ahmedalhasan313.wordpress.com
23
YA EYNİ VAXTDA, HƏM DƏ ŞƏRQDƏN XÜRUC EDƏCƏK deyə buyurulur. Halbuki
Süfyani ƏLAMƏTDİR, Qaimin, yəni Mehdinin zühur əlamətlərindəndir. Odur ki, bu
hədisdə Qaimdən əvvəl Süfyani ilə bir vaxtda və ya ondan öncə şərqdən XÜRUC
EDƏCƏK Mehdi Yəmanidir. İkinci hədisdə isə Süfyani ilə birgə YƏMANİNİN ortaya
çıxması əlamətlərdən biri kimi keçir. Bəli, bu və bunun kimi yüzlərlə hədisləri
tutuşdurduqda YƏMANİNİN DƏ SAHİBƏZZAMANIN (Ə.S) ÖVLADLARINDAN
OLAN MEHDİLƏRDƏN OLDUĞU ANLAŞILIR. Və bu Mehdi, yəni Yəmani, Qaimdən
əvvəl, Süfyani ilə bir vaxtda qiyam edəcək olan şəxsdir.
YƏMANİ YƏMƏNDƏN QİYAM ETMƏYƏCƏK
Əvvəla onu deyək ki, “Yəmani” ləqəbi ilə zikr edilən şəxs, Yəmənlidir. Nəinki təkcə
Əhməd Əl Həsən (ə.s), hətta Muhəmməd (s), İmam Əli (ə.s) və digər bütün İmamlar (ə.s)
da Yəmənlidir. Və buna dəlil olaraq bir çox hədis mövcuddur.
Onlardan biri də Biharul-Ənvar kitabının 57-ci cildində, səhifə 161, Bab 37-də olan hədisdir.
Hədis çox uzun olduğu üçün, əsas hissəni sizə deyirəm. Bir nəfər, Peyğəmbər (ə) ilə
Yəmənlilər haqqında mubahisə edir və xoşagəlməz sözlər deyir. Peyğəmbər (ə) isə həmin
şəxsə deyir:
“Sən yalan deyirsən. Yəmən əhlinin kişiləri xeyirlilərdir. İMAN YƏMANİDİR VƏ MƏN
DƏ YƏMANİYƏM!”
(Qeyd: “Xeyirli deyə vəsf edilən Yəmənlilər, Peyğəmbərin (ə) dövründəki Yəmənlilərə
işarədir, indiki azğın Zeydi məzhəbli Yəmənlilərə DEYİL!)
Buradan görürük ki, Yəmani termini həmçinin iman və paklığı təmsil edir. İndi sual oluna
bilər: “Yəmən hara Muhəmməd (ə) hara, İmam Əli (ə) hara və ya Əhməd Əl Həsən (ə)
hara… Bu şəxsləri, Yəmən ilə birləşdirən məsələ nədir? Və niyə Muhəmməd (ə), Əli (ə),
digər İmamlar (ə) və Əhməd Əl Həsən (ə) “Yəmani” olsun, niyə görə?
Cavab isə əslində çox sadədir. Əvvəla, Məkkənin Tühamədən, Tühamənin də Yəməndən
olduğunu bilmək xeyirli olacaqdır. Muhəmməd və Ali-Muhəmmədin (ə) kökü nəsəbi,
Məkkədən və ya Mədinədən deyildir!! Məkkə-Mədinə əhlinin kökü Yəməndəndir.
Muhəmmədin (s) ata babalarının əsli-kökü də Yəməndəndir. Və hətta Əvs və Xəzrəc
tayfaları da, Yəməndən gəlmədir.
Əllamə Məclisiyə görə Allahın Kəbəsi də “Yəmani Kəbəsi"”adlanır: “O belə buyurdu,
çünki iman Yəmən ərazisindən olan Tühamədən olan Məkkədən başladı, odur ki, o,
“Yəmani Kəbəsi” adlandırıldı.”
- Səfinətul-Bihar (Şeyx Əli Numazi): 10/602; Biharul-Ənvar: 22/137
Bu hədisə isə məxsusən diqqət edin:
Ansarullah Production
24
Əyyaşi Əbu bəsirdən nəql edir, Əbu Abdullah (ə) Allahın [Əvvəllər, kafirlər üzərində
qələbə üçün yardım diləyirdilər.] (Bəqərə (2): 89) ayəsi haqqında buyurdu:
“…Yəhudilər Mədinə torpaqlarında mal-mülk sahibi oldular. Onlar get-gedə varlananda,
bu xəbər Yəmən kralı Tubbanın qulağına çatdı və o da yəhudilərə hücum etdi. Onlar
özlərini təqviyə etdilər və o onları mühasirəyə aldı. Və onlar, Tubbanın xəstə əsgərlərinin
halına yanır və gecələr onlar üçün xurma və arpa atırdılar. Tubba bunu müşahidə etdi və
yəhudilərə qarşı ürəyi yandı və xoşuna gəldi. Onların təhlükəsizliyini təmin etdi və onlar
onun üçün öz əhəmiyyətini itirdi. Onlara dedi: “Sizin bu yaşayış yerinizi çox sevirəm. Və
qərara gəlmişəm ki burda məskunlaşım.” Onlar dedi: “Bura sənlik deyil. Bura bir
Peyğəmbərin hicrət yeridir və bu hadisə gələcəkdə baş verənə qədər də, heç kəs burada
məskunlaşa bilməz.” O dedi: “Onda mən gedirəm və sizin aranızda bə’zi adamlarımı
saxlayıram ki, gələcəkdə o peyğəmbər bura gələndə ona kömək edib dəstək versinlər.”
BELƏCƏ O ŞƏXS (YƏMƏN KRALI), HƏMİN YERDƏ İKİ QƏBİLƏ QOYDU. HƏMİN
QƏBİLƏRLƏR, ƏVS VƏ XƏZRƏC QƏBİLƏLƏRİDİR. Bu iki qəbilə illər ərzində sayca
get-gedə artanda, Yəhudilərin mallarına əl qoyurdular. Buna görə də, yəhudilər onları
xəbərdar edib dedilər: “Muhəmməd (s) göndəriləndə hökmən sizləri mallarınızla birgə
şəhərdən çıxaracayıq.” Amma uzun illər sonra Muhəmməd (s) bir Peyğəmbər olaraq
göndərildiyi zaman, ona iman gətirənlər elə Əvs ilə Xəzrəc oldu və (gözləri gələcəkdə
zühur edəcək Allah Peyğəmbərinin intizarında olan) Yəhudilər Peyğəmbəri inkar etdilər!
Allah bu barədə belə buyurur: [Əvvəllər, kafirlər üzərində qələbə üçün yardım
diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah
kafirlərə lənət etsin!]
- Təfsiri-Əyyaşi, cild 1, səhifə 49
Gördüyünüz kimi, Əvs və Xəzrəc Qəbilələri də müqəddəs torpaqlara gəlmiş əcnəbilərdir.
Və əsil-nəsəbləri Yəmənlidir və onlar YƏMANİDİR. Və indi daha çox aydın olur ki, niyə
Peyğəmbər (ə) özünə “Yəmani” deyib, halbuki Məkkə və Mədinə torpaqlarında böyüyüb
boya başa çatıb…
Ona görə də, Əhməd əl Həsənin (ə) İraqda doğulmasına baxmayaraq, “Yəmani” deyə
adlandırılması, onun mütləq Yəməndə doğulmalı və oradan çıxmalı olması mənasına
gəlməz. Və hər kim bu məsələnin, yəni Əhməd əl Həsənin (ə) mütləq Yəməndə doğulub
oradan çıxmasını iddia edirsə, buyursun Peyğəmbərin (ə) niyə “Mən Yəmaniyəm”
deməsinə izahat versin. Əzizlər! Əhməd əl Həsənin (ə) “Yəmani” olması, onun Yəməndə
doğulub oradan çıxması mənasında deyil. Bu Ləqəb, bir daha sübut edir ki, “Yəmani”
ləqəbi ilə zikr edilən Əhməd əl Həsən (ə), Ali-Muhəmməddən (ə) və Peyğəmbərin
NƏSLİNDƏNDİR. Və Yəmani ləqəbinin mənası və sirri də budur.
Təbii ki indi bəzi şəxslər deyəcək ki: “Axı bəzi hədislərdə deyilir ki, Yəmani Yəməndən-
dir…” Əvvəla onu deyək ki, hədislərdə zikr edilən Yəmani ləqəbli və HİDAYƏT
BAYRAĞINA SAHİB OLAN ŞƏXS Yəməndən deyil. Və bu, sadəcə hədislərə olunan
Dostları ilə paylaş: |