Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə22/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 66 -
biliyin yeni statusundan xəbər verirdi.  
Bəs XX əsrin axırları, XXI əsrin  əvvəllərində  nə kimi inqilabi də-
yişikliklər baş vermişdir ki, insanlar yenə də biliyin xüsusi rolundan, “bilik 
cəmiyyətindən”, “informasiya cəmiyyətindən” danışmağa başlamışlar?  
Əvvəla, “informasiya” haqqında. İndi bu söz bir qədər fərqli mənada 
və fərqli bir hadisəni ifadə etmək üçün işlədilir. Yəni əgər Yeni Dövrdə söh-
bət insanın təbiət haqqında biliklər  əldə etməsindən və bu biliklərdən is-
tifadə edərək təbiət qüvvələrinin insana xidmətini təmin etməsindən ge-
dirdisə, sonrakı dövrlərdə daha artıq təbiətlə deyil, “ikinci təbiətlə”, maddi-
mədəni mühitlə üz-üzə dayanan insan ictimai inkişafı  təmin etmək üçün 
yeni hərəkətverici qüvvə, yeni potensial imkan axtarışında öz daxili potensi-
alını kəşf etmək, üzə çıxarmaq və reallaşdırmaq mərhələsinə qədəm qoyur. 
Əvvəllər ancaq fiziki qüvvənin, əlin imkanlarını artırmağa xidmət edən bi-
liklərdən fərqli olaraq, indi intellektual potensialın, beyinin imkanlarının ar-
tırılmasına xidmət edən biliklər ortaya çıxır. Təbiətin modelləşdirilməsi və 
onun daxili potensialının daha optimal şəkildə səfərbər olunması prosesinə 
indi həm də insan intellektinin modelləşdirilməsi, insan beyninə alternativ 
olaraq informasiyanın yeni texniki daşıyıcılarının quraşdırılması, texniki 
yollarla saxlanması və ötürülməsi, çoxaldılması və yayılması prosesləri əla-
və olunmuşdur. Bu, əlbəttə, yeni keyfiyyətli bir hadisə olmaqla ictimai inki-
şaf üçün də yeni, daha böyük meydan açır.  
(Əlbəttə, insan təbiəti öz düşüncəsinə, biliklərinə və ehtiyaclarına uy-
ğun surətdə dəyişdirərkən, ona elə gəlir ki, ağ lövhə üzərində nə isə yeni bir 
söz yazır. Əslində o, çox incə strukturla yazılmışların üzərindən çox qaba, 
kobud hərflərlə yazır. Lakin hər halda öz yazdıqlarını oxumaq iqtidarında 
olduğu üçün özü yaratdığı “ikinci təbiət”də özünü daha rahat hiss edir. Və 
yazdıqlarını davam etdirmək  əzmində olur. Çünki onun dilini övladları da 
bilir – bütün bəşəriyyət bilir.) 
Bəşər tarixində  hər dəfə yeni keyfiyyətli ictimai inkişaf mərhələsinə 
keçid heç də ayrı-ayrı kəşflər, ixtiralar sayəsində baş tutmur. Daha doğrusu, 
bu keçidin təməlində məhz həmin kəşflər dayansa da, ancaq bu kəşfin nəti-
cələri bütün cəmiyyətə paylandıqdan və bütövlükdə cəmiyyət yeni mərhələ-
yə qədəm qoyduqdan sonra belə bir keçid baş tutmuş sayılır.  


Elm fəlsəfəsi 
 
 
- 67 -
                                                
Piter Draker yazır: “Ümumi bilikdən ixtisaslaşmış biliklər kompleksi-
nə keçid biliyi yeni cəmiyyət qurmaq iqtidarında olan qüvvəyə keçirir. Am-
ma nəzərə almaq lazımdır ki, belə cəmiyyət ixtisaslaşmış fənlər kimi təşkil 
olunmuş biliklərə  əsaslanmalıdır və onun üzvləri də müxtəlif sahələrin 
mütəxəssisləri olmalıdır” (8, s. 100). Yəni müəllif Yeni Dövr üçün elmin sa-
hələri üzrə ixtisaslaşma zərurətini sivilizasiyanın əmək bölgüsündən başlan-
ması ideyasının daha bir təzahürü kimi izah edir. Hər bölmənin öz daxilində 
şaxələnmələr gedir və elm də istisna deyil. Hamı eyni şeyləri bilsəydi, bir-
birini təkrar etsəydi, cəmiyyət insanlara nəzərən daha böyük bir potensial əl-
də edə bilməzdi. Burada biz cəmiyyət üçün spesifik olan yeni bir toplanma 
qanunu ilə üzləşirik. Belə ki, burada cəm ancaq müxtəlif toplananların cəmi-
dir; bir-birini təkrar edən, eyni keyfiyyətli toplananlardan ancaq biri – ən 
böyüyü götürülə bilər.

  
Bundan əlavə, ayrı-ayrı komponentlər sadəcə yanaşı qoyulmaqla top-
lana bilməz, müxtəlif elm sahələrinə aid biliklər də cəmiyyətin istifadəsinə 
bir tam halında verilə bilməz. Burada toplanma ya ümumi elmi dünyagörüşü 
çərçivəsində ümumiləşdirici təlimlər və ya fənlərarası yeni bilik sahələri 
(kibernetika, sinergetika və s.) sayəsində  həyata keçməli, ya da cəmiyyət 
özü birləşdirici amil kimi çıxış etməlidir. Təsadüfi deyildir ki, P.Draker də 
bu kontekstdə “cəmiyyətin tamlığını təmin edən və bizim həyatımızı məna-
landıran amillərdən”
 
bəhs edir (8, s. 100). 
Hər bir ölkənin müəyyən bir təbii sərvəti olduğu kimi, hər bir xalqın 
da müəyyən intellektual potensialı var. İnkişafın yüksək pillələrində bu ikin-
ci sərvətin daha önəmli olduğu və daha çox imkanlar aça bildiyi aşkar olur. 
Lakin intellektual potensialın realizasiyası elə də asan məsələ deyil. Müdrik-
lər təsadüfən demirlər ki, biliklərin  ən vacibi nəyi bilmək lazım olduğunu 
bilməkdir. Yəni hər bir şəxs üçün də, bütövlükdə xalq üçün də ən vacib mə-
sələlərdən biri intellektual potensialın hansı istiqamətdə yönəldilməsi və 
hansı sahələrdə mütəşəkkil biliyə çevrilməsidir. Bilik intellektual potensia-
lın aktivləşmiş, reallaşmış formasıdır.  
 

 Burada əslində iki yeni toplanma qanunundan istifadə olunur. Birincisi, ancaq müxtəlif 
keyfiyyətli komponentlər toplanır. İkincisi, eyni keyfiyyətli hədlərin cəmi ən böyük topla-
nana bərabər götürülür. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 68 -
Biliyin özü isə müvafiq həyat sahələrində, əməli fəaliyyət prosesində 
gerçəkləşir.  
Neçə min illər  ərzində müxtəlif xalqların səyi ilə toplanmış bir bilik 
sərvəti vardır ki, hər bir dövrdə kimin bu sərvətə necə və nə dərəcədə yiyə-
lənməsi bir inkişaf və güc göstəricisinə çevrilir. Lakin ümumbəşəri bilik xə-
zinəsindən pay götürərkən də  hər  şey düzgün seçim edilməsindən asılıdır. 
Yuxarıda dediyimiz kimi, lazım olanı və qədərində götürmək bacarığı son-
radan bu götürdüyünü real həyatda səmərəli tətbiq edə bilmək üçün ilkin 
şərtdir.  
İnsanların məlum biliklərə yiyələnməsi təlim vasitəsilə – təhsil prose-
sində həyata keçirilir. Əlbəttə, burada işin yekun səmərəsi təhsilin məzmu-
nunun düzgün müəyyən edilməsindən asılıdır. Ona görə  də bu işə  hər bir 
xalqın  ən yüksək intellektualları, ilk növbədə filosofları  cəlb olunmalıdır. 
Burada hələ söhbət elmdən, daha doğrusu elmin özündən deyil, onun nəticə-
ləri olan hazır biliklərdən və bu biliklərin seçilməsi və mənimsənilməsindən 
gedir. Lakin inkişaf üçün bu yetərli deyil. Hər bir yeni nəsil öz növbəsində 
ümumictimai bilik sərvətinə yeni töhfələr verməli, onu daha da zənginləş-
dirməlidir. Bax, elm bu mərhələdə ortaya çıxır. Lakin bu zənginləşdirmə 
prosesində də müəyyən bir seçim olmalıdır. Yəni kim necə gəldi və nə oldu 
yeni bir bilik “icad edib” dünya elmi prosesinə kortəbii surətdə qatılmaq is-
təyirsə, bunun heç bir səmərəsi olmayacaqdır.  Əvvəla, dünya xalqları ara-
sında nəinki bir mövzu bölgüsü yoxdur, hətta indiki məqamda kimin nə ilə 
məşğul olduğu və nə üçün məhz həmin problemi araşdırdığı heç də hamıya 
bəlli deyil. Çoxları bu prosesə kortəbii surətdə qatılır və çoxları artıq tapıl-
mışları yenidən icad etməklə məşğul olur. Və bu mənada elm sanki əyləncə-
li məşğuliyyət sahəsi kimi bir oyunu xatırladır. İnsan ya peşəkar vərdişlərə 
yiyələnərək öz vərdişlərindən asılı vəziyyətə düşür, ya da bu bir aludəçiliyə, 
yaxşı mənada xəstəliyə çevrilir. Əlbəttə, elmə bir vəzifə kimi baxan bu sahə-
də çalışmaqla sadəcə öz vəzifə borcunu yerinə yetirən adamlar da vardır. 
Daha doğrusu, elmi təşkilatlar bürokratik qurumlara çevrilir və burada ni-
zam-intizam yaradan “elm rəhbərlərinin”, direktorların təsəvvüründə elm bir 
normativ fəaliyyət sahəsi kimi çıxış edir. Burada işə düzəlirlər, vaxtı-vaxtın-
da gəlib-gedirlər və yuxarıdan təyin olunmuş qaydada məvacib alırlar. Bir 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə