Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə19/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

Fəlsəfə tarixi 
 
 
- 57 -
Ghazzali and Kant, as characters at whom can show two different thinking form 
and two different cultural structure in their thoughts, in the context of the same 
subject. The article investigates the stages of these two thinkers approaches to the 
topic of transcendental dialectic and tries to display that why and how two different 
cultural worlds incline to this subject.  
 
Keywords: 
Ghazzali, Kant, transcendental dialectic, metaphysics, critical 
philosophy. 
 
Ильяс Алтунер 
 
Трансцендентальная диалектика:  
критика метафизики в философии ал-Газали и Канта 
(резюме) 
 
 В статье  в  контексте  одной  темы  исследуются  сходные  и  отличитель-
ные  черты  философии  ал-Газали  и  Канта  как  личностей,  воплотивших  в 
своих системах различные формы культуры и мышления. Автор анализирует 
этапы  реализации  подходов  обоих  философов  к  теме  трансцендентальной 
диалектики, показывая мотивы, побудившие обратиться представителей двух 
разных культурных миров к данной теме. 
 
Ключевые  слова
:  ал-Газали,  Кант,  трансцендентальная  диалектика, 
метафизика, критическая философия. 
 
Ilyas Altuner
   
 
Transendental dialektika:  
Qəzali və Kant fəlsəfəsində metafizikanın tənqidi 
(xülasə
 
Məqalə iki fərqli təfəkkür formasını və iki fərqli mədəni strukturu öz düşün-
cə sistemlərində  təcəssüm etdirən  şəxsiyyətlər olaraq Qəzali və Kant arasındakı 
bənzər və  fərqli cəhətləri eyni mövzu kontekstində  tədqiq edir. Müəllif hər iki 
filosofun  transendental dialektika mövzusuna  yanaşmasının hansı  mərhələlərdən 
keçərək reallaşdığını araşdırır və iki mədəniyyət dünyasının bu mövzuya hansı 
motivlərin təsiri ilə yönəldiyini göstərməyə çalışır.  
 
Açar sözlər:
  Qəzali, Kant, transendental dialektika, metafizika, tənqidi 
fəlsəfə. 
 


 
 
 
 
 
 
Elm fəlsəfəsi 
 
 
 
  
Elmi biliyin genezisinə dair 
 
 
 
Səlahəddin Xəlilov 
 
 
 
Biliyin əməli fəaliyyətdən ayrılaraq müstəqil dəyər kəsb etməsi sivili-
zasiyanın təməl şərtlərindən biridir. Sivilizasiyanın yeni keyfiyyət mərhələ-
sinə keçidini şərtləndirən  ən mühüm yeniliklərdən biri də  məhz ilk elmi 
biliklərin formalaşması olmuşdur.  
Elmi biliklərin genezisi və tarixi ilə əlaqədar müxtəlif fikirlər mövcud-
dur. Bəzi müəlliflərə görə, elmi bilikdən ancaq elm sistemi formalaşdıqdan 
sonra danışmaq mümkündür. Ona qədər isə biliklər daha çox dərəcədə sin-
kretik xarakter daşımışdır. Lakin, hətta qədim dövrdə də biliklər həm əhatə 
etdiyi sahəyə görə, həm peşəkarlıq və ixtisaslaşma dərəcəsinə görə  məişət 
bilikləri çərçivəsindən kənara çıxmış və əməli fəaliyyət sahələri diferensial-
laşdıqca, biliklər də fərqli çeşidlərə ayrılmışdır. Y.N.Molodsova peşəkar əq-
li fəaliyyətin qaynaqlarını Ved və Upanişad mətnlərinin  əzbərlənməsi və 
mənimsənilməsi ilə əlaqələndirir (11, s. 131)  Bizcə, biliklərin tarixi şüurlu 
insanın (homo-sapiens) formalaşması ilə eyni vaxtdan başlayır. Çünki ger-
çəkliyə şüurlu münasibət əslində hansı isə hadisələrin mənimsənilməsi, söz-
lərlə ifadə olunması  və deməli, ilkin biliklərin yaranması ilə müşayiət 
olunur.  
Tarixin bütün mərhələsində  əməli işdən daha çox, zehni fəaliyyətlə 
 
- 58 -


Elm fəlsəfəsi 
 
 
- 59 -
 
məşğul olan, özünü və dünyanı seyr edən və anlamağa çalışan, daxili və xa-
rici həqiqətləri başqalarından daha yaxşı  mənimsəyən insanlar hikmət sa-
hibi, müdrik hesab edilmişdir. Aristotel anlamında müdriklik təcrübəyə ma-
lik olmaqdan fərqli olaraq, biliklə müəyyənləşir: “Bilik və anlama təcrü-
bədən çox sənətə aiddir və hansısa bir sənəti mənimsəmiş insanı  təcrübəsi 
olandan daha müdrik sayırıq, çünki hər bir kəsdə müdriklik daha çox bilik-
dən asılıdır və bu ondan irəli gəlir ki, sənəti mənimsəmişlər səbəbi bilirlər, 
təcrübə əldə etmişlər isə yox” (1, s. 36). Aristoteldə təcrübə, sənət, elm və 
müdriklik müqayisə olunsa da, hələ elmin ayrıca bir statusu yoxdur. Əslində 
Azərbaycan dilində “elm” kimi təqdim olunan söz rus nəşrindəki “nauka” 
sözündən tərcümədir (5, s. 66). İngilis dilində də bu söz “science” kimi ve-
rilmişdir (4, s. 689). Lakin “science” “nauka”ya nisbətən daha məhdud olub 
təbiət elmlərini nəzərdə tutur. Con Bernalın yazdığına görə, “science” sözü 
yaxın zamanlarda daxil edilmişdir. İlk dəfə “alim” (“scientist”) sözünü Ve-
vel 1840-cı ildə “İnduktiv elmlərin fəlsəfəsi” kitabında istifadə etmişdir (7, 
s. 19).  
Qədim yunan dilində isə müasir “elm” sözünün qarşılığı olaraq bir ne-
çə söz göstərilir, məsələn: 
μαϑημα, ατος, επιστημη (15, s. 536). Bu sözlər 
isə  təkcə “elm” kimi yox, həm də “hərf”, “yazı” və  nəhayət, “ədəbiyyat” 
mənalarında da işlənir.  Əksinə, rusların “iskusstvo” kimi, bizimkilərin isə 
“sənət” və  bəzi yerlərdə “incəsənət” kimi tərcümə etdiyi söz isə orijinalda 
τεχνη kimidir. Qədim yunan dilindəki τεχνη sözü isə müasir dillərdə əsa-
sən üç mənanı ifadə edir ki, bunlardan biri məhz “elm”dir. Digər iki söz rus 
dilində “iskusstvo” və “remeslo” kimi verilir. Azərbaycan dilində bu sözlər 
hər ikisi “sənət” kimi verildiyindən, bəzən kontekst aydın olmur. Əslində 
Aristoteldə 
τεχνη sözü məhz “remeslo” mənasında işlədilir. Rus lüğətlərin-
də bu söz “istehsal və xidmət sahəsində istifadə olunan maddi vasitələr və 
intellektual biliklər” kimi izah olunur (12, s. 893). Lakin Aristotelin rusca 
nəşrlərində “iskusstvo” sözündən daha çox istifadə olunur, hətta riyaziyyat 
da məhz onun bir qolu kimi təqdim olunur. Maraqlıdır ki, Platon “bilik” an-
layışını tədqiq edərkən, onun iki fərqli mənasını qeyd edir. Birincisi, məhz 
sənət – ruscasında “iskusstvo” mənasında (Platon, misal üçün, tibb sənətin-
dən bəhs edir) (13, s. 319); ikincisi, “bilik” anlayışının özü, “bilik haqqında 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə