Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə24/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 72 -
elmi mənzərəsini yaratmaq istiqamətində atılan addımlardır. Məsələn, qravi-
tasiyanın universal xarakteri hələ neçə əsr bundan əvvəl kəşf edilmişdi. Son-
rakı dövrdə, XIX əsrin ən böyük elmi yeniliklərindən biri elektromaqnit sa-
həsinin təbiətinin öyrənilməsi və onun universal qarşılıqlı təsir forması kimi 
təsbit edilməsi olmuşdur. XX əsrdə isə nüvə qüvvələri, güclü və zəif qarşı-
lıqlı təsir formaları kəşf edilmiş və bu dörd sahə formasının əsasında vahid 
sahə nəzəriyyəsinin yaradılması istiqamətində böyük axtarışlar aparılmışdır. 
A.Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə başlanan bu axtarışlar Əbdus-
Səlamın tədqiqatlarında daha universal xarakter almışdır. Vahid sahə nəzə-
riyyəsi ilə yanaşı, kvant ideyası da yeni universal bir təlimin təməli olmuş-
dur. Fiziklərin irəli sürdüyü kvant təlimi sonralar kimyaya, biologiyaya və s. 
elmlərə də tətbiq olunmuşdur. V.S. Styopinin də haqlı olaraq göstərdiyi kimi 
təməl prinsiplər elmlərin inteqrasiyasında mühüm rol oynayır və müxtəlif 
fənlər çoxluğunda birləşdirici amil olmaqla yanaşı, müxtəlif dissiplinar on-
tologiyalarda invariant kimi çıxış edir (16, s. 331).  
Uzun müddət müxtəlif elm sahələrini birləşdirən yeganə ümumi vasitə 
formal məntiq, təfəkkür formalarının eyniyyəti olmuşdur. Amma XX əsrdən 
başlayaraq bir tərəfdən riyazi məntiqin, ehtimal nəzəriyyəsinin, statistik 
metodların rolunun artması, digər tərəfdən isə  əsrin böyük riyaziyyatçısı 
Lütfi Zadənin irəli sürdüyü qeyri-səlis məntiq təliminin geniş yayılması 
formal məntiq hegemoniyasına son qoymuşdur.  
Elmi biliklər yüksək dərəcədə əlaqələnərək dünyanın vahid elmi mən-
zərəsini təmin etmək istiqamətində toparlanır, inteqrasiya olunur. Onun da 
təməlində elmi biliyin sinkretik biliklər toplusundan ayrılaraq müstəqil bilik 
növü kimi formalaşması prosesi dayanır. Düzdür, tarixən  əməli biliyin bir 
çox formaları elmi bilikdən xeyli əvvəl mövcud olmuşdur, amma müasir 
dövrdə elmi biliklərin rolunun artması heç də o demək deyildir ki, ənənəvi 
bilik formaları daha artıq əhəmiyyətini itirmişdir. Biliklərin təkamülü prose-
sində daha yüksək forma kimi yaranan bilik növləri əvvəlkiləri ləğv etməyə-
rək, onlarla yanaşı mövcud olur.  
Əlbəttə, indiki dövrdə əməli biliklərin bölgüsü ilə elmi biliklərin böl-
güsü arasında tam adekvatlıq yoxdur. Əslində, hər bir insanın malik olduğu 
və adi şüur səviyyəsində qavranılan, gündəlik praktikanın tələblərinə cavab 


Elm fəlsəfəsi 
 
 
- 73 -
verən biliklərin xüsusi təsnifatı aparılmır. Onlara çox vaxt adi biliklər və ya 
əməli biliklər deyirlər. Təsnifat ixtisaslaşma zamanı lazım olur. Yəni müəy-
yən bir sahənin daha dərindən öyrənilməsi həmin sahəyə dair bütün tədqi-
qatlarla tanış olmaq, bu sahədə bütün yeni bilikləri mənimsəmək vəzifəsini 
qarşıya qoyur. Yəni bütün sahələri dərindən mənimsəmək mümkün olmadı-
ğına görə, ixtisaslaşma labüd olur. Müəyyən bir fəaliyyət sahəsində çalışan 
adamların öz ixtisasına uyğun surətdə mənimsəməli olduğu zəruri, təməl bi-
liklər qruplaşdırılır və onlar müəyyən ad altında ümumiləşdirilərək başqa bi-
liklər qrupundan fərqləndirilir. Bu məxsusiləşmiş qrup tədricən yeni bir fən-
nin formalaşması üçün ilkin şərt olur. Daha sonra həmin sahəyə dair tədqi-
qat metodları da məxsusiləşir.  
Yəni elm sadəcə biliklər sistemi kimi başa düşülə bilməz. Bizi ma-
raqlandıran yalnız biliklərin deyil, həm də tədqiqatların vahid sistem halına 
gəlməsidir. Yəni ancaq yekun nəticələrin hansı isə  əlahiddə bir müstəvidə 
sonradan birləşdirilməsi yox, elmi yaradıcılıq proseslərinin öz aralarında 
əlaqəsi və onun da öz növbəsində məlum biliklər sistemi ilə bütöv bir şəbə-
kə halına gətirilməsidir. 
Əlbəttə, elmi biliklərin də öz sistemi vardır. Yəni pərakəndə elmi bi-
liklər müəyyən ümumiləşdirici ideyalar, nəzəriyyələr, təlimlər, metodoloji 
prinsiplər əsasında birləşdirilərək bir tam halına gələ bilər. Düzdür, bu halda 
yenə də bütövlükdə elmi biliklər sistemindən yox, ancaq ayrı-ayrı fənlərdən 
söhbət gedə bilər. Yəni fizika sahəsində, kimya sahəsində və s. bütün bilik-
lər – bir-birini tamamlayan vahid, bütöv bir sistem halına salınır. Lakin hələ 
ki, müxtəlif fənlər öz aralarında rahatca toplana bilmir; arada məsafələr, bö-
yük boşluqlar vardır ki, müəyyən sahələrdə inteqrasiya getsə də, başqa sahə-
lərdə yaxınlaşmalar çox azdır. Lakin elm inkişaf etdikcə yaxınlaşmalar artır, 
yeni  əlaqələndirici – fənlərarası elmlər yaranır.  Əvvəlcə kibernetika, sonra 
sinergetika, bir tərəfdən, müxtəlif elm sahələrinin arasında “boşluğu” dol-
durmaq, digər tərəfdən, yeni metodologiya statusunda çıxış etməklə elmlə 
metodologiya arasında sərhədləri götürmək missiyası ilə çıxış etdilər. Vaxti-
lə vahid fəlsəfədən ayrılmış elm sahələri yenidən fəlsəfəyə yaxınlaşarkən 
belə metodoloji plasdarm yaradırlar. Elmin bütövləşə bilməsi üçün onun tə-
məlində duran ideya daha ümumi, daha inteqrativ xarakter daşımalıdır.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 74 -
Nəticə 
“Elmi biliklər” ümumiyyətlə biliklərdən, artıq bir fənn kimi formalaş-
mış elmlər isə pərakəndə halda olan “elmi biliklərdən” fərqləndirilməsə, təs-
nifat aparmaq mümkün deyil. 
Biliklərin strukturunda məişət və gündəlik təsərrüfatla bağlı biliklərlə 
yanaşı, daha ümumi səciyyə daşıyan və hadisələrin təbiətini izah edən bilik-
lərin keyfiyyətcə yeni forma kimi ayrılması  qədim dövrdə mümkün olma-
mışdır. Yəni biliklər sinkretik halda nəzərdən keçirilmişdir. Elmi biliyin di-
gər bilik formalarından fərqləndirilməsi, demarkasiya şərtlərinin müəyyən-
ləşdirilməsi elm özü bir sistem kimi formalaşdıqdan sonra aktuallaşmışdır.  
Müasir dövrdə elmlərin təsnifatı da biliklərin təsnifatı kontekstində 
aparıldığından, qeyri-elmi biliklərin baxış bucağından çıxarılmasına böyük 
ehtiyac yaranmışdır.  
 
 
Ədəbiyyat 
 
1.
 
Aristotel. Metafizika / çevirəni A.Tağıyev, Bakı, Mütərcim, 2008.  
2.
 
Heydegger Martin. Bilim Üzərinə  İki Ders. Türkcesi: Hakkı Hünler.İstanbul, 
Paradiqma, 1998. 
3.
 
Lourens U.L. İnsan və atom. Atom enerjisinin kəşfi, ondan istifadə olunması və 
onun gələcəyi. Bakı, Azərnəşr, 1975.  
 
4.
 
The basic works of Aristotle, ed. by Richard McKeon, New York, The Modern 
Library, 2001. 
 
5.
 
Аристотель.  Метафизика // Сочинения  в 4-х  томах,  т. 1, М., «Мысль», 
1976. 
6.
 
Бекон Ф. О достоинстве и приумножении наук // Сочинения. В 2-х томах. 
Т. 1. М., «Мысль», 1971.  
7.
 
Бернал Дж. Наука в истории общества. М., Изд-во ИЛ, 1956. 
8.
 
Дракер  П..  Посткапиталистическое  общество // Новая  постиндустриаль-
ная волна на Западе. Антология. М., Academia, 1999.  
9.
 
Кедров Б.М.. Ленин, наука, социальный прогресс. М., Политиздат, 1982. 
10.
 
Месарович М.. Основания общей теории систем // Общая теория систем. 
М., «Мир», 1966. 
11.
 
Молодцова Е.Н.. Естественнонаучные представления эпохи Вед и Упани-
шад // Очерки  истории  естественно-научных  знаний  в  древности.  М., 
Наука, 1982.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə