Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə23/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

Elm fəlsəfəsi 
 
 
- 69 -
başqaları üçün isə elm yaradıcı sahədir və hər hansı bir norma ilə tənzimlən-
məsi real deyil. 
Biliyin həm üfüqi, həm də şaquli müstəvilərdə çox müxtəlif formaları 
vardır. Üfüqi müstəvidə bilik məzmununa görə, əks etdirdiyi sahələrə görə 
fərqlənir. Yəni, biliklər “nə haqqında bilik” sualına cavab baxımından təsnif 
edilə bilər. Burada təbiət, cəmiyyət, insan kimi böyük qruplaşmalarla yana-
şı, daha konkret mövzularda, məsələn, meşə, dəniz, çay, yaxud yarpaq, çi-
çək, meyvə, yaxud söhbət insandan gedirsə – tələbə, müəllim, həkim, yaxud 
– alman, ingilis, rus, yaxud – uşaq, gənc, qoca və s. bu kimi daxili qruplaş-
malar gedir. Yəni məhz uşaqlar haqqında biliklərin toplusu, məhz ağaclar 
haqqında biliklər, bitkilər haqqında biliklər və s. Lakin bu cür pərakəndə 
bölgü biliklərin elmi təsnifatına imkan vermir. Ona görə də, bölgü üçün da-
ha universal meyarlar seçilir.  
Tutaq ki, söhbət təbiətdən gedir; onda burada biliklər küll halında “tə-
biətşünaslıq” adı altında birləşdirilə bilər. Özü də bu təbiətşünaslığın adi 
şüur səviyyəsində  və elmi idrak səviyyəsində  də iki fərqli mənası vardır. 
İbtidai siniflərdə uşaqlara təbiət haqqında sadəcə məlumat verilir və bu mə-
lumat heç də  elmi bilik deyil. Yuxarı siniflərdə isə  təbiət haqqında məhz 
elmi biliklərin  əsaslarını  təqdim etmək üçün təbiətşünaslıq özü bir neçə 
sahələrə ayrılır. Ən ümumi və şərti bölgülər, məsələn, “canlı təbiət”, “cansız 
təbiət” və “ikinci təbiət” kimi aparılır. Lakin onların da hər biri yenidən bö-
lünür. Canlı  və cansız təbiət arasında sanki bir keçid sahəsi olaraq “üzvi 
təbiət”i ayrıca nəzərdən keçirmək mümkün olur. Məsələn, molekulyar sə-
viyyədə öyrənilərkən cansız təbiət qeyri-üzvi və üzvi təbiətə ayrılır. Kimya 
elmində də buna uyğun olaraq: “qeyri-üzvi kimya” və “üzvi kimya”. Fizika-
da isə belə bölgüyə ehtiyac olmur, çünki fiziki proseslər üçün obyektin 
tərkibi önəmli deyil. Daha doğrusu, makro hadisələrdə bu fərq ümumiyyətlə 
özünü göstərmir. Mikro proseslərdə isə, atomlar və elementar zərrəciklər sə-
viyyəsində yenə də “üzvi” və “qeyri-üzvi” bölgüsünə ehtiyac qalmır.  
Beləliklə, elementar zərrəciklər və atomlar miqyasında baş verən pro-
seslər fizikanın müəyyən sahələrində öyrənildiyi halda molekulyar səviy-
yədə olan proseslər kimya elminin predmetinə daxil olur və daha böyük 
quruluş səviyyəsində isə hadisələrin öyrənilməsi yenə də fizikanın predme-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 70 -
tinə daxil olur. Biz bunu ona görə xüsusi vurğulayırıq ki, əslində elmi bilik-
lərin və elmlərin təsnifatı öyrənilən predmet sahəsinə və onun struktur xüsu-
siyyətlərinə görə olsaydı, bu iki “fizika” elmi başqa adlarla, müstəqil fənlər 
kimi təqdim edilməliydi. Amma ənənəvi olaraq hər iki struktur səviyyəsi fi-
ziklər tərəfindən öyrənildiyinə görə, kimya elmi sanki bu iki fizikanın arası-
na daxil olmuşdur. Eləcə  də daha böyük miqyaslarda, meqaaləmdə gedən 
müəyyən proseslərin öyrənilməsi astronomiyanın deyil, yenə  də fizikanın 
predmetinə daxil edilir. Şərti olaraq biz bu üç fizikaya “mikro-fizika”, 
makro-fizika” və “mega-fizika” deyə bilərik. Lakin ənənəvi olaraq bu so-
nuncu – astrofizika adlanır. Yəni astronomiya ilə fizikanın arasında bir elm 
sahəsi olduğu vurğulanır.  
Təfərrüata varmadan, vurğulamaq istərdik ki, deməli, bu bölgüdə ha-
disələrin miqyasından daha çox, xarakteri və öyrənilmə metodları  nəzərə 
alınır.  Əgər fizikanın metodları başqa bir struktur səviyyəsində  tətbiq olu-
nursa, bu elmin statusu yenə də mübahisəli qalır. Məsələn, sahəyə görə böl-
gü aparıldıqda canlı aləmin öyrənilməsi biologiyanın predmetinə daxildir. 
Lakin burada fizikanın metodları tətbiq olunursa və ya daha doğrusu, canlı 
aləmdə gedən fiziki proseslər öyrənilirsə, bu elm sahəsinə bir növ kompro-
mis variantı olaraq “biofizika” deyirlər. Yaxud canlı aləmdə kimyəvi pro-
seslər öyrənilirsə, bu fənn “biokimya” adlandırılır.  
Müxtəlif fənlər yalnız predmetlərinə  və metodlarına görə  fərqlənmir. 
Artıq təhsil sistemində müvafiq diferensiasiya getdiyinə görə və elmi-tədqi-
qat institutları, konfranslar, jurnallar və s. də ayrıldıqlarına görə, hər bir fən-
nin öz elmi ictimaiyyəti və elitası formalaşmışdır ki, bu da elmlərin qarşılıq-
lı əlaqəsini zəiflədir, hansı isə kompleks problemin həllini müxtəlif elm sa-
hələrinin birgə iştirakı ilə təşkil etməyi çətinləşdirir.  
Belə bir maraqlı faktı xatırlamaq yerinə düşərdi ki, II Dünya mühari-
bəsi dövründə atom bombasının düzəldilməsi üzərində gərgin iş getdiyi bir 
vaxtda, fiziklərlə kimyaçılar arasında məsafə, hətta müəyyən mənada uçu-
rum olması bu işi bir neçə il ləngitmişdi. Həmin hadisənin tarixçəsini yazan 
U.L.Lourens qeyd edir ki, bu dövlət sifarişinin yerinə yetirilməsi üçün döv-
rün ən böyük fizikləri cəlb olunmuşdu. Lakin uranın saflaşdırılması, yüngül 
və ağır uranın bir-birindən ayrılması işi çox ləng gedirdi. Səbəb isə bu imiş 


Elm fəlsəfəsi 
 
 
- 71 -
ki, fiziklər bu məqsədlə kütlə spidometrindən istifadə edirlərmiş, amma 
kimyaçı T.Qrehemin qaz diffuziyası qanunundan xəbərsiz imişlər: “Uran-
235 ayırmaq üçün Qrehemin qanununu tətbiq etməyin mümkün olduğunu nə 
Fermi, nə Bor, nə də uranın bölünməsini ilk kəşf edənlərdən heç kim ağlına 
belə  gətirməmişdi. Qaz diffuziyası zavodu nəhəng kimya-texnologiya qur-
ğusu idi, kimya isə nüvə fizikası mütəxəssisləri üçün tamamilə yad bir fənn 
idi. Elmin bir-birindən tamamilə  təcrid edilmiş belə iki sahəyə bölünməsi 
məhz ona səbəb olmuşdu ki, nüvə fizikləri öz problemlərinin həlli üçün 
kimya elminin prinsiplərini tətbiq edə bilməmişdilər” (3, s. 60). 
Beləliklə, elm nə qədər bölünürsə və ayrı-ayrı fənlər müstəqilləşərək 
bir-birindən nə  qədər uzaqlaşırsa, onlar arasında körpü salmağa da bir o 
qədər çox ehtiyac yaranır. Nəticədə elmin diferensiallaşması ilə paralel 
surətdə elmin inteqrasiyası da dövrün tələbinə çevrilir.  
İctimai elmlərdə  də belədir. Bildiyimiz kimi insan bir neçə rakursda 
nəzərdən keçirilir. Son vaxtlar ayrıca “insanşünaslıq”, “antropologiya” kimi 
fənlər formalaşsa da, insan haqqında bütün biliklərin vahid elmi istiqamətdə
bir fənn çərçivəsində toparlanması mümkün deyil. İnsanın bədəni statik hal-
da anatomiyanın, bədəndə gedən proseslərin öyrənilməsi halında isə fiziolo-
giyanın, psixi proseslərin öyrənilməsi psixiatriyanın və psixologiyanın pred-
metinə daxil edilir. Söhbət sağlam insan orqanizminin öyrənilməsindən ge-
dir. Kənaraçıxmalar, xəstəliklər, patologiyalar isə artıq başqa bir elmin sahə-
sinin, təbabətin predmetinə aiddir. Lakin burada da sahələrə görə bölgü apa-
rılır və s.  
Biz hələlik belə ümumi təsəvvürlə kifayətlənərək, biliklərin sahələrə 
görə bölgüsündə bir sıra əsas meyarları nəzərə çatdırdıq. Elm inkişaf etdik-
cə, müxtəlif tədqiqat obyektləri və cismani dünyada fərqli təzahürləri olan 
hadisələr sanki ortaq məxrəcə  gətirilir və bu müxtəlifliyin  əsasında duran 
təməl prinsiplər üzə çıxarılır. Onda təbiətin yuxarıda apardığımız bölgüsü də 
bir növ aradan qalxır. V.S.Styopin yazır: “XX əsrin axırıncı  qərinəsində 
varlığın üç əsas sahəsi – cansız təbiət, üzvi aləm və ictimai həyat – haqqında 
təsəvvürləri ümumelmi statusa malik olan təməl prinsiplər  əsasında birləş-
dirmək, bütöv elmi mənzərə yaratmaq üçün real imkanlar açılmışdır” (16, s. 
331). Müasir elmin ən böyük nailiyyətlərindən biri məhz dünyanın vahid 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə