Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

40 

 

Gəncədə  yaşayan  ermənilərə  təklif  olunduğu  kibi  Bakı  ermənilərinə  də  rus  dilində 



göndərildi. 

İştə şərtnamənin məzmunu: 

Qafqaz islamları hüququnu müdafiə etmək sifətilə bilumun (hamıya) Qafqaz 

və bilxüsus Bakıda yaşayan erməni əhalisinə kəndi tərəfimdən elan edirəm ki, nahaq 

axıdılan  qanlara  bais  olmayıb,  Bakı  şəhərini  təslim  edib  sülhcuyanə  bir  surətdə 

bizimlə  müamilədə  (müzakirədə)  bulunurlarsa,  ümumerməni  millətinə  böyük  bir 

səadət  qazanarlar.  Qafqaz  məmləkətində  tam  bir  istiqlaliyyət  ilə  yaşamalarına  söz 

verməgim ilə bərabər onların hər bir hüquqlarının müdafiəsini kəndi öhdəmə ahram. 

Fövqəlzəkir  (yuxarıda  adıçəkilən)  şərtnaməni  bir  neçə  dəfə  degil,  bir  neçə 

dəfə həmin məzmunda təkliflər göndərilmişdi. Lakin “İgit daşnaklar” bu cür təklifləri 

məsxərə ilə qəzetlərdə belə dərc edib türklərin onlara  yalvardığını füqərayı kasıbəyə 

göstəryorlar. 

Petrov tərəfindən arxayın olan menşeviklər başlarlar Bakı şəhərində olan bir 

neçə bolşevik nümayəndələrindən həbs edib Bakıdan Kraspovodskiyə sürgün etməyə. 

Bir neçə günə bolşevik nüfuzun Bakı şəhərindən qət etdilər. Sonradan təcili  iclaslar 

yapıb bilə təxir ingilislərin Bakıya çağırılmasını təhti qərara alırlar. 

Nəhayət, Bakıdan paraxodlar göndərib ingilisləri Bakıya varid ediyorlar. Və 

Bakı şəhərinin müdafiəsini onlara həvalə edirlər. 

Həmin günlər Bakı şəhərində yaşayan yerli əhali nəhayət dərəcədə aclıq və 

qəhətlik ilə  keçinir idilər.  Və  bundan  əlavə ingilislər  şəhərə  varid  olmadan  bir neçə 

gün  əqdəm  “igid  daşnaklar”  müsəlmanların  qətliam  edilmələri  xüsusunda  çox 

danışıqlar açarlar. Hərçənd rus və başqa millətlər razı olmazlarsa ama kirəvələr gizli 

surətdə həmin fikri icra etməyə hazırlıq yaparlar. 

Nədənsə,  iş  bir  qədər  təxirə  salınar,  nəhayət,  ingilislər  gəlib  şəhəri  öz 

ixtiyarlarına alarlar. Daha kirvələr bir iş bacara bilməyib məzkur məsləyi ləğv edirlər. 

İngilislər şəhərə varid olduqda kəndilərinin durbiən (uzaqgörən) və politikan 

olduqlarından naşi şəhərin müsəlman hissələrinə əhəmiyyət verib onların təmin məişət 

və  qəhətliklərinə  ciddi  carələr  arayır  idilər.  Misal:  müsəlman  məhlələrində  mütədid 

(çox) iaşə məntəqələri tərtib verib gündə bir və ya iki dəfə yeməklər verirdilər. 

Bu hal ilə bir ay yarım Bakı şəhəri Bibiheybət səmtindən başlamış Abşeron 

burnuna  qədər  mühasirə  edilmiş  idi.  Və  mühasirənin  təfsilatı  ilə  həmin  qərar  üzrə 

olmuşdur: 

İyul  ayının  otuzunda  vaqe  olan  hücumda  türk-Azərbaycan  ordusu  kəndi 

qərargahını (Qobu) və (Güzdək) deyilən mövqeyə sövq edər. Oradan isə deməli Bakı 

şəhəri qərb tərəfdən əhatə edilər. 

Sonradan  orada  istehkamat  yapıb,  təmin  olunan  ordu  yavaş-yavaş  başlar 

şimal  tərəfə  hərəkət  etməyə  və  məzkur  tərəfdə  vaqe  (Nasoslu)  və  (Eşmə)  düzlərin 

tutub başiar içəri daxil olmagə, içəri daxil olduqda birinci Saray və Noxanlı qəriyələrin 

əhatə edər. 



41 

 

Oradan  isə  başlar  şəhərin  bir  neçə  istehkam  mənziləsində  olan  (Xırdalan) 



tabiyələrini bombardman etməgə bu isə düşmənlərin şimal tərəfə keçdiyini bildirər. 

Qafqaz məntəqələrinə bələd olmayan ingilislər nəticə ilə atılan toplara davam 

gətirə  bilməyib  (Xırdalan)  tabiyələrini  düşmənə  verib  kəndiləri  şəhərin  dörd 

verstliyində vaqe Biləcəri qayalarına çəkilir. 

Bu halda Qərb tərəfdəki düşmən istehkamatından atılan bir neçə top mərmisi 

şəhərin binalarını rəxnidar (dəlik-deşik) edər.  Düşmənin şimal tərəfə sirayət etdigini 

düşünən ingilis komandanlığı dərhal (Balaxanı-Sabunçu-Binəqədi) mədənləri tərəflərə 

qoşun sövq edib oralarda istehkamat yapıb hərb əməliyyatının icrasına əmr edər. Bu 

gündən  etibarən  yerli  əhalinin  kəndlər  və  bağlar  ilə  əlaqələri  qət  edilir.  Səbəbi  isə 

yollarda “igid daşnakların” dinc əhalini qətl etmələri olmuşdur. 

Həmin əhvalatdan iki gün sonra Saray qəriyəsindən keçmək üzrə (Maştağa) 

qəzasına  yüz  nəfər  süvari  və  iki  pulemyotdan  ibarət  bir  Dağıstan  alayı  varid  olur. 

Varid  olduqda  qəzanı  idarə  edən  şura  hökuməti  ləğv  edilib  yerinə  ön  iki nəfər  kənd 

mötəbərindən  ibarət  bir  hərbi  komitə  intixab  edər  və  komitənin  vəzifəsi  də 

qərargahdan alınan əmrləri icra etməli olduğunu söylər. 

 

Dağıstan  alayının  virudundan  iki  gün  sonra  alay  məmuru  mərkəzi 



qərargahdan  (Abşeron)  və  (Qalakəyə)  mayaqlarının  söndürülmək  əmrini  alır,  əmri 

alınca hərbi komitəyə məzkur əmrin icrası xüsusunda binəgüzarlıq yazar, hərbi komitə 

isə əmri alınca əməl edər 

Düşmənin  tamam  Abşeron  cəzirəsini  əhatə  etməsini  düşünən  daşnak  və 

ingilis komandası (Suraxanı, Ramana və Balaxanı) tərəflərindən nümayiş göstərməyə 

başlayıb  eyni  halda  (Hövsan)  kənarından  başlamış  cənub-şimal  sahələrin  (Novxanı) 

sahilinə qədər bombardman etməyə başlar. Bombarduman isə heç bir nəticə verməyib 

ancaq yerli əhalinin təşviş və həyəcanına bais olar. 

Nəhayət, şəhərin qərb müharibəsi hər iki tərəfdən saxlanılıb birdən-birə şərq 

meydan  müharibəsi  açılar.  İngilis  komandanlığı  tərəfindən  təyyarələr  vasitəsilə 

nəticəsiz  kəşfiyyat  yapılar.  Bir  neçə  hücum  isə  Maştağa  qəzasının  şərq-şimalından 

(Balaxanı-Zabrat) tərəflərindən icra olunur. Hücum isə yüz nəfər süvari Dağıstan alayı 

və yerli əhalidən ibarət bir başpozuq dəstəsi tərəfindən müdafiə olunar. 

Ciddi  müdafiəni  görən  daşnaklar  qəzanın  şərq-cənub  tərəfindən  ikinci  bir 

hücum yaparlar. 

İkinci  hücum  isə  yerli  əhali  tərəfindən  saxlanılıb  fədakarənə  bir  surətdə 

müqabilə edilir. Yerli əhali hücum etmək istədikdə şimal-şərq meydan müharibəsində 

müdafiə  yapıb  alay  məmuru  mümaniət  (mane  olmaq)  göstərib  kəndisini  hücuma 

məmur olmadığını söylər. 

Bu  nəhv  ilə  (beləliklə)  beş  gün  müharibə  davam  edər  və  nəhayət,  yerli 

əhalinin ilşənglərinin qurtardığını düşünən daşnaklar meydan müharibəyi vüsətləndirib 

(Balaxanı-Ramana) uzunu qoşun çıxararlar. 

Qoşun  hücum  başladıqda  dalınca  üç  dügməli  toplar  ilə  bilaaram  (aramsız) 

atəş açarlar. Qabaqca süvari, ardınca piyada dəstələri hücuma başlarlar. 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə