabın məzmunundan deyil, tələbəyə münasibətindən və ya hətta han-
sı isə başqa amillərdən çıxış edir. Bu səbəbdən də subyektivlik adi şüurda 
mənfi planda dəyərləndirilir. Fəlsəfədə  məhz bu mənada subyektivlik eh-
kamçılıqda, dini və ideoloji təlimlərdə, məsələn, marksizmdə özünü büruzə 
verir və pis hal kimi dəyərləndirilir.  
Amma bir də var, onun öz təbiətindən doğan, zərurət kimi üzə çıxan 
subyektivlik. İdrak müstəvisində subyektivlik məhz bu qəbildəndir.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 190 -
Başqa məsələ ki, idrak müstəvisində  də subyektivlik çox vaxt (adi 
şüur səviyyəsində) arzuolunmaz hesab edilir. Xüsusilə, elmi idrakda. Çünki 
elm öz üzərinə obyektiv gerçəkliyi olduğu kimi öyrənmək missiyasını götür-
müşdür. Söhbət ikiqat obyektivlikdən gedir. Yəni, öyrəndiyimiz obyekt bi-
zim müdaxiləmiz olmadan, necə varsa, eləcə öyrənilməlidir. Üstəlik, idrak 
prosesinin özündə də bizim tərəfimizdən müdaxilə olmamalıdır. Təkrar edi-
rik ki, biz idrak prosesindən, həqiqət axtarışından bəhs edirik. Əlbəttə, fəlsə-
fədə  dəyərləndirmə (aksioloji aspekt) haqqında tədqiqatlar aparılır; amma, 
ancaq haqqında. Fəlsəfə özü dəyərləndirmə ilə məşğul olmur. Olsa idi, bi-
zim yuxarıda mənfi mənada bəhs etdiyimiz subyektivizm özünü göstərərdi. 
Bu mənada biz ancaq “elmi” fəlsəfədən, yəni obyektiv olmağa çalışan fəlsə-
fədən bəhs edirik.  
Halbuki “fəlsəfi  əsər” adı altında idrakla yanaşı, dəyərləndirmə as-
pektli yazılar da az deyil. Bunlar müxtəlif səpkili esselər, pamfletlər və s. 
ola bilər.  
Amma biz fəlsəfədə təkcə aksioloji aspektdə deyil, həm də qnoseoloji 
aspektdə subyektivlikdən, “obyektiv subyektivlikdən” bəhs edirik. Subyek-
tivlik hətta fəlsəfənin predmetinə də daxil ola bilər. İnsanın hiss və təəssü-
ratları, hər hansı bir hadisədən təsirlənməsi, sevinc və iztirabları, məhəbbət 
və nifrət – bütün bunlar özlüyündə subyektiv olsa da, fəlsəfənin obyektinə 
çevrilir və obyektivləşdirilirlər. Bu halda subyektivlik obyektə çevrilmiş 
olur.  
Tam obyektiv idrak təlimi – inikas təlimidir. Yəni gerçəklik necə var-
sa, eləcə də şüurumuzda əks olunurmuş. Biz cisimləri necə görürüksə, onlar 
doğurdan da elə imişlər. Biz onları hansı  rəngdə görürüksə, həmin rəngdə 
imişlər. İsti təsiri bağışlayırsa, deməli, isti, soyuq təsiri bağışlayırsa, deməli, 
soyuq imişlər və s. Bu zaman, biz özümüzü inandırırıq ki, bizim, yəni dərk 
edən şəxsin cismə heç bir qarışacağı yoxdur. İdrak prosesində əldə edilmiş 
hissi obraz məhz cismin obrazı olub, ona tam adekvat imiş. Bir çox materia-
list fəlsəfi təlimlər, idrakı inikas kimi qəbul edənlər məhz bu mövqedə daya-
nırlar, xüsusilə marksizm fəlsəfəsi. 
Lakin fərqli yanaşmalar da vardır:  
1. Bizdə yaranan hissi obrazın cisimlə heç bir eyniyyət dərəcəsi yox-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə