Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə14/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

Fəlsəfə tarixi 
 
 
- 41 -
sına qədərki təcrübəsi, həmçinin belə haçalanmadan yaranan münasibətlərin 
batini tərəfidir. Varlığın dərk edilməsində irrasionala tam üstünlük verən di-
ni filosof N.A.Berdyayev (1874-1948) bu işdə ağılla ruhun vəhdətini vacib 
sayaraq belə yazır: «Canlı  həqiqət, bütöv həqiqət yalnız intellektual yolla, 
mühakimə yolu ilə açıla bilməz; onunla (həqiqətlə – M.A.) ancaq ruhani hə-
yat təcrübəsində təmasda olmaq mümkündür. Ağıl özünün təcrid olunmuş, 
ayrılmış mövcudluğuna son qoymalı  və ruhun dolğun, tam həyatı ilə üzvi 
surətdə yenidən birləşməlidir. O zaman şüurlu dərketmə mümkündür. Varlı-
ğı dərketmə təcrübədə verilir, lakin o, heç vaxt rasionallaşdırılmış təcrübədə 
bəlli olmur. Subyekt və obyektə parçalanma mərhələsinə  qədərki dövrdə 
varlıq yalnız dini, mistik təcrübədə bəlli olur. Fəlsəfə üçün qidanı, materialı 
yalnız orada axtarmaq lazımdır» (7, s. 23). Ezoterizmin ehtiva etdiyi belə bi-
liklər idrak nəzəriyyəsinin ana xəttini, cövhərini təşkil edir. «Qərb fəlsəfə-
sində irrasional bilik, əsasən, qnosis termini ilə eyniləşdirilir və ya yaxın 
mənalı sözlər kimi qəbul edilir… Şərq fəlsəfəsində irrasional bilik mərifət 
kimi məlumdur. Ədəbiyyata ilk dəfə sufi mütəfəkkir Zu’n-Nun Misri tərə-
findən gətirilən mərifət termini yalnız bilik əldə etmə deyil, həm də irfan 
(batini məna), kəşf, ilham, intuisiya kimi anlayışları özündə cəmləşdirən bir 
anlamdır» (1, s. 21). Təsəvvüfün idrak nəzəriyyəsinin  əsasını  təşkil edən 
mərifət «insanın müəyyən mənəvi inkişafının, yəni fövqəlaləmlə ünsiyyəti-
nin, yaşadığı hal və məqamların nəticəsidir» (1, s. 22). Mərifət zaman föv-
qündə yaşanılan mistik təcrübədə əldə edilən özünüdərk və özünüdərk vasi-
təsilə Allahı dərketmədir ki, bu da dünya ezoterizminin, o cümlədən, Azər-
baycan fəlsəfi poeziyasının ezoterizminin ana xəttini təşkil edir. Ezoterik bi-
liklərin batini obrazı, onların dolğunluğu bu və ya digər dinin zahiri forma-
larına bürünür. Məsələn, sufilik müsəlman  ənənələrini özündə ehtiva etsə 
də, onun sərhədlərindən çox-çox genişdir, eynilə də kabbala iudaizmin, isi-
xazm pravoslav xristianlığın, kvietizm katolik xristianlığın  ənənələrinə 
bürünür.  
Aydın olur ki, müxtəlif zamanlarda və müxtəlif məkanlarda yazıya 
alınmış ezoterik biliklər zahiri formalarına – ifadə tərzinə, üslubuna, vasitə-
lərinə və s. əlamətlərinə görə fərqləndirilsələr də, mahiyyətcə eyni şeyi ifadə 
edirlər.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 42 -
 
Ezoterizmdə insan faktoru 
Ezoterizm həm də insan və aləm haqqında təsəvvürləri maddi keyfiy-
yətlərlə məhdudlaşdırmadan onlarda makro- və mikrokosmosun vahidliyini, 
makro- və mikrokosmosda gizli qüvvələrin mövcudluğunu təsdiqləyən, bü-
tün şeylərin batini mahiyyətini dərk etdirməyə yönələn təlim metodudur ki, 
onun da əsas ölçü vahidi insandır. Həm  Şərq, həm də  Qərb ezoterizminin 
əsas məqsədi insana özünü dərk etməkdə köməklik göstərməkdir. İnsan hər 
şeyə ölçüdürsə, birinci növbədə, o, bu ölçünün həm xarici, həm də batini 
mahiyyətini anlamalıdır. Qidanın dadı olduğu kimi, hər  şeyin də batini 
mənası var. A.Y.Bertels deyir ki, insanların cahilliyinin və imansızlığının 
səbəbi bütün yaradılışı batil hesab etmələrindədir (9, s. 230).  
Ona görə də mikronu (özünü) anlamadan, makronu (xarici aləmi), var-
lığı və Yaradanı anlamaq mümkün deyil. Bu barədə klassiklər belə söyləyir-
lər:  
 
Özünü tanı ki, mənalar yolu ilə  
Özünü tanısan, Allahı da tanıyarsan. (5, s. 316) 
 
Gözünü (İlahinin) köməyi ilə bəsirətləndirib o,  
Özünü tanıyaraq Tanrını tanıdı. (4, s. 138) 
 
Özünü dərk etmək insanlığın  ən qədim və  ən müşkül problemidir. 
Təsadüfi deyil ki, qədim yunan şəhəri Delfdə tikilmiş Apollon məbədinin 
üzərində belə sözlər yazılıb: «Özünü dərk et!». Bu ideyanı formaca müxtə-
lif, məqsədcə eyni olan bütün dini-mistik cərəyanlar özündə ehtiva edir. 
«Mistik səviyyədə dinlər arasında əhəmiyyətli fərq yoxdur, belə ki, təcrübə 
hər birində, faktiki olaraq, eynidir» (13, s. 117). «Özünü dərk et» ideyası 
çox dərin mistik təcrübəyə əsaslanır. Ona görə də deyirlər ki, özünü dərket-
məni təlqin edən «din və mistika fəlsəfənin kökü, onun həyatı əsasıdır» (7, 
s. 23). Bir sıra dinlər (induizm, buddizm, sihhizm, daosizm) güclü mistik 
ənənələrə bağlı olduğu halda, bəzi dinlərdə belə ənənələr özünü, demək olar 
ki, çox zəif göstərir, ancaq onların içərisindən intişar etmiş dini-mistik tə-
limlərdə (islamda təsəvvüf, hərçənd onun islamdan əvvəl yarandığını söylə-
yən mənbələr də var, lakin bu məsələyə münasibət bildirməkdə  hələlik 


Fəlsəfə tarixi 
 
 
- 43 -
bitərəf qalırıq), iudaizmdə kabbala, xristianlıqda xristian mistisizmi) mistik 
təcrübə ana xətti təşkil edir. Lakin dini yolla mistik yolun çox dərin fərqləri 
də var. İnsanın özünü, kainatı, Allahı dərkində mistikaya müstəsna yer ayı-
ran Nikolay Berdyayev belə yazır: «İnsanla onu Yaradan arasında 
dməsafəyə  əsaslanan və insanın acizliyini və  zəifliyini təlqin edən dini 
dünyagörüşdən fərqli olaraq, mistika üçün insanla Allah arasındakı 
transsendent vəziyyət və insanın acizliyi həyat sirlərinin, mövcudluğun 
sirlərinin son həqiqəti deyil. İmmanentlik hər cür mistikanın özəyidir» (8). 
Mistik təcrübə həqiqət axtarışında olanın keçdiyi mistik yoldur, introspektiv 
təcrübə yoludur. Ezoterizm isə bünövrəsi mistika üzərində qurulmuş 
möhtəşəm bir tikilidir. «Mistik təcrübədə insan özünün qapalı ruhi 
çərçivəsindən çıxıb varlığın ruhi ilkin əsası ilə  təmasa girir… Mistika 
fərdiliyin dəf edilməsi və fərdilik halından çıxmadır. Mistika ruhani həyatın 
həm dərinliyi, həm də zirvəsidir» (8). İntrospektiv  Şərq fəlsəfi məktəbi 
həmişə  Qərb üçün örnək olmuşdur. Ezoterizmi, bir elm olaraq, Şərq 
fəlsəfəsinin işığı ilə tədqiq etmək lazımdır. «İslamın qərb tədqiqatçıları üçün 
müsəlman mistisizmi o qədər cazibəli göründü ki, onun praktik tərəfi ilə, 
həqiqətən, bağlı olan şeylərə ayıqlıqla baxmaq zərurəti yaranıb» (13, s. 
117). Trimingemin bu fikrinə oxşar fikri XIX əsrin məşhur teosofu Yelena 
Blavatskaya da irəli sürmüşdür (Bax: 10, s. 34). 
Həqiqətən, dərin simvolizmi, rəngarəng koloriti, qeyri-adekvat ifadə 
formaları ilə  fərqlənən  Şərq ezoterizmi və onu «qidalandıran» mistik 
ənənələr Qərb üçün zəngin məxəzdir.  
 
Klassik poeziya ezoterik ədəbiyyat kimi  
Ezoterik  ədəbiyyatda lirik qəhrəman hər zaman insan olub. İnsan və 
Tanrı münasibətləri və bununla bağlı bütün estetik, psixoloji, emosional ka-
teqoriyalar və keyfiyyətlər poeziyada rəmzlərlə verilib. Bu baxımdan fəlsəfi 
poeziya bir «güzgü» olaraq Tanrının həyatda, təbiətdə «görünən» və «gö-
rünməyən» emanasiyalarını, hiss olunan və olunmayan keyfiyyətlərini özün-
də əks etdirən qüdrətli bədii silahdır, – desək, səhv etmərik. Şərq müdriklik 
rəmzi olub və  Şərqin görkəmli söz ustadları belə  bədii silahdan çox mə-
harətlə istifadə ediblər. Böyük sənətkarların qələmindən çıxmış əsərlərə hər 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə