17 iyun - Qırmızı Ordunun Müsüslü istiqamətində başladığı hücum Müsəlman Korpusu və azərbaycanlı
könüllülər tərəfindən dayandırıldı.
18 iyun - vəziyyəti dərhal dəyişmək məqsədi ilə 10-cu türk piyada alayı Qaraməryəm
istiqamətində hücuma keçdi, lakin məğlub edilərək itkilər verdi. Qırmızı Ordunun Müsüslü istiqamətində növbəti
hücumunu
Müsəlman Korpusu və Azərbaycan könüllüləri dayandırdı. Göyçay Kürdəmir, Şamaxı ətrafında
erməni
kəndlərinə bolşeviklər tərəfindən silah paylandı, dəstələr təşkil edildi.
18-22 iyun - QİO tərəfindən arxa cəbhədə erməni kəndlilərindən ibarət silahlı dəstələrin tərksilahı, sursat
və qüvvələrin toplanması, çoxsaylı Azərbaycan könüllü bölüklərinin təşkili həyata keçirildi.
21 iyun - 5-ci Qafqaz piyada firqəsinin komandanlığı döyüşən hissələrdə sursatın tükənməsi
haqqında
raport verdi.
22 iyun - Bakıda Salyan qışlaları (kazarmaları) ərazisində alman təyyarəsi yerə endi. Pilot və
Bakıda saxlanılan alman əsirlərinin qiyamını hazırlamaq üçün göndərilən zabit əsir alındı.
24 iyun - Azərbaycanı ələ keçirmək üçün Almaniya Gürcüstanda yerləşdirdiyi qoşunları Azərbaycanın
Qazax və Zaqatala bölgələrinə yeritməyə hazırlaşırdı. Vehib paşa Azərbaycan ərazisinə yeridilən
istənilən
qoşunun məhv edilməsi barəsində əmr verdi. Kiçik toqquşmalardan sonra almanlar öz planlarından əl çəkdilər.
26 iyun - Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək
Xüsusi
Azərbaycan Korpusu qoyuldu. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü hesab edilir.
27 iyun - 5-ci Qafqaz piyada firqəsi Xüsusi Azərbaycan Korpusuna tabe edildi. Müsüslü
ətrafında cəmləşdirilmiş türk və Azərbaycan hərbi hissələri Müsüslü dəstəsi adı altında birləşdirildi
və komandanlıq Həbib bəy Səlimova tapşırıldı.
27 iyun - Qırmızı Ordu hücuma başladı, 8 saatlıq döyüş nəticəsində hücumun qarşısı alındı. QİO hissələri
əks-hücuma başladı; Salyan bölgəsində Qırmızı Ordu Surra-Qarabucaq kəndləri istiqamətində hücuma keçdi.
28 iyun - Salyan bölgəsində N.Ramazanovun dəstəsinin səyləri nəticəsində Qırmızı Ordu
hissələrinin
Surra-Qarabucaq kəndləri istiqamətində hücumunun qarşısı alınaraq əks-hücum təşkil edildi.
29 iyun - QİO hücuma keçərək Qaraməryəm kəndini azad etdi.
30 iyun - Qırmızı Ordu Göyçay istiqamətində əks-hücuma keçdi. Bakıda 1893-1897-ci il
təvəllüdlü kişilərin hərbi mükəlləfiyyəti və 1900-1917-ci illərdə hərbi xidmətdə olmuş dənizçilərin səfərbərliyi elan
edildi
və onun əsasında dənizçi taboru yaradıldı.
1 iyul - Qırmızı Ordunun hücum cəhdlərinin qarşısı alındı.
2 iyul - Salyan bölgəsində Qırmızı Ordu hissələri məğlub olub geri çəkilməyə başladı. L.Biçeraxov öz
dəstəsi ilə Göyçay ətrafına gələrək Qırmızı Orduya qoşuldu.
Ġyulun əvvəlləri - cəbhədə vəziyyətin kəskinləşməsi nəticəsində bolşeviklərin əlavə hissələri və
Bakı qırmızı təlimatçılar məktəbinin şəxsi heyəti cəbhəyə göndərildi.
1-4 iyul - Qəbələ istiqamətində erməni kəndlərinin dəstələri dağıdıldı, əhali tərksilah edildi. Hakimiyyətə
gələn yeni Osmanlı sultanı IV Vahidəddin teleqram göndərərək Nuru paşa və onun tabeçiliyində olan qoşunların
səylərini dəstəklədiyini bildirdi.
5 iyul - Qafqaz İslam Ordusu Ağsu-Kürdəmir istiqamətində hücuma başladı.
6 iyul - L.Biçeraxov Bakı Soveti qoşunlarının komandanı təyin edildi. QİO Müsüslü
istiqamətindən
hücuma başladı.
8 iyul - Kürdəmir uğrunda ağır döyüşlər başladı. Döyüşlər iyulun 13-də QİO-nun qələbəsi və Kürdəmirin
azad edilməsi ilə nəticələndi. Salyan istiqamətində də uğurlar əldə edildi.
14 iyul - QİO Kərrar d/yolu stansiyasını azad etdi.
16 iyul - QİO-nun qoşunları iki qrupa ayrıldı. Şimal qrupu Osman bəyin, Cənub qrupu
H.Səlimovun rəhbərliyi ilə Bakı istiqamətində hücum təşkil etməli idilər. Salyan istiqamətindəki
uğurlar nəticəsində Kür çayının mənsəbi tam azad edildi.
19 iyul - Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə göndərildi. Q.Petrov
Bakı
rayonunun hərbi komissarı təyin edildi. QİO-nun Şimal qrupu Şamaxı istiqamətində hücuma keçdi,
Cənub qrupu isə yayındırıcı döyüşlər apardı.
20
iyul - Şamaxı istiqamətində ağır döyüşlər baş verdi.
21iyul - QİO-nun Cənub qrupu Sığırlı və Padar d/yolu stansiyalarını azad etdi.
22 iyul - L.Biçeraxov Həbib bəy Səlimovun başçılıq etdiyi Cənub qrupundan ağır zərbələr alaraq
geri
çəkilməyə başladı. O, Bakı Sovetinin ittihamları ilə üzləşdiyindən komandanlığı Avetisova təhvil verdi. QİO-
nun Şimal qrupu Mərəzəni azad etdi.
24-27 iyul - Azərbaycan, Gürcüstan və Osmanlı dövlətləri "Batum arasında petrol (neft)
mübadiləsi
haqqında itilafnamə"ni imzaladı.
25 iyul - Sovet Rusiyası Almaniyaya nota verərək QİO-nun hücumunun qarşısını almağı tələb etdi.
Ġyulun sonları - Qırmızı Orduya əlavə mükəlləfiyyət elan olundu, bu dəfə 1883-1892-ci il
təvəllüdlü kişilər orduya çağırıldı.
22
26 iyul - QİO-nun qoşunları Hacıqabulu azad etdi. Bakı Soveti İcraiyyə Komitəsinin qərarı çap edildi:
L.Biçeraxovun dəstəsi Qırmızı Orduya tabe edilir, şəhərdə hərbi vəziyyət elan olunurdu.
27 iyul - QİO-nun Cənub qrupu Qarasu kəndini azad etməklə hücumu genişləndirdi. Qırmızı Ordu Pirsaat
d/yolu stansiyası ətrafında mövqelər tutmağa çalışırdı.
28 iyul - Cəngi yaxınlığındakı mövqelər uğrunda tərəflər hücuma keçdi. Qırmızı Ordu geri
çəkilməyə
başladı. Döyüşlərdə böyük itkilər verən bolşevik-erməni qoşunlarına Bakı və ətraf rayonlarda 1885-1892-ci illər
təvəllüdlü kişilərin səfərbərliyi elan edildi. Onlar üçün hərbi xidmətin 6 ay olacağı bildirildi.
29 iyul - Almaniya nümayəndələri QİO-nun hücumunun qarşısının alınacağı barəsində Sovet Rusiyasına
vəd verdilər.
29-30 iyul - QİO-nun qoşunları Sumqayıt və Xırdalana çatdılar; Biçeraxov öz dəstəsi ilə cəbhəni
tərk
etdi; Bakıda iyulun 30-dan 31-nə keçən gecə daşnak partiya liderləri və bolşevik dəstələrinin
rəhbərləri
müşavirə keçirərək cəbhəyə 3000 erməni göndəriləcəyi barədə qərar qəbul etdilər.
31 iyul - ağır döyüşlər nəticəsində QİO-nun Şimal qrupu Corat və ətraf təpələri tutdu, Cənub qrupu isə
Nəvai və Ağbulaq d/yolu stansiyalarını azad etdi. QİO-nun komandanlığı Qırmızı Ordu komandanlığına yeni
23
Dostları ilə paylaş: |