Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə78/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   74   75   76   77   78   79   80   81   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
84 
təsir göstərir. Fikrimizi sübut etmək üçün aşağıdakı cümlələrə diq-
qət yetirək. 
Bakı şəhəri Azərbaycanın paytaxtıdır. Hər gün ora on minlərlə 
qonaq gəlir. Paytaxtın geniş küçələri, böyük parkları, yaraşıqlı bi-
naları adamı özünə heyran qoyur. O, gündən-günə böyüyür və gö-
zəlləşir. 
Göründüyü kimi, birinci cümlədə işlənən 
Bakı
sözünü ikincidə 
ora,
üçüncüdə 
paytaxtın
, dördüncüdə isə 
o
işarə əvəzliyi əvəz et-
mişdir. Bu cümlələrdə perifrazalardan istifadə olunmasaydı, onda 
onların hər birində Bakı sözü işlənməli idi. Bu da nəticə etibarıilə 
fikrin ahəngdar ifadəsinə təsir göstərmiş olardı. 
İbtidai siniflərdə sözün mənasının açılması, bədii materiallar 
əsasında dilin təsvir vasitələri üzərində işin səmərəli təşkili şagird-
lərin yuxarı siniflərdə bu sahədə qazandıqları biliklərin ilkin bünöv-
rəsi olmaqla, onları oxuduqları əsərlərin bədii dəyərini, emosional-
ekspressiv məna çalarlığını qavramağa, məzmun və ideyasını şüur-
lu mənimsəməyə, dərk etməyə güclü təsir göstrir. 
9. Oxunun müxtəlif növlərindən istifadə 
I-IV siniflərdə oxunun müxtəlif növlərindən istifadə şagirdlərdə 
düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaqla onun şüurluğu-
na da əsaslı təsir göstərir. Məlumdur ki, oxu prosesi həm səsli, həm 
də səssiz gedir. Oxunun bu növlərinin təlim prosesində öz yeri, öz 
əhəmiyyəti var. Əgər məqsəd şagirdlərə məzmunu anlaşıqlı və də-
qiq çatdırmaq, onlarin eşitmə və dinləmə bacarıqlarını inkişaf etdir-
mək, yol verilən nöqsanları tutmaq, səbəblərini araşdırmaq, onlara 
qarşı mübarizə aparmaq, nitqlərini canlı danışıq dilinə yaxınlaşdır-
maqdırsa, səsli oxudan istifadə olunmalıdır. Bu prosesdə şagirdlər 
oxu texnikasına və ədəbi tələffüz qaydalarına nə dərəcədə yiyələn-
diklərini nümayiş etdirirlər. Ona görə də I-IV siniflərdə səsli oxu-
dan hər bir dərsdə, dərnəkdə, səhərcikdə və s. istifadə edilir. Ilk 
vaxtlar ucadan oxuyan şagirdə müəllimin də, yoldaşlarının da, dər-
nəkdə, səhərcikdə onları müşahidə edən dinləyicilərin də psixoloji 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə