19
göndərmək haqqında qərarından sonra Leninə teleqram göndərmiş Oconikidze çıxış yolnu Qarabağ və
Naxçıvandan Azərbaycan hissələrini çıxardıb, yerinə XI Ordu qüvvələrini daxil etməkdə görürdü. Rusiyanın ərazi
konfliktlərinə bu cür yanaşması Azərbaycan Sovet hökumətinə, onun rəhbəri Nərimanovun nüfuzuna sarsıdıcı
zərbə vururdu. Necə ki, Mikoyan Nərimanov Azərbaycana İnqilab Komitəsi sədri seçiləndə söyləmişdi. “Biz
Nərimanovu elə əhatə edəcəyik ki, o öz nüfuzundan faydalana bilməsin”. Nərimanov bu qeyri-mütənasib
vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda geniş fəaliyyətə başlayır və bütün səylərini
Naxçıvan və Zəngəzur məsələsinə yenidən baxılmağa yönəldir. Bu məsələdə o, Sovet Rusiyasının xarici işlər
komissarı G.Çiçerinlə toqquşur. Çünki Çiçerin ərazi mübahisələri məsələsində ermənilərin tərəfində idi. 1920-ci il
iyulun 29-da Çiçerin Leninə məktub göndərir: “Azərbaycan hökuməti Naxçıvan, Ordubad və Culfa ilə yanaşı
Qarabağ, Zəngəzur və Şərur-Dərələyəz nahiyələrinə də iddialarından əl çəkmirlər. Bu yerlərin əksəriyyəti əslində
Ermənistan Respublikasının əlindədir”. Buna cavab olaraq Nərimanov da Leninə məktub göndərərək Çiçerinin
mövqeyini mühakimə edərək bildirir ki, “Yoldaş Çiçerin mərkəzin siyasətinə tabe olmaqdan danışır, lakin eyni
zamanda mərkəz bizim fikirləri nəzərə almır. Elə həmin mərkəz bizi şirma olmağa vadar edir”. Orconikidze və
Çiçerin mövqeyi, problemin qoyuluşu ermənilərin şərtlərindən doğurdu: “Azərbaycan Şərur-Dərələyəz qəzasından
və Naxçıvan rayonundan imtina edərsə, erməni nümayəndə heyəti Qarabağ və Zəngəzuru dərhal Azərbaycana
birləşdirməyə razı olacaqlar”. Qalırdı Nərimanovun razılığı. Orconikidze bu məsələnin müsbət həll olunacağına
inanır və Çiçerinə vəd edirdi: “Mənim fikrim belədir, Qarabağ və Zəngəzur təcili Azərbaycana birləşdirilməlidir.
Mən Azərbaycanı məcbur edərəm, bu vilayətlərə muxtariyyət versin, lakin bu, Azərbaycan tərəfindən olmalıdır,
amma heç bir halda müqavilədə göstərilməməlidir”. Bu plan ətrafında Orconikidze Nərimanovla danışıqlar
aparmışdı. Nərimanov məsələnin bu cür qoyuluşuyla razılaşsa da “Naxçıvan, Şərur-Dərələyəz, Ordubad, Qarabağ
və Zəngəzur Azərbaycanın mübahisəsiz hissələridir” cavabını vermişdi. Mərkəzin bu cür mövqeyindən narahatlıq
keçirən Nərimanov ümidini Leninə bağlayır, ona davamlı etiraz dolu məktublar göndərirdi: “Mən demək istərdim
ki, mərkəz bu müsəlmanlara necə baxır və belə mühüm məsələləri bizsiz necə həll edə bilər. Mən açığını
deyəcəyəm, mərkəz Qarabağ və s. haqqında qərarları ilə bizim silahımızı əlimizdən aldı, hər zaman müsəlman
kommunistlərin Azərbaycanı Rusiyaya satdığını söyləyən Müsavat, provakasiyasını gücləndirdi, əsaslandırdı”.
1920-ci il avqustun 20-də RSFSR ilə daşnak Ermənistanı arasında müqavilə bağlanır və ona əsasən Sovet Rusiyası
Ermənistanın müstəqilliyini tanıyır. Bu müqavilədə Naxçıvan Ermənistanın ərazisi, Zəngəzur və Qarabağ isə
mübahisəli ərazilər elan edilərək, oraya rus qoşunları yeridilir. Bununla bağlı Nərimanov Lenin və Çiçerinin adına
teleqram göndərərək Naxçıvanın Ermənistana verilməsinə etiraz edir: “Naxçıvan vilayətinin əhalisi öz vətənlərində
Sovet quruluşunu tətbiq etmiş, kommunistlərin simasinda öz xilaskarlarını görürdü, ağıllarına belə gətirmirdilər ki
Sovet Rusiyası özbaşına, bütün əhalinin iradəsi əleyhinə bu diyarı daşnaklara verir”. Əvvəlki məktubları, etirazları
kimi Nərimanovun bu sorusuna, tələbinə də cavab verilmədi. Belə olduğu tədqirdə Nərimanov Azərbaycanın geri
çağırılmasını, yəni mərkəzdən ayrılacağı kimi kəskin tələblər səsləndirməyə başladı: “Mən qətiyyətlə deyirəm,
əgər siz bizim gətirdiyimiz dəlillərə diqqət yetirməsəniz, mərkəz qarşısında geri çağırılmamız haqda məsələ
qoymalı olacağıq. Qoy o vaxt bizim yerimizə tarixən dolaşıq milli məsələləri bu cür asanlıqla həll edənlər
gəlsinlər”. 1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət geldikcə
pisləşməyə, Azərbaycan torpaqlarının danışıqlar predmetinə çevrilməsinə başlanıldı. Beləliklə, Nərimanovun
siyasi tərcümeyi-halına kölgə salan, aylarla etdiyi ardıcıl mübarizəsini heçə endirən noyabr iclaslarının ərazi
təyinatlı qərarları torpaq itkiləriylə nəticələndi: “Zəngəzur və Naxçıvan Ermənistana keçir, Qarabağın dağlıq
hissəsinə öz müqəddaratını təyin etmək hüququ verilir”. Hökumət başçısı simasında üzərinə qoyulmuş rolu
Nərimanov səhəri gün, yəni dekabnn 1-də ifa etdi və bu bədnam bəyanat tarixə “Nərimanov bəyanatı” kimi düşdü.
Həcmcə böyük olmayan bu bəyanatın nə şövqülü inqilabi məzmunu, nə də Ermənistanla Sovet qardaşlığı torpaq
itkisi qarşılığında əhəmiyyət daşımadı. Naxçıvan və Zəngəzur qəzalarının Sovet Ermənistanına verilməsinə,
Qarabağın öz müqəddaratmı təyin etmək vəzifələrinin əməkçi xalqın üzərinə qoyulması “Nərimanov bəyanatının
mürəkkəbi qurumamış vəziyyəti gərginləşdirdi. Bəyanatın ərazi ilə bağlı hissəsinin erməni mətbuatında təhrifi,
Azərbaycan tərəfindən isə unudulması məsələni arxa plana keçirmək gücündə deyildi. Bəyanatın Azərbaycanda
çap olunan variantında Naxçıvan sözü yoxdur, ermənilər isə paylarına Dağlıq Qarabağı da əlavə ediblər.
“Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli ərazilərdən könüllü əl çəkirdi”, “Azərbaycan dünən artıq Naxçıvan-
Zəngəzur və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini bəyan etdi” kimi teleqramlar Orconikidze
tərəfindən Kremlə ünvanlanırdı. Şövqlə Orconikidze bəyan edirdi: “Yoldaş Nərimanovun çıxışı çox səciyyəvidir.
O, bizə öz bəyanatını oxudu. Zəngəzur, Naxçıvan və Qarabağ bu sözlərin məzmunundan agah olmayan rus qulağı
üçün heç nə kəsb etmir. Hansısa Zəngəzur məhsulsuz dağlar, taxılı yox, suyu yox. Orada heç nə yoxdur. Hansısa
Naxçıvan-bataqlıq, malyariya və başqa heç nə. Hansısa Dağlıq Qarabağ. Nə var bu Dağlıq Qarabağda. Heç nə
yoxdur. Və budur yoldaş Nərimanov deyir: “Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün
götürün”. Azərbaycanın kiçilən əraziləri təbii ki, “rus qulağı üçün heç bir məna kəsb etmirdi. 1905-ci ildən bəri
ermənilərin Azərbaycan türklərinə qarşı iddiaları bu torpaqlar üzərində minlərlə şəhid qanına bulaşmışdı. Bu
torpaqlarda qan tökülməsinə son qoymaq şüarı altında, tökülən qanlara etinasız münasibət ev yiyəsinin əleyhinə
olsa belə Stalinin göstərişiylə bu addımlar atılır, məsuliyyəti isə Nərimanovun çiyinlərinə qoyulurdu. Ancaq