Ağ göyərçinlər həsrəti
53
durub gah sayğaca, gah da onlara baxırdım. Xalamsa mənə
dedi ki, mən də evdə öz sayğacıma bir əl gəzdirim. Yoxsa işıq
pulunu yığıb-yığışdırmaq olmur.
– Yox, bu, mən bacaran iş deyil.
O, əl çəkmədi. İki zolaq lent tapıb gətirdi. Birini şırp
taxdı sayğaca. Sayğac nıx dayandı.
– Hə, görürsən? – deyib o biri lenti mənə verdi. – Al,
sən də bir prob elə.
Yenə etiraz etdim. Əl çəkmədi ki, çəkmədi. Hələ üstəlik
mənə dedi ki, mən evyıxan arvadam. Səriştəm yoxdur.
Əlacsızdıqdan lenti alıb sayğca taxdım. Sayğac dayandı. Sonra
da lenti ehtiyatla dartıb çıxartdım. Sayğac işə düşdü.
– Gördün? Burada çətin bir iş yoxdur, – deyib xalam
lentləri mənə bağışladı. Sonra da əlavə etdi:
– Qızım, bizi qınama. Bunları keyf köklüyündən et-
mirik, əlacımız yoxdur.
Mən bir söz demədim. Evə gəldim. Sən demə şeytan
adamı yoldan edərmiş. Allah şeytana lənət eləsin. Yaman girdi
beynimə. Elə ki, sayğaca lenti saldım, keçdim ki, işimi-gücümü
görüm, olmadı. Canıma elə bil qor töküldü. Bir hənirti eşdiən
kimi məni soyuq tər basırdı. Qorxudan rəngim ağappaq
ağarırdı. Hər dəfə mənə elə gəlirdi ki, qapını kimsə döyür.
Bir də qulaq verdim ki, doğrudan da qapı bərk-bərk
döyülür. Dəli kimi özümü atdım sayğacın yanına. Lenti necə
çıxartdığımı, harda gizlətdiyimi özüm də bilmədim. Gələn
qonşum idi.
– Ay Zərifə, rəngin niyə qaçıb? Olmaya xəstələnmisən?
– Hə, canına sağlıq, yaman başım ağrıyır. Deyəsən
soyuqlamışam.
– İstəyirsən ovuşdurum, bankalayım?
– Yox, zəhmət çəkmə, keçib gedər.
Solmaz Muxtarova
54
O, diləyini alıb getdi. Məsləhət gördü ki, zoğallı çay
içib özümü yaxşı-yaxşı tərlədim. Arxasınca qapını bağlayıb
rahat nəfəs aldım və ədəb-ərkanla lenti yenidən sayğaca taxıb
sayğacı saxladım.
Hə, sən demə həngamə hələ bundan sonraymış. Hər
qapının zəngi vurulanda: “İşıq yoxlayandır...” deyə düşünüb
dəli kimi qaçırdım sayğacın üstünə.
Nə başınızı ağrıdım. İki gün elə bildim uzanıb iki il
oldu. Başa düşdüm ki, bu, mən girən kol deyil. Bir az da belə
keçsə, havalanaram.
Xalamın qarasına deyinə-deyinə, gəldim ki, lenti
sayğacdan çıxarım canım olsun rahat. Necə dartdımsa lent
qırıldı. Çoxu sayğacda qaldı, azı əlimdə. Sayğac da işləmir.
Üstümə elə bil qaynar su tökdülər. Nə qədər əlləşdimsə, lenti
çıxara bilmədim. Əlimdən nə gələrdi ki? Qət etdim ki, qoy elə
belə qalsın. Nə olar, olar.
Atalar elə doğru deyib, oğurluq itə yaraşır. Bir də bu
deyib-danışmalı söz deyil ki, kiməsə deyib kömək istəyəsən.
Axır ki, on beş gündən sonra işıqçı gəldi. Bir parça akt yazıb
məni yaxşıca cərimə etdi, pulunu əvvəlcədən hazırlayıb
qoymuşdum. Çarəm nə idi? Allah şeytana lənət eləsin. Elə
şeytan ki, şeytan. Amma doğrusuna qalanda şeytanın adı çıxıb.
Fırıldaq adamlar şeytandan da betərdir.
Ağ göyərçinlər həsrəti
55
DÜNYA FIRLANIR
Solmaz Muxtarova
56
Q
apıda yaşı ötmüş bir qadın dayanmışdı. Hiss
olunurdu ki, o sıxılır.
– Salam, – deyib, onun üzünə qapı açan Sayada
tərəddüdlə baxdı və tez də baxışlarını endirdi. Sayadın
təəccübdən gözləri alacalandı. Amma qonağı tanıdığını
bildirmək istəmədi.
– Salam.
Bir anlıq hər ikisi susdu. Sükutu Sayad pozdu:
– Sizə nə lazımdır?
Qadın bir qədər tutuldu:
– Sizinlə danışmaq istəyirəm.
– Mənimlə? Mənimlə sizin nə söhbətiniz ola bilər?
Qadın bir an susduqdan sonra dedi:
– Məni sizin yanınıza Ələmdar göndərib.
Bu ad Sayadı düz ürəyindən vurdu. Özü də yaman
vurdu. Ona elə gəldi ki, hər tərəfi alov bürüdü. Göz bə-
bəklərindən qopan qığılcımlar yanıb-söndü. O, həyəcanını
boğub qadını otağa dəvət etdi, oturmağa yer göstərdi. Özü
vanna otağına keçib, üz-gözünə su atdı. Sifəti alışıb yanırdı.
Yanğı içərisindən gəlirdi. Çətinliklə özünü ələ alıb, otağa
keçdi. Qadınla üz-üzə oturdu.
– Buyurun, sizə qulaq asıram.
Qadın gözlərini məchul bir nöqtəyə dikib fikrə get-
mişdi. Görünür söhbəti nədən başlayacağına çətinlik çəkirdi.
Sayad isə başqa halda idi. Ömrü boyu ona əzab verən, onun
unutmaq istədiyi, görünür axıra qədər unuda bilmədiyi acı,
Ağ göyərçinlər həsrəti
57
lap zəhərdən də acı xatirələri yerbəyerdən təzələnib kino
lenti kimi gözünün önündən keçirdi. Nə fikirləşdisə qadınla
söhbət etməyin lüzumsuz olduğunu düşünüb dedi:
– Bağışlayın, əgər Ələmdarın mənə bir sözü varsa,
qoy özü gəlib sözünü desin.
Sayadın səsi nə qədər qətiyyətli idisə, bir o qədər də
soyuq idi. Əlacsız qalan qadın ayağa qalxıb qapıya tərəf
getdi. Sayad onun arxasınca qapını örtüb divanda oturdu.
Sayad elə bilirdi ki, o, keçmişini çoxdan unudub.
Əslində onun heç keçmişi olmayıb. Yaxşı heç nəyi olmayıb.
Azca olanlar da yaddaşından pozulub gedib.
Sən demə belə deyilmiş. Olub-keçənləri tamam
unutmaq heç də asan deyil. Atalar doğru deyib, qatıq dağılar,
yeri qalar. Həyatda heç bir hadisə elə-belə keçib getmir. Bu
gün isə Sayadın ağlına gəlmədiyi bir zamanda keçmişi onun
qapısını döydü: “Görəsən o qadın niyə gəlmişdi? Ələmdara
nə lazımdır?”
Sayad nə qədər çalışdısa bu barədə fikirləşməsin,
bacarmadı. Keçmişin acı xatirələri canına sovuşdu. Ürəyində
həmişəlik dəfn etdiyi atası Ələmdar yenidən peyda oldu.
Sanki Ələmdar o dünyadan qayıtdı. “Yaxşı bilirəm ki, sən
məni çoxdan dəfn etmisən. Buna sənin haqqın var. Amma
həyat qəribədir. Mən ölməmişəm, mən sağam. Qəribə də
olsa mən sənin atanam.” Atasının səsi Sayadın qulaqlarında
bir neçə dəfə cingildəyib ürəyinin içinə axdı. “Əfsuslar olsun
ki, artıq mən də mən deyiləm. Sənin tanıdığın, atıb getdiyin
zavallı uşaq deyiləm daha.” Başını qatmaq üçün qalxıb
mətbəxə keçdi...
Sayadın yaşı əllini keçmişdi. Artıq saçlarına dən
düşmüşdü. O, ucaboy, qarabuğdayı, özünəməxsus yaraşıqlı
və sakit təbiətli bir qadın idi. Kənardan baxana elə gəlirdi ki,
Dostları ilə paylaş: |