|
![](/i/favi32.png) Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
442
hansı epizodunu özündə əks etdirir.
Lakin dərsliklərdə bir qism böyük həcmli mətnlərin məzmunu
ilə əlaqədar illüstrasiyalar verilməmişdir. Təcrübə göstərir ki, bu
zaman mətnlərin məzmununa yaxın şəkillərin nümayiş etdirilməsi
faydalıdır. Əvvəla şəkillər uşaqların həyatına, ruhuna yaxın oldu-
ğundan onların hisslərinə təsir edir, onlarda danışmaq, fikir söylə-
mək ehtirası oyadır. İkincisi, şəkillər mətnin məzmununu diktə
etməklə uşaqları hadisənin şahidinə çevirir, onların gözləri qarşısın-
da bir növ əyaniləşdirir. Üçüncüsü, şəkillər şagirdlərin yadına düş-
məyən ən kiçik, ən incə fakt və hadisələri yadlarına salır, ardıcıllı-
ğını, inkişafını göstərir. Dördüncüsü, materialın məzmununun şüur-
lu mənimsənilməsinə, mahiyyətinə, daxili məna və rabitələrinin
açılmasına və uşaqların hafızəsində uzun müddət qalmasına kömək
göstərir. Ona görə də müəllim hekayənin məzmunu ilə şəkil arasın-
da qarşılıqlı əlaqələrin yaranmasına səy göstərməlidir. Məsələn, I
sinifdə şagirdlər ―Getdin, gördün‖ mətninin məzmununu mənimsə-
dikdən sonra müəllim onların diqqətini şəkilə yönəldir. Şagirdlər
şəkli müşahidə edir, hekayənin məzmunu ilə fıkrən tutuşdurur,
fərqli və oxşar cəhətlərini müqayisə edirlər. Nəhayət, məzmunu
verməyə çalışırlar. Şagirdlərin nitqinin təhlili göstərir ki, belə nağıl-
etmə prosesində onlar hər iki obyektə (hekayə və şəklə) daha yara-
dıcı yanaşır, sərbəst fıkirlər söyləyirlər.
Maraqlıdır ki, şagirdlər hekayə və şəkildə olmayan tikinti mate-
riallarının, əmək alətlərinin və peşələrin adlarını da çəkirlər. Əlbət-
tə, bunların nağılın məzmununa daxil olmasına səbəb tikinti obyek-
tinin şəkil vasitəsi ilə onların gözləri qarşısında canlanmasıdır.
Vaxud başqa bir misal. III sinifdə şagirdlərə ―Yazda‖ mətni ilə
əlaqədar ―Maarif‖ nəşriyyatı tərəfindən buraxılmış eyni adlı (―Yaz‖
mövzusunda) şəkil təqdim edildi. Sonra şəkil üzrə məzmunu nağıl
etmək tələb olundu. Hekayədən öyrəndiklərini (payızda təbiətin öz
donunu dəyişməsini, bağların, bağçaların, meşənin əlvan bir rəngə
boyanmasını, insanların əməyini və s. şəkildə müşahidə etdilər. Şə-
killə hekayənin məzmunu arasında əlaqə yaratmağa çalışdılar. Son-
ra müəllimin izahı və sualları əsasında heyvanların, quşların, həşə-
|
|
|