Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə26/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 78 -
barışmağa razı sala bilmişlər. 
Xəzərətrafı Azərbaycan torpaqlarının statusu ilə bağlı Rusiya və İran 
arasında növbəti saziş 1732-ci ildə Rəşt şəhərində imzalanmışdır. Bu sazişə 
görə, Rusiya İranla 1722-1723-cü illər müharibəsi zamanı ələ keçirdiyi Xə-
zərin Cənub sahillərini geri qaytarır və əvəzində Xəzər dənizində sərbəst üz-
mək, İranla məhdudiyyətsiz ticarət aparmaq hüququ əldə edirdi. 
1735-ci ildə  Gəncədə Nadir şah hökuməti ilə Rusiya arasında ikinci 
görüş keçirilmiş  və iki ölkə arasında daha əsaslı  sənəd – “əbədi dostluq” 
haqqında sülh sazişi imzalanmışdır. Ruslar həmin vaxt Nadir şahın təkidi ilə 
işğal etdikləri Bakı, Astara və Dərbənd ətrafındakı ərazilərlə birgə, bütün Şi-
mali Azərbaycan torpaqlarını geri qaytarır və həmin torpaqlar üzərində Na-
dir şah hökumətinin suveren hüquqlarını tanıyırlar. 
1747-ci ildə Nadir şahın ölümündən sonra mərkəzi Azərbaycan dövlə-
tinin zəifləməsindən istifadə edən rus imperiya qoşunları 1813-cü ildə Gü-
lüstanda və 1828-ci ildə Türkmənçayda Azərbaycan şahlarını, 1929-cu ildə-
sə Osmanlı imperatorunu Azərbaycan torpaqları  və  xəzərətrafı  ərazilərlə 
bağlı yeni müqavilə bağlamağa məcbur etmişdir. Həmin sazişlərə uyğun 
olaraq ruslar Şimali Azərbaycanla birlikdə Xəzərin bütün Cənub-Qərb his-
səsində yerləşən torpaqları yenidən öz əllərinə keçirmişlər. 1813-cü ildə Gü-
lüstanda bağlanan müqaviləyə görə bütün Şimali Azərbaycan, Dağıstan və 
Gürcüstan Rusiyaya birləşdirilir, 1828-ci ildə Türkmənçayda bağlanan mü-
qavilə iləsə, həmin əraziləri öz əlində saxlamaqla bərabər, Rusiya eyni za-
manda Xəzər dənizində istisnasız hərbi donanma saxlamaq və  İranla müs-
təsna ticarət etmək hüququ əldə edir [5, s. 66]. Hər iki müqavilə o zaman 
üçün ayrı-ayrı xanlıqlara parçalanmış Azərbaycan  ərazilərinin - Şmali və 
Cənubi Azərbaycan adlandırılmaqla, Xəzərin Cənub və  Şimal sahilləri də 
daxil olmaqla iki hissəyə ayrılmasını  və bölüşdürülməsini rəsmiləşdirən, 
onun “hüquqi mənsubiyyətini” müəyyənləşdirən növbəti beynəlxalq sənəd-
lər idi. 
1921-ci ilin 26 fevralında Rusiya ilə  İran, 25 mart 1940-cı ildə isə 
SSRİ ilə İran arasında Xəzərlə bağlı beşinci və altıncı müqavilələr bağlanır. 
Həmin müqavilələrə uyğun olaraq Xəzər dənizində yalnız Rusiya və  İran 


Siyasi elmlər 
 
 
- 79 -
gəmi saxlaya, sərbəst üzə və balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə 
SSRİ-nin Xəzərdəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdir. 
Öz iştirakı olmadan, Azərbaycan torpaqlarının hüquqi mənsubiyyəti-
nin və Xəzərin statusunun müəyyən edilməsinə növbəti cəhd XX əsrin əvvə-
lində – (1907-ci ildə) işğalçı ingilis və rus imperiyaları arasında “İran, Əfqa-
nıstan və Tibet ərazilərində müstəmləkəçilik fəaliyyəti” ilə bağlı imzalanan 
Birgə Konvensiyada göstərilmişdir. Konvensiyaya görə bütün Azərbaycan 
(İran)  əraziləri  Şimal və  Cənub olmaqla iki hissəyə ayrılırdı ki, bunlar da 
müvafiq olaraq İngiltərə və Rusiyanın təsir dairəsinə daxil edilirdi. Bu mü-
qavilədən başlayaraq Rusiya Xəzərin Cənub-Qərb və Şimal sahillərində yer-
ləşən Azərbaycan ərazilərini, Bakı, Astara və Dərbənd kimi iri şəhərlərini öz 
təsir dairəsinə salaraq, imperiya ərazilərinə qatmışdır. 1917-1921-ci illər 
arasındakı  qısa zaman kəsiyi istisna olmaqla, bu ərazilər SSRİ dağılana 
qədər şəriksiz şəkildə Rusiyanın təsir dairəsində olmuşdur [3, s.15]. 
Birinci dünya müharibəsinin nəticələrinə  və Versal (1919) sülhünün 
şərtlərinə görə dünyada və Xəzər regionunda baş verən geosiyasi və coğrafi 
dəyişikliklər, Rusiyada bolşevik inqilabının baş verməsi, Osmanlı imperiya-
sının süqutu, Fars körfəzi, Orta Asiya, Cənubi Qafqaz və Avrasiyanın digər 
bölgələrində yaşanan ciddi beynəlxalq proseslər 1921-ci ildə sovet Rusiyası 
ilə hövzənin digər böyük ölkəsi hesab olunan İran  şahlığı arasındaı  Xəzər 
bölgəsinin statusu məsələsinə yenidən qayıtmaq və Azərbaycanın taleyini 
həll etmək məsələsini aktuallaşdırdı. O zaman müharibənin qalib dövlətləri, 
ilk növbədə Böyük Britaniya tərəfindən ciddi təzyiqlərə və geostrateji bas-
qılara məruz qalan hər iki tərəf həmin ildə bağladıqları müqavilə ilə “hər 
hansı bir xarici dövlətin gəmilərini Xəzər dənizinə buraxmamaq” haqqında 
qarşılıqlı öhdəlik götürərək, faktiki olaraq Xəzərin əvvəlki (1828- ci il) böl-
güsü xəritəsini – Şimal və  Cənub təsir dairələrinə ayrılmasını  və müvafiq 
olaraq idarə edilməsini yenidən təsdiq etdilər. Müqavilənin  şərtlərinə görə 
hər iki ölkə Xəzərdə müstəsna hüquq qazanır, birgə balıqçılıq fəaliyyəti hə-
yata keçirmək, xarici gəmiləri dənizə buraxmamaq öhdəliyi götürürdü. Bun-
dan başqa, müqaviləyə görə, əgər İran öz ərazilərini xarici müdaxilələrdən 
müstəqil  şəkildə qorumağa qadir olmazsa və bu ərazilərdən hansısa xarici 
qüvvələr istifadə edərək Rusiyaya təhlükə yaradarsa, o zaman rus qoşun-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 80 -
larının  İrana daxil olmaq və öz mənafelərini qorumaq hüququ təsbit olu-
nurdu. 
Mütəxəssislərin fikrinə görə, bu müqavilə faktiki olaraq Rusiya və İra-
nın xarici ölkələrə qarşı birgə mübarizə aparmaq haqda “strateji müttəfiqli-
yini” təsbit edərək, Xəzəri yalnız iki ölkənin birgə istifadə edə biləcəyi geosi-
yasi məkana və daxili dənizə çevirirdi. Razılaşmaya müvafiq olaraq Xəzərin 
Cənubunda İran, qalan bütün sahillərində isə sovet Rusiyası ətraf ərazilərin və 
xalqların taleyini istədiyi kimi həll etmək imkanı qazanırdı [6, s.14-18]. 
Fikrimizcə, bu müqavilə həmin vaxt xarici qüvvələr qarşısında təxmi-
nən eyni çətin geosiyasi durumda və geostrateji təhlükə qarşısında qalan 
bolşevik Rusiyası və İranın kifayət qədər düşünülmüş və uzaqgörən strateji 
razılaşması idi. Bu müqavilə hər iki tərəfə o zaman ciddi cəhdlə müstəqilli-
yə can atan Azərbaycan Xalq Cümhuriyyətini boğmaq imkanı qazandırırdı. 
Ayrıca olaraq İran bu sazişdən qonşuluğunda yarana biləcək və əsas əhalisi 
azərbaycanlı və müsəlman olan yeni bir dövlətin mövcudluğundan xilas ol-
maq və tarixi rəqibi olan Türkiyənin bölgədəki əsas dayaqlarını zəiflətmək 
imkanı  əldə edirdi. O ki, qaldı Rusiyaya bu dövlət üçün Azərbaycan Xalq 
Cümhuriyyətinin ərazilərini sovet Rusiyasına birləşdirmək, onun əhəmiyyət-
li və unikal geosiyasi məkanlarını və neftlə zəngin Bakı kimi paytaxtını ələ 
keçirmək, rusların ənənəvi rəqibi sayılan Türkiyəni və İngiltərəni bu bölgə-
dən uzaqlaşdırmaq çox vacib bir strateji vəzifə esab olunurdu. Göründüyü 
kimi, hət iki tərəfin Azərbaycan torpaqlarında və  Xəzər ətrafı  məkanda öz 
geosiyasi maraqları mövcud idi ki, bu da onları belə düşünülmüş və hesab-
lanmış, geostrateji cəhətdən çox ciddi dəyəri olan “müttəfiqlik müqaviləsi” 
imzalamağa sövq etmişdi. 
Təxminən elə həmin vaxt sovet Rusiyası ilə Atatürk Türkiyəsi arasın-
da Cənubi Qafqazın (o cümlədən də Şimali Azərbaycanın) taleyi və rus-türk 
münasibətlərinin gələcəyi ilə bağlı,  İranla imzalanan müqaviləyə oxşar bir 
sənəd imzalanır. Beləliklə, Rusiya bölgənin İran və Türkiyə kimi böyük öl-
kələri ilə, müvafiq olaraq Azərbaycanın, Xəzərətrafı  ərazilərin və  Cənubi 
Qafqazın gələcək taleyini və “hüquqi mənsubiyyətini” müəyyən edən ortaq 
razılığa gəlir və bu əraziləri yenidən işğal edərək sovet Rusiyasının tərkibinə 
daxil edir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə