Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 32 -
ruyub saxlamağa çalışırdılar. Bu iman insanın yalnız ürəklərdə, mənəvi dün-
yada olduğu üçün maddi dünyada insana heç bir məhdudiyyət qoymurdu. 
Volter yazır: «Allahda azadlıq istədiyi şeyi düşünmək və hər şeydə öz iradə-
si ilə hərəkət etməkdir. Allahın insana verdiyi azadlıq isə bəzi fikirlər üzə-
rində diqqətini cəmləmək və müəyyən hərəkətlər etmək üçün zəif, məhdud 
və keçici bir bacarıqdı (12, s. 261). İkinci azadlığı uşağın və heyvanın azad-
lığına bənzədən Volter bununla məhz danılmaz bir həqiqəti vurğulayır – Al-
lah insana düşünmək bacarığı və seçim üçün iradə verib, bundan düzgün is-
tifadə edə bilməyən kəslər ya heyvan və uşaqdan fərqlənməyəcək, ya da din 
adı altında qətllər törədən dağıdıcı bir qüvvəyə çevriləcək.  
İman və ağılın insan təfəkküründəki rolunu və əhəmiyyətini dəqiq təs-
vir və təyin etmək üçün onları tərəzinin iki gözünə bənzətmək olar. Belə ki, 
orta  əsrlərdə  ağıldan qat-qat ağır gələn iman (söhbət kilsədən deyil, məhz 
imandan gedir) əsrlər keçdikcə yüngülləşməyə və dəyərsizləşməyə başladı. 
Məsələn, XV əsrdə Kuzanlı Nikolay hər nə qədər “təəssüf etsə də ki, sxolas-
tika “ölçə” bilmir” və tədqiqatçıların fikrinə görə, “onun hər biliyi ölçmək 
ideyası müasir elmin inkişafının başlanğıcından xəbər verirdi,” (15, s. 38) 
bununla belə, o, insanın mahiyyətini və kamilliyini ilahi aləmlə əlaqədə və 
imanın gücündə görürdü. Ondan bir neçə  əsr sonra yaşayıb-yaradan, gör-
kəmli ingilis riyaziyyatçısı, astronomu və fiziki, elmdə neçə böyük yenilik-
lərə, ixtiralara imza atmış İsaak Nyutonun (1643-1727) da Allaha imanı heç 
vaxt onu tərk etməmişdir. Volterin də bildirdiyi kimi, “Nyutonun bütün fəl-
səfəsi hər şeyi yaradan və öz istəyinə görə nizamlayan ali varlığın dərkinə 
gətirir” (12, s. 275). Lakin bu iman sadə bir itaət deyildi, ağlının, ideyaların 
daha ali bir mənbədən qidalanması demək idi: “Nyuton dərindən Allahın 
varlığına əmin idi və bu söz onun üçün yalnız sonsuz varlıq, əbədi və yara-
dıcı deyil, həm də özü ilə yaratdığı arasında müəyyən əlaqələr quran Rəbdir: 
axı bu əlaqə olmadan Allahın dərki sadəcə bir nəticəsiz ideya olardı...” (12, 
s. 275). Başqa sözlə desək, burada ön plana ağıl keçir, iman isə bu ağıla 
hərəkət və enerji verən mənbəyə çevrilir.  
Təbii ki, bütün bu proseslər, təfəkkürlərin başqa bir istiqamətdə  və 
fərqli ideyalar uğrunda çalışması kilsənin də  nəzərindən yayınmırdı. Artıq 
inkvizisiya da aciz idi. Eyni zamanda, alimlərin kilsəyə nifrət bəsləməsini 


Fəlsəfə tarixi 
 
 
- 33 -
yeni bir təhlükə də adlandırmaq olardı. Volter bunu belə təsvir edir: “Ya kil-
sə dini alimlərə verməli idi, ya da onlardan imtina etməli idi. O, ikinci yolu 
seçdi. Nəticədə alimlər həm kilsədən, hə də dindən aralanmağa başladılar” 
(12, s. 275). Və hər nə qədər alim və mütəfəkkirlər ənənəvi dindən ayrı bir 
imandan söz etsələr də, istər-istəməz insanlarda, xüsusilə söz və düşüncə sa-
hibi olan insanlarda kilsə ilə paralel olaraq imandan, Allahda, ilahi aləmdən 
də üz çevirməli olurdu.  
Bu sadəcə elm və dinin yollarının ayrılması demək deyildi, bu, daha 
dəhşətli bir prosesin – yüksək düşüncə sahibinin imandan ayrılmasının, 
maddi və  mənəvi aləmlərin  əks qütblərə uzaqlaşmaqlarının başlanğıcı idi. 
Maraqlıdır ki, bəzi müəlliflər bu dövrü bəzən Renessans dövründə formalaş-
mış insan haqqında yüksək ideyaların, bəlkə də xəyalların məhvi adlandırır-
lar.  
Renessans dövründən azadlıq hissi, qardaşlıq və bütün dinlərin bir gün 
eyni vahid nöqtəyə çatmaq arzusu, humanizm və bərabərlik, ədalət hissi ilə 
bərabər sonrakı əsrlərə miras qalmış Ağıl XVIII əsrdə tədricən digərlərini öz 
təsiri altına almağa başladı  və XIX əsr artıq tam bir əminliklə rasionalizm 
əsri oldu. Əlbəttə, hər nə qədər bu dövrdə romantizmin, idealizmin, hətta ir-
rasional təfəkkürün müəyyən təzahürlərini tapmaq mümkün olsa da, bunla-
rın özündə də aparıcı xətt rasionalizm idi. “Elmə yönəlmə və onun möhtə-
şəm nailiyyətləri qarşısında diz çökmə real olaraq D'Alamber və Didronun 
1750-ci ildə başlamış  və 1765-ci ildə bitmiş “Ensiklopediyaların” və ya 
“Elmlərin, sənətlərin və peşələrin izahlı lüğəti”nin nəşrində təzahür etdi. Bu, 
bəşəriyyətin XVIII əsrə kimi toplanmış sahibkar-iqtisadi, siyasi, hər şeydən 
əvvəl isə  mədəni, intellektual təcrübəsinin yekunlaşdırılması idi – əlbəttə, 
maarifçi görüşlərin prizmasından “keçirilmiş” halda” (4).  
Burada əhəmiyyətli bir əlavə edək. Məlum olduğu kimi, Qərb təfəkkü-
rü özünü yunan fəlsəfəsinin varisi bilir. Bu fikrə bir az da düzəliş versək, 
Aristotel fəlsəfəsinin varisi. Səlahəddin Xəlilov belə yazır: “Coğrafi prinsipə 
istinad etməklə  Qərb antik mədəniyyəti qeyd-şərtsiz özününküləşdirir və 
özünü qədimlərə aparıb çıxarır, «əsil-nəcabət qazanır» və bu zaman qədim 
yunanlarla özləri arasında körpünün başqa bir millət, başqa bir dini icma, 
başqa bir mədəniyyət tərəfindən atıldığını nə üçünsə «yaddan çıxarır» (5, s. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 34 -
88-89).” 
Bu da məlumdur ki, xristian Avropasında uzun əsrlər boyu Aristotelin 
kitabları dinə zidd, küfr yayan kitablar kimi qadağan olunmuşdu. Geniş 
təfərrüata varmadan, elə Umberto Ekonun tarixi həqiqətləri təsvir edən “Qı-
zılgülün adı” romanının süjet xəttini xatırlatmaq yetər. Yalnız bir neçə  əsr 
sonra onlar elə  həmin kitabları  İslam mütəfəkkirlərinin  şərhində böyük 
məmnunluqla qəbul ediblər. Dediklərimizə nümunə olaraq, İbn Sinanın və 
İbn Rüşdün təsiri ilə Avropada yaranmış İbn Sina məktəbini və averroizmi 
göstərmək kifayət edər.  
Bu deyilənlərin yanında əhəmiyyətli və məlum bir fakt da var. Qədim 
dövrdə fəlsəfə özündə bir çox elmləri ehtiva etmiş və zaman-zaman bu elm-
lərdən hər biri müstəqillik  əldə edərək özünə spesifik bir inkişaf yolu seç-
mişdir. Lakin bu elmlərdən hər birinin zirvə nöqtəsi yenə də fəlsəfə olaraq 
qalmaqdadır. Dövrün və şəraitin tələbi ilə fəlsəfədən ayrılan elmlərə müva-
fiq olaraq Həqiqəti öyrənən, yaxud Ona aparan biliklərin mənbəyi olan – 
səmavi kitab (ilahi vəhy), təbiət və insan “mənbələri” də ayrıldı və bu proses 
elə Platonun tələbəsi, təbiətin, materiyanın əhəmiyyətini qabardan Aristotel-
dən başlandı. Belə məlum olur ki, Yeni Dövrdə təbiət kitabının əhəmiyyə-
tini, hətta biliyin mənbəyi olması fikrini irəli sürən və reallaşdıran Qərb 
həqiqətən də Aristotelin davamçısıdır. Lakin bunun yanında vacib bir qeyd 
də əlavə etmək lazımdır.  
Əvvəla, Xəlilovun da qeyd etdiyi kimi, “antik sivilizasiya boş yerdə 
yaranmamış, Qədim Şərq sivilizasiyasından bəhrələnmişdir” və “antik sivi-
lizasiyadan sonra bəşər tarixində ən parlaq dövr islamın yaranması ilə baş-
lanmışdır. Elm və  mədəniyyətin inkişaf mərkəzi yenidən  Şərq dünyasına 
köçmüşdür” (5, s. 58-59). Digər tərəfdən, nəzərə alsaq ki, Platon fəlsəfəsin-
də hər üç mənbə insanın məhz təfəkküründə bir vəhdət halında mövcud ol-
muşdur, islamın mahiyyətinin də aparıcı  xətti hər üç mənbənin hikmətinin 
vəhdəti təşkil edir, onda antik sivilizasiyanın həqiqi varisinin kimliyi aydın 
olar. Bununla belə, reallıqdan, yəni Qərbin öz inkişaf xəttində təbiətin öyrə-
nilməsinə,  Şərqin isə – ilahi vəhyə üstünlük verməsindən çıxış etsək, belə 
qənaətə gəlmək olar ki, hər iki təfəkkür vahid mənbənin ayrı-ayrı hissələrini 
“özəlləşdirilərək” “bütləşdirməklə” vahid həqiqəti yalnız naqis şəkildə öy-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə