Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

Siyasi elmlər 
 
 
- 105 -
beynəlxalq hüquqa uyğun gəlmirdi, həm də mütəxəssislər tərəfindən “ümu-
miyyətlə reallaşdırılması coğrafi cəhətdən mümkün olmayan” təkilf kimi 
dəyərləndirilmşdir. 

 
Nəhayyət, dördüncü yanaşma, kompromis kimi Rusiyanın və İra-
nın sonradan təklif etdiyi və yenə də heç bir beynəlxalq və yerli hüquqa söy-
kənməyən “kompromis variant” adlanırdı. Bu varianta görə Xəzərdə hər bir 
sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik olur 
(İran variantında rəqəmlər bir qədər fərqlidir-Ə.H.), bundan sonrakı 25 mil 
ərazi «iqtisadi zona» kimi qəbul edilir, dənizin ortasındakı qalan ərazilərsə 5 
sahilyanı ölkənin ümumi istifadəsinə verilirdi. 
1992-ci ildən başlanmış bu günə qədər hər dörd yanaşma tərəfdarları 
bəzi kiçik dəyişikliklərlə öz mövqelərini müdafiə etməkdədirlər. İndiyə qə-
dər aparılan danışıqlar hələ ki, hamının qəbul edəcəyi ciddi bir nəticə ver-
məmiş və yəqin ki, yaxın gələcəkdə də verməyəcəkdir. Lakin buna baxma-
yaraq tərəflərin məsələyə yanaşması  və müvafiq olaraq nümayiş etdirdiyi 
fəaliyyət yaxşılığa döğru xeyli dəyişmişdir. Ən azından, bu gün nə Rusiya, 
nə də ki, İran Azərbaycanı Xəzər dənizinin ona məxsus milli sektorunda xa-
rici tərəfdaşlarla birgə transmilli layihələr həyata keçirdiyinə görə, 1994-
1998-ci illərdə olduğu kimi, müharibə, yaxud ona bərabər tutula biləcək di-
gər fəaliyyətlə hədələmirlər. 
Status yanaşmasında, əgər yuxarıda göstərilən birinci təklif beynəlxalq 
hüquqa və Xəzərin bölgüsü ilə bağlı mövcud reallıqlara söykənərək, sahil-
yanı dövlətlərin öz milli sektorlarında hər hansı kənar və region dövlətindən 
asılı olmadan müstəqil fəaliyyət göstərməsini ehtiva edirsə, ikinci təklif Xə-
zərdəki təbii ehtiyatlardan “birgə istifadəni”, qlobal transmilli layihələrin 
həyata keçrilməsi zamanı “hamının konsensusunun” alınmasını, formal ola-
raq problemin həll edilməsi adı ilə suveren dövlətlərin Xəzər dənizindəki 
haqlarının qorunması imitasiyasını nümayiş etdir. O ki, qaldı İranın nümayiş 
etdirdiyi “bərabər bölgü” prinsipinə, tədqiqatçıların fikrinə görə bu təklifin 
heç bir perspektivi yoxdur və gələcəkdə İranın ondan imtina edərək, Rusiya, 
Qazaxıstan və Azərbaycanın bu gün nümayiş etdirdiyi mövqeyə qoşulmaq-
dan başqa heç bir çarəsi qalmır. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 106 -
                                                
Keçən müddət ərzində bəzi sahilyanı ölkələrin, xüsusən də Rusiyanın 
və Türkmənistanın məsələyə yanaşmasında baş verən proqressiv dəyişiklik-
lər göz önündədir. Bəzi tədqiqatçılar Xəzərətrafı ölkələrin mövqeyindəki bu 
dəyişiklikləri Azərbaycanın məsələ ilə bağlı keçən müddətdə nümayiş etdir-
diyi ciddi geosiyasi iradə və bu iradənin həm də, bölgə ölkələrinin hamısının 
ümumi maraqlarına uyğun gəlməsi ilə əlaqələndirirlər. Lakin son illərdə bu 
mövzu hökumətlərarası işçi qrupları səviyyəsində dəfələrlə müzakirə edilsə 
də, hələ ki, konkret qərar qəbul etmək mümkün olmamışdır. Amma bu və-
ziyyət dənizdə Azərbaycanla Türkmənistan arasındakı “Kəpəz” və  İranın 
qeyri-real tələblərinə görə Azərbaycan-İran sərhədində istismarı dondurul-
muş “Alov” yatağı istisna olmaqla, Xəzərdə hər hansı bir sahilyanı ölkənin 
iqtisadi fəaliyyət həyata keçirməsinə də ciddi maneə yaratmamışdır. 
Xəzərin statusu ilə bağlı hövzə dövlətləri başçılarının sayca üçüncü- 
sonuncu Sammiti 18 noyabr 2010-cu ildə Bakıda keçirilib. Sammitdə Azər-
baycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qaza-
xıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədi-
nejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak 
ediblər.
 1
 
Sammitdə Xəzərin statusu ilə bağlı ümumi bir sənəd imzalanmasa da
ölkə başçıları bu istiqamətdə işçi qrupları səviyyəsində fəal işlərin getməsin-
dən razılıqlarını ifadə etmiş və yaxın gələcəkdə ciddi praktiki nəticələrin əl-
də olunacağı ilə bağlı nikbin bəyanatlar səsləndirmişlər. Azərbaycan Prezi-
denti İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, indiyədək onun ölkəsi Ru-
siya və Qazaxıstanla, ayrı-ayrılıqda və birgə  Xəzərin sektorlara bölünməsi 
ilə bağlı önəmli addımlar atıb. O ümid etdiyini bildirmişdir ki, “üç ölkə ara-
sında formalaşmış bu gözəl təcrübə  gələcəkdə  əsas kimi götürüləcəkdir” 
(“Azərbaycan” qəzeti, 19 noyabr 2010). Sammitdə Azərbaycan, Rusiya, Qa-
zaxıstan,  İran və Türkmənistan prezidentləri  “Xəzərdə  təhlükəsizlik sa-
həsində əməkdaşlığa dair” Saziş və Birgə Bəyanat imzalayıblar. 
RF Prezidenti Dmitri Medvedev öz çıxışında Bakı Sammitinin konkret 
nəticələr verdiyini və bu nəticələrdən razı qaldığını söyləyib. O, “sahilyanı 
 
1
 Bundan əvvəlki sammitlər 2002-ci ildə  Aşqabadda və 2007-ci ildə Tehranda 
keçirilmişdir 


Siyasi elmlər 
 
 
- 107 -
dövlətlərin başçılarının üç ay ərzində Xəzərdaxili su sərhədlərinin delimita-
siyası ilə bağlı işçi qruplarına verdikləri tapşırıqları və 2011-ci ildə Rusiya-
da keçirilməsi nəzərdə tutulan növbəti sammitdə bu istiqamətdə konkret sə-
nədlərin imzalanmasının gözlənilməsini əsas gətirərək, Xəzərin hüquqi sta-
tusu ilə bağlı irəliyə doğru yaxşı addım atıldığını qeyd etmişdir. 
Qazaxıstan Prezidenti N.Nazarbayev də dövlət başçılarının sərhədlərin 
delimitasiyası ilə bağlı üç ay ərzində  təkliflərin hazırlanması haqda 
diplomatlara verdikləri tapşırıqları “irəliyə doğru atılmış mühüm adım kimi” 
dəyərləndirmişdir. Onun fikrinə görə, “bu addım xəzəryanı 5 dövlətə, 
nəhayət, Xəzərin statusuna dair konvensiya imzalamaq imkanı verəcəkdir.” 
(“Azərbaycan” qəzeti, 19 noyabr 2010). 
 
 
Ədəbiyyat 
 
1. Heydər Əliyev. ARDNŞ ilə Xarici neft şirkətləri arasında neft müqaviləsinin 
imzalanması mərasimindəki nitqindən – 20 sentyabr 1994-cü il//www. preslib.az  
2.  Барсегов  Ю.Г.  Каспий:  вопросы  международного  права // Европа  и 
Россия: проблемы южного направления. M., 1999. 
3.  Гиззатов  В.  Правовой  статус  Каспийского  моря:  проблемы  и 
перспективы 
сотрудничества 
прикаспийских 
государств//Политика.-
1995.N3. 
4. Ежиев И.Б. Геополитика Каспийского региона. М., 2007.  
5.  Жильцов  С.С.,  Зонн  И.С.,  Ушков  А.М.  Геополитика  Каспийского 
региона. М., 2003. 
6.  Илинский  Г.П.  Иран  в  период  общeго  кризиса  мировой 
капиталистической системы. M., 1953.  
7. Конопляник А.А. Каспийская нефть на Евразийском перекрестке. М., 
1998. 
8. Oрганизация Объединенных Наций. Oсновные факты. M., 2000. 
9. Федоров Ю.Э. Правовой статус Каспийского моря. М., 1996. 
 
 
 
 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə