Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə12/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

Fəlsəfə tarixi 
 
 
- 35 -
rənmiş, mənimsəmiş olublar ki, bu naqislik də hazırda hər iki təfəkkürdə 
özünü aydın şəkildə göstərir.  
 
Nəticə
 
Beləliklə, fəlsəfə tarixinin və ümumiyyətlə  fəlsəfi düşüncə tarixinin 
əhəmiyyətli bir mərhələsi – məhz düşüncənin qütbləşərək Şərq və Qərbə bö-
lünməsi mərhələsi olan XVIII-XIX əsrlərin tədqiqi bir sıra maraqlı, müəy-
yən baxımdan ziddiyyətli nəticələrə gətirdi. Onları qısaca, tezis şəklində çat-
dıraq. 
Birincisi, dövr özündə XVII əsrin nəticəsini, yəni həmin vaxtlar gedən 
proseslərin məntiqli sonluğu idi. Filosofların görüşlərində istər humanizm, 
istər azad təfəkkür, istər xristianlığa qarşı asilik və etiraz, istərsə də təbiətin 
öyrənilməsi və elmin inkişafının təşviqi ideyalarına rast gəlmək olur. Bu 
ideyalar bir tərəfdən, inqilablar, dinin özündə yeni cərəyanların yaranması 
kimi özünü göstərirsə, digər tərəfdən, məhz bu istiqamətdə, yəni milli ideo-
logiya, cəmiyyət və dövlət quruculuğu, dövlət və insan münasibətləri ilə 
bağlı əsərlər yazılmağa, eyni zamanda, elmi kəşflər və ixtiraların artması, ən 
əsası isə təcrübə və nəzəriyyə arasında sıx əlaqənin və bir-birini stimullaşdı-
ran proseslərin artması müşahidə edilir.  
İkincisi, dini kökündən, üzvi şəkildə bağlı olduğu vahid bir sistemdən 
ayrı düşməsi və bununla paralel olaraq maddi dünyaya – naməlum, qaranlıq, 
nəhəng və sonsuz biz varlıqla üz-üzə qalması müvafiq olaraq insanın təfək-
küründə iki istiqamətin yaranmasına səbəb oldu. Bir tərəfdən, insanın özü-
nə, özü ağlına güvənini artırdı və onu var olduğu dünyada – maddi dünyada 
özünü mütləq hakim kimi hiss elətdirirdi. İnsan güc və qüdrət sahibi idi, öz 
iradəsi ilə öz cəmiyyətini, öz hakimiyyətini bərqərar etmək iqtidarında idi.  
Digər tərəfdən, boşluğa düşən, mənəvi dəstəyini, sonralar isə ümumiy-
yətlə ilahi aləmlə  əlaqəsini itirən insan mərhələ-mərhələ skeptisizmə, ro-
mantizmə, pessimizmə  və  nəhayət, aqressivliyə, nihilizmə qapanır. Bütün 
bu yaşanan hisslər, düşüncənin keçdiyi mərhələlər insanın bir növ dəstək ax-
tarması, maddi çərçivədə  çıxılıb boğulan mən-inə bir çıxış yolu, genişlik 
aramasıdır.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 36 -
Üçüncü vurğulanmalı olan fakt insanın kamilliyi məsələsidir. Həmin 
dövrün filosoflarının görüşlərinin təhlilindən belə məlum oldu ki, əvvəla, bu 
dövrdə kamilliyin meyarları artıq orta əsrlərdəkindən çox fərqli idi. Artıq 
mənəvi keyfiyyətlər deyil, zahiri keyfiyyətlər ön planda dururdu, insanın Ali 
varlıq yanında deyil, cəmiyyətdə və ümumiyyətlə maddi dünyadakı mövqe-
yi onun kimliyini və mənliyini təyin edirdi. Bu səbəbdən artıq insanın niy-
yəti, ağlı, iradəsi və  məqsədləri də bu istiqamətdə  və bu çərçivədə inkişaf 
edirdi. Yəni insan hansı isə mücərrəd, ilahi obraza yaxın bir obrazın deyil, 
özünün təyin etdiyi bir kamillik etalonuna doğru can atırdı. Bunun nəticəsi 
idi ki, orta əsrlərdə eyni bir kamillikdən söz edə bildiyimi halda, XVIII-XIX 
əsrlərdə belə paralel aparmaq mümkün deyil. Nəinki  Şərq və  Qərb insanı 
fərqli kamilliyə doğru can atdı, hətta Qərbin özündə də bu fenomen hər mil-
lətə, hər cəmiyyətə uyğun olaraq dəyişdi. Onu da mütləq əlavə etmək lazım-
dır ki, biz dövrün aparıcı xəttindən və ideyasından danışırıq.  
  
 
Ədəbiyyat 
 
1.
 
Bünyadzadə K. Şərq-Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı, Nurlan, 
2006. 
2.
 
Emin O. Cemaleddin Afgani // İslam Düşüncesi Tarihi.... 
3.
 
Engels F. Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu // K.Marks və 
F.Engels. Seçilmiş  əsərləri üç cilddə. C. 3, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 
1983. 
4.
 
http://filosof.historic.ru/books/item/f00/s00/z0000005/index.shtml 
5.
 
Xəlilov S. Sivilizasilararası dialoq. Bakı, Adiloğlu, 2009, s.88-89. 
6.
 
İqbal Məhəmməd. Bilik və təcrübə // Fəlsəfə və sosial-siyasi elmlər, № 4, 
2008, s. 189.  
7.
 
Kadir C.A. İslam dünyasında Geriləmə // İslam Düşüncesi Tarihi. Ed. 
M.M.Şerif. Cild 4. İstanbul, İnsan Yayınları, 1991. 
8.
 
Sıddıkı A. Şah Veliyullah Dehlevi // İslam Düşüncesi Tarihi.... 
9.
 
Yakın ve Orta Doğuda Rönesans // İslam Düşüncesi Tarihi... 
10.
 
Бердяев  Н.А.  Смысл  истории.  Новое  средневековье.  Сост.  и  комм. 
В.В.Сапова. М., Канон+, 2002. 
11.
 
Вольтер. Из «Философского словаря»; Бог и люди; Вопросы о чудесах. 
М., Мир книги, Литература, 2006. 
12.
 
Вольтер. Метафизический трактат // Философские сочинения. 


Fəlsəfə tarixi 
 
 
- 37 -
13.
 
Вольтер.  Философские  письма // Философские  сочинения.  М.,  Наука, 
1989. 
14.
 
Габитова  Р.М.  Философия  немецкого  романтизма:  Гельдерлин, 
Шлейермахер. М., Наука, 1989. 
15.
 
Даан-Дальмедико  А.,  Пейффер  Ж.  Пути  и  лабиринты.  Очерки  по 
истории математики. М., «Мир», 1986. 
16.
 
Кант И. Основоположения метафизики нравов. М., 1994. 
17.
 
Кассирер  Э.  Опыт  о  человеке:  введение  в  философию  человеческой 
культуры.  Что  такое  человек? // Проблема  человека  в  западной  философии. 
М., «Прогресс», 1988. 
18.
 
Маркс Карл. Тезисы о Фейербахе.  
19.
 
Маркс  Карл,  Энгельс  Фридрих.  Сочинения.  Издание  второе.  Том 
третий.  
20.
 
Паскаль.  Мысли // Человек:  Мыслители  прошлого  и  настоящего  о  его 
жизни,  смерти  и  бессмертии.  Древний  мир – эпоха  Просвещения.  М., 
Политиздат, 1991. 
21.
 
Порозовская  Б.Д.  Жан  Кальвин // Ян  Гус.  Лютер.  Кальвин.  Цвингли. 
Патриарх Никон: биогр. повествования. Челябинск. «Урал LTD», 1998. 
22.
 
Рассел Б. Мудрость Запада. М., Республика, 1998. 
23.
 
Хайдеггер М.. Европейский нигилизм // Проблема человека....  
 
 
Prof.Dr. Konul Bunyadzade 
 
The Phenomenon of the Human in the History of Philosophy  
(XVIII-XIXth Centuries)  
(summary) 
 
XVIII-XIXth centuries are very important period of the history of philo-
sophy. As a matter of fact the spread of the ideas that occured in the Renaissance 
period, the formation of the national identities, the development of the science in 
the Europe, and polarization of Eastern and Western ideas coinside with the period 
in question. The article examines the impacts of the period in question on the 
phenomenon of the human and analyses its development direction in the conditions 
of that period.  
XVIII-XIXth centuries are also beginning of the dominance of the Western 
thought in the other regions of the world. In this context the author emphasises that, 
if we want to know the human of XVIII-XIXth centuries both in the West and in 
the East, first of all we need to know the western human. 
 
Key words: 
eastern thought, western thought, scholastic philosophy, the 
phenomenon of human, sufism, belief, reason. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə