Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

17 

 

milli  dövlətçilik  baxışlarında  türk  mövqeyi,  ağır  maliyyə  sarsıntıları  keçirən  Türkiyəyə  yardım  etmək  siyasəti 



özünü  həmişə  aydın  şəkildə  göstərmişdi.  Özü  də  bu  mövqe  bolşevik  sistemi  daxilində  Türkiyəyə  münasibətin 

ziddiyyətli xarakter daşıdığı dönəmdə ortaya çıxmışdı. Nərimanovun Türkiyə siyasəti hakim partiya rəhbərləri ilə 

onun arasında ixtilafların yaranmasına təsir edən amillərdən biri olmuşdur. Bütün bu tədbirlərə baxmayaraq o, bu 

mövqedən geri çəkilməmişdir.  

Nərimanovun  Atatürkə  olan  sevgisini  təsdiqləyən  faktlardan  biri  də  13  iyul  1923-cü  ildə  Bakıda  partiya 

fəallarının  yığıncağının  stenoqramıdır.  AKPMK  katibi  L.Mirzoyanın  sədrlik  etdiyi,  Moskva  nümayəndəsi 

Yaroslavskinin  qatıldığı  iclasda  Nərimanovun  Stalinə  göndərdiyi  məktub  müzakirə  edilir.  Yaroslavski  öncə 

Mirsultan Qaliyevin millətçilik fəaliyyətindən, Türkiyəyə məhəbbətindən danışır. Serqo Orconikidze isə yerindən 

replika  verir  ki,  bütün  müsəlman  bölgələrinidə  Türkiyə  agentləri  var  və  onlara  qarşı  amansız  mübarizə 

aparılmalıdır. Serqo replikasını inkişaf etdirərək üzünü Nərimanova tutur: “Düzdür, Türkiyə Azərbaycanda Sovet 

hakimiyyətinin qurulmasına imkan verib. Lakin Azərbaycan seminaristləri yaxalarında Leninin və ya sənin deyil, 

Mustafa  Kamalın  nişanını  daşıyır”.  Türkiyəyə  sevginin,  türk  milliyyətçiliyinin  sovet  sisteminə  qarşı  zərərindən 

uzun-uzun danışılandan sonra Nərimanovun məktubu müzakirəyə çıxarılır. Heydər Qarayevin xüsusilə canfəşanlıq 

etdiyi  bu  toplantıda  Nərimanovun  partiyadan  kənarlaşdırılması  tələb  olunur.  Bu  dəm  ayağa  qalxan  Serqo 

Orconikidze  deyir:  “Mən  bir  neçə  dəfə  bu  tribunadan  belə  bir  sarsaq  işin,  Bakı  təşkilatı  ilə  Nərimanov  və  onun 

qrupunun işinin həll edilməsinə qarışmışam. Bu gün biz həddən artıq məsuliyyət daşıyırıq. Bizim yüksəltdiyimiz 

adam,  partiyanın  yüksəltdiyi  adam  bir  qəpiklik  dəyəri  olmayan  məruzə  ilə  çıxış  edir,  hamını,  o  cümlədən  məni 

çirkaba  bulayır.  Halbuki  mən  həyatımda  belə  ittihama  rast  gəlməmişəm,  mən  türk  xalqını  yox  etməkdə  ittiham 

olunuram,  guya  məsul  işçilərin  çoxu  milli  mübarizə  aparır,  türk  xalqını  sıxışdırır”.  Orconikidze  bu  çıxışında 

Nərimanovun  məlum  məktubundakı  statistik  göstəricilərə,  Bakının  rəhbər  strukturlarında  əyləşənlərin  milli 

mənsubiyyyəti  barəsindəki  rəqəmlərə  toxunmur.  Çünki  rəhbər  işçilər  arasında  çoxluq  rus  və  ermənilərə  aid  idi, 

türklərin  Leninin  vəd  etdiyi  “müstəqil  Azərbaycanda”  azlıqda  qalmasını  Nərimanov  “türklərə  qarşı  aparılan 

aksiya”  hesab  edirdi.  Bu  işdə  Orconikidzeni,  Mirzoyanı  ittihamlayırdı.  Orconikidzenin  Bakını  erməniləşdirmək, 

ruslaşdırmaq  siyasətinin  ağır  fəsadlar  törədəcəyini  açıqca  söylədiyinə  görə  “millətçilikdə”  günahlandırılan 

Nərimanov az sonra Azərbaycandan kənarlaşdırıldı. 

Nərimanovun  türkçülük  mövqeyində  önəmli  fəaliyyətinin  bir  hissəsini  müxtəlif  ölkələrdə  yaşayan  türk 

alimlərinin  səylərinin  cəmləşdirilməsi,  əlaqələndirilməsi  və  əməkdaşlığının  qurulması  tutmuşdur.  Türkoloji 

qurultay ideyası Nərimanova məxsus olmuşdur. 1922-ci il dekabrın 3-də Zaqafqaziya hökumətinin başçısı olaraq 

Nərimanov  Tiflisdə Türk  Dram  Cəmiyyəti  teatrındakı  çıxışında deyirdi:  “Türk  aləmində  böyük  tərəqqi  meydana 

gətirmək  üçün  İran, Türkiyə  və  cəmi türkcə  danışan tayfaların  bir  konfransı fikri  bizdə çoxdan bəri  vardır  və biz 

buna  çalışmalıyıq.  Fəqət  konfransdan  qabaq  biz  istərdik  ki,  yeni  türk  əlifbası  (qraiikası)  ilə  nəşr  edilmiş  balaca 

kitabçalar olsun və biz onları material olaraq konfransda göstərək”. Türkoloji Qurultay ideyası onun ölümündən 1 

il  sonra,  1926-cı  ildə  həyata  keçirildi.  Türk  dünyası  üçün  vahid  əlifba  islahatının  həyata  keçirilməsi  ideyası 

Nərimanovu Azərbaycana rəhbərliyə gəlişi anından düşündürürdü. O, bu arzusunu Moskvaya danışıqlara yollanan 

Türkiyə nümayəndə heyətinin üzvü Rza Nura da bildirmişdi. 

Türkiyə  araşdırmaçısı  Hüseyn  bəy  Adıgözəl  Nərimanovun  Türkiyənin  milli  istiqlalına  göstərmiş.  olduğu 

maddi-mənəvi  dəstəyi  xatırlayaraq  yazır:  “Baxmayaraq  ki,  Nərimanova  kommunist  kimi  yanaşırlar,  biz  onun 

siyasi yönümünü yox, türk dünyasına vermiş olduğu xeyiri, göstərmiş olduğu xidməti qiymətləndirməliyik. İstiqlal 

savaşı  Nərimanovun  etmiş  olduğu  köməkliyin  nəticəsində  uğurla  nəticələndi”.  Araşdırmaçının  bu  qənaətini 

bölüşməmək  olmur.  Nərimanovun  Türkiyə  siyasəti  və  türkçülük  mövqeyi  dostluq,  qardaşlıq  və  həmrəylik 

şüarlarıyla səciyyələnir.  O,  hələ  hakimiyyətə  gəlməmişdən  öncə  milli  düşüncəni,  türk  həmrəyliyini  təbliğ  etmiş, 

eyni  tarixə,  mədəniyyətə  malik  olan  xalqların  birliyinə  çalışmışdır.  Hələ  1918-ci  ildə  Zaqafqaziya  Seyminin 

Osmanlı  dövlətinə  qarşı  müharibə  istəklərini  pisləmiş,  Nargin  adasında  saxlanılan  türk  hərbi  əsirlərinə  tibbi  və 

mənəvi  yardım  etmiş,  türk  ordusunun  Bakını  tərk  etməsini  pisləmiş,  türkoloji  qurultay  ideyasının  müəllifı 

olmuşdur.  Atatürkün  Sovetlər  İttifaqına,  xüsusən  bu  ittifaqın  bir  üzvü  olan  Sovet  Azərbaycanına  münasibəti, 

yeritdiyi  siyasət  tarixi  reallığa  əsaslanırdı.  Onun  Sovet  İttifaqı  tərkibində  yaşayan  türkdilli  xalqların  gələcək 

taleyinə aid siyasəti də, fikri də uzaqgörənliyi ilə seçilir. Nərimanov Mustafa Kamal Paşaya müraciətində iki xalq 

arasında münasibəti “qardaşlıq silahı ilə silahlanmaq” kimi dəyərləndirərək, 1920-ci il aprel ayında Bakıda həbs 

olunan türk  əsgər  və  zabitləri  azad  etmişdir.  Azərbaycanın  maraqlarını  Kamal  Türkiyəsi  ilə  sıx  əlaqədə  görmüş 

Nərimanov  bu  birgə  maraqları  Sovet  Rusiyası ilə  əlaqələndirmiş,  Rusiyanın Türkiyə  siyasətinə  müsbət istiqamət 

vermişdir. Rusiya Azərbaycanda saxlanılan ingilis və fransız əsirlərini Böyük Britaniyanın nəzarəti altında olan öz 

vətəndaşlarına  dəyişmək  istədikdə  Nərimanov  onların  Malta  adasında  əsir  saxlanılan  türk  ziyalı  və  siyasi 

xadimlərinə dəyişdirilməsini təkid etmiş və buna nail olmuşdur.  

Bütün bunlara rəğmən Nərimanov bir türk olaraq heç vaxt milli maraqların müdafiəsindən geri çəkilməmiş, 

uzun  mübarizə  yolu  keçmişdir.  Bu  siyasət  adamının  türk  dünyasına  vermiş  olduğu  töhfələr  heç  vaxt 

unudulmamalıdır. 



 

   



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə