Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə15/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 44 -
dəfə müraciət edəndə bir daha buna əmin oluruq. Fəlsəfi yüklü poeziyanın 
missiyası, fəlsəfi tutumu və gözəlliyi haqqında tədqiqatçı-alim A.Hacıyeva  
belə deyir: «Orta əsrlərdən fəlsəfi poeziya, başqa sözlərlə, poetik formalara 
girmiş  fəlsəfə, bir növ, ictimai şüurun qadağan edilmiş incəsənət növlərini 
və elmi, fəlsəfəni özündə təcəssüm edirdi. Görünür, buna görədir ki, fəlsəfi 
poeziya nümunələri bizi misraların qəlbi riqqətə gətirən musiqisi, obrazların 
parlaqlığı, rəngarəngliyi,  əyaniliyi və onların arxasında gizlənən dərin dü-
şüncələrin, mənaların zənginliyi ilə heyran edir. İstər professional fəlsəfə-
nin, istərsə də dini – mistik-fəlsəfi cərəyanların təsirinin hiss edildiyi həmin 
əsərlərdə dövrün dünyaanlamı və dünyaduyumu öz əksini tapmışdır» (3, s. 
137). Həqiqətən özündə fəlsəfi təfəkkürlə estetik gözəlliyi ahəngdar surətdə 
birləşdirən sənət fəlsəfi poeziya səviyyəsinə yüksələ bilər. 
Azərbaycanın görkəmli söz sənətkarları Nizaminin, Nəsiminin və 
Füzulinin poeziyası ezoterik «söz xəzinəsi»dir ki, burada dərk edilməsi üçün 
yüksək erudisiya tələb olunan sözlərdən, çoxmərtəbəli metaforalardan, anla-
şılması bəzən mümkün olmayan söz – kodlardan məharətlə istifadə olunub. 
Bəşəriyyətin ağıllı, müdrik insanları öz sakral biliklərini gələcəyə ötürmək
eyni zamanda, onları təcavüzlərdən və düzgün olmayan münasibətlərdən qo-
rumaq üçün kod sistemi kəşf etmişlər. Fəlsəfi-bədii əsərlərin, fəlsəfi poezi-
yanın ezoterizminin kateqorial aparatı daha çox rəmzlər, metaforalar, analo-
giyalar və  məna-obrazlar  şəklində özünü göstərir, yəni rəmzi və metaforik 
dillə dünyanın və onun dərkinin əks olunması baş verir. Bu cəhət həm Uzaq 
Şərq, həm İslam Şərqi, həm də Qərb bədii-fəlsəfi əsərlərində özünü göstərir. 
Belə əsərlərdə əsas ideya ümumi məna formasında yox, bədii obrazlar for-
masında çatdırılır. Obraz, özünün rəmzi forması ilə vəhdətdə, Varlığın həqi-
qətinin dərk olunmasında  əsas üsuldur. Həyatın dərki, idrak prosesinin 
rəmzləşdirilməsi haqqında görkəmli mistik-şair Əbu Turxan belə deyir:  
 
İdrakı rəmz bilib bir gül sandılar, 
Aqil olanları bülbül sandılar. 
Vaxt keçdi, rəmz itdi, sonra gələnlər 
Yalnız bülbül ilə gülü andılar.  
 


Fəlsəfə tarixi 
 
 
- 45 -
Bədii  ədəbiyyatda metafora, alleqoriya adlandırılan belə sistem «yol 
verilməz» informasiyaların bizim şüurumuz tərəfindən dərk olunmasına kö-
mək edən vasitədən başqa bir şey deyil. Metafora koqtiniv funksiya daşıdıq-
da elmi biliklər əldəetmə vasitəsi olaraq nəzəri dil ünsürünə çevrilir. Antik 
dövr filosoflarından ilk dəfə «metafora» sözünü işlədən Aristotelin (e.ə. 
384-322) metaforaya münasibəti ikilidir. Belə ki Aristotelə görə, metafora 
kifayət qədər nəzəri əhəmiyyəti olmayan bir şeydir, necə ki, poeziya və rito-
rika nəzəri idrak prosesində elə bir əhəmiyyət daşımır. (6). Burada biz Aris-
totelin metaforaya və poeziyaya estetik dil ünsürü və forma kimi baxışını 
görürük. Digər tərəfdən, o, göstərir ki, metafora hələ adı olmayan şey haq-
qında məlumat verməyə xidmət edir, bununla da yeni biliklər çatdıraraq bizi 
təlimləndirir. Aristotelə görə, metafora o zaman qiymətlidir ki, o, qarşıya 
qoyulmuş məqsədə çatdırır, belə ki o, öyrədicidir, nəzəridir və aydındır. (6). 
Poeziyaya gəldikdə isə, Aristotel onun digər sənət növlərindən fərqli olaraq 
daha fəlsəfi və daha ciddi olduğunu söyləyir. Bu fikirlərdə böyük filosofun 
metaforaya və poeziyaya dərin elmi-koqnitiv münasibətini görürük.  
Metaforanın nə dərəcədə dərin məna kəsb etməsi müəllifin idrak im-
kanlarının genişliyindən asılıdır. Fəlsəfi-ezoterik funksiya daşıyan metafo-
raların, rəmzlərin koqnitiv semantikasını səthi şərhetmədə dərk etmək müm-
kün deyil. Ona görə də onları hərfi mənada şərh etməyə başlayan andan mü-
bahisələr yaranmağa başlayır. Fəlsəfi-mistik  əsərlərin hərfi mənası onların 
ilk səviyyəsi, ən dar mənasıdır. Füzuli deyir:  
 
Gərçi surətdə şəriki-bəşəriyyət çox olur
Dərki-əsrari-həqiqət dili-dana eylər. 
Az olur qabili-idraki-rümuzi-mə’qul,  
Sanma hər xaki qəza alimi-əsma eylər. (2, 141) 
 
Bu beytlərdə Füzuli deyir ki, surət aləmini başa düşənlər çox olsa da, 
həqiqətin sirlərini yalnız ürək alimi, qəlb alimi dərk edər. Rəmzləri dərk et-
məyə qabil olan azdır, tale hər torpağı (kamal sahibləri üçün ruhunu tanıma-
yan və buna görə də özünü fiziki bədən olaraq qəbul edən insanlar torpaq-
dan başqa bir şey deyil) səmaların sirrini tədqiq edən alim etməz.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 46 -
Görkəmli fransız filosofu Montenin (1533-1592) ezoterik bilikləri 
qəbul etməyən rasional təfəkkürlü alimlər haqqında tənqidi qeydləri belədir: 
«Həqiqətə və onun əlamətlərinə cavab vermədiyi güman edilən şeyləri yalan 
saymaq və onlara məhəl qoymamaq səfeh təkəbbürə sübutdur; bu, özlərinin 
adi insanlardan istedadlı olduqlarına inananların buraxdığı səhvdir… Amma 
idrakım mənə öyrədib ki, bir şeyin yanlış və qeyri-mümkün olduğunu qətiy-
yətlə söyləmək ona bərabərdir ki, Allahın iradəsi ilə  təyin olunmuş  sərhəd 
və hüdudları bilmək imtiyazını özünə aid edəsən, Ana təbiətin qüdrətini öz 
ətəyinə bağlayasan; bu dünyada onları öz qabiliyyətimizin və  məhdudiy-
yətimizin ölçülərinə qədər əskiltməkdən böyük ağılsızlıq yoxdur» (11, 395). 
Cəsarətlə demək olar ki, müasir oxucular üçün orta əsr fəlsəfi poeziya-
sı onu yaradanların varlığının, idrakının enerjisi hopdurulmuş ruhi qida – 
ezoterik biliklərin ensiklopediyasıdır. 
 
Nətiсə 
Ezoterik biliklər, fərqi yoxdur, dini kitablardan əldə edilmiş olsun, 
müxtəlif nəzəri-fəlsəfi  ədəbiyyatdan, klassik poeziyadan, ya da ən yaxşı 
halda, şəxsi təcrübə vasitəsilə əldə olunsun, bütün hallarda insanın dünyanı 
və özünü dərki prosesini tənzimləyir. Dünyanın dərki, ilk öncə, özünü dərk 
müstəvisindən başlayır və belə səviyyədə əldə olunan hər bir kiçik uğur, ye-
ni səviyyəyə qalxmaq üçün təməl olur. Dünyanın dərki belə təməllərin çox-
luğu ilə, möhkəmliyi ilə dərinləşir və genişlənir, dünyanın dərki rasional və 
irrasional biliklərin vəhdətində mükəmməlləşir. 
 
Ədəbiyyat 
 
1. Bünyadzadə K. Şərq və  Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı: 
Nurlan, 2006. 
2. Füzuli. Əsərləri: 5 cilddə, IV c. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1961. 
3. Hacıyeva A. Hermenevtika Şərqdə. Bakı: Adiloğlu, 2006. 
4. Nizami Gəncəvi. Sirlər xəzinəsi (Filoloji tərcümə). Bakı: Elm, 1981. 
5. Nizami Gəncəvi. Xosrov və Şirin (Filoloji tərcümə). Bakı: Elm, 1981. 
6. Аристотель. Поэтика. www.philologos.narod.ru/classics/aristote… 
7. Бердяев Н.А. Философия свободы. Москва: АСТ, 2007. 
8.  Бердяев  Н.А.  Философия  свободного  духа. http: // 
www.vehi.net/
 
berdyaev/fsduha/o.html 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə