Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə36/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 108 -
Prof. Dr. Ali Hasanov 
 
The Issue of the Juridical Statute of the Khazar Sea 
and the Geoeconomical Interests of the Azerbaijan 
(summary) 
 
The author glances at the history of the problem and analyses the approaches 
of the Caspian basin countries to the defining of the juridical statute of the Caspian 
Sea. The article explores appropriateness degree of the approaches to the norms of 
the international law. The author remarks that the approaches of the Caspian basin 
countries have changed positively during the recent years and he associates these 
changes to the political will of the Azerbaijan. The author also evaluates the 
contracts regarding to the division of the bottom of the Caspian Sea which was 
signed between three countries Azerbaijan, Russia and Kazakhstan and he looks 
over these contracts as an important factor for the solution of the problem.  
 
Key words: 
juridical statute, international law, geopolitical interests, 
geoeconomical interests, Caspian basin  
 
 
Али Гасанов 
д.и.н., профессор 
 
Проблема юридического статуса Каспия  
и геоэкономические интересы Азербайджана  
(резюме) 
 
В статье автор, делая экскурс в почти трехсотлетнюю историю пробле-
мы,  анализирует  геополитические  подходы  стран  Каспийского  бассейна  к 
определению юридического статуса Каспия и степень их соответствия требо-
ваниям  норм  международного  права.  Отмечаются  прогрессивные  сдвиги  в 
подходе  некоторых  стран  к  проблеме,  что,  по  мнению  автора,  объясняется 
продемонстрированной  Азербайджаном  за  прошедшие  годы  политической 
волей,  отвечавшей  общим  интересам  всех  стран  бассейна.  Особое  место  в 
статье  уделено  оценке  двухсторонних  и  трехсторонних  соглашений  между 
Азербайджаном,  Россией  и  Казахстаном  по  разделу  дна  Каспийского  моря 
как существенному фактору в направлении решения проблемы юридического 
статуса Каспия.  
 
Ключевые слова: 
юридический статус, международное право, геопо-
литические интересы, геоэкономические интересы, Каспийский бассейн.
 
 


Siyasi elmlər 
 
 
- 109 -
 
Prof. Dr. Ali Hasanov 
 
Hazar’ın Hukukî Statüsü Sorunu ve Azerbaycan’ın  
Jeoekonomik Çıkarları 
 
Yazar makalede sorunun 300 senelik tarihine göz atmakta, Hazar bölgesi 
ülkelerinin Hazar’ın hukukî statüsünün belirlenmesiyle ilgili jeopolitik 
yaklaşımlarını analiz etmektedir. Aynı zamanda söz konusu yaklaşımların ulus-
lararası hukuk normlarına uygunluk derecesi araştırılmaktadır. Bazı bölge 
ülkelerinin yaklaşımlarında olumlu değişikliklerin gözlendiğini beliirten yazar, bu 
durumu Azerbaycan’ın son seneler sergilediği ve tüm bölge ülkelerinin çıkarlarını 
gözeten siyasi iredeyle açıklamaktadır. Makalede Azerbaycan, Rusya ve 
Kazakistan’ın Hazar denizinin altının paylaştırılmasıyla ilgili anlaşmalar da 
değerlebdirilmekte, söz konusu anlaşmalar sorunun çözümü yolunda önemli bir 
faktör olarak ele alınmaktadır. 
  
Anahtar kelimeler: 
hukukî statü, uluslararası hukuk, jeopolitik çıkarlar, 
jeoekonomik çıkarlar, Hazar bölgesi. 
 
 
 
 
 
 
 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
 
 
 
 
Birqütblü dünya sisteminin  
təhlükəsizlilk və stabillik baxımından təhlili  
 
 
 
Füzuli Məcidli
1
 
 
 
Giriş 
Sovet  İttifaqının dağılması qlobal miqyasda qüvvələr nisbətində  də 
çox böyük dəyişikliyə  səbəb oldu. Rusiyanın fövqəlgüc statusunun qısa 
müddət  ərzində  əlindən çıxması  təxminən yarım  əsr davam edən bipolyar 
sistemi dağıtdı və Amerika Birləşmiş Ştatları dünyada hegemon rol oynama-
ğa başladı. Alimlər Birləşmiş Ştatların qüdrətinin yüksəldiyi yeni "təkqütblü 
an"ı (təkqütblü mərhələni) [13, s. 24] araşdırmaq üçün ciddi tədqiqatlar orta-
ya qoydular. Bipolyar sistemin Sovet cəbhəsində yer alan Azərbaycanın 
müstəqillik qazanması  və onu möhkəmləndirməsi, müstəqil, balanslaşdırıl-
mış siyasətə üstünlük verməsi, beynəlxalq sistemin formalaşmasına təsir 
göstərən transmilli layihə və təşkilatlarda aktiv rol oynaması, habelə, geosi-
yasi mövqe baxımından vaxtilə iki qütb arasında “sərhəd xətti”nidə yerləş-
məsi ölkəmizdə  də  təhlükəsiz və stabil dünya sistemi ilə bağlı  tədqiqatları 
zəruri etmişdir. Çünki, “iki dünya sisteminin qarşıdurmasından qüvvələr 
nisbətinin yenidən bölüşdürülməsinə keçid şəraitində kiçik bir ölkənin yük-
sək müstəqillik dərəcəsini qoruyub saxlaması olduqca çətin bir prosesdir” 
 
- 110 -
                                                 
1
 AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı 


Siyasi elmlər 
 
 
- 111 -
[9, s. 326]. Buna görə də, təhlükəsiz dünya sistemi və qarşılıqlı anlaşmalar 
axtarışında Azərbaycan öz töhfəsini verərək xarici siyasət prioritetlərini bir 
neçə istiqamətdə qruplaşdırır.  Akademik R.Mehdiyevin qeyd etdiyi kimi, 
bunlar Avropaya və onun institutlarına inteqrasiya, Avropanın təhlükəsizlik 
arxitekturasında fəal iştirak etmək, Azərbaycanı inkişaf etmiş regional güc 
dövlətinə çevirmək və Cənubi Qafqazın təhlükəsizliyində maraqlı olan bü-
tün güc dövlətlərlə  əməkdaşlığı  əhatə edir  [8, s. 11].
 
Təsadüfi deyildir ki, 
Azərbaycan bu gün beynəlxalq sülh və  təhlükəsizliyin qorunmasında mü-
hüm rol oynayan sivilizasiyalararası dialoqun möhkəmlənməsini özünün da-
xili və xarici siyasi fəaliyyətinin prioritetinə çevirmişdir.
 
 
Təkqütblü dünya “istəyi” 
Nəzəri baxımdan təkqütblü dünya sisteminin reallaşması üçün vahid 
maraqların formalaşması zəruridir. Bəs zəngin müxtəliflik şəraitində bu hal 
mümkündürmü? Professor S.Xəlilovun fikrincə, “Beynəlxalq miqyasda ma-
raqların tamamilə üst-üstə düşməsi mümkün deyil. Əgər belə olardısa iki 
müxtəlif dövlətin mövcudluğuna ehtiyac qalmazdı, onlar birləşərdilər. Söh-
bət maraqların bu və ya digər müstəvidə əsasən üst-üstə düşməsindən, qis-
mən üst-üstə düşməsindən və köklü surətdə fərqlənməsindən gedə bilər. Be-
lə olduqda ölkələr arasında münasibətlərdə sülhün dayanıqlığı və daxili gər-
ginlik dərəcəsi də bu maraqların eyniyyət və fərq dərəcələrinə uyğun olaraq 
formalaşır” [8, s. 331-332]. 1992-ci ildə isə Birləşmiş  Ştatların baş  hərbi 
idarəsi – Pentaqon beynəlxalq miqyasda rəqiblərin qarşısını alan təkqütblü 
mərkəz rolunu inkişaf etdirmək məqsədilə yeni, böyük strateji layihə işləyib 
hazırladı. “Yeni əsr üçün milli təhlükəsizlik strategiyası” adlanan həmin la-
yihə çox keçmədən tənqidlərlə qarşı-qarşıya qaldı. Belə ki, ölkənin həm da-
xilində, həm də xaricində təkqütblü sistemi qoruyub saxlamaq məqsədi ilə 
atılan addımları təhlükəli hesab edən iddiaçılar ortaya çıxdı. Bu strategiya-
nın tam dolğun və nəzəri əsaslandırılmış tənqidi Kristofer Leynin "Təkqütb-
lü illüziya: Yeni böyük güclərin əmələ gəlmə səbəbi" [16, s. 5-51] və "Üs-
tünlükdən qeyri-məhdud balansa doğru: Amerikanın gələcək Böyük Strate-
giyası" [15, s. 86-124] məqalələrində əksini tapmışdır. Bundan sonra Birləş-
miş  Ştatlar rəsmi  şəkildə layihəni reallaşdırmaqdan geri çəkilsə  də indi bu 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə